Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


qiymətinə dair Əsasnamənin təsdiq edilməsi haqqında»



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə49/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   205
torpaq hüququ

qiymətinə dair Əsasnamənin təsdiq edilməsi haqqında» 27 aprel 1998-ci il tarixli 93 Saylı  qərar qəbul 
etmişdir. 
Əsasnamədə özəlləşdirilən dövlət müəssisə  və obyektlərinə aid olan iki kateqoriya torpaq sahələri 
müəyyən edilmişdir:  
1)  tikintilər və infrastruktur altındakı torpaq sahələri;  
2)  azad torpaq sahələri. 
İstər azad, istərsə də tikililər və infrastruktur altındakı torpaqların normativ qiymətlərini müəyyən etmək 
üçün respublikanın şəhərləri və rayon mərkəzləri zonalara bölünür. Onlara müvafiq zonal əmsallar tətbiq edilir. 
Tikililər və infrastruktur altındakı torpaq sahələrinin normativ qiymətləri bu zonalardakı azad torpaq sahələrinin 
normativ qiymətlərinin 50 %-i həcmində müəyyən edilir. Eyni zamanda Əsasnamədə torpaq sahələri üzrə icarə 
münasibətlərinin qaydası da müəyyənləşdirilmişdir. Özəlləşdirilən müəssisə  və obyektlərin torpaq sahələrinin 
dövlət mülkiyyətində olmasından çıxış edərək, icarə haqqı həmin sahələrin normativ qiymətinin 1/20 həcmində 
müəyyən edilir. 
Torpaq münasibətlərinin obyekti özəlləşdirilən müəssisə  və obyektlərin yerləşdiyi torpaq sahələri 
olduqda, torpaq hüququna dair ortaya çıxan problemlər yuxarıda adı  çəkilən Fərmanla təsdiq edilmiş 
«Özəlləşdirilən dövlət müəssisə  və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında» 
Əsasnamə ilə tənzimlənir. 
Əsasnamədə torpaq sahələrinin satılma qaydaları və alqı-satqı subyektləri dəqiq müəyyən edilmişdir. Belə 
ki, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri ilk növbədə, texniki pasportlarda 
göstərilmiş  sərhədlər hüdudunda özəlləşdirilən müəssisələrin mülkiyyətçilərinə satılmalıdır, torpaq sahələrinin 
alqı-satqı subyektləri isə Azərbaycan Respublikasının həm fiziki, həm də hüquqi şəxsləri - dövlət müəssisə və 
obyektlərinin özəlləşdirilməsi prosesində yaradılmış  səhmdar cəmiyyətləri - səhmlərin 75 %-dən çoxu 
satıldıqdan sonra və nizamnamə kapitalında 25 %-dən çox dövlət payı olmayan hüquqi şəxslər, eləcə də bütün 
qeyri-dövlət təşkilatları ola bilər. 
Praktika göstərir ki, bir çox hallarda kənd təsərrüfatı kommersiya təşkilatlarının torpağa tələbatı 
vətəndaşların ümumi mülkiyyətində olan və hazırda özəlləşdirilmiş torpaq sahələrindən ibarət olan əvvəllər 
təsbit olunmuş miqdarından xeyli azdır. Lakin kənd təsərrüfatı kommersiya təşkilatları bazar iqtisadiyyatı 
şəraitində kənd təsərrüfatı istehsalının gəlirli olması üçün onlara lazım olduğu qədər torpağa malik olmalıdırlar. 
Halbuki, praktiki olaraq onlar bütün bu torpaqlara görə haqq ödəməlidirlər. Bu gün torpaq paylarının 
mülkiyyətçiləri  əsasən, torpaq sahələrinin heç də bütün mülkiyyətçiləri ilə müvafiq müqavilələr bağlamayan 


40 
 
kənd təsərrüfatı kommersiya təşkilatlarına öz paylarını icarəyə verməyə üstünlük verirlər. Beləki, icarə 
müqaviləsinin bağlanması – hər iki tərəfin iradəsinin ifadəsidir. Kənd təsərrüfatı kommersiya təşkilatları öz 
kontragentlərinə, onlara öz mülkiyyət hüququnun reallaşması üçün digər həmmülkiyyətçilərə özəlləşdirilmiş 
torpaq massivi şəraitini yaratmağın vacibliyini seçmək hüququndadır. Belə hallarda, torpaq sahələrinin digər 
birgə mülkiyyətçiləri, qanunvericiliyin onlara verdiyi hüquqlara uyğun olaraq, öz istədiyi kimi sərəncam verə 
bildiyi və kənd təsərrüfatı kommersiya təşkilatlarının birgə mülkiyyətçilərlə bağladığı müqavilə ilə həmin torpaq 
sahələrinin naturada ayrılması üzrə mürəkkəb yerquruluşu işlərinin aparılması zəruridir. 
Qanunvericiliyə görə, torpaq sahəsi üzərində birgə hüquqlar iki və daha çox şəxsin mülkiyyətində
istifadəçində  və icarəsində torpaq sahəsi olduqda, habelə mülkiyyətçi, istifadəçi və icarəçi arasında 
qanunvericiliklə müəyyən edilmiş qaydada bağlanan müqavilə əsasında onlara məxsus olan torpaq sahələrinin 
birləşdirilməsi zamanı yaranır. 
İki və daha çox şəxsin mülkiyyətində, istifadəsində və icarəsində olan torpaq sahəsi həmin şəxslərin birgə 
mülkiyyət, birgə istifadə və ya birgə icarə hüququna məxsus ola bilər. Birgə mülkiyyətdə olan torpaq sahələrinə 
sahiblik, onlardan istifadə  və onlar barədə  sərəncam verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 
birgə mülkiyyət hüququ haqqında müddəalarına uyğun olaraq həyata keçirilir (Azərbaycan Respublikasının 
Torpaq Məcəlləsi, maddə 52). 
Azərbaycan Respublikasının Mülki Məcəlləsində mülki qanunvericiliyin prinsipləri təsbit olunmuşdur 
(maddə 6): 
– mülki hüquq subyektlərinin bərabərliyi; 
– mülki hüquq subyektlərinin iradə sərbəstliyi; 
– mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi; 
– mülkiyyətin toxunulmazlığı; 
– müqavilələr azadlığı; 
– şəxsi həyata kimsənin özbaşına qarışmasının yolverilməzliyi; 
– mülki hüquqların maneəsiz həyata keçirilməsinə şərait yaradılması; 
– pozulmuş hüquqların bərpasının təmin edilməsi
–mülki hüquqların məhkəmə müdafiəsi.  
Qanunvericiliyə görə mülki hüquqlar və  vəzifələr qanunvericilikdə  nəzərdə tutulan əsaslardan, habelə 
yuxarıda göstərilən prinsiplərə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərdən əmələ gəlir. Bu əsaslar 
isə aşağıdakılardır: 
– qanunvericilikdə  nəzərdə tutulmuş müqavilələr və başqa  əqdlər, habelə qanunvericilikdə  nəzərdə 
tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər; 
– dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin 
əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları; 
– mülki hüquqlar və vəzifələr müəyyənləşdirilən məhkəmə aktları; 
– qanunvericiliyin yol verdiyi əsaslar üzrə əmlak əldə edilməsi
– elm, ədəbiyyat, incəsənət əsərlərinin, ixtiraların və əqli fəaliyyətin digər nəticələrinin yaradılması; 
– başqa şəxsə zərər vurulması; 


41 
 
– əsassız varlanma; 
– fiziki və hüquqi şəxslərin digər hərəkətləri; 
– qanunvericiliyin mülki hüquq nəticələrinin baş verməsi ilə bağladığı hadisə (MM, maddə 14). 
Mülki qanunvericiliyin əsas prinsiplərindən biri kimi mülki hüquqların maneəsiz həyata keçirilməsinə 
şərait yarıdılmalıdır. Bu baxımdan öz torpaq sahəsindən çıxışı olmayan mülkiyyətçiyə həmin sahədən səmərəli 
istifadə etmək üçün şərait yaradılmalıdır. Mülkiyyətçinin öz torpaq sahəsindən ictimai yola, qaz, elektrik və su 
təchizatı  xətlərinə keçidi yoxdursa, bu keçidin hansı qonşunun sahəsindən verilməsinin xüsusi qaydaları 
əsasında ona keçid verilməlidir. Bu zaman tərəflərin mənafeyi nəzərə alınmalı, sahəsindən zəruri yol və 
birləşdirici xətlər keçəcək qonşuya müvafiq kompensasiya ödənilməlidir. Onun miqdarı  və ödənilməsi 
qaydalarını tərəflər özləri razılaşmalıdırlar. 
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə görə daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun 
obyekti olub, onun ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi 
sənədlər  əsasında təyin edilir. Bu zaman torpaq sahəsinə mülkiyyət hüququ, qanunla ayrı qayda 
müəyyənləşdirilməyibsə, həmin sahənin sərhədləri daxilində yerləşən torpaq qatına və qapalı sututarlara, 
meşələrə və bitkilərə də şamil edilir (maddə 238). 
Mülki qanunvericiliyə görə, torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa 
və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. 
Lakin, yadda saxlamaq lazımdır ki, yerin təki və faydalı qazıntılar Azərbaycan Rsepublikasının mülkiyyətidir. 
Odur ki, qanunverici yerin altından istifadə dedikdə, torpağın səthindən 5 metrə  qədər dərinlikdə  və ümumi 
istifadədə olan faydalı qazıntıları (qum, çınqıl və s.) nəzərdə tutur. 
Qanunvericiliiyə görə,  sərəncam hüququ – əmlakın (əşyanın) hüquqi müqəddəratını  təyin etməyin 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin