Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


§ 5. Torpağa dövlət və bələdiyyə mülkiyyəti hüququ



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə52/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   205
torpaq hüququ

§ 5. Torpağa dövlət və bələdiyyə mülkiyyəti hüququ 
 
Azərbaycan Respublikasında mülkiyyət münasibətlərinin transformasiyası  təkcə xüsusi mülkiyyət 
hüququnun təsbit olunması ilə  əlaqədar deyildir. Torpaq mülkiyyətinə münasibətdə digər dəyişikliklər 
subyektlərə görə dövlət mülkiyyətinin strukturlaşması ilə şərtlənmişdir və dövlət və xüsusi mülkiyyətlə yanaşı, 
həmçinin, müvafiq subyektlərə görə strukturlaşan bələdiyyə mülkiyyətinin aparılması ilə şərtlənmişdir. 
Torpağa həm dövlət, həm də bələdiyyə mülkiyyəti ilə əlaqədar olan məsələlərin bu bölmədə araşdırılması 
onunla təyin olunur ki, onların tədqiqatı zamanı analoji problemlər ortaya çıxır:   
- dövlətin və bələdiyyələrin adından mülkiyyət hüququnu həyata keçirən subyektlərin təyin olunması;  
- müvafiq subyektlərə görə mülkiyyət obyektlərinin sərhədlərə ayrılması;  
- dövlət və bələdiyyə mülkiyyəti hüququnun mahiyyətinin xüsusiyyətlərinin açılması. 
Qanunvericiliyə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib 
olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 
Tərifdən göründüyü kimi bura tam, müstəsna mülkiyyət hüququna sahiblik, istifadə və sərəncam vermək 
kimi 3 hüquqi cəhətdən təmin edilmiş imkanlar daxildir: 
1)  sahiblik hüququ – əmlaka (əşyaya sahibliyin) həyata keçirilməsinə hüquqi cəhətdən təmin edilmiş 
imkanıdır; 
2)  istifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı  təbii xassələrinin hasil etməyin, habelə ondan 
fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır; 
3) sərəncam vermək hüququ – əmlakın (əşyanın) hüquqi müqəddaratını təyin etməyin hüquqi cəhətdən 
təmin edilmiş imkanıdır. 
Bütün növlərdən olan daşınar və daşınmaz  əmlaka mülkiyyət hüququnun subyektləri hüquqi və fiziki 
şəxslər, bələdiyyələr və Azərbaycan dövləti ola bilər. 


46 
 
Mülki qanunvericiliyə görə,  Azərbaycan Respublikasına mülkiyyət hüquqi ilə mənsub olan əmlak dövlət 
mülkiyyətidir. Fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii 
ehtiyatlar dövlət mülkiyyəti olub, dövlətə mənsubdur. 
Qanunvericiliyə görə,  torpaq üzərində  bələdiyyə mülkiyyəti «Torpaq islahatı haqqında» Azərbaycan 
Respublikası Qanununa uyğun olaraq bələdiyyə mülkiyyətinə ayrılan torpaqları, habelə qanunvericiliklə 
müəyyən edilmiş qaydada başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqldar hesabına 
yaranır. Bu torpaqlara aşağıdakılar aiddir:  

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin