Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


) Ümumi istifadədə olan torpaqlara şəhərlərin, qəsəbələrin və  kənd yaşayış  məntəqələrinin –



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə53/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   49   50   51   52   53   54   55   56   ...   205
torpaq hüququ

1) Ümumi istifadədə olan torpaqlara şəhərlərin, qəsəbələrin və  kənd yaşayış  məntəqələrinin – 
küçələrinin, meydançalarının, yerli əhəmiyyətli və  təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, 
sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar;   
2) tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki 
qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar;  
3) əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları.  
Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində  və icarəsində olan 
bələdiyyə torpaqları daxildir. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: 
–  yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; 
–  hüquqi və fiziki şəxslərin istifadə və icazə hüququna xitam verilən bələdiyyə torpaqları; 
–  ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları (Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, 
maddə 47). 
Qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, məqsədli təyinatına və hüquqi rejiminə görə bələdiyyə 
torpaqlarının tərkibinə bütün kateqoriyalardan olan torpaqlar daxil edilə bilər («Bələdiyyə torpaqlarının idarə 
edilməsi haqqında» Azərbaycan Respublikasının Qanunu, maddə 2). Mülki qanunvericiliyə uyğun olaraq 
bələdiyyələrə mülkiyyət hüquqi ilə  mənsub olan bütün əmlak növləri onların mülkiyyətidir. Daşınmaz  əmlak 
olan torpaq da bu baxımdan istisna deyildir. 
Qanunvericiliyə görə, dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin