Elektrik stansiyalarının hidrotexniki qurğuları və su təsərrüfatı hidroturbin qurğuların istismar qaydaları



Yüklə 337,5 Kb.
tarix09.02.2017
ölçüsü337,5 Kb.
#7891
Elektrik stansiyalarının hidrotexniki qurğuları və su təsərrüfatı hidroturbin qurğuların istismar qaydaları” kursunun əmək mühafizəsi, təhlükəsizlik texnikası və yanğından mühafizə qaydalarının

TESTLƏRİ



  1. Dövlət səviyyəsində ƏM-i hansı orqana həvalə olunmuşdur?

  1. «Azərenerji ASC»-nin rəhbərliyinə

  2. Əmək və əhalinin sosial müdafiəsi Nazirliyinə

  3. Ədliyyə nazirliyinə

  4. Müəssisə rəhbərliyinə

  5. Heç kəsə həvalə olunmur

  1. ƏM-i normalarının və qaydalarının tələblərinin yerinə yetirilməsinə bilavasitə Kim cavabdehdir?

  1. Sex və ya, şəbəkə rayonunun rəisi

  2. Baş mühəndis

  3. Müəssisənin direktoru

  4. «Azərenerji» ASC-nin rəhbərliyi

  5. ƏM-şöbəsinin rəisi

  1. ƏM kabinetini yaratmaqda məqsəd nədir?

  1. İşçilərə təhlükəsiz əmək üsullarını öyrətmək

  2. Tematik kurslar, seminarlar keçirmək

  3. İşçilərə istismar təlimatlarını öyrətmək

  4. 1,2 – göstərilənlər

  5. 1,3 – göstərilənlər

  1. Peşə xəstəliklərinin o biri xəstəliklərdən fərqi nədir?

  1. Peşə xəstəlikləri məxsusi əmək şəraitində baş verir

  2. Peşə xəstəlikləri zərərli amillərin tədricən təsiri nəticəsində baş verir

  3. Peşə xəstəlikləri xəsarətlər nəticəsində baş verir

  4. 1,2 – də göstərilənlər

  5. 2,3 – də göstərilənlər.

  1. TİQ hansı sənədlərə aiddir?

  1. Təşkilati sənədlərə

  2. Normativ sənədlərə

  3. Metodik sənədlərə

  4. Operativ sənədlərə

  5. İnzibati sənədlər

  1. «Əks-qəza məşqlərinin aparılması qaydaları» hansı sənədlərə aiddir?

  1. Təşkilati sənədlərə

  2. Normativ sənədlərə

  3. Metodik sənədlərə

  4. Operativ sənədlərə

  5. İnzibati sənədlərə.

  1. Operativ heyətlə neçə müddətdən bir əks-qəza məşqləri keçirilməlidir?

  1. İldə 2 dəfədən az olmayaraq

  2. Kvartalda 1 dəfədən az olmayaraq

  3. İldə 3 dəfədən az olmayaraq

  4. 4 ayda 1 dəfədən az olmayaraq

  5. Baş münəndis təyin edir.

  1. Məşq iştirakçısı «qeyri-kafi» qiymət alarsa nə etməli?

  1. Onunla fərdi əks-qəza məşqi keçirilir

  2. Başqa vəzifəyə keçirilir

  3. Onun biliyi təkrar yoxlanılır

  4. İşə buraxılmır,onunla əlavə təlimat və plandan kənar məşq keçirilir və biliyi yenidən yoxlanılır

  5. İşdən azad edilir.

  1. Növbətçi heyət əks-qəza məşqlərinin proqrammı ilə tanış edilməlidirmt?

  1. Yox

  2. Edilməlidirlər, əks-qəza məşqlərindən əvvəl

  3. Əks-qəza məşqinin rəhbəri icazə verərsə

  4. Edilməlidirlər, əks-qəza məşqlərindən sonra

  5. Direktor və ya baş mühəndis təyin edir.

  1. Hansı xəsarət növləri var?

  1. mexaniki

  2. termiki

  3. kimyəvi

  4. elektriki

  5. 1,2,3,4 – də göstərilənlər

  1. Fərdi mühafizə vasitələri hansılardır?

  1. Xüsusi geyimlər, ayaqqabılar

  2. Qoruyucu kəmərlər, montyor çaynaqları

  3. Dəbilqələr, şlemlər

  4. Əleyhiqazlar, respiratorlar

  5. 1,2,3,4 – də göstərilənlər

  1. Kollektiv mühafizə vasitələri hansılardır?

  1. Blokirovkalar, çəpərləmələr

  2. Torpaqlamalar, sıfırlamalar

  3. Təhlükəsizlik plakatları

  4. İstilik izolyasiyası

  5. 1,2,3,4 – də göstərilənlər

  1. Rezin qaloşlar necə sınaqdan keçməlidirlər ?

  1. İldə 1 dəfə, 3,5 kV gərginliyə

  2. İldə 1 dəfə, 2,5 kV gərginliyə

  3. 2 ildə 1 dəfə 3,5 kV gərginliyə

  4. 2 ildə 1 dəfə 2,5 kV gərginliyə

  5. 3 ildə 1 dəfə 3,5 kV gərginliyə.

  1. Enerjisistemin hissələrə ayrılması nəticəsində istehlakçıların açılmasının ümumi gücü sistemin ümumi yükündən neçə faiz olduqda, qəza sistem qəzası sayılır?

  1. 25 %

  2. 40 %

  3. 50 %

  4. 60 %

  5. 75%

  1. Aşağıdakılardan hansılar «xüsusi işlərə» aiddir?

  1. 5 metrdən yüksəklikdə görülən işlər

  2. Yüksək gərginliklə sınaq işləri

  3. Təzyiq altındakı avadanlığa xidmət işləri

  4. Gərginlik altında görülən işlər

  5. 1,2,3,4-də göstərilənlər

  1. Xüsusi işlərə «buraxma» icazə hansı sənədlərdə qeyd olunur?

  1. Biliklərin yoxlanması jurnalında, komissiyanın rəyində

  2. Biliyi yoxlananın vəsiqəsində

  3. Müəssisə üzrə verilən əmrdə

  4. 1,2-də göstərilənlər

  5. 1,3-də göstərilənlər

  1. Gərginlik altında olan avadanlıqlara buraxıla bilən məsafə nə qədərdir?

  1. 6-10 -35 kV-1 metr; 110 kV- 1 metr

  2. 6-10 -35 kV-0,6 metr; 110 kV- 1 metr

  3. 6-10 kV-0,6 metr; 35 kV-1 metr 110 kV- 2,5 metr

  4. 6-10 kV -0,6 metr; 35-110 kV- 1 metr

  5. 6-kV -0,6 metr; 10-35 kV- 1 metr; 110 kV- 1,5 metr.

  1. Addım gərginliyindən işçini hansı mühafizə vasitələri qoruyur?

  1. Dielektrik ayaqaltılar

  2. Rezin qaloşlar

  3. Dielektrik botular

  4. Rezin ayaqaltılar

  5. Xüsusi ayaqqabılar

  1. İşə buraxan kimlər ola bilər?

  1. Növbətçi heyət: 1000 kV-dan yuxarı qurğularda IV qr; 1000 kV-a qədər III qr;

  2. Növbətçi heyət: 1000 kV-dan yuxarı qurğularda IV qr; 1000 kV-a qədər IV qr;

  3. Növbətçi heyət: 1000 kV-dan yuxarı qurğularda V qr; 1000 kV-a qədər III qr;

  4. Ustalar: 1000 kV-dan yuxarı qurğularda V qr; 1000 kV-a qədər IV qr;

  5. Ustalar: 1000 kV-dan yuxarı qurğularda V qr; 1000 kV-a qədər III qr;

  1. Neçə müddət enerjisistem 49,5 hs tezliklə işlədikdə qəza sistem qəzası sayılır?

  1. 30 dəqiqə

  2. 1 saat

  3. 1,5 saat

  4. 2 saat

  5. 3 saat.

  1. Rəhbərliyin yazılı göstərişi ilə işçilərə hansı hüquqlar verilir?

  1. Avadanlıga təkbaşına vaxış keçirmək

  2. İş yerini hazırlamaga və işəburaxmaga icazə vermək

  3. Nəzarətçi olmaq

  4. 1,2-də göstərilənlər

  5. 1,2,3-də göstərilənlər

  1. Briqada üzvülərinin qrupu neçə olmalıdır?

  1. II qrup

  2. Gərginlik altında işləyərkən III qrup

  3. Potensial altında işləyərkən IV qrup

  4. 1,2,3-də göstərilənlər

  5. 1,2-də göstərilənlə

  1. Briqadanın tərkibində I qrup neçə nəfər ola bilər?

  1. Hər bir I qrupa, bir nəfər III qr. olmalıdır

  2. I qrup işçilərin sayı 3 nəfəri kecməməlidir

  3. 5 nəfəri kecməməlidir

  4. 1,2-də göstərilənlər

  5. 2,3-də göstərilənlər

  1. Briqada üzvülərini kim təlimatlandırmalıdır?

  1. İşə buraxan

  2. İş icraçısı

  3. İş rəhbəri əlavə edə bilər

  4. 1,2,3-də göstərilənlər

  5. 1,2-də göstərilənlər

  1. Səyyar metal nərdivanlardan istifadə edərkən hansı təhlükəsizlik tədbirləri yerinə yetirilməlidir?

  1. Metal nərdivanlardan 220 kV və aşagı APQ-də istifadə etmək qadagandır

  2. 330 kV və yuxarı gərginlikdə, onlar horizontal vəziyyətdə daşınmalıdırlar

  3. Nərdivandan potensialı yerə ötürmək üçün, ona yerlə sürünən metal zəncir bərkidilməlidir

  4. 1,2,3-də göstərilənlər

  5. 2,3-də göstərilənlər

  1. Ezamiyyə edilən heyyətin mütəxəsislərinə əsasən hansı hüquqlar verilir?

  1. İş rəhbəri

  2. İş icraçısı

  3. Briqada üzvüləri

  4. 1,2,3-də göstərilənlər

  5. 1,2-də göstərilənlər

  1. İnsan həyatı üçün qorxulu gərginlik neçə voltdur?

  1. Quru yerlərdə 42 volt, nəmli yerlərdə 36 volt

  2. Quru yerlərdə 36 volt , nəmli yerlərdə 24 volt

  3. Quru yerlərdə 42 volt , nəmli yerlərdə 12 volt

  4. Quru yerlərdə 36 volt , nəmli yerlərdə 24 volt

  5. İş şəraitindən asılı olmayaraq 12 voltdan yuxarı

  1. Energetika obyektlərində işə başlayan işçilərinə olan tələblər hansılardır?

1) Tibbi müayindən keçməlidirlər

2) Vəzifəsinə müvafiq TTQ-ni bilməlidirlər və qrupları olmalıdır.

3) Onlara vəsiqə verilməli və həmişə vəsiqəni özlərində saxlamalıdırlar.

4) 1,2,3-də göstərilənlər

5) 1,2-də göstərilənlər


  1. Enerji obyektlərində heyətlə aparılan işlərə kim cavabdehdir?

  1. Direktor

  2. Baş mühəndis

  3. ƏM və TTQ üzrə mühəndis

  4. ƏM şöbəsinin rəisi

  5. Heç kim

  1. İşində 6 aydan çox fasilə olan işçinin yenidən işə buraxılma qaydası necədir?

  1. Biliyi yenidən yoxlanmalıdır

  2. İş yerində əvəzetmə kimi işləməlidir

  3. Müvafiq təlimatlar keçməlidir

  4. 1,2,3-də göstərilənlər

  5. 1,2-də göstərilənlər

  1. İstismar təlimatlarının və texnoloji sxemlərin siyahısı kim tərəfindən təsdiq olunur ?

  1. Direktor

  2. Baş mühəndis

  3. Direktor müavini

  4. ƏM şöbəsinin rəisi

  5. TİŞ-nin rəisi

  1. Elektrik sahəsinin gərginliyinin son həddi nə qədərdir?

  1. 25 kV/m

  2. 20 kV/m

  3. 15 kV/m

  4. 30 kV/m

  5. 10 kV/m

  1. Elektrik sahəsinin gərginliyi 5 kV/m-isə, orada neçə dəqiqə dayanmaq olar?

  1. 10 dəqiqə

  2. 8 saat

  3. 1 dəqiqə

  4. 1 saat

  5. 30 dəqiqə

  1. APQ-də maşın və mexanizmlər hansı sürətlə hərəkət etməlidirlər ?

1) 15 km/saat

2)10 km/saat

3)20 km/saat

4)Baş mühəndis təyin edir



5)İş rəhbəri təyin edir

  1. Elektrik qaynaqçısının qrupu neçə olmalıdır?

  1. Baş mühəndis təyin edir

  2. IV qrup

  3. III qrup

  4. II qrup

  5. Tələb olunmur

  1. Hansı hallarda dielektrik əlcəklərdən isfifadə etmək qadagandır?

  1. Əgər sınaqdan keçməyibsə

  2. Sınaqdan keçmək barədə üstündə ştamp yoxdursa

  3. Əgər əlcəkdə deşik varsa, cırılıbsa

  4. 1,2,3-də göstərilənlər

  5. 1,2 -də göstərilənlər

  1. 1000 V-a qədər elektrik qurgularında səyyar torpaqlamalara olan tələblər harsılardır?

  1. Minimal en kəsiyi 16 mm2 olmalıdır

  2. Elastik mis məftillərdən hazırlanmalıdır

  3. Üzərində onun nömrəsini və en kəsiyini göstərən birkalar asılmalıdır

  4. 1,2,3-də göstərilənlər

  5. 1,2-də göstərilənlər

  1. Müddəti keçmiş mühafizə vasitələrindən istifadə etmək olarmı?

  1. Olmaz

  2. Baş mühəndisin icazəsi ilə, olar

  3. İş rəhbərinin icazəsi ilə, olar

  4. Qəza hallarında, olar

  5. Xarici görkəmi normal isə olar

  1. Dielektrik botılar nə üçündür?

  1. 1000 v-dan yuxarı elektrik qurgularında köməkçi mühafizə vasitəsi kimi işlədilir?

  2. 1000 v-dan yuxarı elektrik qurgularında əsas mühafizə vasitəsi kimi işlədilir?

  3. «Addım gərginliyindən mühafizə edir

  4. 1,2-də göstərilənlər

  5. 1,3-də göstərilənlər

  1. İşlərin təhlükəsiz icra olunması üçün təşkilati tədbirlər hansılardır?

  1. Hava şəraitinin müəyyən edilməsi

  2. Alətlərin sazlığının yoxlanması

  3. İş yerinin hazırlanması və işə buraxma

  4. Mühafizə vasitələrinin yoxlanması

  5. Təlimatın verilməsi.

  1. İşin təhlükəsiz aparılması üçün hansı şəxslər məsuliyyət daşıyır?

  1. Sex rəisi

  2. Operativ personal

  3. Usta

  4. Naryad üzrə məsul şəxslər

  5. TT üzrə mühəndis.

  1. Aşağıdakılardan hansı təşkilati tədbirlərə aiddir?

  1. Gərginliyin açılması

  2. Torpaqlanmanın qoyulması

  3. Kommutasiya aparatlar ilə gərginliyin çıxarılması

  4. İşin qurtarmasının rəsmiləşdirilməsi

  5. Gərginliyin olub olmamasının yoxlanılması.

  1. Əməyin mühəfizəsi və TTQ üzrə təlimatlar hansılardır?

  1. Giriş, ilkin (iş yerində), təkrar, növbədən kənar,cari

  2. Giriş, ilkin, təkrar, növbəli, cari

  3. Giriş, ilkin, təkrar, növbədən kənar, əlavə

  4. Gündəlik, ilkin, təkrar, növbədən kənar, əlavə

  5. Giriş, ilkin, gündəlik, növbəli, cari

  1. Giriş təlimatı kim tərəfindən aparılır?

  1. Kadrlar şöbəsinin rəisi tərəfindən

  2. Əməyin mühafizəsi və TT-üzrə mühəndis tərəfindən

  3. Həmkarlar İttifaqı Komitəsinin sədri tərəfindən

  4. Naryad və sərəncam vermək hüququ olan şəxs tərəfindən

  5. Baş mühəndis tərəfindən təyin edilmiş şəxs tərəfindən

  1. İlkin, təkrar və növbədənkanar təlimatları kimlər aparır?

  1. Kadrlar şöbəsinin rəisi

  2. Həmkarlar İttifaqı Komitəsinin sədri

  3. Baş mühəndis tərəfindən təyin edilmiş şəxs

  4. İnzibati-texniki rəhbər işçi (sex rəisi, sahə rəisi, laboratoriya rəhbəri, onların müavinləri)+

  5. Əməyin mühafizəsi və TT mühəndisi

  1. Zərər çəkmiş adama süni nəfəsvermə zamanı dəqiqədə neçə üfürmək lazımdır?

  1. 10 dəfə

  2. 12 dəfə

  3. 15 dəfə

  4. 17 dəfə

  5. 20 dəfə

  1. Ürəyin xaricdən massaj edilməsi zamanı döş qəfəsini dəqiqədə neçə dəfə sıxmaq lazımdır?

  1. 50-55 dəfə

  2. 60-70 dəfə

  3. 75-80 dəfə

  4. 85-90 dəfə

  5. 95-100

  1. Zərər çəkən şəxsə iki nəfər tərəfindən kömək göstərilərsə, süni nəfəsvermə ilə ürəyin massaj edilməsinin nisbəti neçə olmalıdır?

  1. 1:3

  2. 1:4

  3. 1:5

  4. 1:7

  5. 1:10

  1. İşçinin əlindən, qolundan, kəsik yaradan möhkəm qanaxma zamanı ilk yardım necə göstərilir?

  1. Yaraya möhkəm sarqı bağlayıb, həkimə çatdırılmalı

  2. Yaradan yuxarı burmac bağlayıb, həkimə çatdırılmalı

  3. Dirsəkdən yuxarı burmac bağlayıb, həkimə çatdırılmalı

  4. Qoltuq hissədə damarı barmaqlar sıxıb, həkimə çatdırılmalı

  5. Təcili həkimə çatdırılmalı

  1. İşçinin ayağında pəncədən yuxarı topuqdan, kəsik yaradan möhkəm qanaxma zamanı ilk yardım necə göstərilir?

  1. Yaradan yuxarı burmac bağlayıb, həkimə çatdırılmalı

  2. Dizdən yuxarı burmac bağlayıb, həkimə çatdırılmalı

  3. Yaraya möhkəm sarqı bağlayıb, həkimə çatdırılmalı

  4. Təcili həkimə çatdırılmalı

  5. Bud hissədə damarı barmaqla sıxıb, həkimə çatdırılmalı

  1. Aşağıda adı çəkilən hansı xüsusi işlərə aid deyil?

  1. Tam yüksəklikdə (kəllə-carxı) işlər

  2. Gərginlik altında işlər

  3. Təziq altında işləyən qablara xidmət

  4. Rele mühafizəsi avadanlığının sazlanması

  5. Yüksək gərgirlik ilə avadanlığın sınaqdan keçirilməsi

  1. Bir iş rəhbərinə neçə naryad yazıla bilər?

  1. – 1

  2. – 2

  3. – 3

  4. Baş mühəndis təyin edir

  5. Naryad verən şəxs tərəfindən təyin olunur

  1. Naryad neçə günlük verilə bilər?

  1. 10

  2. 15

  3. 20

  4. 1 ay

  5. Təmir müddətinə

  1. Heyyətlə aparılan işlər nəyə əsasən hazırlanır?

  1. Perspektiv və cari planlar (aylıq, rüblük, illik) hazırlanır, təsdiq edilir

  2. İllik və rüblük planlar nəzərə alınmadan hazırlanır

  3. Beşillik və çoxillik planlar nəzərə alınaraq hazırlanır

  4. Cari və perspektiv planlar təsdiq edilmədən, hazırlanır

  5. Çoxillik, beşillik planlar təsdiq edilir, hazırlanır

  1. Biliyin yoxlanılması komissiyasının tərkibi necə olmalıdır?

  1. 3 nəfər, onlardan biri orta təhsilli

  2. 3 nəfər, onlardan biri qeyri ixtisas sahibi

  3. 3 nəfərdən az olmayaraq

  4. 4 nəfərə kimi

  5. Komissiyanın sədri və 1 üzvü

  1. Hansı şəxslərlə iş yerlərində ilkin təlimat keçirilmir?

  1. Avadanlıqda xidmət, sınaq, sazlama, təmir işləri aparmayan, görülən işlər zamanı alətlərdən, materiallardan, istifadə etməyənlər

  2. Xidmət, sınaq, sazlama, təmir işləri aparmayanlar

  3. İdarəetmədə işləyən bütün mühəndis-texniki işçilər

  4. Baş mühəndisin təsdiqlənmiş siyahısına olan işçilər

  5. Rəhbərliyin təsdiqi ilə siyahıda olan işçilər

  1. Bilikləri yoxlanmadan işə buraxılan şəxslərin siyahısı necə rəsmiləşdirilir?

  1. Həmin siyahı obyektin rəhbəri tərəfindən təsdiq edilir

  2. Həmin siyahı obyektin baş mühəndisi tərəfindən təsdiq edilir

  3. Həmin siyahı obyektin rəhbərliyi tərəfindən təsdiq edilir

  4. Həmin siyahı obyektin Həmkarlar İttifaqı Komitəsi ilə razılaşdırmaq şərtilə obyektin rəhbəri tərəfindən təsdiq edilir

  5. Həmin siyahı obyektin Həmkarlar İttifaqı Komitəsi ilə razılaşdırmaq şərtilə baş mühəndisi tərəfindən təsdiq edilir.

  1. Naşatır spirtinin təyinatı və qəbuletmə üsulları necədir?

  1. Huşunu itirdikdə 2-3 damcı ilə pambığı yaş etməklə burnuna iylətmək

  2. Gözləri 2%-li məhlulla yumaq

  3. Qanaxmanın qarşısını almaq üçün yara yzərinə 2-3 damcı isladılmış tənzifi bağlamaq

  4. Yoluxmanın qarşısını almaq üçün yaranın yuyulması məhlülunun hazırlanmasında istifadə etmək

  5. Donmuş (şaxta vuran) yerlərə sürtmək.

  1. İçməli soda məhlulundan necə istifadə edilir?

  1. Əsəb sistemini sakitləşdirmək üçün bir xörək qaşığı içmək

  2. Elektrik qövsü yanığı zamanı gözləri yumaq

  3. Kiçik, açıq yarada yoluxmanın qarşısını almaq

  4. Turşu yanığı zamanı ağız və gözü yumaq

  5. Qələvi yanığı zamanı ağız və gözü yumaq

  1. Zərərçəkənin azad olması üçün gərginliyin çıxarılması necə həyata keçirilir?

  1. Gecikmədən, istənilən kommutasiya apparatı ilə

  2. Rəhbər əməliyyat heyətinin icazəsi ilə

  3. İş rəhbərinin icazəsi (göstərişi) ilə

  4. Əməliyyat heyətin icazəsi (göstərişi) ilə

  5. Gecikmədən, yük cərəyanlarını ayıran açarı açmaqla

  1. Bor turşusundan məhlulundan harada və necə istifadə edilir?

  1. Dəridə I dərəcəli yanğının üstünə çəkilməsi üçün

  2. Dəridə donmuş yerlərə çəkilməsi üçün

  3. Elektrik qövsü zamanı gözün yuyulması üçün

  4. Turşu yanığı zamanı ağızın içinin və gözün yuyulması üçün

  5. Ürəkkeçmə vaxtı 2-3 damcı nəmlədilmiş pambıqla iyləmək üçün

  1. Validolun təyinatı və qəbuli üsulları necədir?

  1. Baş ağrısı zamanı bir həb atmaq

  2. Mədədə ağrı və qıcqırma zamanı dilin altında bir ədəd həbi tam əriyənədək saxlamaq

  3. Şəxsi yeməklərdən zəhərlənmə zamanı dilin altında bir ədəd tam əriyənədək saxlamaq

  4. Güclü başgicəllənmə zamanı bir-iki həb qəbul etmək

  5. Ürək nahiyəsindəki güclü ağrılar zamanı dilin altında bir həbi tam əriyənədək

saxlamaq

  1. Briqadaya işə buraxıldıqdan sonra ona kim nəzarət edir?

  1. İş icraçısı

  2. İş rəhbəri

  3. Əməliyyatçı heyət

  4. Nəzarət edilmir

  5. İşə buraxan

  1. III dərəcəli yanığın üzərinə ilk yardım zamanı nə çəkilir (və ya sürtülür)?

  1. vazelin

  2. bor mazı

  3. bitki yağları

  4. duzsuz heyvan piyi

  5. Steril bint qoyulur

  1. Valerian damcıları nə üçündür və necə qəbul edilir?

  1. Özündən getmə vaxtı 2-3 damcı ilə isladılmış pambığı iyləmək

  2. Donmuş yerə tökmək üçün

  3. Ürək nahiyəsindəki xoşagəlməyən hiss zamanı və əsəb sistemini sakitləşdirmək üçün 20-25 damcı suya töküb içmək

  4. Baş ağrıları olduqda

  5. Qələvi yanığını neytrallaşdırmaq üçün

  1. Qanaxmanı saxlamaq üçün hansı maksimal vaxta burqac (jqut) bağlanılır?

  1. Həkimin gəldiyi vaxta kimi

  2. Qanaxmanın dayandığı vaxta kimi

  3. 3-4 saat ərzində

  4. 1,5 saat ərzində

  5. 0,5-1 saat ərzində

  1. Ürəyin xaricdən masajı nə vaxt edilir?

  1. Nəbz olmadığı halda

  2. Özündən getmə vaxtı

  3. Ağızdan ağıza sünü nəfəsvermə metodu tətbiq edildiyi halda

  4. Zərərçəkəni cərəyanın təsirindən azad etdikdən sonra

  5. Sünü nəfəsvermə metodlarınnın istənilən birinin tətbiq edildiyi halda.

  1. Turşu buxarının gözə düşməsi vaxtı ilk yardım hansıdır?

  1. Soyuq marqansovkanın 5%-li məhlulu ilə yuyulması

  2. Naşatır spirtinin 2% məhlulu ilə yuyulması

  3. İçməli sodanın 5%-li məhlulu ilə yuyulması

  4. Bor turşusunun 5%-li məhlulu ilə yuyulması

  5. Zəif marqansovka məhlulu ilə gözün vanna edilməsi.

  1. 3%-li uksus turşusu məhlulu nə üçün istifadə edilir?

  1. Qələvi yanığını yumaq üçün

  2. Turşu yanığını yumaq üçün

  3. Arterial qanaxmanı dayandırmaq üçün

  4. Venadan qanaxmanı dayandırmaq üçün

  5. Mədənin civə ilə zəhərlənməsində

  1. Ürəyin masajının effektliyinin nişanələri (döyünmədən başqa) hansıdır?

  1. Dəridə göyərmənin azalması və selikli qişanın azalması

  2. Bəbəyin böyüməsi və dərinin üstündə göylüyün azalması

  3. Bəbəyin böyüməsi və müstəqil nəfəsalmanın yaranması

  4. Bəbəyin yığılması, müstəqil nəfəsalmanın yaranması, dəri qatında göyərmənin və selikli qişanın azalması

  5. Bəbəyin yığılması və müstəqil nəfəsalmanın əmələ gəlməsi.

  1. Yuxu arteriyası harada yerləşir?

  1. Sol qulağın altında

  2. Sağ qulağın altında

  3. Boğazın hər iki tərəfində

  4. Sol körpucük sümüyündə

  5. Sağ körpucük sümüyündə

  1. Ağızın içərisində qələvidən yanıq zamanı ilk yardım hansıdır?

  1. Marqansovka məhlulu ilə yaxalamaq

  2. Bor turşusunun 2%-li məhlulu ilə yaxalamaq

  3. Validolun 2%-li məhlulu ilə yaxalamaq

  4. Uksus turşusunun 5%-li məhlulu ilə yaxalamaq

  5. İçməli sodanın 2%-li məhlulu ilə yaxalamaq

  1. Əgər kömək göstərən təkdirsə, süni nəfəsvermə ilə ürəyin massaj edilməsinin nisbəti necə olmalıdır?

  1. 1:5

  2. 1:10

  3. 2:10

  4. 2:5

  5. 2:15

  1. Gərginlik altına düşənə necə yardım etməli?

  1. Yaş torpaqda bastırmaqla

  2. Sünü nəfəs verməklə və ürəyin massaji ilə

  3. Üzünə soyuq su səpməklə

  4. Havaya çıxarmaqla

  5. Su içirtməklə

  1. Elektrik qövsünün təsirindən gözlər zədə alıbsa nə etməli?

  1. 1 stəkan suya 1 qaşıq bor turşusu töküb, həmin məhlulda pambıq isladaraq, gözlərin üstünə qoy-lı

  2. 1 stəkan suya 1/2 qaşıq bor turşusu töküb, həmin məhlulda pambığı isladaraq, gözlərin üstünə qoy-lı

  3. 1 stəkan suya 1/2 qaşıq sulfat turşusu töküb, həmin məhlulda pambıq isladaraq, gözlərin üstünə qoy-lı

  4. 1 stəkan suya 1 qaşıq qələvi töküb, həmin məhlulda pambıq isladaraq, gözlərin üstünə qoy-lı

  5. 1 stəkan suya 1/2 qaşıq qələvi töküb, həmin məhlulda pambıq isladaraq, gözlərin üstünə qoy-lı

  1. Giriş təlimatı neçə müddətdən bir keçirilməlidir?

  1. Ayda 1 dəfə

  2. Rübdə 1 dəfə

  3. İldə 1 dəfə

  4. İşə qəbul olunan zaman

  5. 3 ildə 1 dəfə.

  1. Növbəti təlimatlar kimin tərəfindən keçirilməlidir?

  1. Struktur bölmənin rəhbərliyi tərəfindən və ya, onun təyinatı ilə müvafiq səlahiyyətlərə malik olan mühəndis-texniki işçi tərəfindən

  2. Struktur bölmənin rəhbəri tərəfindən

  3. ƏM və TT mühəndisi tərəfindən

  4. Usta tərəfindən

  5. Baş mühəndis tərəfindən.

  1. Növbədənkənar təlimat hansı müddətdə keçirilməlidir?

  1. Rübdə 1 dəfə

  2. Ayda 1 dəfə

  3. Struktur bölmənin rəhbərinin göstərişi ilə

  4. Baş mühəndis təyin edir

  5. İşdə qəza, bədbəxt hadisə, yanğın və s. baş verərsə, işçi uzun müddət öz iş yerindən kənarlaşarsa, kobud surətdə ƏM və TT qaydalarını pozarsa.

  1. Yüksəklikdə işləyən işçilər tibbi müayinədən hansı müddətdə keçməlidir?

  1. 3 aydan bir

  2. 6 aydan bir

  3. 9 aydan bir

  4. 12 aydan bir

  5. 24 aydan bir

  1. İşçi işə daxil olarkən ilk növbədə hansı təlimatla təlimatlandırılır?

  1. Cari

  2. Təkrar

  3. Növbədənkənar

  4. Giriş

  5. İş yerində ilkin.

  1. Giriş təlimatından sonra iş yerində hansı növbəti təlimat keçirilir?

  1. Təkrar

  2. Cari

  3. İlkin

  4. Giriş

  5. Növbədənkənar .

  1. Təmir işləri apararkən havanın temperaturu neçə °C-dən yuxarı olanda səyyar hava duş qurğusu nəzərdə tutullmalıdır?

  1. 25 °C-dən

  2. 15 °C-dən

  3. 33 °C-dən

  4. 10 °C-dən

  5. 30 °C-dən

  1. Qaydalara uyğun kimə naryadın uzadılması hüququ verilir ?

  1. Naryad verən şəxsə

  2. Baş mühəndisə

  3. İşin rəhbərinə

  4. İş icraçısına

  5. Naryad vermək hüququ olan şəxsə.

  1. Gərginlik altında qalmış cərəyan daşıyıcı hissələrin müvəqqəti çəpərləmələrində hansı lövhələr asılır?

  1. «Keçid Qadağandır»

  2. «Qalxma! Öldürər»

  3. «Qoşma! Adamlar İşləyir»

  4. «Burada İşləməli»

  5. «Dayan! Gərginlik»

  1. İlkin təlimat kim tərəfindən keçirilir?

  1. Baş mühəndis tərəfindən

  2. ƏM və TT üzrə mühəndis tərəfindən

  3. Müvafiq struktur bölməsinin rəhbəri tərəfindən

  4. Usta tərəfindən

  5. Növbətçi tərəfindən.

  1. Süni nəfəs verdikdə 1 dəqiqədə neçə dəfə üfürmək lazımdır?

  1. 10 dəfə

  2. 15 dəfə

  3. 9 dəfə

  4. 12 dəfə

  5. 11 dəfə

  1. Hər 2 üfürmədən sonra neçə dəfə ürək nahiyəsinə əl ilə masaj göstərilməlidir?

  1. 10 dəfə

  2. 9 dəfə

  3. 11 dəfə

  4. 14 dəfə

  5. (12 – 15) dəfə

  1. 1 dəqiqə müddətində neçə dəfə ürəyə masaj və üfürülmə edilməlidir?

  1. 50 masaj, 10 üfürmə

  2. 55 masaj, 9 üfürmə

  3. 60 masaj, 12 üfürmə

  4. 65 masaj, 15 üfürmə

  5. 70 masaj, 16 üfürmə

  1. Elektrik qurğularının hansı hissələri torpaqlanmalı yaxud sıfırlanmalıdır?

  1. Eektrik qurğularının bütün hissələri;

  2. Acaq dayaqlar torpaqlanmalıdır;

  3. Torpaqlanmamalıdır;

  4. Elektrik qurğularının normal rejimdə gərginlik altında olan bütün metallik hissələri;

  5. Elektrik qurğularının izolyasiyası zədələndikdə gərginlik altına düşə bilən bütün metal hissələri.

  1. Hansı işlərə 18 yaşına çatmamış şəxsləri cəlb etmək qadağan deyil?

  1. Elektrik avadanlığının təmiri işlərinə;

  2. Hündürlükdə görülən işlərə;

  3. Y/stansiya ərazisində abadlıq işlərinə;

  4. Yük qaldırma maşınlarının idarə etməsinə;

  5. Gərginlik altında görülən işlər.

  1. Briqada üzvlərini işə buraxmazdan əvvəl texniki tədbirlərin yerinə yetirilməsini ən əsas kim yoxlayır?

  1. İşin rəhbəri;

  2. İş yerini hazırlayan şəxs;

  3. İşə buraxan;

  4. İş icraçısı;

  5. Nəzarətçi.

  1. Qısa müddətli işlər hansılardır?

  1. 1 saat ərzində 3 nəfər briqada üzvü ilə görülən işlər;

  2. 3 saat ərzində 3 nəfər briqada üzvü ilə görülən işlər;

  3. 1 saat ərzində 2 nəfər briqada üzvü ilə görülən işlər;

  4. 3 saat ərzində 2 nəfər briqada üzvü ilə görülən işlər;

  5. 2 saat ərzində 2 nəfər briqada üzvü ilə görülən işlər.

  1. Naryadla işləyərkən briqadanın tərkibi ən azı neçə nəfərdən ibarət olmalıdır?

  1. İş icraçısı da daxil olmaqla 2 nəfərdən

  2. İş icraçısı da daxil olmaqla 1 nəfərdən

  3. İş icraçısı da daxil olmaqla 3 nəfərdən

  4. İş icraçısı tək başına işləyə bilər

  5. Briqada üzvü III qrupp təkbaşına işləyə bilər.

  1. Yanğınların törənməsinin əsas səbəbləri hansılardır?

  1. İstehsalatın texnologiyasının pozulması və artıq yüklənmələr

  2. Qurğu və avadanlığın nasaz olması

  3. Avadanlığın və ərazinin çirkli olması

  4. Yanğınaqarşı rejimin pozulması

  5. 1,2,3,4-də göstərilənlər

  1. Transformatorların istismarında yanğın baş verməsinin səbəbləri hansılardır?

  1. Transformatorun artıq yüklənməsi və yağ sızmaları

  2. Transformatorlarda yağın keyfiyyətinin pisləşməsi və dolaqların izolyasiyasının pozulması

  3. Termosifon süzgəcdə yağın dövr etməsinin pozulması

  4. 1,2-də göstərilənlər

  5. 1,3-də göstərilənlər

  1. Hansı hallarda elektrik qaynağı işləri aparmaq qadağandır?

  1. Qaynaq apparatı nasazdırsa, elektrik məftilində çılpaq yerlər varsa

  2. Qaynaq işi aparan işçinin biliyi yoxlanmayıbsa və vəsiqəsi yoxdursa

  3. Elektrod düzgün seçilməyibsə

  4. 1,2-də göstərilən hallarda

  5. 1,3-də göstərilən hallarda

  1. Qaynaq işləri apararkən hansı təhlükəsizlik tədbirlərini görmək lazımdır?

  1. Qaynaq işləri qaz və digər təhlükəli yerlərdən buraxıla bilən məsafədə aparılmalıdır

  2. İşə başlamazdan qabaq, iş yeri tələb olunan yanğınsöndürmə vasitələri ilə təmin olunmalıdır

  3. İş rəhbərinin daimi nəzarəti olmalıdır

  4. 1,2-də göstərilən tədbirlər yerinə yetirilməlidir

  5. 2,3-də göstərilən tədbirlər yerinə yetirilməlidir

  1. Energetika obyektlərində kimlərin yanğın təhlükəsizliyindən bilikləri yoxlanmalıdır?

  1. Bütün operativ heyyətin

  2. Bütün işçi heyyətin

  3. Bütün operativ və işçi heyyətin

  4. Bütün mühəndis-texniki işçilərin

  5. Bütün fəhlə heyyətinin

  1. Energetika müəssisələrində kimlərdə və neçə müddətdən bir yanğın təhlükəsizliyi üzrə təlimat keçirilmişdir?

  1. Bütün operativ heyyətlə, 2 ayda bir dəfə

  2. Bütün operativ və işçi heyyətlə, ayda bir dəfə

  3. Bütün işçi heyyətlə, 3 ayda 1 dəfə

  4. Bütün operativ heyyətlə, ayda bir dəfə

  5. Bütün işçi heyyətlə, 2 ayda 1 dəfə

  1. TİQ-in hansı tələblərinin pozulması, APQ-də və QPQ-də yanğın törədə bilər?

  1. APQ-nin ərazisi vaxtaşırı quru otdan təmizlənməlidir və yığılmış ot y/st-dan kənar yerdə yandırılmalıdır

  2. QPQ təmiz saxlanmalıdır, koridorlar və avadanlıq qrafik üzrə təmizlənməlidir

  3. APQ-də və QPQ-də bütün işlər naryadla görülməlidir

  4. 1,2-də göstərilənlər

  5. 2,3-də göstərilənlər

  1. TİQ-in hansı tələblərinin pozulması, transformatorlarda yanğın törədə bilər?

  1. Transformatorda yağın keyfiyyəti və temperaturu normal olmalıdır

  2. Transformator artıq yüklənməməli və ondan yağ sızmaları olmamalıdır

  3. Transformator açıq rənglə rənglənməlidir

  4. 1,3-də göstərilənlər

  5. 1,2-də göstərilənlər

  1. Hansı hallarda odtəhlükəli işlərin görülməsi qadağandır?

  1. Əgər yanğın əleyhinə tədbirlər görülməyibsə

  2. Əgər apparatlar nasazdırsa

  3. Əgər paltarlara yağ hopubsa

  4. Əgər bu işi aparanın biliyi yoxlanmayıbsa

  5. 1,2,3,4-də göstərilənlər

  1. Hansı hallarda qaynaq aparatından istifadə etmək olmaz?

  1. Əgər məftillərin en kəsiyi, qaynaq cərəyanını təmin etmirsə

  2. Əgər məftillərin izolyasiyası pisdirsə, izole edilməmiş yerləri varsa

  3. Əgər işçi öyrənilməyibsə və onun bu işi görməyə icazəsi yoxdursa

  4. 1,2,3-də göstərilənlər

  5. 2,3-də göstərilənlər

  1. Energetika müəssisələrində yanğın təhlükəsizliyi üzrə giriş təlimatını kim və nə vaxt keçir?

  1. Yanğın təhlükəsizliyi üzrə inspektor, işə qəbul edilərkən

  2. Şəbəkə rayonunun və ya y/st-nın rəisi, işə qəbul edilərkən

  3. Sex rəisi, işə qəbul edilərkən

  4. Baş mühəndis, işə qəbul edilərkən

  5. KYD-nın sədri

  1. Energetika müəssisələrində yanğın təhlükəsizliyindən ilkin təlimatları kim və nə vaxt keçməlidir?

  1. Sex rəisi, işçi iş yerinə ilkin gələrkən

  2. Şəbəkə rayonunun (və ya y/st-nın) rəisi, işçi iş yerinə ilkin gələrkən

  3. Baş mühəndis

  4. 1,2-də göstərilənlər

  5. 2,3-də göstərilənlər

  1. Kabel təsərrüfatında yanğın təhlükəsizliyi tədbirləri hansılardır?

  1. Kabel qurğuları təmiz saxlanmalıdır

  2. Təmir işləri naryadla görülməlidir

  3. Kabel kanalları yanmayan, beton plitələrlə örtülməlidir

  4. Kabellərin keçid yerləri kipləşdirilməlidir

  5. 1,2,3,4-də göstərilənlər

  1. Kabellərin istismarında hansı yanğın təhlükəsizliyi tədbirləri görülməlidir?

  1. Kabellərin üstü xüsusi yanmayan maddə ilə örtülməlidir

  2. Kabel kanallarında və tunellərdə yığılan yağış suları, nasoslarla xaric edilməlidir

  3. Kabellərin artıq qızmasına yol verilməməlidir

  4. Kabel qurğularına təsdiq edilmiş qrafik üzrə baxış keçirməli və jurnallarda qeyd edilməlidir

  5. 1,2,3,4-də göstərilənlər

  1. Transformatorda yanğın olarsa heyət necə hərəkət etməlidir?

  1. Transformatoru bütün gərginlik şəbəkəsindən açmalıdır;

  2. Stasionar yanğınsöndürmə qurğusunun işə salınmasına nəzarət etməlidir;

  3. Yanğından mühafizə dəstəsini çağırmalıdır;

  4. Transformatorun gövdəsindən yağ boşaldılmalıdır;

  5. 1, 2 və 3 bəndlərinə uyğun hərəkət etməlidir.

  1. Qaynaq işlərinə naryad verməyə kimin hüququ çatır?

  1. Struktur bölmənin rəisi (və yə onun vəzifəsini icra edən şəxs)

  2. Baş mühəndis;

  3. Baş mühəndisin sərəncamı ilə inzibati-texniki heyət;

  4. Təmir briqadasının rəhbəri;

  5. Sex rəisi və ya onun müavini.

  1. Yanğınsöndürməyə icazə vərəqələrini Kim təsdiq etməlidir və harada saxlanmalıdır?

  1. Direktor təsdiq edir və stansiyanın (şəbəkənin) növbətçi mühəndisin (dispetçerin) iş yerində saxlanılır

  2. Baş mühəndis təsdiq edir və stansiyanın (şəbəkənin) növbətçi mühəndisin (dispetçerin) iş yerində saxlanılır

  3. Sex (sahə) rəisi təsdiq edir və əməliyyət heyyətinin iş yerində saxlanılır

  4. YTQ üzrə inspektor təsdiq edir və onun iş yerində saxlanılır

  5. Yanğınsöndürmə dəstəsinin rəisi təsdiq edir və stansiyanın (şəbəkənin) növbətçi mühəndisin (dispetçerin) iş yerində saxlanılır.

  1. Yanğın təhlükəsizliyindən giriş təlimatı keçməyən şəxslər işə buraxıla bilərlərmi?



  1. Yox

  2. Müstəsna hallarda rəhbərliyin xüsusi sərəncamı ilə

  3. Əgər TT-dən təlimatlanıbsa buraxıla bilər

  4. «Azərenerji» ASC-nin göstərişilə

  1. Yanğın baş verdikdə hansı nömrə ilə yanğından mühafizə dəstəsinə zəng etmək lazımdır?

  1. «01»

  2. «101»

  3. «111»

  4. «201»

  5. «911»

  1. Hava köpük yanğınsöndürənlərlə hansı yanğınları söndürmək olar?

  1. Elektrik mühərriklərində baş verən yanğınları

  2. Panellərdə baş verən yanğınları

  3. Elektrik avadanlıqlarda, kabel və məftillərdə baş verən yanğınları

  4. Yağda dolu avadanlıqlarda və neft məhsullarında (mazut, transformator yağı, turbin yağı və s.)baş verən yanğınları

  5. Kabellərdə baş verən yanğınları

  1. Karbon oksidli (KO tipli) yanğınsöndürənlərdə qoruyucu membran hansı təzyiqdə dağılmalıdır?

  1. 80÷100 atm

  2. 100÷120 atm

  3. 120÷160 atm

  4. 160÷190 atm

  5. 190÷220 atm

  1. Karbon oksidli (KO tipli) yanğınsöndürənlərdə karbon qazı – şırnağı neçə metr uzunluğa püskürməlidir?

  1. 1,5÷6,0 metr

  2. 3,0÷6,0 metr

  3. 1,5÷4,0 metr

  4. 5,0÷8,0 metr

  5. 3,0÷8,0 metr

  1. Kimyəvi köpüklü (KKO-10 tipli) odsöndürənlərdə, köpüyün şırnağının uzunluğu nə qədər olmalıdır?

  1. 3 m-dən az olmamalıdır

  2. 5 m-dən az olmamalıdır

  3. 6 m-dən az olmamalıdır

  4. 5 m-dən çox olmamalıdır

  5. 3 m-dən çox olmamalıdır

  1. Karbon oksidli (KO tipli) yanğınsöndürənlərdə istifadə edərkən, karbon-qazı çıxan boruda temperatur neçə dərəcəyə düşür?

  1. -20єS ÷ -30єS

  2. -30єS ÷ -40єS

  3. -40єS ÷ -50єS

  4. -50ºS ÷ -60ºS

  5. -60єS ÷ -70єS

  1. Giriş təlimatı neçə müddətdən bir keçirilməlidir?

  1. Ayda 1 dəfə

  2. Rübdə 1 dəfə

  3. İldə 1 dəfə

  4. İşə qəbul olunan zaman

  5. 3 ildə 1 dəfə.

  1. Növbəti təlimatlar kimin tərəfindən keçirilməlidir?

  1. Struktur bölmənin rəhbərliyi tərəfindən və onun təyinatı ilə müvafiq səlahiyyətlərə malik olan mühəndis-texniki işçi tərəfindən

  2. Struktur bölmənin rəhbəri tərəfindən

  3. ƏM və TT mühəndisi tərəfindən

  4. Usta tərəfindən

  5. Baş mühəndis tərəfindən.

  1. Növbədənkənar təlimat hansı müddətdə keçirilməlidir?

  1. Rübdə 1 dəfə

  2. Ayda 1 dəfə

  3. Struktur bölmənin rəhbərinin göstərişi ilə

  4. Baş mühəndis təyin edir

  5. İşdə qəza, bədbəxt hadisə, yanğın və s. baş verərsə, işçi uzun müddət öz iş yerindən kənarlaşarsa, kobud surətdə ƏM və TT qaydalarını pozarsa.

  1. ƏM və TT-sı üzrə təlimatlara neçə ildə 1 dəfə baxılmalıdır?

  1. İldə bir dəfə

  2. 2 ildə bir dəfə

  3. 3 ildə bir dəfə

  4. 4 ildə bir dəfə

  5. 5 ildə bir dəfə

  1. Müəssisədə və təşkilatlarda işləyən ƏM-si üzrə mühəndislər ixtisasartırma kurslarında neçə ildən bir dəfə biliklərini artırmalıdır?

  1. İldə bir dəfə

  2. 3 ildə bir dəfə

  3. 4 ildə bir dəfə

  4. 5 ildə bir dəfə

  5. 2 ildə bir dəfə

  1. İşçi işə daxil olarkən ilk növbədə hansı təlimatla təlimatlandırılır?

  1. Cari

  2. Təkrar

  3. Növbədənkənar

  4. Giriş

  5. İş yerində ilkin.

  1. Giriş təlimatından sonra iş yerində hansı növbəti təlimat keçirilir?

  1. Təkrar

  2. Cari

  3. İlkin

  4. Giriş

  5. Növbədənkənar .

  1. Təmir işləri apararkən havanın temperaturu neçə °C-dən yuxarı olanda səyyar hava duş qurğusu nəzərdə tutullmalıdır?

  1. 25 °C-dən

  2. 15 °C-dən

  3. 33 °C-dən

  4. 10 °C-dən

  1. Açıq paylayıcı qurğularda baxışlar və iş zamanı heyyət hansı üsulla hərəkət etməli və iş yerinə getməlidir?

  1. Baş mühəndisin tapşırığı ilə

  2. Növbə rəisinin tapşırığı ilə

  3. Qabaqcadan işlənmiş marşrutla

  4. APQ-nun arasındakı ən qısa yolla

  5. APQ-də hərəkətə maneyə qoyulmur.

  1. Ölçü ştanqı ilə işləyən işçilərin sayı neçə nəfərdən az olmamalıdır ?

  1. 2

  2. 3

  3. 4

  4. 5

  5. 6

  1. Gərginlik altında qalmış cərəyan daşıyıcı hissələrin müvəqqəti çəpərləmələrində hansı lövhələr asılır?

  1. «Keçid Qadağandır»

  2. «Qalxma! Öldürər»

  3. «Qoşma! Adamlar İşləyir»

  4. «Burada İşləmələi»

  5. «Dayan! Gərginlik»

  1. İlkin təlimat kim tərəfindən keçirilir?

  1. Baş mühəndis tərəfindən

  2. ƏM və TT üzrə mühəndis tərəfindən

  3. Müvafiq struktur bölməsinin rəhbəri tərəfindən

  4. Usta tərəfindən

  5. Növbətçi tərəfindən.

  1. Gərginliyi 1000V-dan yüksək olan qurğularında səyyar torpaqlanmanın qoyulduğu və çıxarıldığı zaman heyət hansı alət və mühafizə vasitələrindən istifadə etməlidir?

  1. İzolə edilmiş əltutanlı alətlərdən;

  2. Mühafizə vasitələrindən istifadə etməyərək;

  3. Dielektrik çəkmələrdən;

  4. Dielektrik xalçalardan;

  5. Dielektrik əlcəklərdən.

  1. Hansı hallarda torpaqlanmada bu məqsəd üçün nəzərdə tutulmayan naqillərin istifadəsinə icazə verilir?

  1. Hava xətləri üçün;

  2. Kabel xətləri üçün;

  3. Gərginliyi 1000 V-a qədər olan mühərriki qidalandıran kabelin torpaqlanması üçün

  4. Qaydalara görə bütün hallarda qadağandır;

  5. Qaydalara görə məhdidiyətsiz icazə verilir.

  1. Açıq çəkilmiş torpaqlayıcı naqillər hansı rənglə rənglənməlidir?

  1. Sarı



  2. Qırmızı

  3. Qara

  4. Rənglənmirlər.

  1. Elektrik qurğularının hansı hissələri torpaqlanmalı yaxud sıfırlanmalıdır?

  1. Eektrik qurğularının bütün hissələri;

  2. Acaq dayaqlar torpaqlanmalıdır;

  3. Torpaqlanmamalıdır;

  4. Elektrik qurğularının normal rejimdə gərginlik altında olan bütün metallik hissələri;

  5. Elektrik qurğularının izolyasiyası zədələndikdə gərginlik altına düşə bilən bütün metall hissələri.

  1. Gərginliyi 1000V-dan yüksək elektrik qurğularında gərginlik göstəricisi ilə işlədikdə hansı mühafizə vasitələrin istifadəsi tələb olunur?

  1. Dielektrik əlcəklər ;

  2. Dielektrik əlcəklər və xalça;

  3. Tələb olunmur ;

  4. Dielektrik botılar;

  5. Rezin qaloşlar.

  1. Qoşduqda iş yerinə gərginlik verilməsi ehtimalı olan ayırıcıların, ayıranların və açarlarının intiqalında hansı lövhələr asılmalıdır?

  1. «Dayan! Gərginlik”»

  2. «Qoşma! Adamlar işləyir»”

  3. «Açma! Adamlar işləyir»”

  4. «Keçid qadağandır”»

  5. «Qalxma! Öldürər”».

  1. Ayırıcıların pnevmatik intiqalına havanın keçməsini bağlayan siyirtmələrdə hansı lövhə asılır?

  1. «Keçid qadağandır”»

  2. «Qalxma! Öldürər”»

  3. «Dayan! Gərginlik”»

  4. «Açma! Adamlar işləyir»”

  5. «Qoşma! Adamlar işləyir”».

  1. Qısa müddətli işlər hansılardır?

  1. 1 saat ərzində 3 nəfər briqada üzvü ilə görülən işlər;

  2. 3 saat ərzində 3 nəfər briqada üzvü ilə görülən işlər;

  3. 1 saat ərzində 2 nəfər briqada üzvü ilə görülən işlər;

  4. 3 saat ərzində 2 nəfər briqada üzvü ilə görülən işlər;

  5. 2 saat ərzində 2 nəfər briqada üzvü ilə görülən işlər.

  1. İşçi briqada fasiləyə çıxanda naryad kimdə qalmalıdır?

  1. Naryad verəndə;

  2. İş rəhbərində;

  3. İş icraçısında;

  4. İşə buraxanda;

  5. Briqada üzvlərində.

  1. İş günü qurtaranda naryad kimə təhvil verilmişdir?

  1. Naryad verəndə;

  2. İş rəhbərinə;

  3. İş icraçısına;

  4. İşə buraxana;

  5. Baş mühəndisə.

  1. Qəza işıqlanmasının avtomatı hansı müddətdən bir yoxlanılır?

  1. Hər növbədə;

  2. Ayda 1 dəfə;

  3. Cari təmir vaxtı;

  4. 6 aydan bir;

  5. 1 ildə 1 dəfə.

  1. Qanunvericiliklə müəssisənin (idarə , təşkilat və s.) yanğın təhlükəsizliyinə görə kim məsuliyyət daşıyır?

  1. FHN-nin yanğından mühafizə xidmətinin ərazi üzrə orqanı;

  2. Müəssisənin yanğın-texniki komissiyasının sədri;

  3. ƏM, Tİ və TT üzrə aparıcı mühəndis;

  4. Könüllü yanğın dəstəsinin rəisi;

  5. Bilavasitə müəssisənin rəhbəri.

  1. MTİ, fəhlə və qulluqçularla yanğın təhlükəsizli üzrə hazırlığa nələr daxildir?

  1. Yanğına qarşı təlimatın (giriş, ilkin dövri, plandankənar və cari) keçirilməsi;

  2. Yanğın-texniki minimum üzrə məşğələlər;

  3. Yanğın təndükəsizlik qaydalarının öyrədilməsi;

  4. Yanğınlarla mübarizə üzrə məşqlərin(təlimlərin) keçirilməsi;

  5. 1, 2, 3 və 4 bəndlərindəki bütün tədbirlər.

  1. Açıq paylayıcı quruluşlu (APQ) kabel kanalları uzunu boyu neçə metrdən bir odadavamlı materialla bərkidilməlidir?

  1. 30 metrdən bir;

  2. 50 metrdən bir;

  3. 70 metrdən bir;

  4. 100 metrdən bir;

  5. 150 metrdən bir





Yüklə 337,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin