Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


şübhəsiz ki, ikisinə malikdir



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə56/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   205
torpaq hüququ

şübhəsiz ki, ikisinə malikdir:  
- sahiblik hüququna, yəni, ciddi təyin olunmuş sərhədlərdə müvafiq torpaq sahələrinə faktiki malik 
olmaq;  
 -  sərəncam hüququna, yəni müvafiq torpaq sahələrinin hüquqi taleyini təyin etmək hüququna: 
qanunda müəyyən olunmuş hüquqlarda onların vətəndaşlara və hüquqi şəxslərə verilməsi, həmçinin 
onların digər subyektlərin (vətəndaşların, hüquqi şəxslərin, dövlətin və  bələdiyyələrin) mülkiyyətinə 
verilməsi (və ya satılması).  
Adətən, əmlakın təsərrüfat istismarı hüququ kimi anlaşılan istifadə hüququna gəldikdə isə dövlət praktiki 
olaraq həmişə bu səlahiyyətləri digər şəxslərə verir. Belə bir vəziyyət torpaq üzərində yalnız dövlət mülkiyyəti 
mövcud olduğu  şəraitdə  də var idi. Lakin o vaxtlar ədəbiyyatda torpaq istifadəçilərinin torpaqdan istifadə 
prosesində alınan differensial torpaq rentasının bir hissəsinin büdcəyə alınması yolu ilə torpaqdan istifadə 
hüququnun həyata keçirilməsi ideyası hökm sürürdü. Bu gün belə rentanın götürülməsi müəyyən ölçüdə təkcə 
mülkiyyətçi dövlətin yox, hər hansı dövlətin götürdüyü torpaq vergisi vasitəsi ilə ifadə olunur. Dövlət torpaq 
sahəsinin mülkiyyətçisi kimi, əgər bu torpaqlar mülkiyyət hüququnda ona məxsusdursa, yalnız onların icarəyə 
verilməsinə görə icarə haqqı almaq hüququna malikdir. Bu ödəniş  məntiqə görə müvafiq büdcəyə daxil 
olmalıdır (dövlət mülkiyyəti hüququnun subyektlərindən asılı olaraq). 


48 
 
Şübhəsiz ki, mülkiyyətçinin hüquqlarını həyata keçirən, dövlət hakimiyyəti orqanları özləri də müvafiq 
torpaq sahələrindən istifadə edə bilərlər. Lakin bu halda onlar mülkiyyətçinin adından çıxış etmirlər. Müəyyən 
hüquqda torpaq sahəsi verilmiş hüquqi şəxs kimi iştirak edirlər. Qeyd olunanlar eynilə bələdiyyə mülkiyyətinə 
də aiddir. 
Dövlət və bələdiyyə mülkiyyəti hüququnun mahiyyəti haqqında məsələ də maraqlıdır. Belə ki, ayrı-ayrı 
hüquq səlahiyyətinin realizə olanması spesifikliyinin necəliyi, mülkiyyət hüququnun tərkibinə daxi olan mülki-
hüquqi səlahiyyətlərinin bütün məcmusuna torpağa dövlət və bələdiyyə mülkiyyəti subyektlərinin malik olub-
olmaması, dövlət və  bələdiyyə mülkiyyətinə bu hüquqların mahiyyətinin mülki-hüquqi anlaşılmasını hansı 
dərəcəyə qədər ekstrapolyasiya etmək olar. 
Mülki qanunvericiliyə görə, mülkiyyətçi ona məxsus olan əmlakın mahiyyətindən irəli gələn ağırlığı, 
qanunvericilikdə  və ya müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, öz üzərində daşıyır. Bunun torpağa 
tətbiqinin ifadəsi kimi torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri Torpaq Məcəlləsinin müvafiq 
maddələrinə görə aşağıdakıları həyata keçirirlər:  
– torpaq mülkiyyətçilərinin hüquqları torpaqdan müstəqil, təsərrüfatçılıq əsasında istifadə etmək; 
– öz torpaq sahəsində olan meşə örtüyündən, geniş yayılmış faydalı qazıntılardan və su ehtiyatlarından 
təsərrüfat ehtiyacları üçün müvafiq qanunvericiliklə müəyyən olunmuş qaydada istifadə etmək; 
– torpağın itirilmiş  təbii münbitliyinin bərpası  və digər səbəblərlə  əlaqədar müvafiq icra hakimiyyəti 
orqanı tərəfindən əkin dövriyyəsindən müvəqqəti çıxarılan (dincə qoyulan) torpaq sahələrinə görə əvəz almaq; 
– torpaq sahəsi üzərində torpağın məqsədli təyinatına uyğun olan yaşayış evləri, istehsal, mədəni-məişət 
təyinatlı və digər tikililər və qurğular inşa etmək; 
– torpağın geri alındığı  və torpaq sahəsindən könüllü imtina edildiyi hallarda torpağın keyfiyyətinin 
yaxşılaşdırılmasına çəkilən xərclərin əvəzini, torpağın bu Məcəllədə və digər normativ-hüquqi aktlarda nəzərdə 
tutulan qaydada hesablanmış dəyərini və ya onun naturada əvəzini almaq; 
– qanunvericilikdə müəyyən olunmuş qaydada yerquruluşu layihələrinə  və  təbiəti mühafizə  tələblərinə 
uyğun olaraq torpaq sahələrində meliorasiya işləri aparmaq, gölməçələr və digər sututarlar yaratmaq; 
– bu Məcəllə və digər normativ hüquqi aktlarla müəyyən olunmuş qaydada torpaq sahəsini və ya onun bir 
hissəsini istifadəyə və ya icarəyə vermək; 
– qanunvericilikdə müəyyən olunmuş qaydada torpağı satmaq, bağışlamaq, dəyişmək, girov (ipoteka) 
qoymaq, nizamnamə (pay) fonduna, habelə  vərəsəliyə  və irsən vermək və onunla əlaqədar qanunvericiliklə 
qadağan edilməmiş digər əqdlər bağlamaq və fəaliyyətlə məşğul olmaq (TM, maddə 80). 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin