82
Əgər, şəxsin torpaq sahəsinə olan hüquqları, qanunu pozmaqla dövlət orqanlarının və bələdiyyələrin
qəbul etdiyi qərar
nəticəsində pozularsa, bu aktlar məhkəmədə etibarsız sayılırlar. Aktın məhkəmədə etibarsız
sayıldığı halda pozulmuş hüquq bərpa olunmalı və ya digər qanunla müəyyən olunmuş üsullarla müdafiə
olunmalıdır.
Torpaq hüquqlarının özünümüdafiəsi zamanı özünü müdafiə üsulları pozuntuyla eyni ölçüdə olmalıdır və
onun qarşısını almaq üçün lazım olan təsir həddini aşmamalıdır. Məsələn, əgər bir şəxsin qanuni
sənədləşdirilmiş torpaq sahəsində digər şəxs tərəfindən hər hansı tikinti işləri aparılarsa,
həmin sahəyə hüququ
olan şəxs bu tikintini sökə bilər. Əgər şəxs öz torpaq sahəsinin keçid kimi istifadə olunmasını istəmirsə (qanunla
müəyyən olunmuş qaydada servitut yoxdursa), o, həmin sahəyə kənar şəxslərin daxil olmasına yol verməyən
üsullarla ərazini hasarlamaq hüququna malikdir.
Hüquqi pozulmuş şəxs, əgər qanunvericilikdə daha az miqdarda
itkinin ödənilməsi nəzərdə
tutulmamışdırsa, ona dəymiş zərərin tam həcmdə ödənilməsini tələb edə bilər.
İtki dedikdə,
hüququ pozulan
Dostları ilə paylaş: