qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir. Məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsi üzərində mülkiyyət, istifadə və
ya icarə hüququna xitam verilməsi barədə qərar qəbul edərkən torpaq mülkiyyətçilərinə istifadəçilərinə və
icarəçilərinə torpaqların keyfiyyətinin yaxşılaşdırılmasına çəkdikləri xərclərin ödənilməsi və ya onların
torpaqdan səmərəsiz istifadə etməsi nəticəsində torpaqlara vurduqları zərərin ödənilməsi barədə göstərişlər də
verə bilərlər.
Torpaq sahələri üzərində mülkiyyət, torpaqdan istifadə və ya icarə hüququna xitam verilməsi bu
hüquqdan istifadə edən şəxsi məhsulu yığmaq hüququndan məhrum etmir, eləcə də vergiləri ödəmək və
torpağın münbitliyinin qorunub saxlanılması məsuliyyətindən azad etmir (maddə 76).
Məhkəmənin çıxaracağı qərara qədər torpağa hüquqların xitam verilməsinin dövlət qeydiyyatı aparılmır.
Torpaq sahələrində hüquqlara məcburi xitam verilməsinin sonrakı növü onların rekvizisiyasıdır.
Mülk qanunvericiliyə görə - təbii fəlakətlər, texnoloji qərarlar, epidemiyalar baş verdikdə və fövqəladə xarakterli digər hallarda müvafiq dövlət orqanlarının qərarı ilə mülkiyyətçidən onun əmlakı qanunla müəyyən olunmuş qaydada və şərtlərlə, dəyəri mülkiyyətçiyə ödənilməklə cəmiyyətin mənafeləri