78
Torpaq sahəsinə müddətsiz (daimi) istifadə hüququndan şəxsin könüllü imtinası zamanı onların
səlahiyyətlərinə uyğun olaraq dövlət icra hakimiyyəti orqanı və ya yerli özünüidarə orqanının qərarı üzrə
torpaqların yenidən paylanması fonduna daxil edilir.
İcarəverən torpaq sahəsinə icarə hüququndan könüllü imtina etdikdə, müqavilədə başqa hal nəzərdə
tutulmamışdırsa, müqaviləni ləğv edir. İcarə hüququndan könüllü imtina kimi icarə hüququna xitam
verilməsinin əsaslarını araşdıran zaman aşağıdakı suallar ortaya çıxır: bu əsaslar yalnız dövlət və bələdiyyə
torpaqlarına aiddirmi və ya onlar vətəndaşların və hüquqi şəxslərin də torpaq sahələrinin icarəsinə şamil
edilirlər. Əgər, vətəndaşlar və hüquqi şəxslər arasında bağlanmış icarə müqaviləsi zamanı icarədarın icarə
hüququndan könüllü imtina etməsi mümkünsə, o zaman belə imtinanın icarədarın öz istəyi ilə müqaviləni
vaxtından əvvəl ləğv etməsindən fərqi nədədir? Ehtimal edirik ki, icarə hüququndan könüllü imtina haqqında
dövlət və bələdiyyə torpaqlarının icarəsi zamanı danışmaq olardı. İcarədarın icarə hüququndan könüllü imtinaya
gəldikdə isə, o, mahiyyətinə görə icarədarın tələbi üzrə müvafiq müqavilənin vaxtından tez ləğv olunmasından
heç nə ilə fərqlənmir. Halbuki, belə ləğvetmənin hüquqi əsası mülki qanunvericilikdə müəyyən edilmişdir.
Torpaq qanunvericiliyinə uyğun olaraq, torpaq sahəsindən könüllü imtina edən şəxsin fəaliyyəti
nəticəsində torpağın keyfiyyətinin pisləşməsi və korlanmasına görə dəymiş zərər onun tərəfindən ödənilməlidir.
İnzibati qaydada müsadirə etməklə torpaq sahəsinin məcburi geri alınmasını əsas kimi nəzərdə tutaraq,
torpaq qanunvericiliyinə müvafiq olaraq məhkəməyə şikayət etmə də həmçinin, torpaq sahəsinə hüquqlara
məcburi xitam verilməsinə digər əsasların olduğundan xəbər verir. Bu isə konkret hüquq pozuntusu növünə görə
torpaq sahəsinin əvəzi ödənilmədən məcburi geri alınmasının mümkünlüyü, yəni onun müsadirəsidir.
Mülki qanunvericiliyə görə isə mülkiyyətçidən əmlakın, qanunda nəzərdə tutulmuş hallarda törədilmiş
cinayətə görə sanksiya kimi məhkəmənin hökmü ilə əvəzsiz alına bilməsi müsadirə hesab olunur.
Müsadirəyə
Dostları ilə paylaş: