Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


məhkəmə tərəfindən müəyyən edildikdə



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə91/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   87   88   89   90   91   92   93   94   ...   205
torpaq hüququ

məhkəmə tərəfindən müəyyən edildikdə; 
– tikili və qurğu üzərində mülkiyyət hüququ və ya əməli idarəçilik hüququ başqasına keçdikdə; 
– torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; 
– torpaq sahəsinin girov qoyulması (ipotekası) zamanı girovla təmin edilmiş öhdəlik icra 
edilmədikdə (maddə 73). 
Qanunvericiliyə görə, 5-ci, 8-ci, 9-cu və 10-cu abzaslarda nəzərdə tutulan müddəalar xüsusi mülkiyyətdə 
olan torpaqlara şamil edilmir. 7-ci abzasda nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların 
geri alınmasına səbəb olan halların müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir. Lakin, bu tərəflərin 
razılığı ilə  də baş tuta bilər. Həmçinin,  torpaq üzərində mülkiyyət, istifadə  və icarə hüququna xitam 
verilməsinin digər əsaslarını da qanunvericilik istisna etmir. 
Torpaq sahəsindən məhdud istifadə hüququnun (servitut) müəyyən edilmiş  əsasları sonradan aradan 
götürülərsə, torpaq mülkiyyətçisinin tələbinə görə  həmin servitut dayandırıla bilər. Üzərində servitutun 
müəyyən edilməsi nəticəsində torpaq sahəsindən məqsədli təyinatına görə istifadə edilməsi mümkün olmadığı 
hallarda həmin sahənin mülkiyyətçisinin bu servitutun məhkəmə qaydasında dayandırılmasını  tələb etmək 
hüququ vardır. 
Torpaq sahəsindən könüllü imtina bu hüquqlara malik olan vətəndaşın və ya hüquqi şəxsin ərizəsinə görə 
baş verir. 
Torpaq sahəsinə mülkiyyət hüququndan könüllü imtina haqqında  ərizəni torpaq mülkiyyətçisi verdiyi 
zaman həmin sahə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin müvafiq rayon şöbəsinin təqdimatı üzrə yerli 
özünüidarəetmə orqanları  tərəfindən uçota götürülür. Həmin torpaq sahəsinin uçota qoyulduğu gündən bir il 
ərzində yerli özünüidarəetmə orqanı  həmin torpaq sahəsinə xüsusi mülkiyyət hüququna xitam verilməsi 
haqqında məhkəməyə iddia ilə müraciət etmək və onun dövlət və ya bələdiyyə mülkiyyətinə verilməsi hüququna 
malikdir. 
Torpaq sahəsinin uçotda olduğu müddətdə o, yerli özünüidarə orqanları tərəfindən başqa şəxsə müddətli 
istifadəyə verilə bilər. 
Əgər, torpaq sahəsindən göstərilən könüllü imtina qaydalarını, digər daşınmaz  əmlaka mülkiyyət 
hüququndan imtina ilə bağlı mülki qanunvericilikdə nəzərdə tutulan qaydalarla müqayisə etsək görərik ki, onlar 
fərqlidirlər. Belə ki, daşınmaz  əmlaka mülkiyyət hüququndan və ya digər hüquqlardan imtina edilməsi üçün 
ixtiyarlı  şəxsin bu hüquqlardan imtina etdiyi barədə  ərizəsi və  həmin  ərizənin daşınmaz  əmlakın dövlət 
reyestrində qeydə alınması zəruridir. Bu andan sonra o, məcburi qüvvə alır. Lakin, nəzərə alsaq ki, torpaq sahəsi 
daşınmaz  əmlakın xüsusi növüdür və çox vacib sosial-iqtisadi funksiya yerinə yetirir, ona olan mülkiyyət 
hüququndan imtina da xüsusi qaydaya salınmalıdır və müvafiq dövlət orqanlarının və yerli özünüidarə 
orqanlarının nəzarəti altında olmalıdır. 


78 
 
Torpaq sahəsinə müddətsiz (daimi) istifadə hüququndan şəxsin könüllü imtinası zamanı onların 
səlahiyyətlərinə uyğun olaraq dövlət icra hakimiyyəti orqanı  və ya yerli özünüidarə orqanının qərarı üzrə 
torpaqların yenidən paylanması fonduna daxil edilir. 
İcarəverən torpaq sahəsinə icarə hüququndan könüllü imtina etdikdə, müqavilədə başqa hal nəzərdə 
tutulmamışdırsa, müqaviləni ləğv edir. İcarə hüququndan könüllü imtina kimi icarə hüququna xitam 
verilməsinin  əsaslarını araşdıran zaman aşağıdakı suallar ortaya çıxır: bu əsaslar yalnız dövlət və  bələdiyyə 
torpaqlarına aiddirmi və ya onlar vətəndaşların və hüquqi şəxslərin də torpaq sahələrinin icarəsinə  şamil 
edilirlər.  Əgər, vətəndaşlar və hüquqi şəxslər arasında bağlanmış  icarə müqaviləsi zamanı icarədarın icarə 
hüququndan könüllü imtina etməsi mümkünsə, o zaman belə imtinanın icarədarın öz istəyi ilə müqaviləni 
vaxtından əvvəl  ləğv etməsindən fərqi nədədir? Ehtimal edirik ki, icarə hüququndan könüllü imtina haqqında 
dövlət və bələdiyyə torpaqlarının icarəsi zamanı danışmaq olardı. İcarədarın icarə hüququndan könüllü imtinaya 
gəldikdə isə, o, mahiyyətinə görə icarədarın tələbi üzrə müvafiq müqavilənin vaxtından tez ləğv olunmasından 
heç nə ilə fərqlənmir. Halbuki, belə ləğvetmənin hüquqi əsası mülki qanunvericilikdə müəyyən edilmişdir. 
 Torpaq  qanunvericiliyinə uyğun olaraq, torpaq sahəsindən könüllü imtina edən  şəxsin fəaliyyəti 
nəticəsində torpağın keyfiyyətinin pisləşməsi və korlanmasına görə dəymiş zərər onun tərəfindən ödənilməlidir. 
İnzibati qaydada müsadirə etməklə torpaq sahəsinin məcburi geri alınmasını  əsas kimi nəzərdə tutaraq, 
torpaq qanunvericiliyinə müvafiq olaraq məhkəməyə  şikayət etmə  də  həmçinin, torpaq sahəsinə hüquqlara 
məcburi xitam verilməsinə digər əsasların olduğundan xəbər verir. Bu isə konkret hüquq pozuntusu növünə görə 
torpaq sahəsinin əvəzi ödənilmədən məcburi geri alınmasının mümkünlüyü, yəni onun müsadirəsidir. 
Mülki qanunvericiliyə görə isə mülkiyyətçidən  əmlakın, qanunda nəzərdə tutulmuş hallarda törədilmiş 
cinayətə görə sanksiya kimi məhkəmənin hökmü ilə əvəzsiz alına bilməsi müsadirə hesab olunur. Müsadirəyə 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin