bələdiyyə tərəfindən xitam verilir. 5-ci, 7-ci, 10-cu abzaslarda nəzərdə tutulan hallarda, yəni əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; torpaq vergisi və icarə haqqı üzrlü səbəb olmadan 2 il dalbadal ödənilmədikdə; dövlət, bələdiyyə və ya ictimai ehtiyaclar üçün torpaq sahələrinin geri alınması zəruriliyi məhkəmə tərəfindən müəyyən edildikdə torpaq sahələri üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan