İnzibati hüquq pozuntusunda 4 hissə (tərəf) vardır: 1) hüquq pozuntusunun obyekti; 2) obyektiv tərəfi; 3) subyekti; 4) subyektiv tərəfi. Xəta tərkibi bu real təzahürü əks etdirərək, dörd tərəfin (elementin) tərkibin obyektinin, obyektiv
tərəfinin, subyektiv tərəfinin mənimsənilməsini konstruksiya halına salır (E.Abdullayev, 2001, s. 293).
Torpaq qanunvericiliyinin tələblərinin vətəndaşlar, vəzifəli və hüquqi şəxslər tərəfindən yerinə
yetirilməsi, günahkarlara qarşı torpaq hüquq pozuntularının törədilməsinə görə inzibati, cinayət və mülki-hüquqi
məsuliyyət tədbirlərinin tətbiq olunması ilə təmin olunur.
Azərbaycan Respublikası Prezidentinin 29 noyabr 2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş