5) İnzibati məsuliyyət İnzibati Xətalar Məcəlləsinin normaları ilə tənzimlənir. İnzibati məsuliyyəti təyin edən normanın fərziyyəsində olan hüquqpozmanın qanunvericilik modeli
olmaq etibarı ilə, xəta tərkibi onun normativ hüquqi əsasıdır. Tərkibin bütün əlamətlərinə malik olan əməlin
törədilməsi məsuliyyətin başlanmasının faktiki əsasıdır.
Hər cür məqsədyönlü əməl insanın xarici fəaliyyətinin və onun şüurunun obyektiv və subyektiv
məqamlarının üzvi vəhdəti kimi çıxış edir. Bu əməldə fəaliyyətin obyektiv tərəfi – onun xarici təzahürləri,
subyektiv tərəfi – isə onun əməli-psixi münasibətləri fərqləndirilir.