Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


şəxsin çəkdiyi və hüquqlarının bərpası üçün çəkəcəyi xərclər, həmçinin,  əgər  şəxsin hüquqları



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə99/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   95   96   97   98   99   100   101   102   ...   205
torpaq hüququ

şəxsin çəkdiyi və hüquqlarının bərpası üçün çəkəcəyi xərclər, həmçinin,  əgər  şəxsin hüquqları 
pozulmasaydı, həmin torpaq sahəsinin istifadəsi zamanı ala biləcəyi, lakin alınmamış gəlir (əldən çıxmış 
fayda) başa düşülür. 
Əgər şəxs, digər şəxsin torpaq hüququnu pozmaq nəticəsində gəlir əldə edirsə, o zaman hüququ pozulan 
şəxs digər itkilərlə yanaşı onun hüququnu pozan şəxsdən əldə etdiyi gəlirdən az olmamaq şərti ilə ödəniş tələb 
etmək hüququna malikdir. 
Dövlət orqanlarının, bələdiyyələrin və bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkəti (hərəkətsizliyi) 
nəticəsində vətəndaşa və ya hüquqi şəxsə dəymiş zərər dövlət və ya bələdiyyə qurumları tərəfindən ödənilir. 
Torpaq hüquqlarının müdafiəsi torpaq mübahisələrinin həlli qaydasında, yəni, predmeti bu və ya digər 
torpaq sahəsi və ya müvafiq torpaq sahəsinə hüquqların mübahisəsinin həlli qaydasında həyata keçirilə bilər. 
Torpaq mübahisələrinə həmçinin, torpaq sahələrinin verilməsinə imtina edən səlahiyyətli orqanların qərarından 
şikayətlə bağlı olan mübahisələr də aiddir. 
Torpaq üzərində mülkiyyət, torpaqdan istifadə  məsələləri üzrə rayonların (şəhərlərin) daxilində torpaq 
mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin mübahisələrinə müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə 
və məhkəmə tərəfindən baxılır. Onların çıxardığı qərarla tərəflər razı olmadıqda mübahisələrə qanunvericiliklə 
müəyyən edilmiş qaydada müvafiq məhkəmədə baxılır. 
Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 166.3-cü maddəsinə görə, daşınar  əşyalardan fərqli 
olaraq torpaq sahəsinə mülkiyyət hüquqi və sahiblik haqqında iddia hüququnun torpaq sahəsinin daşınmaz 
əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəldikdə ehtimal edilir. Lakin daşınar  əşyalarda olduğu 
kimi torpaq sahəsinin faktik sahibi də sahiblikdən özbaşına məhrum edilmə vaxtı sahibliyin qaytarılması, 
sahibliyin pozulması olduqda pozuntuya son qoyulması barədə iddia verə bilər. 
 
 
 
 
 


83 
 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin