Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


üçün alına bilər ki, bu da rekvizisiya adlanır



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə96/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   92   93   94   95   96   97   98   99   ...   205
torpaq hüququ

üçün alına bilər ki, bu da rekvizisiya adlanır. 
Əmlakı rekvizisiya edilmiş fiziki və ya hüquqi şəxs rekvizisiya üçün əsas götürülmüş halların təsiri 
qurtardıqda, həmin  şəxs  əmlakından qalanın qaytarılmasını  məhkəmə yolu ilə  tələb edə bilər. Bu mümkün 
olmadıqda mülkiyyətçiyə həmin sahənin dəyəri ödənilir. 
Torpaq sahəsinin rekvizisiyası üçün əsas olan vəziyyət baş verdiyi zaman bu sahənin və ya onun bir 
hissəsinin rekvizisiyasına ehtiyac olmadıqda, bu sahənin mülkiyyətçisinin hüquqlarının müvəqqəti 
məhdudlaşdırılması ilə  əlaqədardır, dəymiş ziyanı ödəməklə müvafiq vəziyyətin təsir dövründə  həmin sahə 
dövlətin və bələdiyyənin ehtiyacları üçün istifadə oluna bilər. Ödənişin miqdarı məhkəmədə iddia edilə bilər. 
Rekvizisiya yalnız mülkiyyətdə olan torpaq sahələrinə şamil edilir. Eyni zamanda vətəndaşlara və hüquqi 
şəxslərə digər hüquqlarla məxsus olan torpaq sahələri də rekvizisiya olunmalıdır. Belə hallarda həmin şəxslər 
torpaq sahələrinin rekvizisiyası zamanı  əldən çıxmış  mənfəət də daxil olmaqla bütün itkiləri almaq hüququna 
malikdir. Lakin bura rekvizisiya olunan torpaq sahəsinin dəyəri daxil edilmir. Bu itkilərin miqdarı barədə 
məhkəmədə iddia edilə bilər. 


80 
 
Torpaq sahələrinə hüquqlara xitam verilməsinə növbəti əsas onların dövlətin və bələdiyyənin ehtiyacları 
üçün alınmasıdır (torpaq pulu). 
Dövlətin və  bələdiyyənin ehtiyacları üçün torpaq sahəsi onun mülkiyyətçisindən satınalma yolu ilə  də 
alına bilər. Həmin sahənin kimin ehtiyacları üçün alındığından asılı olaraq satınalmanı dövlətin və ya 
bələdiyyənin vəkil edilmiş orqanı həyata keçirir. 
Torpaq sahəsinin dövlət və ya bələdiyyə ehtiyacları üçün alınması haqqında qərarı müvafiq icra 
hakimiyyəti orqanı qəbul edir və bu qərar daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmalıdır. 
Həmin qərarı  qəbul etmiş icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı 
bildiriş göndərməlidir. 
Torpaq sahəsinin dövlət və  bələdiyyə ehtiyacları üçün satınalma qiyməti, satınalmanın müddətləri və 
digər şərtlər sahənin mülkiyyətçisi ilə razılaşdırılır və bu razılaşmaya dövlətin və ya bələdiyyənin alınan sahə 
üçün satınalma qiymətini ödəmək öhdəliyi də daxil edilir. Bu qiymət müəyyən edilərkən ora torpaq sahəsinin və 
orada olan daşınmaz əmlakın bazar dəyəri, torpaq mülkiyyətçisinə dəyən bütün zərər, o cümlədən, əldən çıxmış 
fayda da daxil olmaqla, onun üçüncü şəxslər qarşısında daşıdığı öhdəliklərə vaxtından əvvəl xitam verilməsi ilə 
əlaqədar düşdüyü zərər daxil edilir. Bu zaman razılaşmaya  əsasən mülkiyyətçiyə dövlət və ya bələdiyyə 
ehtiyacları üçün alınan sahənin əvəzinə, dəyəri satınalma qiymətinə daxil edilməklə başqa torpaq sahəsi verilə 
bilər. 
Torpaq mülkiyyətçisi onun sahəsinin dövlətin və ya bələdiyyənin ehtiyacları üçün alınması haqqında 
çıxarılmış qərarla razılaşmadıqda və ya onunla satınalma qiymətləri və digər satınalma şərtləri barəsində heç bir 
razılaşma  əldə edilmədikdə, bu qərarı  qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı  məhkəməyə bu torpaq 
sahəsinin alınması haqqında iddia verə bilər. İddia ərizəsi qərar qəbul etmiş icra hakimiyyəti orqanı tərəfindən 
yazılı bildirişin torpaq mülkiyyətçisinə göndərildiyi gündən bir il ərzində verilə bilər. 
Torpaq sahəsinin mülkiyyətçisi dövlətin və ya bələdiyyənin ehtiyacları üçün sahənin alınması haqqında 
qərarın qəbul edildiyi andan həmin sahənin satın alınması haqqında razılaşmanın əldə olunduğu və ya məhkəmə 
qərarının qəbul edildiyi vaxta qədər bu sahəyə sahibliyi, ondan istifadəni və ona dair sərəncam vermək 
hüququnu həyata keçirə bilər və sahəyə onun məqsədli təyinatına uyğun istifadəni təmin edən lazımi xərcləri 
çəkə bilər. 
Torpaq sahəsinin satınalma qiymətinin müəyyənləşdirildiyi zaman kəsiyində bu sahədə yeni binaların və 
qurğuların tikintisi, köhnələrinin genişləndirilməsi və yenidən qurulması ilə  əlaqədar çəkilmiş  məsrəflərin və 
zərərin torpaq mülkiyyətçisinə aid edilməsi riski onun öz üzərinə düşür. 
 
 
 
 
 
 
 
 


81 
 
 
                              
Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin