Torpaq qanunvericiliyində «Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə
(naturada) müəyyən edilməsi» adlanan maddədə belə göstərilir:
1. Torpaq sahəsinin yerquruluşu planı - torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və
planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti
işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir;
2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə
müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir;
3. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilmək yerquruluşu qaydasında aparılır;
4. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin
planının və təsvirinin hazırlanması, mərz nişanlarının qoyulması torpaq əldə edən şəxsin hesabına həyata
keçirilir;
5. Torpaq sahəsinin planının və təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi
yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan
sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir;
6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması)
barədə müqavilənin ayrılmaz hissəsidir;
75
7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların
istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır;
8. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq sülkiyyətçisinə, istifadəçisinə
və ya icarəçisinə verilir;
9. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə
(naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır (Torpaq Məcəlləsi, maddə 65).
Torpaq sahələri üzərində mövcud olan hüquqları və onları yaradan əsasları müdafiə etmək məqsədi ilə
onlar dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyatdan keçirilməlidir. Mülkiyyətçilərin,
istifadəçilərin və icarəçilərin hüquqları və vəzifələri barədə qeydlər olan bu sənəd əsas təsdiqedici və hüquq
müəyyənedici funksiyanı yerinə yetirir.
Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların alınması ilə yaranan hüquqların, habelə torpaq
sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində yaranan hüquqların dövlət qeydiyyatına
alınması məcburi olub, əks təqdirdə onların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir.
|