Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


) «Torpaqdan daimi istifadə hüququna dair Dövlət aktı



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə86/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   82   83   84   85   86   87   88   89   ...   205
torpaq hüququ

3) «Torpaqdan daimi istifadə hüququna dair Dövlət aktı (AR Prezidentinin 10 yanvar 1997-ci il 
tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə 2 nömrəli əlavə);  
4) «Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə (AR Prezidentinin 10 yanvar 1997-ci 
il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş Əsasnaməyə 3 nömrəli Əlavə). 
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsin görə, torpaq sahələri üzərində 
hüquqları təsdiq edən sənədlər aşağıdakılardır: 
1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə 
verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı ilə tərəflər arasında bağlanmış müqavilə 
əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi ilə 
tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə 
tərəflərin hüquqları  və  vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, 
müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur; 


74 
 
2. Torpaq üzərində mülkiyyət hüququ və torpaqdan daimi istifadə hüququ müvafiq  icra hakimiyyəti 
orqanının və ya bələdiyyənin qərarına  əsasən müvafiq icra hakimiyyəti orqanı  tərəfindən verilən dövlət aktı 
(şəhadətnamə) ilə rəsmiləşdirilir; 
3. Torpaqdan (o cümlədən icarə şərtləri ilə verilmiş torpaqdan) müvəqqəti istifadə hüququ müvafiq icra 
hakimiyyəti orqanı  tərəfindən verilən  şəhadətnamə  və  tərəflər arasında bağlanılan icarə müqaviləsi ilə 
rəsmiləşdirilir; 
4. Dövlət aktının,  şəhadətnamənin, alqı-satqı, ipoteka, istifadə  və icarə müqavilələrinin nümunəvi 
formaları qanunvericiliklə müəyyən olunmuş qaydada təsdiq olunur. 
Göründüyü kimi bu sənədlərdə torpaq sahəsinin verildiyi hüquqlar, icazə verilmiş istifadə  və 
mənimsənilmə müddəti göstərilir. 
Müqavilənin bağlanması  nəticəsində yaranan hüquqları  təsdiq edən sənədlər müqavilədə müəyyən 
olunmuş qaydada dövlət qeydiyyatından keçməlidir. 
Göstərilən şəhadətnamələrin və müqavilələrin formaları Azərbaycan Hökuməti tərəfindən təsdiq olunur. 
Daşınmaz  əmlakın özgəninkiləşdirilməsi haqqında  əqdlər bağlandıqda torpaq sahələrinə hüquqlar 
haqqında əvvəllər verilmiş sənədlər torpaq sahələrinə hüquqların dövlət qeydiyyatı orqanlarına təhvil verilir. 
Öz səlahiyyətləri çərçivəsində bələdiyyələrin və icra hakimiyyəti orqanlarının torpaq sahələrinə hüquqlar 
haqqında verdiyi sənədlər bütün ölkə ərazisində tanınır. 
Torpaq sahəsinə hüquqları  təsdiq edən sənədlərin ayrılmaz hissəsi torpaq sahəsinin təsdiq olunmuş 
planıdır. Yerquruluşunda tətbiq olunan şərti işarələrin və qeydlərin həmin torpaq sahəsinin sərhədlərini ayıran 
bu topoqrafik planda zamana görə sonuncu yerquruluşu layihəsinə uyğun olaraq axırıncı  çəkiliş anına bütün 
vəziyyət və relyef tam göstərilir. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin