Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


Daşınmaz  əmlakla  əqdlər zamanı torpaq sahəsinə hüquqların  əldə edilməsi



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə84/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   80   81   82   83   84   85   86   87   ...   205
torpaq hüququ

Daşınmaz  əmlakla  əqdlər zamanı torpaq sahəsinə hüquqların  əldə edilməsi. Torpaq sahəsinə 
hüquqların yaranmasına qanunla əlaqəsi olan vətəndaşların və hüquqi şəxslərin fəaliyyətinə müvafiq torpaq 
sahəsində yerləşən daşınmaz əmlakla bağlı əqdlər də aiddir. 
Qüvvədə olan torpaq qanunvericiliyinə görə torpaq sahəsinin mülkiyyətçisinə  mənsub olan və  həmin 
sahədə yerləşən binaya və ya qurğuya mülkiyyət hüququ keçərkən tərəflərin razılaşması ilə müəyyənləşdirilən 
torpaq sahəsinə hüquqlar binanı (qurğunu) əldə edənə keçir. Əgər binanın və ya qurğunun özgəninkiləşdirilməsi 
haqqında müqavilədə ayrı qayda nəzərdə tutulmamışdırsa, torpaq sahəsinin bina (qurğu) yerləşən və ondan 
istifadə üçün zəruri olan hissəsinə mülkiyyət hüququ əldə edənə keçir. 
Dövlət və ya bələdiyyə qurumlarına məxsus olan binaların, tikililərin, qurğuların və  həmçinin 
müəssisələrin xüsusi mülkiyyətə satılması, əgər qanunla torpaq sahəsinin satılmasına (özəlləşdirilməsinə) icazə 
verilmirsə, onların yerləşdiyi torpaq sahələrinin daimi (müddəatsiz) istifadəyə və icarəyə verilməsinə səbəb olur. 
Özgə  torpaq sahəsində yerləşən daşınmaz  əmlaka mülkiyyət hüququ başqa  şəxsə keçərkən, o, torpaq 
sahəsinin müvafiq hissəsindən istifadə hüququnu daşınmaz əmlakın əvvəlki mülkiyyətçisi ilə eyni şərtlərlə və 
eyni həcmdə  əldə edir. Torpaq sahəsinə mülkiyyət hüququnun başqa  şəxsə keçməsi həmin torpaq sahəsində 
yerləşən daşınmaz əmlakın mülkiyyətçisinin sahədən istifadə hüququnun xitamı və ya dəyişdirilməsi üçün əsas 
deyildir. 
Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 88-ci maddəsində daşınmaz  əmlaka dair əqdlərin 
bağlanması ilə əlaqədar torpaq sahəsi üzərində hüquqların əldə edilməsinin xüsusiyyətləri verilmişdir: 
1. Tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa  şəxsə keçərkən onların 
yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin  şəxsə tikilinin, qurğunun və ya müəssisənin  əvvəlki 
mülkiyyətçisinə  məxsus olan həcmdə  və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş  şərtlər və 
məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun həyata keçirilir; 


73 
 
2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan tikililər, qurğular və ya müəssisələr (obyektlər) 
qanunvericilikdə müəyyən edilmiş qaydada xüsusi mülkiyyətə satıldıqda daşınmaz  əmlakla birlikdə onun 
yerləşdiyi torpaq sahəsi də satılır və ya satınalma hüququ ilə icarəyə verilir; 
3. Xüsusi mülkiyyətdə olan tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə 
(şəxslərə) keçərkən obyektin yerləşdiyi müvafiq torpaq sahəsinə mülkiyyət hüququ, bağışlanma halları istisna 
olaraq torpağın dəyəri ödənilməklə həmin şəxsə (şəxslərə) daşınmaz əmlak üzərində mülkiyyət paylarına uyğun 
olaraq keçir; 
4.  Əcnəbilərə  və  vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə  və 
təşkilatlara, habelə xarici dövlətlərə tikililər, qurğular və ya müəssisələr (obyektlər) satıldıqda həmin obyektlərin 
yerləşdiyi torpaq sahələri onların icarəsinə verilir. 
Daşınmaz  əmlakın mülkiyyətçisi bu əmlakın yerləşdiyi və başqa  şəxsə  mənsub olan torpaq sahəsi 
hissəsindən istifadə hüququna malikdir. 
Özgə torpaq sahəsində yerləşən daşınmaz  əmlakın mülkiyyətçisi bu əmlaka sahiblik, ondan istifadə  və 
ona dair sərəncam hüququna malikdir. Əgər, həmin sahədən istifadənin müqavilə ilə müəyyən olunmuş 
şərtlərinə zidd deyildirsə, həmin mülkiyyətçi müvafiq binaları və qurğuları uçurmaq hüququna da malikdir. O, 
həmçinin, belə sahədən istifadənin qanunla və müqavilə ilə müəyyən olunmuş şərtlərinə zidd deyilsə, bu sahənin 
mülkiyyətçisinin razılığı olmadan öz daşınmaz əmlakını sata bilər. 
Daşınmaz  əmlak obyektinin yerləşdiyi torpaq sahəsinin ölçüləri və  sərhədləri, torpaqların ayrılması 
normasının layihə-texniki sənədləşməsinə müvafiq qaydada təsdiq olunmuş müəyyənləşməsi  əsasında, həmin 
obyektin təyinatına uyğun olaraq təyin edilir. 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin