İki və ya artıq dövlət bir dövlətdə birləşdikdə,əvvəlki dövlətlərin arxivləri varis dövlətə keçir.
Dövlət bir neçə varis dövlətlərə parçalandıqda,əvvəlkidövlətin arxivlərinin varis dövlətin normal idarə edilməsi üçün zəruri olan habelə bu əraziyə bilavasitə aidiyyəti olan hissəsi həmin varis dövlətə keçir. Lakin müvafiq varis dövlətlər başa cür razılığa gələ bilərlər. Əvvəlki dövlətin digər axivləri, 1983-cü il Konvensiyasına uyğun olaraq, «ədalətli qaydada, bütün müvafiq halları nəzərə almaqla» varis dövlətlərə keçir.
SSRİ-nini arxivləri ilə bağlı məsələlər KeçmişSSR İttifaqınındövlətarxivlərinəmünasibətdəvarisçilik6iyul1992-ciiltarixliSazişənizamasalınmışdır.Sazişə görə, hər bir varis dövlətin ərazisində olan arxivlər həmin dövlətə keçir. Hər bir dövlət başqa dövlətin ərazisində olan arxiv sənədlərin surətlərini əldə etmək hüququ verilir.Həmçinin hər bir dövlət digər dövlətin rəsmi arxiv idarəsi tərəfindən merilmiş arxiv arayışlarının hüquqi qüvvəsini tanıyır. Sazişin iştşrakçıları keçmiş Rusiya imperiyası və SSR İttifaqının ali dövlət orqanlarının fəalliyyəti nəticəsində yaranmış və üçüncü dövlətləri dövlət arxivivlərində saxlanan fondların bütövlüyünü və bölünməzliyini tanıyırlar. Varis dövlət yenimüstəqildövlətolduqda, bu əraziyə mənsub olmuş arxivlər yeni müstəqil dövlətə keçir