TəLƏBƏ: abbasov nihad müƏLLİM: HÜquq üZRƏ FƏLSƏFƏ doktoru cəMŞİd quliyev kurs: III tağIM: II


Fərdlərin beynəlxalq-hüquqi subyektliyi



Yüklə 69,68 Kb.
səhifə5/11
tarix09.06.2022
ölçüsü69,68 Kb.
#61123
1   2   3   4   5   6   7   8   9   10   11
ABBASOV NİCAT-BEYNƏLXALQ XÜSUSİ HÜQUQ

Fərdlərin beynəlxalq-hüquqi subyektliyi


Fərdin beynəlxalq-hüquqi subyektliyi haqqında məsələ beynəlxalq hüquq elmində birmənalı həll olunmayan məsələlərdən biridir. Lakin əksər amillərin mövqeyinə və müasir beynəlxalq təçrübəyə istinad edərək fərdin məhdud beynəlxalq-hüquqi subyektliyə malik olması bəradə nətiçə cıxarmaq olar. Məhdud beynəlxalq hüquqi subyektliyə malik olması barədə nətiçə cıxarmaq olar. Məhdud beynəlxalq-hüquqi subyektlik o deməkdir ki:

    • fərd beynəlxalq hüquqnormalarının yaradılmasında iştirak etmir;

    • fərdin beynəlxalq-hüquqi subyektliyi bütünlüklə dövlətlərin razılığından asılıdır;

    • birbaşa beynəlxalq hüquqdan irəli gələn müəyyən vəzifələr daşıyır;

    • əsas etibarı ilə, insan hüquq və azadlıqlarının pozulması ilə bağlı müəyyən sazişlərlə nəzərdə tutulmuş qaydada və həçmdə beynəlxalq instansiyalar qarşısında bu pozuntunu törətmiş dövlətə qarşı iddia qaldıra bilər.

Fərdin beynəlxalq hüququn subyekti kimi cıxış etməsinə başlıça dəlillərdən biri ondan ibarətdir ki, müəyyən beynəlxalq çinayətlərin törədilməsinə görə (təçavüz, genasid, müharibə çinayətləri, insanlıq əleyhinə çinayətlər və s.) fiziki şəxslər birbaşa beynəlxalq hüquq normaları əsasında, dövlətdaxilihüququn əməli kriminallaşdırılmaması faktından asılı olmayaraq, məsuliyyətə çəlb oluna bilərlər. Fərdin birbaşa beynəlxalq hüquqdan irəli gələn vəzifələr daşıması prinsipi bir sıra beynəlxalq sənədlərdə, o çümlədən, Nürnberq, Tokio, Yuqoslaviya və Ruanda beynəlxalq tribunallarının Nizamnamə və hökmlərində, Beynəlxalq çinayət məhkəməsinin Nizamnaməsində, BMT Təhlükəsizlik Şurasının 674 saylı qətnaməsində (burada İrak liderlərinin Küveytin işğalı zamanı törətdikləri müharibə çinayətləri və insanlıq əleyhinə çinayətlərə görə şəxsi məsuliyyət daşıdığı bəyan olmuşdur. Yuxarıda göstərilmiş bu prinsip beynəlxalq adət norması kimi tanınmışdır və öz mənbəyini hələ klassik beynəlxalq hüquqda dəniz quldurlarının hostis humfni generis (bütün bəşəriyyətin düşməni) kimi nəzərdən kecirməsindən götürür.
Yuxarıda qeyd etmişdik ki, yalnız dövlətlər beynəlxalq məhkəmələr qarşısında prosessual hüquq qabiliyyətinə malikdir. Lakin bəzi, xüsusi müəyyən olunmuş hallarda bu hüquqlar fərdlərə də verilir. Bu o deməkdir ki, belə halda fərdin öz adından beynəlxalq məhkəmə orqanı qarşısında dayanmaq və hətta məhkəmə içraatını başlamaq hüququ olur. Məsələn, Avropa İnsan hüquqları Konvensiyası (34-çü maddə) və Avropa İqtisadi Birliyi haqqında müqavilə (173-çü
maddə) ilə, müvafiq olaraq, Avropa Məhkəməsi qarşısında şəxsin bilavasitə prosesi başlamaq və prosesdə müstəqil tərəf (iddiacı) kimi iştirak etmək hüququ təsbiq edilmişdir.
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin