1) mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi; 2) qanuna görə başqa şəxsə məxsus ola bilməyən əmlakın özgəninkiləşdirilməsi; 3) torpaq sahəsinin müsadirəsi ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi; 4) təsərrüfatsızcasına saxlanılan mədəni sərvətlərin, ev heyvanlarının satın alınması; 5) rekvizisiya-dəyəri ödənilməklə alınma; 6) müsadirə; 7) torpaq qanunvericiliyini pozduğu zaman torpaq sahəsinin özgəninkiləşdirilməsi. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində torpaq sahələrinə hüquqların bütün növləri üçün
ümumi olan, o cümlədən mülkiyyət hüququ üçün də aid olan və müəyyən dərəcədə Mülki Məcəllədə nəzərdə
tutulmuş mülkiyyət hüquqlarına məcburi xitam verilməsi əsaslarının siyahısından və onun həyata keçirilməsi
formasından fərqlənən əsasların siyahısı verilmişdir.
Torpaq Məcəlləsinə görə, torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, daimi (müddətsiz)