istifadə və icarə hüquqlarına xitam verilməsinin əsasları aşağıdakılardır:
– torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; – torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qutardıqda; – hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; – torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə; – əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; – istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; – torpaq vergisi və icarə haqqı üzrlü səbəb olmadan 2 il dalbadal ödənilmədikdə; – kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzrlü səbəb olmadan istifadə edilmədikdə; – istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və
77
irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; – dövlət, bələdiyyə və ya ictimai ehtiyaclar üçün torpaq sahələrinin geri alınması zəruriliyi