Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elm və


Torpaq qanunvericiliyində «Torpaq sahəsinin planı.  Torpaq sahəsinin sərhədlərinin yerdə



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə87/205
tarix02.01.2022
ölçüsü1,18 Mb.
#42082
növüDərs
1   ...   83   84   85   86   87   88   89   90   ...   205
torpaq hüququ

Torpaq qanunvericiliyində «Torpaq sahəsinin planı.  Torpaq sahəsinin sərhədlərinin yerdə 
(naturada) müəyyən edilməsi» adlanan maddədə belə göstərilir: 
1.  Torpaq sahəsinin yerquruluşu planı -  torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş  və 
planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti 
işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir
2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə 
müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir
3. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilmək yerquruluşu qaydasında aparılır; 
4. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin 
planının və  təsvirinin hazırlanması, mərz nişanlarının qoyulması torpaq əldə edən  şəxsin hesabına həyata 
keçirilir; 
5. Torpaq sahəsinin planının və  təsvirinin hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi 
yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan 
sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir
6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə  və ya icarəyə verilməsi (satılması) 
barədə müqavilənin ayrılmaz hissəsidir; 


75 
 
7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların 
istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır; 
8. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq sülkiyyətçisinə, istifadəçisinə 
və ya icarəçisinə verilir; 
9. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə 
(naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparılır (Torpaq Məcəlləsi, maddə 65). 
Torpaq sahələri üzərində mövcud olan hüquqları  və onları yaradan əsasları müdafiə etmək məqsədi ilə 
onlar dövlət torpaq kadastrında və dövlət torpaq reyestrində qeydiyyatdan keçirilməlidir. Mülkiyyətçilərin, 
istifadəçilərin və icarəçilərin hüquqları  və  vəzifələri barədə qeydlər olan bu sənəd  əsas təsdiqedici və hüquq 
müəyyənedici funksiyanı yerinə yetirir. 
Dövlət və  bələdiyyə mülkiyyətində olan torpaqların alınması ilə yaranan hüquqların, habelə torpaq 
sahələri və digər daşınmaz  əmlaka dair bağlanılan  əqdlər nəticəsində yaranan hüquqların dövlət qeydiyyatına 
alınması məcburi olub, əks təqdirdə onların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                               


76 
 

Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin