73
2. Dövlət və ya bələdiyyə mülkiyyətində olan tikililər, qurğular və ya müəssisələr (obyektlər)
qanunvericilikdə müəyyən edilmiş qaydada xüsusi mülkiyyətə satıldıqda daşınmaz əmlakla birlikdə onun
yerləşdiyi torpaq sahəsi də satılır və ya satınalma hüququ ilə icarəyə verilir;
3. Xüsusi mülkiyyətdə olan tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə
(şəxslərə) keçərkən obyektin yerləşdiyi müvafiq torpaq sahəsinə mülkiyyət hüququ, bağışlanma halları istisna
olaraq torpağın dəyəri ödənilməklə həmin şəxsə (şəxslərə) daşınmaz əmlak üzərində mülkiyyət paylarına uyğun
olaraq keçir;
4. Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə, xarici hüquqi şəxslərə, beynəlxalq birliklərə və
təşkilatlara, habelə xarici dövlətlərə tikililər, qurğular və ya müəssisələr (obyektlər) satıldıqda həmin obyektlərin
yerləşdiyi torpaq sahələri onların icarəsinə verilir.
Daşınmaz əmlakın mülkiyyətçisi bu əmlakın yerləşdiyi və başqa şəxsə mənsub olan torpaq sahəsi
hissəsindən istifadə hüququna malikdir.
Özgə torpaq sahəsində yerləşən daşınmaz əmlakın mülkiyyətçisi bu əmlaka sahiblik, ondan istifadə və
ona dair sərəncam hüququna malikdir. Əgər, həmin sahədən istifadənin müqavilə ilə müəyyən olunmuş
şərtlərinə zidd deyildirsə, həmin mülkiyyətçi müvafiq binaları və qurğuları uçurmaq hüququna da malikdir. O,
həmçinin, belə sahədən istifadənin qanunla və müqavilə ilə müəyyən olunmuş şərtlərinə zidd deyilsə, bu sahənin
mülkiyyətçisinin razılığı olmadan öz daşınmaz əmlakını sata bilər.
Daşınmaz əmlak obyektinin yerləşdiyi torpaq sahəsinin ölçüləri və sərhədləri, torpaqların ayrılması
normasının layihə-texniki sənədləşməsinə müvafiq qaydada təsdiq olunmuş müəyyənləşməsi əsasında, həmin
obyektin təyinatına uyğun olaraq təyin edilir.
Dostları ilə paylaş: