98
mətli kağızlarında, dövlət istiqrazlarında və lotereya biletlərində;
d) Azərbaycan Respublikası vətəndaşının pasportunda,
Azərbaycan Respublikası vətəndaşına verilən diplomatik və başqa
xarici pasportlarda;
e) Azərbaycan Respublikası parlamentinin rəsmi nəşrlərində;
ə) Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən
edilmiş hallarda Dövlət sərhəd nişanlarında;
5. Azərbaycan Respublikasının qanunvericiliyi ilə Azərbaycan
Respublikası Dövlət gerbinin təsvirinin mütləq vurulmalı olduğu
başqa hallar da nəzərdə tutula bilər.
6. Bu əsasnamədə göstərilən hallardan başqa Azərbaycan
Respublikası Dövlət gerbinin təsvirindən istifadə etmək hüququ
Azərbaycan Respublikasının parlamenti tərəfində verilə bilər.
7. Azərbaycan Respublikası Dövlət gerbinin təsviri olan
möhürlərin və sənəd blanklarının hazırlanması, istifadə olunması,
saxlanılması və məhv edilməsi qaydası Azərbaycan Respublikasının
Nazirlər Kabineti tərəfindən müəyyən edilir.
8. Azərbaycan Respublikası Dövlət gerbinin verilən təsviri bu
əsasnaməyə əlavə edilən rəngli və ya ağ-qara təsvirə ölçüsündən asılı
olmayaraq, həmişə dəqiq surətdə uyğun gəlməlidir.
Dostları ilə paylaş: