103
Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət
gerbi və Azərbaycan Respublikasının dövlət himnidir.
II. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç
üfqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı
zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki
üzündə ağ rəngli aypara və səkkizguşəli ulduz təsvir edilmişdir.
Bayrağın eninin uzununa nisbəti l:2-dir.
III. Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan
Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası
Dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəyyən
edilir.
Maddə 75. Dövlət rəmzlərinə hörmət.
Hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət
rəmzlərinə-bayrağına, gerbinə və himninə hörmət etməlidir.
Dostları ilə paylaş: