Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının "Sosial-siyasi elmlər" bölməsi tərəfindən



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə33/38
tarix02.01.2022
ölçüsü1,3 Mb.
#47953
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   38
D rs v saiti Az rbaycan Respublikas T hsil Nazirliyi Elmi-Metod

§3. DİN VƏ MƏDƏNİYYƏT 
 
Cəmiyyətdə mövcud olan hər hansı bir ideologiyanın, o 
cümlədən dini ideologiyanın insanla əlaqədar mürəkkəb sosial-
iqtisadi, mədəni-tarixi və  mənəvi kökləri vardır. Bizim üçün 
əhəmiyyətlisi budur ki, o, insanların sosial-mənəvi ideyaları, adət-
ənənələri, məişəti, arzu və inamları ilə birləşir, onları özünəməxsus 
halda ifadə edir. Ümumiyyətlə, məlumdur ki, bütün dinlər, o 
cümlədən hazırda sitayiş etdiyimiz islam dini də yarandığı gündən 
müasir dovrə kimi böyük təkamül yolu keçmişdir. 
Bir neçə il öncə ali məktəblərdə  tədris olunan “Dinşünaslıq” 
fənni ibtidai dinlərdən başlayaraq dünya dinləri də daxil olmaqla 
gənclərə din haqqında zəruri məlumatlan çatdırmaq, bu prosesdə 
adət-ənənələrimizlə, dövlət bayrağında öz əksini tapmış 
müsəlmançılığımızla bağlı bilgilər vermək baxımından  əhəmiyyətli 
idi. Lakin son illər bu fənnin tədris planmdan çıxarılmasını  nəzərə 
alaraq, “Mədəniyyətşünaslıq” fənnindən tərtib etdiyimiz proqramda 
öz əksini tapmış “Mənəvi Mədəniyyət və Din” mövzusunu bir qədər 
əhatəli şərh etməyi məqsədəuyğun bildik. 
Mənəvi mədəniyyətin mühüm tərkib hissələrindən biri də 
dindir. O, insan şüurunun müəyyən inkişaf səviyyəsi ilə  əlaqədar 
təbii və ictimai ehtiyac baxımından yaranan sosial tarixi və  mənəvi 
hadisə, tarixi kateqoriyadır. Din ictimai şüur formalarından biridir. 
Dinin  əsasında obyektiv gerçəkliyin insan şüurunda  əksolunması 
dayanır. 
Məlumdur ki, ictimai şüur formaları olan elm, əxlaq, fəlsəfə, 
siyasi ideologiya və s. hər biri gerçəkliyin müxtəlif xüsusiyyət və 
tərəflərini insan şüurunda  əks etdirirlər. Dinin fərqləndirici 
xüsusiyyəti isə ondan ibarətdir ki, o, obyektiv reallığı fövqəltəbiiliyə 
əsaslanmaqla  şüurda  əks etdirir. Din təbiət-cəmiyyət hadisələrinin 
baş veməsini, inkişafını, bütün 


 
155
dəyişiklikləri fövqəltəbii qüvvələrin təsiri ilə  əlaqələndirir, onların 
fəaliyyətinin nəticəsi kimi izah edir. 
Ərəb dilindəki “dinun” sözündən yaranan “din” termininin 
mənası “inam”, “etiqad” deməkdir. “Din” termini dilimizə 
Azərbaycanda islamın yaranması ilə əlaqədar keçmişdir. 
Dinin mənşəyi və  qədim formaları haqqında müxtəlif 
mənbələrdən məlumat almaq mümkündür: 
l. Təbiət və ictimai elmlərin-xüsusilə, fiziologiya, tarix, 
psixologiya və etnoqrafiya elmlərinin bu istiqamətdə qazandığı 
uğurların elmi-fəlsəfi təhlili; 
2. Arxeoloji tədqiqatlar nəticəsində üzə  çıxarılmış müxtəlif 
nümunələr; 
3. Müasir dövrdə sivilizasiyadan kənar həyat tərzi yaşayan 
qəbilə və tayfaların həyat tərzi. Məsələn, Avstraliya, Qərbi Afrika və 
bəzi Şimal xalqlarının həyat tərzi. 
4.  Şifahi və yazılı abidələr; (Bu barədə “Orxon-Yenisey 
abidələri” və “Kitabi-Dədə Qorqud” dastanlarında məlumat verilir). 
5. Bu gün də yerinə yetirdiyimiz ayin və mərasimlər. Onlarda 
ibtidai dini təsəvvürlərin izləri vardır. Məsələn, qurban kəsmək, 
ehsan vermək, bəzi xalqların dəfn mərasimi və s. 
Məlumdur ki, insanın yaranmasında və onun şüurunun 
formalaşmasında  əmək prosesi mühüm rol oynamışdır. Ehtiyac 
üzündən fəaliyyətə başlayan insanın ilk əcdadı bu prosesdə müəyyən 
vərdişlər qazanmış  və getdikcə  şüur, təfəkkür, nitq və s. də yavaş-
yavaş meydana çıxmışdır. 
İctimai inkişafın aşağı  səviyyədə olması, insanınm kortəbii 
qüvvələr qarşısında acizliyindən irəli gələrək onun şüurunda allah, 
axirət, ruh və s. kimi anlayışları yaratması ibtidai icmada müxtəlif 
dini təsəvvürlərin meydana çıxmasına səbəb oldu. 
 


 
156
  
Yuxarıda qeyd etdik ki, din tarixi-ictimai hadisədir. Qədim 
maddi və  mənəvi abidələr göstərir ki, dinin yaranması  və 
formalaşması milyon illərlə davam etmişdir. Bəşəriyyətdə dinsizlik 
dövrü də mövcud olmuşdur. Bunu müasir etnoqrafiya elmi bir çox 
faktlara əsaslanmaqla sübuta yetirir. 
Müəyyən  şüura malik insanın təqribən 2,5-3,5 milyon il 
bundan  əvvəl yaranmasını, yer üzərində ilk dini təsəvvürlərin 
eramızdan 40 min il əvvəl, yuxarı paleolit dövründə meydana 
çıxmasını elm artıq təsdiq etmişdir. 
Dinin mənşəyi və mahiyyəti əsasında ictimai və mənəvi təlabat 
dayanmış, ehtiyacdan din tarixi yaranmışdır.  İnsanların  şüurunda 
obyektiv gerçəkliyin dini əksi nəticə etibarilə onların maddi istehsal 
fəaliyyətinin məhdudluğu və bununla əlaqədar ictimai münasibətlərin 
tarixi məhdudluğu ilə bağlıdır. Kortəbii qüvvələr insanlarda qorxulu, 
sirli, anlaşılmaz hisslər yaradır. Onların  şüurunda allahlar, hər  şeyə 
qadir ruhlar, fövqəltəbii qüvvələr haqqında təsəvvürlər yaradır. 
Sonrakı  mərhələlərdə ilkin ictimai-iqtisadi formasiyalarda isə 
əməksevər kütlələrin ictimai zülm-kütləvi işsizlik, aclıq, xəstəlik və 
s. fəlakətlər qarşısında acizliyi də onlarda dini təsəvvürləri daha da 
gücləndirir. Lakin bütün bunlarla bərabər ibtidai insan ətrafında baş 
verən, ona aydın olmayan hadisələrin, yaranan vəziyyətin səbəblərini 
öyrənmək istəyi ilə, nə qədər ləng olsa da, inkişafa doğru irəliləyir. 
 Yer 
üzündə mövcud olmuş  və hal-hazırda da mövcud olan 
dinlər tarixi-təkamül baxımından belə qruplaşdırılır: 
 l. 
Sinifli 
cəmiyyətdən əvvəl mövcud olan dinlər. 
“İbtidai dinlər” adlandırılan bu ilkin din formalarına animizm, 
totemizm, magiya, fetişizm, sehrbazlıq,  əcdad kultu, atəşpərəstlik, 
bütpərəstlik və s. daxildir. 
 
2. Sinifli cəmiyyətdə mövcud olan dinlər. 
 Yayılma dairəsinə görə də onlar iki qrupa bölünür: 
 
a) Milli dövlət dinləri. 
  


 
157
Buraya iudaizm, induizm, sintoizm, çaynizm, konfusiqilik, 
daosizm və s. daxildir. Müəyyən bir və ya bir neçə dövlətin 
ərazisində yayılan bu dinlərə, əsasən bir və yaxuda da bir neçə millət 
və xalq etiqad etmişdir.  
b)Dünya dinləri. 
Buraya buddizm, xristianlıq və islam daxildir. Onlar daha geniş 
miqyasda bir çox millətlər və xalqlar arasında  yayılmışdır. Sinifli 
cəmiyyətdə mövcud olan dinlər müäsir dinlər də adlandırılır. 
Xristianlıq, islam, iudaizm, buddizm, induizm və s. belə dinlərdəndir. 
İbtidai icma qurluşunun sonlarında artıq ibtidai insanın 
şüurunda  əsaslı  şəkildə  dəyişikliklər oldu. Maddi həyat tərzində 
yaranan köklü dəyişikliklər insanların dini təsəvvürlərində, 
şüurlarında da dəyişikliklərin meydana çıxmasına səbəb oldu. 
Dini şüur iki şəkildə özünü göstərir:  
l) dini psixologiya əsasmda yaranan adi dini şüur;  
2) həm ictimai mühitin, həm də dini idealogiyanın təsiri ilə 
formalaşan, lakin dini təlimin mahiyyətinə  bələd olmayan dindar 
şəxsin şüuru. 
Dinin məzmununa dini şüur, dini münasibətlər, dini  fəaliyyət 
və dini təsisatlar daxildir. Dini təşkilatlar, dini orqanlar, dini 
cəmiyyətlər, bırliklər, dini icmalar, kilsə, məscid və s. dini 
təsisatlardır. Onların aparıcı qüvvəsi ruhanilərdir. Dini təsisatlar 
müəyyən etiqad, inam zəminində birləşən dindar insanların 
fəaliyyətini təşkil edir, əlaqələndirir və istiqamətləndirir. 
Din ilə  əxlaq, fəlsəfə, elm və incəsənət arasında da əlaqə 
mövcuddur.  Əxlaq insanların bir-birinə  və  cəmiyyətə olan 
münasibətlərini tənzimləyən davranış normaları və qaydaları toplusu 
olmaqla dindən xeyli əvvəl meydana çıxmışdır. Din öz mövqeyini 
möhkəmləndirmək, əhatə dairəsini genişləndirmək məqsədilə ən sadə 
əxlaq normalarından belə yetərincə faydalanmışdır. 


 
158
Dinlə incəsənət arasında da sıx  əlaqə vardır. Belə ki, əsl 
incəsənət spesifik formada, bədii obrazlar vasitəsilə gerçəkliyin 
düzgün inikasını verir və dünyanı  dərk etməkdə insanlara kömək 
edir. Buna görə  də din həmişə insanlara dini-tərbiyəvi təsir 
göstərmək məqsədilə incəsənətdən istifadə etməyə, estetik təsir 
vasitələrindən dini etiqadın möhkəmləndirilməsi  və  yayılması  üçün  
onun  ideya-estetik təsir gücündən faydalanmağa çahşmışdır. 
Qabaqcıl incəsənət həmişə ictimai tərəqqiyə, insanların estetik-əxlaqi 
tərbiyəsinə xidmət etmişdir.  İncəsənət insanın mənəvi təkamülündə 
milli-dini  mənəvi  sərvətlərə  yiyələnməsində,   bütövlükdə mənəvi-
estetik tərbiyəsində çox mühüm vasitədir. İbadətgahlarda, məscid və 
kilsələrdə incəsənətin müxtəlif növlərindən, rəssamlıqdan, 
heykəltəraşlıqdan, memarlıqdan və s. istifadə edən din insanlara 
güclü emosional təsir etməyə nail olmuşdur.  İnsanların  şüurunda 
yaranan inam onların yaratdıqları dastanlarda, nağıllarda və digər 
ədəbi-bədii nümunələrdə öz əksini tapmışdır. 
Belə ədəbi nümunələrdən biri də Orxon yazılı abidələridir. Bu 
abidələr qəbirüstü kitabə olması baxımından Yenisey abidələri ilə 
birləşir. Lakin Orxon kitabələri həcminə, yazılış  tərzinə  və 
məzmununa görə Yenisey abidələrindən fərqlənir. Belə ki, burada bir 
qayda olaraq türk tarixi, türk xalqlarının formalaşma və 
məskunlaşma dövründə apardıqları müharibələr, qarşılıqlı tayfa 
münasibətlərinin formalaşması  və s. məsələlər barədə  dərin ideya-
fəlsəfi tutuma malik məlumatlar verilir. Bütün bunlarla bərabər 
türklərin qəhrəmanlıq  ənənələri, tanrı ilə türkün ruhi bağlılığına, 
“qohumluq əlaqələrinə”, dövlətçilik və məişət məsələlərinə aid fikir 
və düşüncələr də öz əksini tapmışdır. 
Qeyd etdiyimiz kimi, türklər özlərininin tanrı ilə möhkəm, 
qırılmaz “qohumluq münasibətlərinə” dərin inam bəsləyirdilər. Bunu 
“Gültigin” kitabələrindən gətirdiyimiz nümunələr də təsdiq edir: 


 
159
“Tanrıtək göylərdə doğulmuş türk müdrik xaqanı bu vaxt taxta 
oturdum”
1

“Türk xalqanın adı,  şöhrəti yox olmasın deyə, atam xaqanı, 
anam xatunu yüksəltmiş tanrı, türk xalqının adı, şöhrəti yox olmasın 
deyə, özümü tanrı xaqan oturtdu".
2
 
Gördüyümüz kimi, bu nümunələrdə türkün tanrı övladı olması 
inamı və türk etnosunun tanrı himayəsində yaşaması etiqadı özünün 
bədii əksini tapmışdır. 
Türk  etnosunun  tanrı    tərəfindən  qorunması  inamı  əsrlərlə 
türk xalqlarının  şüurunda möhkəmlənmişdir. Təsadüfi deyil ki, türk 
etnosunun yer üzündən silinib yox edilməsinə razı olmayan tanrının 
daima çətin anlarda bu etnosun qayğısına qalaraq onu hifz etməsi 
"Gültəkin" abidələrində belə əks olunmuşdur: 
“Türk xalqı yox olmasın deyə, xalq olsun deyə atam İltəris 
xaqanı, anam İlbikə xatunu tanrı təpəsində tutub yuxarı qaldırmış”. 
Türkün tanrı himayəsində olması  qənaəti ona alplıq,  ərənlik, 
qəhrəmanlıq keyfiyyətləri də qazandırır. Türk xalqları daima dörd 
tərəfdən  əhatə edilmiş yağılarla gərgin mübarizə, ağır döyüş 
şəraitində artmış, möhkəmlənmiş  və formalaşmışdır. Bu xarakterik 
xüsusiyyətlərin türklərdə formalaşmasına səbəb olan amillərdən biri 
də onların özlərini yer üzünün ən qədim, ilkin sakini hesab 
etmələridir. 
Türk xalqlarında tanrı yazısına, taleyə inam da onların 
tanrıçılıq düşüncələri və inamları ilə bağlıdır. Ümumiyyətlə, türk 
epik  ədəbi nümunələrində insanların tanrı  tərəfindən yaradılması  və 
onun ölümsüzlüyü (cismən vəfat etsə də ruhən yaşaması) inamı da öz 
bədii  əksini tapmışdır. Orxon ədəbi abidələrində  də ruhların 
varlığına, kainatın ruhu  
                                                           
1
 
Rəcəbov Ə.Məmmədov Y.Orxon-Yenisey abidələri. Bakı, Yazıçı 1993,səh. 77. 
 
2
 
Yenə orada, səh. 80. 
 


 
160
olduğuna və bu ruhun əbədiləşməsinə  bəslədikləri inam, onların 
səmaya meylli, tanrıya yaxın olmaları, özlərini digər xalqlardan 
fərqləndirmələri   müqəddəsliklərinə  bəslədikləri dərin inam və bu 
təsəvvürlərdən irəli gələn türk etnosunu qorumaq üçün xalqın ruhuna 
təsir edib, onu riqqətə gətirərək fəaliyyətə sövq etmək cəhdi öz əksini 
tapmışdır. 
Qədim türklər yerin, göyün, suyun, türk ruhunun əbədi 
təminatçısı olması inamı ilə  həmişə bol suyu, zəngin təbiəti olan 
yerlərə meylli olmuşlar. Onu da qeyd edək ki, Orxon ədəbi 
abidəbrinin konkret olaraq yazılma tarixi və müəllifi (Yolluq tikin) 
məlumdur. Ümumiyyətb, həm Gültəkin, həm Bilgə xaqan, həm 
Tonyukuk, həm də digər Orxon-Yenisey abidəbrindən türk epik 
təfəkkürünün və ideya-bədii dünyadüyümünün estetik ifadə notları 
müasir ədəbi ictimai düşüncəmizə qədər öz izlərini və etnokulturoloji 
təsir gücünü qoruyub saxlamışdır. Biz bunu ayrı-ayrı adət-
ənənələrdə, mərasimlərdə görür, həm də eyni zamanda ayrı-ayrı bədii 
nümunələrdə, folklor abidələrində də qədim türk epik təfəkkürünün, 
ideya - mövzu və estetik təsir gücü özünü göstərir. 
(Y.V.Çəmənzəminlii “Qıziar bulağı”, Ç.Aytmatov. “Çingiz xanın ağ 
buludu”, “Əlvida Gülsara”, “Hörmüz və Əhriman” və s.). 
Müsəlmanların müqəddəs dini olan “İslamın öhdəsindən gələ 
bildiyi xalqların qarşısındakı böyük mədəni xidməti onun 
qanunlarınn və ehkamlarının sadəliyi və aydın olmasıdır”.
1
 
Məlumdur ki, islamın formalaşması  Məkkədə olan Qüreyş 
əyanları ilə qeyri-bərabər mübarizə şəraitində getmişdir. Onun banisi 
Məhəmməd monoteist dinin təbliğinə  ərəbləri birləşdirən bir vasitə 
kimi baxmış, kütlələrin  şüuruna dini vasitələrlə  təsir göstərərək 
onların  əməli fəaliyyətini islamın izlədiyi  əsas istiqamətə 
yönəltmişdir. 
 
                                                           
1
 
Veliçko V.L. Qafqaz. Bakı, "Azərbaycan" nəşriyyatı, 1995, səh. 131. 
 


 
161
İslam dininin bir üstün cəhəti ondan ibarətdir ki, o, insanın 
mənəvi kamilliyini, əxlaqi saflığını ön plana gətirməklə mühüm 
əxlaqi-tərbiyəvi məzmun kəsb edir. 
Oğuz türklərinin tarixini özündə əks etdirən monumental epik 
abidəbrdən olan “Kitabi-Dədə Qorqud”da da islami görüşlər öz 
ifadəsini tapmışdır. 
Dastanı  nəzərdən keçirərkən oğuzlarda islami fikir və 
düşüncələrin dərin kökləri, bu köklərin qədimliyi, bəşəriliyi, təbiiliyi, 
türklərin genetik düşüncələri ilə qaynayıb qarışdığı aydın görünür. 
Dastanın Müqəddiməsi “Rəsuləleyhissəlam zamanına yaxın Bayat 
boyundan Qorqud ata derlər bir ər qopdu”cümləsi ilə başlayır. 
Bildiyimiz kimi türklər islam dinini qəbul edənə  qədər 
şamançılıqla bərabər bütpərəstlik, zərdüştilik, manilik, xristianlıq və 
hətta yəhudiliyə etiqad etmişlər.  Ərəbistana gedənə  qədər oğuzlar 
adına “Oğuznamələr” qoşan  şaman-ozan Qorqud Ata İslam dinini 
qəbul etdikdən sonra şaman-ozan Fdeyil, türk tayfaları-oğuzlar 
arasında  İslamın yayılmasında dərviş-ozan olaraq fəaliyyət göstərir. 
Eyni zamanda abidədən məlum olur ki, oğuz yurdlarındaä başqa 
qəbilə, tayfa, sonrakı dövrlərdə formalaşan xalq və millət 
olmamışdır. Bu ərazidə yaşayanlar müsəlman dinini qəbul edən və 
etməyən oğuzlar olmuşlar. Dastanda yağı düşmən sözündən daha çox 
asi, kafir kimi təqdim olunan oğuz düşmənləri onların çox ciddi tarixi 
rəqibləri olan qıpçaqlardır. Asi deyimi itaət etməyənlərə, kafir isə 
islam dininə inanmayanlara aiddir. Həqiqətən də  Qıpçaqlar 
oğuzlardan çox sonra, XII əsrin II yarısından etibarən islamı  qəbul 
etmişlər. 
 “Kitabi-Dədə Qorqud” mübarizə, döyüş  səhnələrini  əks 
etdirən qəhrəmanlıq eposudur. Oğuz sərhədlərində və yaxud onlarla 
bir ərazidə yaşayan kafirlərlə cəng eposun ümumi süjetində aparıcılıq 
təşkil edir. Buradakı 12 boyun səkkizində  oğuz bəylərinin 
qarşılaşdıqları, mübarizə apardıqları kafirlərdir. Bu səkkiz boyun 
hamısında Oğuzlar bir  


 
162
olan tanrının himayəsinə  sığınmaqla, ondan yardım diləməklə 
düşmənlərə qalib gəlirlər. Oğuz qəhrəmanlarının uzaq səfər, yaxud 
ağır döyüş qabağı  qıldıqları namazlar, söylədikləri dualar islami 
inamdan irəli gəlir. Dastanın IX boyu olan “Bəkil oğlu  Əmran 
boyunda da Əmran kafirlərlə qarşılaşanda “ucalardan uca tanrı”ya üz 
tutub ondan kömək diləyir. Kafir isə “Oğlan alındınsa tanrınamı 
yalvarırsan? Sənin  tanrın varsa, mənim 72 bütxanam var, - deyə 
lovğalanır. Əmran isə “Sən bütlərə yalvararkən mən aləmləri yoxdan 
var edən tanrıma sığındım”, - cavabını verir. Burada qeyd olunan “bir 
tanrı” məsələsi ümumtürk inamında başlıca səciyyə daşıyır. 
Mənbələrdən məlumdur ki, Məhəmməd peyğəmbərin islam 
dinini qəbul etmiş bir türk ordusu olmuşdur. O, tanrıya müraciətlə 
“Ulu tanrım mənim bir ordum var. Ona Türk adını verdim, Şərqdə 
yerləşdirdim. Bir qövmə  qızarsam o qövm üzərinə salar, müsəllat 
edərəm,” - deyir. Sonra isə öz” dindaşlarına “Türk dilini öyrənin. 
Zira onların uzun sürəcək hakimiyyətləri vardır”, tövsiyəsini edir. 
Dastanın VII boyunda “Qazılıq oğlu Yeynəyin boyu”nda isə 
Allahın vəsfinə həsr olunmuş belə bir poetik parça var: 
Ucalardan ucasan, uca tanrı! 
Kimsə bilməz necəsən, görklü tanrı! 
Sən anadan doğmadın, 
Sən atadan olmadın, 
Kimsə rizqin yemədin, 
Kimsəyə güc etmədin, 
Qamu yerdə əhədsən, 
Allahü-Səmədsən. 
Bu  şer tamamilə “Quran”ın 112-ci “Əl-İxlas” surəsindəki 
dördüncü ayə ilə  həmahəngdir. Yəni “Qulhuvəllahü  əhəd, 
Allahüssəməd. - O allah birdir, heç bir şəriki yoxdur. 
  


 
163
Allah heç kəsə, heç nəyə möhtac deyildir! Hamı ona möhtacdır. O 
əzəli və əbədidir.  
 “Kitabi-Dədə Qorqud”da bilavasitə Məhəmməd peyğəmbərin 
adı ilə bağlı olan iki müqəddəs  şəhərin də adı  çəkilir. “Tanrı evi”- 
Məkkənin adı ilə abidədə iki dəfə Mədinə , şəhərinin adı ilə bir dəfə 
qarşılaşırıq. Dastanın II boyunda kafirlər Uruzu dardan asmaq 
istədikdə o, asılacağı  ağacı  tərifləyərək ona Məkkə  və  Mədinənin 
qapısı ağac” - deyə müraciət edir. Dastanda islam dininin mühüm bir 
ənənəsindən, imkanı olan hər bir müsəlman üçün icrası vacib olan 
həcc ziyarətindən danışılır və bunun Məkkə  şəhəri ilə bağlılığı bu 
şəkildə nəzərə çatdırılır:  
 Alçaq 
yerdə yapılıbdır tanrı evi Məkkə görklü, 
 O 
Məkkəyə sağ varsa, əslən gəlsə sidqi, bütün hacı görklü. 
 
Məlum olduğu kimi, tanrı bütün peyğəmbərlərə onların öz adı 
ilə müraciət etdiyi halda həzrəti Məhəmmədə  Həbibim-deyə xitab 
edir. “Kitabi-Dədə Qorqud”dakı  Oğuz elləri də islamı  qəbul edib 
peyğəmbərə inam gətirdikləri üçündür ki, bütün əməllərində allahdan 
sonra məhz bu müqəddəs şəxsə arxalanırlar. Abidənin 12 boyundan 
11-nin sonunda dualar “Günahınızı adı görklü Məhəmməd Mustafa 
üzü suyuna bağışlasın”, sözlərilə bitir. 
 
Bildiyimiz kimi, islam dininin bünövrəsi, dayağı, bir 
kimsənin müsəlmanlığını sübuta yetirən “Kəlmeyi-şəhadətdir. 
İslamın beş  fəqərə sütunlarından-şərtlərindən ilki plan Kəlmeyi 
şəhadət Allahın tək, Məhəmməd peyğəmbərin onun rəsulu-elçisi 
olmasından, Həzrəti  Əli  əleyhissəlamdan bəhs edir. “Kitabi-Dədə 
Qorqud”da da bu cəhətə xüsusi diqqət yetirilir, kafirlərin islam dinini 
qəbul etmələrinə, müsəlman olmalarına xüsusi səy göstərilir. 
Əvvəldə adını  çəkdiyimiz “Bəkil oğlu  Əmranın boyun”da da ölüm 
təhlükəsi qarşısında qalan Əmran Kəlmeyi şəhadəti dilinə gətirərkən 
ona ilahidən qeyri-adi güc verilir və o, kafirə qalib 
 
 


 
164
gəlir. Bunu görən kafir heyrətlənir və deyir: “Yigit aman! Sizin dinə 
nə derlər. Dininə girdim Barmaq götürüb, şəhadət gətirib müsəlman 
oldum.” Din tarixindən o da məlumdur ki, islami qayda-qanuna görə, 
aman diləyən, kəlmeyi-şəhadəti dilinə gətirən kəs bağışlanır. Bu, elə 
əslində islamın əsas ideoloji silahlarındandır. 
“Kitabi-Dədə Qorqud”da islamla bağlı  məqamlarla tez-tez 
qarşılaşmağımıza baxmayaraq, boyların heç birində islamın  əsas 
təriqətlərinin və cərəyanlarının izlərinə təsadüf olunmur. Bundan belə 
nəticəyə  gəlmək olar ki, bu möhtəşəm abidə  həqiqətən də islama 
qədər və islamın yarandığı ilk dövrlərin məhsuludur. Burada buyruğu 
qəbul edilən, sözü tutulub tamam edilən pir, övliya ucalığına 
yüksələn Dədə Qorqud insanları mənəvi birliyə, yüksəlişə səsləyir. 
Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev də dinin 
mənəviyyatla bağlı məzmununa böyük diqqət yetirir, adamları dinin 
mənəvi dəyərlərindən faydalanmağa çağırır və göstərir ki, “Müstəqil 
Azərbaycan Respublikasının ağır, çətin keşməkeşli günündə  hər bir 
azərbaycanlı, hər bir müsəlman ilk növbədə islam dininin 
tövsiyələrindən istifadə edərək öz mənəviyyatını yüksəltməlidir. 
Mənəviyyatımız nə  qədər yüksək olarsa, biz insanlarda, hər bir 
azərbaycanlıda, müsəlmanda Vətənə, öz amallarına sədaqət, mənəvi 
saflıq əhval-ruhiyyəsi tərbiyə edə bilsək, Azərbaycan bu ağır böhran 
dövründən, çətinliklərdən tezliklə və müvəffəqiyyətlə çıxacaqdır.” 
Ümumiyyətlə, “islam millətlərinin hamısının-ərəblərin, 
türklərin, farsların və başqalarının birlikdə yaratdıqları böyük islam 
mədəniyyətinin digər millətlərin mədəniyyətinin inkişafında  əvəzsiz 
xidmətləri olmuşdur. Belə ki, “Beş əsr boyunca islam elmləri, yüksək 
mədəniyyəti və qüvvəti ilə cahana hökm etdi. Yunan fəlsəfəsi və elm 
xəzinələrinin varisi olmaq etibarilə müsəlmanlar bu xəzinələri islami 
fikirlərlə zənginləşdirdikdən sonra Qərbi Avropaya nəql etdilər. 


 
165
Bu surətlə Orta çağda islamiyyət, Avropanın mədəni üfiqlərini 
genişlədib insanların fikir və həyatında dərin bir təsir buraxdı".
1
 
İslam mədəniyyətinin yəhudilərə  də böyük təsiri   olmuşdur. 
“Orta çağdakı bütün yəhudi  ədəbi sənəti islam mədəniyyətinin bir 
in”ikasından ibarətdir. Gerçəkdən yəhudi  ədəbi sənəti xristian 
mədəniyyətindən daha çox müsəlmanların dualarına çox yaxındır".
2
 
Həqiqətən də müsəlmanların müqəddəs kitabı olan  Quranda 
bəşəri, humanist çağrışlı çoxlu ayələr, sünnə və hədislər, rəsmi şəriət 
normaları vardır. Bütün bunlar insanın mənəvi təkamülündə, daxilən 
saflaşmasında, onun həyat məqsədi və  mənəvi idealının 
formalaşmasında, yaxşını pisdən seçməsində,  ədalətli və xeyirxah 
mövqe tutmasında böyük əhəmiyyətə malikdir. Ümumiyyətlə, insan 
haqqında islam nəzəriyyəsində insanı faydalı əməyə çağırmaq, fiziki 
və  əqli cəhətdən inkişaf etdirmək, dindarları milli istiqlaliyyət 
uğrunda mübarizəyə ruhlandırmaq, bütövlükdə  cəmiyyətdə olan 
qayda-qanunları sosial təlabatı araşdırmaq və digər xüsusiyyətlər 
mühüm yer tutur. İslam dini insanları, bəzilərinin başa düşdüyü kimi, 
kortəbii ibadətlə, haqsızlıqla razılaşmağa deyil, ictimai qaydalara 
əməl etməyə səsləyir. “İslam dininin insan haqqında konsepsiyasında 
onun insanlar arasındakı adət-ənənələrin, ailənin hifz edilməsi 
sahəsindəki rolu da müəyyən yer tutur. İslam dini, xüsusilə  onun 
ayinçilik sistemi bütün milli məişət ənənələri, mütərəqqi bayram və 
mərasimlər, milli münasibətlərlə çulğalaşaraq, milli-mütərəqqi ənənə, 
bayram və  mərasimlərin də yaşadılıb nəsildən-nəsilə verilməsində 
təsirli vasitə olmuşdur”. 
 
                                                           
1
Bammat H. Qərb mədəniyyətinin inkişafında müsəlmanların rolu. Bakı, Azərnəşr, 1994, 
səh.15.  
  
2
 
Yenə orada. səh.23. 
 


 
166
İslam dinində onun insanın zehni fəaliyyətilə, yaradıcılığına, 
elmi idrakına münasibət məsələləri də öz əksini tapmışdır. 
Məhəmməd Peyğəmbərin hədislərindən birində qeyd olunur ki, elm 
uğrunda cəhd etmək müsəlmanın  əsas vəzifələrindən biridir. “İnsan 
anadan olandan qəbir evinə  qədər bilik arxasınca getməlidir. Bu 
yolda heç bir çətinlikdən qorxmamalıdır. Elm hətta  ən uzaq 
ölkələrdə, Çində belə olsa da, onun arxasınca getməlidir”. 
Qurani-Kərimdə  və  hədislərdə  əlilm istilahı altında daha çox 
iman, təqva və salehlik nəzərdə tutulsa da, bu istilah dünyəvi bilik 
mənalarını da qoruyub saxlayır.  İslamın bu mənbələri elə bir 
psixoloji, mənəvi və intellektual ab-hava təlqin edir ki, burada həm 
dini, həm də dünyəvi elmlərə  təhrik vardır.  İslamda yalnız fərd və 
cəmiyyət baxımından faydalı olan elmlər təqdir edilir.
1
 
Şərq alimləri uzun əsrlər islam dininin elmə olan müsbət 
münasibətinə dair öz əsərlərində  də  bəhs etmişlər.  İslam 
cəmiyyətində ziyalı şəxs insanlar tərəfindən məhəbbətlə qarşılanmış, 
hörmət edilmişdir. Məhəmməd Peyğəmbərə aid hədislərdən birində 
deyilir ki, Peyğəmbər dindarlarla söhbət edərkən demişdir: “Elm 
öyrənmək yolunda atılmış hər bir addım, Bədr vuruşması vaxtı həlak 
olmuş müsəlmanların  şəhidliyi qədər müqəddəsdir. Alim və abidin 
nisbəti müqayi-səsizdir; alim günəşdirsə, abid ulduzdur". 
Məlumdur ki, mənəvi mədəniyyətin mühüm tərkib 
hissələrindən biri də adət-ənənələrdir. Din və adət-ənənələr tarixi 
inkişaf prosesində bir-biri ilə elə qarşılıqlı münasibətlərdə olmuşlar 
ki, onların hər birində olan müəyyən xüsusiyyətlər birləşərək 
nəsildən-nəsilə ötürülmüşdür. Müsəlmanlar tərəfindən islam 
ayinlərinin icra olunması,  şəriət normalarına  əməl edilməsi, qadağa 
və haramlardan qaçıl- 
                                                           
1
 
Hacı Sabir Həsənli.  İslam mədəniyyətində elm. Bakı, "Elm və  həyat" nəşriyyatı 
1998, səh.5. 
 


 
167
ması  nəticəsində dindarlıq özü də milli xüsusiyyət  əxz etmiş, 
sabitləşərək bir nəsildən digərinə verilmişdir. Bu zaman ayrı-ayrı 
xalq və millətlərə  məxsus adət-ənənələr, mərasim və normalar da 
islam dini, xüsusilə onun ayinçilik sistemi ilə birləşərək milli-dini 
məzmun kəsb etmişdir. Onlara əməl edilməsi isə  həm etnik-milli 
adət, həm də dini borc kimi qəbul olunmuşdur. Məhz bu milli dini 
xüsusiyyət yəni adət-ənənələr və din bir-birinə təsir göstərərək onları 
yaşatmışdır. 
Yuxarıda qeyd etdiyimiz kimi dini adət-ənənələrin emosional 
tərəfi dini hissin yaranmasında mühüm rol oynayır. Ümumiyyətlə, 
dini hissin, dini həyəcanın adi hisslə bir çox oxşarlığı vardır. Belə ki, 
dini hiss özü də emosiya, əhval-ruhiyyə, mənəvi həyəcan və sairlə 
bağlıdır. Məsələn, din xadimləri dini hiss yaratmaq üçün emosional 
təsir gücünə malik olan bədii obrazlı sözlərdən istifadə edirlər. Eyni 
zamanda bu məqsədlə müəyyən vaxtlarda “kilsə özü... incəsənətdən 
qüdrətli bir silah kimi istifadə edirdi, ən gözəl arxitekturanı inkişaf 
etdirirdi, təntənəli surətdə  nəğmə oxumağı, gözəl adətləri həyata 
keçirirdi, o, həm də rəssamlığı və heykəltəraşlığı özünə tabe etməyə 
müvəffəq olurdu, bir sözlə sanki, bütün incəsənət kilsəyə xidmət 
edirdi. Kilsə bununla da insan ürəyini çox yaxşı  fəth etməyi 
bacarırdı.
1
 
Dini ənənələr də, milli ənənələr də hiss yaratmaq qabiliyyətinə 
malikdir. Lakin bu hisslərin məzmunu müxtəlifdir. Eyni zamanda, 
dini və milli ənənələr mənşəcə  də bir-birindən fərqlənirlər. Çünki, 
milli adət-ənənələr mənsub olduğu  millətin qədim tarixi, onun arzu 
və istəkləri zəminində formalaşaraq onun inkişafı ilə 
zənginləşmişdir. Tarix onu yaradan xalqı yaşadır. Bu baxımdan 
xalqımızın yaddaşına həkk olunmuş, yüzillər  ərzində qorunub 
saxlanmış Novruz bay- 
                                                           
1
 Лунарски А.В. Религийя и просвешение. М., 1954, стр. 6-7. 


 
168
ramı mütərəqqi milli ənənəmizdir. Yəni, mütərəqqi adət-ənənələrin 
ən yaxşı xüsusiyyətlərini özündə  əks etdirən xalq mərasimlərindən 
biridir. Belə  mərasimlər xalqın, millətin yaratdığı maddi və  mənəvi 
sərvətləri özündə birləşdirərək gələcək nəsillərə çatdırır. Tarixin 
müxtəlif mərhələlərində bu bayram fərqli münasibətlərlə qarşılansa 
da, xalq öz adətinə dönük çıxmamış, Novruz bayramını ulu 
əcdadlarının ruhuna hörmət  əlaməti kimi yaşatmışdır. Axı, Novruz 
bütövlükdə orta Şərq, o sıradan türk təfəkkür tərzinin, mənəviyyat və 
psixologiyasının tarix boyunca qorunub yaşadılan, bu günə çatdırılan 
böyük bir yadigarıdır. 
İslam ayinlərinin isə yaranma və formalaşma tarixi məlumdur. 
Bu ayinlər VII əsrdə bütövlükdə  ərəb cəmiyyəti üzvlərinin həyat 
tərzi, həyat ukladı  əsasında yaranmış, sonradan müxtəlif xalqların 
islamı  qəbul etməsi ilə  həmin xalq və millətlər içərisində  də 
yayılmışdır. Müsəlman ayinləri milli ənənələrlə vəhdətdə isiam dini 
etiqadının möhkəmlənməsi məqsədinə xidmət etmiş, xalqın mənəvi 
paklığında və dindarlığında təsirli vasitə olmuşdur. 
Müstəqil Azərbaycan Respublikasının dinə münasibəti Milli 
Məclisin 1992-ci il avqustun 21-də qəbul etdiyi “Dini stiqad azadlığı 
haqqında” Qanunda öz əksini tapmışdır. Bu, respublikamızın 
tarixində dinə münasibətdə ali qanunvericilik səviyyəsində  qəbul 
olunmuş ən demokratik və humanist bir sənəddir. 
Müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında 
əhalinin dini etiqad, mənəviyyat və vicdan azadlığlına tam təminat 
verən əsas prinsiplər belə ifadə olunmuşdur: 
“Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar 
respublikadır" (maddə 7,1). Yəni, respublikamızda Din dövlətdən 
ayrıdır" (maddə 18;1). Yəni, hakimiyyət dinə və yaxud hər hansı bir 
dini təşkilata deyil, xalqa məxsusdur. Dini təsisatlar dövlətdən 
ayrıdır. Nə dövlət dinin, nə  də din dövlətin daxili işlərinə qarışmır. 
Dini təşkilat və onların 
  


 
169
rəhbərləri ancaq dini-mənəvi tərbiyə  fəaliyyəti ilə, dini ayinçilik 
məsələləri ilə  məşğul   olmalı, dini təhsili həyata keçirməlidir. Din 
cəmiyyətin sosial-mədəni, mənəvi tərəqqisinə, cəmiyyət üzvlərinin 
bəşəri dəyərlər və hümanizm ruhunda tərbiyələnməsinə, xeyriyyə 
tədbirlərinin təşkilinə kömək etməli, Vətənin  ərazi bütövlüyü və 
suverenliyinin qorunub saxlanlmasında fəal iştirak etməlidir. 
Azərbaycanda “dövlət təhsil sistemi dünyəvi xarakter daşıyır” 
(Maddə 18;111). Yəni, dini təhsil, dini məktəblərin fəaliyyəti 
dövlətdən ayrıdır. Dövlət dini təhsil üçün maddi yardım etsə də, dini 
təhsil məsələlərinə qarışmır. 
“Din və dövlət” adlı 18-ci maddəyə görə “Bütün dini etiqadlar 
qanun qarşısında bərabərdir”. Bütün dinlər, məscid və kilsələr 
bərabərhüquqludur. 
Konstitusiya üzrə vətəndaşlar dini əqidəsinə heysiyyatına görə 
toxunulmazdır. “Heç bir halda heç kəs din, vicdan. fikir və əqidəsini 
açıqlamağa məcbur edilə bilməz və bunlara görə  təqsirləndirilə 
bilməz. (Maddə 71; IV). 
Konstitusiya dini ayinlərin və  mərasimlərin azad şəkildə 
icrasına təminat verərək, göstərir ki, “dini mərasimlərin yerinə 
yetirilməsi ictimai qaydanı pozmursa və ya ictimai əxlaqa zidd 
deyildirsə, sərbəstdir”. (Maddə 48, III). 
Bütün bu deyilənlərdən aydın olur ki, siyasi müstəqilliyini 
qazandıqdan sonra demokratik,  hüquqi və dünyəvi dövlətini qurmaq 
əzmində olan Azərbaycan xalqının öz mədəni irsinə, dininə, 
əsrlərdən bəri faydalandığı  mənəvi dəyərlərinə qayıtması  təbiidir. 
Müstəqillik milli-mədəni və dini ənənələrin dirçəldilməsi üçün şərait 
yaradır. Ona görə  də bu gün cəmiyyətimizin yaşadığı keçid dövrü, 
onun mürəkkəb xarakteri din və  mənəvi dəyərlər məsələsinə 
münasibət də  dəqiq, aydın və perspektivli bir proqramın işlənib 
hazırlanmasını aktuallaşdırır. Belə bir proqrama olan ictimai tələbat 
öz növbəsində xalqın  əsrlər boyu bu sahədə topladığı  təcrübəyə, 
ənənələrə münasibət məsələsinin əhəmiyyətini bir 
  


 
170
qədər də artırır, keçmişin mədəni və  mənəvi irsinin bütün mənfi və 
müsbət cəhətləri ilə  təhlilini, obyektiv və zamanm mhuna uyğun 
şəkildə qiymətləndirilməsini zəruriləşdirir. Bu, ona görə vacibdir ki, 
irsdən, keçmişdə artıq müəyyən nəsillərə xidmət etmiş  dəyərlərdən 
müasir nəsillər üçün yeni cəmiyyət quruculuğunda labüd təməl kimi 
istifadə olunsun. “Çünki, cəmiyyətin topladığı  təcrübənin 
mənimsənilməsi bu cəmiyyətin tarixinə yeni daxil olan hər bir nəslin 
təfəkkür və davramş mədəniyyətinin təşəkkül prosesidir. 
 

Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin