Dünyada
ən çox yayılmış dillərdən biri rus dilidir. Bu dil
keçmiş sovetlər birliyi, indiki MDB ölkələrində geniş yayılmış, çox
vaxt rəsmi dövlət sənədləri belə rus dilində tərtib olunmuşdur.
Azərbaycan müstəqilliyinin qazandıqdan sonra bütün dövlət
strukturlarında yazışmalar öz doğma ana dilimizdə aparılır.
Azərbaycan Respublikasının prezidenti Heydər Əliyevin sərəncamı
ilə 1 avqust 2001-ci il tarixdən isə latın əlifbasına keçilmişdir. Bütün
bu deyilənlərdən bir daha aydın olur ki, dil və yazı mədəniyyət
sistemində özünəməxsus yer tutur. Belə ki, müasir dövrün mühüm
şərtlərindən biri insanların elmi-texniki biliklərə yiyələnməsidir
ki, bu da ancaq təhsil vasitəsilə həyata keçirilir. Təhsil isə dilin
və yaxud dillərin öyrənilməsindən başlayaraq, onunla da davam və
inkişaf Dilin mədəniyyətlə əlaqəsinin digər mühüm bir cəhəti də
onun mənəvi sərvətləri maddiləşdirilib qoruması funksiyasıdır.
Məlumdur ki, bir çox insan nəslinin əməyi ilə qazanılmış nailiyyət
sonra asanlıqla hətta uşaqlar tərəfindən mənimsənilir və tərəqqinin
mahiyyəti də elə bundadır. Lakin unudulur ki, insan bunun üçün
məhz dilə borcludur.
1
Mədəniyyətin tarixi inkişafının ayrı-ayrı
mərhələləcində insanın təfəkkür və ünsiyyət fəaliyyətinin
ehtiyaclarına uyğunlaşdıqca dil də inkişaf edir, zənginləşir,
dolğunlaşır insan fəaliyyətinin bütün əsrarəngizliyini və əlaqəsini,
tarixən qazanılmış mədəniyyətin anlamlar xəzinəsi, insan
mənəviyyatının sonsuz zənginliyini əks etdirmək ehtiyacı ədəbi
dili, onun funksional üslublarını, ifadə imkan və vasitələrini daima
təkamülə, inkişafa məcbur edir.