§2. DİL VƏ MƏDƏNİYYƏT
Mədəniyyətin çox mühüm tərkib hissəsi dil mədəniyyətidir. Dil
və mədəniyyət məsələsi zaman-zaman həm dilçilikdə, həm də fəlsəfi
elmlərdə (etika, estetika, məntiq, mədəniyyətşünaslıq və s.) tədqiq
olunsa da, fundamental şəkildə araşdırılmamışdır.
Azərbaycanın coğrafi mövqeyi, burada qədim şəhər
mədəniyyətinin mövcudluğu, hələ miladdan əvvəl Azərbaycanda
Manna, Midiya dövlətlərinin yaranması, Azərbaycan torpaqları
uğrunda Assuriya və Urartu dövlətləri arasında uzun sürən
müharibələr və s. Azərbaycanda miladdan əvvəl genetik və tipoloji
cəhətdən müxtəlif dillərdə danışan tayfa və xalqların yaşaması
haqqında fıkir söyləməyə əsas verir. Həmin tarixi hadisələr
araşdırıldıqda məlum olur ki, bu ərazidə şəhər mədəniyyətinin binası
qoyulduğu zamandan Azərbaycanda çoxdillilik mövcud olmuşdur.
Azərbaycan ərazisində qədimdən yaşayan müxtəlif mənşəli etnoslar
(türklər> iranlılar, iber-qafqazlar və s.) öz dillərini, adət-ənənələrini
147
indiyə qədər mühafizə etmələrinə baxmayaraq ölkədə aparıcı
etnokulturoloji mövqe hələ orta əsrlərdən etibarən məhz
Azərbaycan türklərinə məxsusdur. Məsələ elə burasındadır
ki, həmin türk etnosları Azərbaycana təxminən min beş yüz
illik bir dövr ərzində tədricən gəlib məskunlaşmış, xalq olaraq məhz
burada (Azərbaysanda!), qeyri-türk etnoslarının əhatəsində
formalaşmışdır. Müasir Azərbaycan dilinin xüsusilə Şimal
regionlarında hun-qıpçaq tayfa dillərinin element mövcudluğu bunu
təsdiq edir. Və buraya həmin regionlarda bu günə qədər mühafizə
olunan bir sıra qədim hun-qırçaq antroloji, etnoqrafik etnopstxoloji
göstəricilərini də əlavə etmək olar. Azərbaycanda (xüsusilə
onun Cənubunda) axırıncı türk məskunlaşmaları orta əsrlərin sonuna
təsadüf edir.
1
Beləliklə, deyilənlərdən aydın olur ki, Azərbaycanın
türkləşməsi prosesi iki mərhələdən ibarətdir:
I mərhələ (eramızın əvvələrindən I minilliyin axırlarına qədər olan
dövr)
hun-qıpçaq mərhələsi;
II mərhələ (I minilliyin sonu II minilliyin əvvələrinə qədər olan
dövr) oğuz-səlcuq mərhələsi.
Azərbaycanın Şimalında əsasən hun-qıpçaqlar, Cənubunda
isə oğuzlar məskuniaşmışlar. III-IV əsrlərdə cənubdan Sasanilər
Azərbaycanı İşğal edərək iqamətgahlarını Təbrizə köçürürlər. Bir
qədər sonra isə müxtəlif Şimali Qafqaz tayfaları Şimaldan hunlar və
xəzərlərin Qafqaz Albaniyasını ələ keçirməsi Azərbaycanda
çoxdilliliyin daha geniş yayılmasına səbəb olur.
İslamın meydana çıxması ilə Sasani sülaləsi hakimiyyətinə son
qoyulur. Atlantik okenından Hindistana və Çinə qədər geniş bir
ərazidə yayılan ərəb xəlifəliyi islam dini ilə birlikdə ərəb dilini də
Azərbaycana gətirdi.
1
Nizami Cəfərov. Azərbaycanşünaslıq məsələləri. Bakı, BDU nəşr.2001. Səh.4.
148
Məlumdur ki, VIII əsrdən etibarən Azərbaycanda islam,
zərdüştlük və xaçpərəstlik dinlərinə etiqad olunurdu. Buna görə də
əsasən Azərbaycan, fars və ərəb dilləri əsas ünsiyyət vasitəsi idi.
Azərbaycanın Bərdə, Şamaxı, Gəncə, Naxçıvan, Ərdəbil, Marağa,
Təbriz və s. şəhərlərində ticarətin genişlənməsi, mədəniyyətin
tərəqqisi Hindistan, Rusiya, Orta və Ön Asiya, Suriya, İraq, Misir,
Kiçik Asiya ölkələri ilə ticarət münasibətlərini gücləndirir. Bu isə
ölkədə çoxdilliliyin inkişafına imkan verir.
Bildiyimiz kimi, VIII-X əsrlərdə Azərbaycanda ərəb dili elm,
fars dili şer, Azərbaycan dili isə ümum ünsiyyət dili funksiyasını
daşıyırdı. VII-IX əsrlərdə ayrı-ayrı köçəri ərəb tayfa və qəbilələrinin
Azərbaycana gəlməsi, bəzi İran dilli xalqların azərbaycanlılarla isti
münasibətləri Azərbaycan dilinin ümumünsiyyət funksiyasına bir o
qədər də təsir edə bilməmişdir. Orta əsrlərdə müsəlman
mədəniyyətinin və idelogiyasının dili kimi tanınan ərəb dilinin,
poeziyaya xüsusi ahəng verən fars dilinin ziyalılar içərisində geniş
yayılması üçün real şərait yarandı. Lakin buna
baxmayaraq, nə VII-IX əsrlərdə Azərbaycanın bəzi
rayonlarına-Bərdəyə, Qazaxa, Qəbələyə, Şamaxıya və s. köçmüş
ərəblər, İrandan və Şimaldan gələrək Azərbaycanda
məskunlaşmış bəzi irandilli qəbilələr, nə də müxtəlif dillərdə
danışan yerli cammaat, o cümlədən albanlar nəinki Azərbaycan
dilinin unudularaq aradan çıxmasına, hətta ərəb, İran və albandilli
xalqlar asanlıqla öyrəndikləri Azərbaycan dilində danışmaqla
ölkəmizdə çoxdilliliyin inkişafında xüsusi rol oynadılar.
Miladın II-III əsrlərindən ölkəmizin ərazisində Azərbaycan dilinin
ümumünsiyyət dili olmasına baxmayaraq XI-XII əsrlərdə oğuzların,
səlcuqların və qıpçaqların Azərbaycana kütləvi gəlişi fars dilinin
rəsmi dövlət dili qəbul edilməsinə səbəb oldu. Bu dövrdə fəaliyyət
149
göstərən mədrəsələrdə dərslər əsasən fars və ərəb dillərində
aparılırdı.
Türk yazılı ədəbi dillərinin, o cümlədən Azərbaycan yazılı
ədəbi dilinin inkişafı XIII əsrlə əlaqədardır. Türk ədəbi dillərinin
məhz XIII əsrdə inkişafının aşağıdakı səbəbləri var:
1) Türk dillərinə aid ümumtürk yazılı abidələrinin mövcudluğunun
qədimliyi,
2) İslam dini ehkamlarının xalqa türk dillərində çatdırılmasının
zəruriliyi,
3) Fars və ərəb dilli ədəbiyyatın təsiri.
Məlumdur ki, 1259-cu ildə Xacə Nəsrəddin Tusi (1201-1274)
Marağa rəsədxanasının əsasını qoymuş və 400000 nüxsədən artıq
kitab fondu olan kitabxana yaratmışdır. Şərq ölkələrinin mədəniyyət
tarixində orta əsrlərin ən böyük rəsədxanası olan bu rəsədxanada
azərbaycanh Fəxrəddin Marağayi və Şəmsəddin Şirvani Şərq
ölkələrinin bir çox alimləri ilə birgə fəaliyyət göstərmişlər. Xacə
Nəsrəddin Tusi bununla bərabər müxtəlif elm sahələrini tədqiq və
tədris edən böyük bir akademiya, Təbrizdə Darüş-Şəfa adlı tibb
akademiyası yaratmışdır. Zəngin kitabxanaya, mədrəsəyə,
rəsədxanaya və xəstəxanaya malik olan bu akademiya şərq
ölkələrinin mədəniyyətinin tərəqqisində mühüm rol oynamışdır.
Burada həm işləyən, həm də təhsil alanların əksəriyyəti üç dil-ərəb,
fars və Azərbaycan dilini mükəmməl bilmişlər. Ümumiyyətlə,
Həsənoğludan, Nəsimidən və Qazi Bürhanəddindən başlamış XIX
əsrin I yarısına kimi Azərbaycanın mədəniyyət və ictimai fikir
tarixində elə ziyalımız olmamışdır ki, ərəb, fars və Azərbaycan
dillərini bilməsin. Elə Həsənoğlunun dövrümüzə gəlib çatmış üç
qəzəlindən biri fars, ikisi isə azərbaycan dilindədir. Bu qəzəllərə
diqqətlə nəzər saldıqda şairin ərəb dilinə də bələdliyini görmək olar.
Nəsiminin fars və azərbaycan dillərində “Divan”ının və ərəb
dilində
150
qəzəllərinin olması onun da üç dili yaxşı bilməsini söyləməyə əsas
verir. Qazi Bürhanəddinin ancaq Azərbaycan dilində yazdığı qəzəl,
rübai və tuyuqlarında ərəb və fars dillərinə məxsus elə birləşmələr
vardır ki, belə birləşmələrdən ancaq üç dili (azərbaycan, fars, ərəb)
sərbəst bilən şəxs istifadə edə bilər.
Tarixdən məlumdur ki, 1501-ci ildə Azərbaycanda ilk mərkəzi
feodal dövləti yaratmış Səfəvilər sülaləsi meydana gəlir. Elə həmin il
Təbrizdə Azərbaycan şahı elan olunan I Şah İsmayıl Xətainin tarixdə
ən böyük xidməti odur ki, o Azərbaycan dilini dövlət dili səviyyəsinə
qaldırıb. Bir sıra Avropa dövlətləri ilə siyasi əlaqələr yaradan Şah
İsmayıl özü də Azərbaycan və fars dillərində gözəl poeziya
nümunələri yaratmışdır.
XVI əsrdə bu üç dildən böyük məharətlə istifadə edən dahi
şairimiz Məhəmməd Füzulidir. O, azərbaycanca, farsca, ərəbcə bir
çox bədii və fəlsəfi əsərlərin müəllifidir.
1587-ci ildə I Şah Abbas Səfəvi hakimiyyətə gəlir və paytaxtın
Qəzvindən İsfahana köçürülməsi Azərbaycan dilinin nüfuz
dairəsini daha da genişləndirir. Onun hakimiyyəti ərzində
yalnız Azərbaycanda deyil, hətta İranda da hakimlik edən
səfəvilərin Avropa öləkələri və Rusiya ilə əlaqələri daha da
möhkəmləndi, “Buna görə də XII əsrdə Avropaya köçmüş
yarıac, dərvişvari həyat sürməyi əsas tutan karmaletlərin, Avropa
səyyahlarının və missionerlərinin Azərbaycana və İrana güclü axını
XVI-XVII əsrlərə təsadüf edir. Səfəvilər hökumətində ikidilliliyin
canlı şahidi olan bu səyyah və missionerlər İsfahanda, Təbrizdə,
Ərdəbildə və Şamaxıda fars dili ilə yanaşı, Azərbaycan dilinə
də böyük həvəs göstərirdilər”.
XVII əsrdə Saib Təbrizi, Qövsi Təbrizi, Fədai, Məhəmməd
Əmani, Məsihi və başqa şairlər, XVIII əsrdə Nişat Şirvani, Şakir
Şirvani, Zülali, ədəbi poetik dili xalq dilinə uyğunlaşdırmaqda xüsusi
rol oynamış Molla Vəli
151
Vidadi, Molla Pənah Vaqif Azərbaycan dilinin inkişafında,
zənginləşməsində əvəzsiz xidmətlər göstərmişlər.
Beləliklə, demək olar ki, IX əsrin əvvəllərindən başlayaraq
XIX əsrin əvvələrinə qədər həm Azərbaycanda, həm ərəb
ölkələrində, həm də İranda bəzi mədrəsələrdə təhsil alan hər bir
azərbaycanlı ərəb, fars və Azərbaycan dillərini yaxşı bilmişlər.
Azərbaycan hüdudlarında yaşayan başqa xalqların nümayəndələri isə
(albanlar, ərəblər, ruslar, ləzgilər və b.) öz ana dillərindən əlavə
Azərbaycan dilini də bilmişlər. Hətta VIII-IX əsrlərdə Azərbaycana
köçürülmüş ərəblər, daha sonralar bəzi irandilli xalqlar, albanlar öz
ana dillərini unudaraq, bütünlüklə Azərbaycan dilində danışmışlar.
XIX əsrin əvvələrində Azərbaycanın şimalının
Rusiyaya birləşdirilməsindən sonra əhalinin ziyalı təbəqəsi ərəb, fars
dilləri ilə yanaşı rus dilini də öyrənməyə həvəs göstərdilər. Doğrudur,
yuxarıda qeyd etdiyimiz kimi hələ səfəvilər dövründən azərbaycanlı
diplomatlar, tacirlər və səyyahlar arasında rus dilində danışanlar
olmuşdur, lakin rus dilinin Azərbaycanda daha geniş yayılması məhz
XIX əsrin əvvəllərindən başlanır. Bu dövrdə Tiflisdə, Bakıda və
Zaqafqaziyanın digər şəhərlərində Rusiya imperiyası
tərəfindən açılan müxtəlif idarələrdə tərcüməçilərə böyük ehtiyac
yaranır. Fars, ərəb, rus dillərini mükəmməl bilən Abbasquluağa
Bakıxanov Qüdsi 1819-cu ildə general Yermolov tərəfindən
Tiflisə dəvət oiunur. O, (A.Bakıxanov) İ.İ.Qriqoryevlə birlikdə 1852-
ci ildə Azərbaycan dilinin rusca müntəxəbatını tərtib etmiş və
1855-ci ildə azərbaycanca-rusca oxu və tərcümə kitabını
hazırlamışdı.
Tiflis gimnaziyasının müəllimi, Azərbaycanın böyük Şairi
Mirzə Şəfi Vazeh Azərbaycan, fars, ərəb, türk və rus dillərini
mükəmməl bilmiş və 1855-ci ildə nəşr etdirdiyi dərsliyin sonunda
azərbaycanca-rusca lüğət də vermişdir.
152
XIX
əsrdə neft səneyesinin inkişafı Bakını Rusiyanın
böyük sənaye mərkəzinə çevirdi. Əhalinin milli tərkibi zənginləşdi.
O dövrdə, azərbaycanda 30 millətin nümayəndəsi yaşayır və
fəaliyyət göstərirdi. Yalnız neft sahəsində işləyənlərin elə 25 faizi
ruslardan ibarət idi.
XX
əsrin əvvəllərində Bakıda rus və Azərbaycan
dillərində müxtəlif mətbuat orqanlarının fəaliyyət göstərməsi,
Azərbaycanın iri sənaye şəhərlərində müxtəlif ruhlu dərnəklərin,
qrupların fəaliyyəti, Rusiyanın bir çox şəhərlərinə təhsil almaq üçün
gedən ziyalıların fəaliyyəti nəticəsində dil ilə birgə mədəniyyətimiz
də zənginləşir, inkişaf edirdi.
Bütün bu yuxarıda danışdıqlarımızdan bir daha aydın olur ki,
dil ictimai hadisədir. Onun meydana çıxmasında əsas yeri bioloji
amillərin tutmasına baxmayaraq, dilin sonrakı inkişafı ictimai
amillərlə bağlıdır. Dil mədəniyyətin ən mühüm vasitəsi və aparıcısı
olmaqla onun bütün sahələrini əhatə edir.
Dünyada mövcud olan 3000-dən çox dildən yalnız 250-si ədəbi
dil kimi istifadə olunur. Qeyd olunan 3000-dən çox dilin «...4-ündə
100 ınilyondan çox, 6-da 50 milyonadək, 50-də 1 milyondan 10
milyonadək, qalan dillərdə isə 10 mindən 1 milyonadək adam
danışır. Belə ki, bütün dünyada öz yazısı olan cəmi 250 ədəbi dil
vardır. Amma bu dillərin zəngin folklor materialları mövcuddur.
Dünya dilləri içərisində cəmi 5 dil BMT-nin rəsmi dili kimi qeydə
almmışdır. Onlar aşağıdakılardır: ingilis, rus, fransız, ispan və çin.
...Dünyada ən çox yayılmış 13 dil mövcuddur ki, onlar da
dünyanın 65 ölkəsinin dövlət dilidir. Dünyanın 20-dən çox ölkəsində
ispan, 15 ölkəsində ingilis, 13 ölkəsində ərəb, 9 ölkəsində fransız, 3
ölkəsində alman, 2 ölkəsində
|