§ 5. ESTETİK MƏDƏNİYYƏT
Müasir dövrdə estetik mədəniyyət getdikcə daha böyük
əhəmiyyət kəsb edir. Estetik mədəniyyət də cəmiyyətin ümumi
mədəniyyətinin bir hissəsidir. Estetik mədəniyyətin spesifikası və
funksiyası ondan ibarətdir ki, o subyektin dünyaya münasibətinm
azad özünüifadəetmə formasıdır.
Bəs estetika nədir?
Estetika yunan sözüdür. “Aisthetiko” hiss edən, həssas
mənasındadır. O, gözəllik qanunlarını, incəsənətin gerçəkliyə
münasibətini, onun növ və janrlarını, bədii şüurun qanunauyğun
inkişafının özünəməxsus xüsusiyyətlərini bədii yaradıcılıq metodunu
öyrənən fəlsəfi elmdir.
Təxminən 8-10 il əvvəl respublikamızın demək olar ki, bütün
ali məktəblərində bir fənn kimi tədris olunan estetika son illər tədris
planından çıxarılmışdır. Yaranmış mövcud boşluğu az da olsa
doldurmaq, müasir gənclərə bu mövzuda bilgilər vermək məqsədilə
biz “Mədəniyyətşünaslıq” fən-
176
ninin mövzuları sırasına “Estetik mədəniyyət” mövzusunu da daxil
etməyi lazım bildik.
Estetika termini elmə hələ XVIII əsrdə alman filosofu
Aleksandr Qotlib Baumqarten (1714-1762) tərəfindən gətirilmişdir.
O bu anlayışı gözəllik nəzəriyyəsi, “Hissi idrak elmi” adlandırmışdır.
Onun estetik hadisəni idrak nəzəriyyəsi yönümündən işləməsinin
alman klassik fəlsəfəsinin sonrakı inkişafı üçün böyük əhəmiyyəti
olmuşdur.
Onu da qeyd etmək lazımdır ki, estetik fikrin tarixi daha
qədimdir. Belə ki, 2500 il bundan əvvəl quldarlıq dövründə Misir,
Babilistan, Hindistan və Çində yaranmış, Qədim Yunanıstan və
Qədim Romada inkişaf etmişdir. Antik filosofların əsərlərində
incəsənətin cəmiyyətdə rolu və onun insanın əxlaqına təsiri
məsələlərindən bəhs olunmuşdur. Orta əsrlərin “İlahi gözəllik”
haqqında mistik təlimlərində hər cür gözəlliyin mənbəyi və ali
gözəlliyin təcəssümü allah hesab olunurdu.
Maarifçi estetikanın nümayəndələri E.Byerk, Hoqart, D.Didro,
J.J.Russo, İ.İ.Vinqelman, İ.Herder və b., xüsusilə onların davamçıları
F.Şiller və Göte incəsənətlə gerçəkliyin əlaqəsi ideyasını inkişaf
etdirdilər.
Marksizm-leninizm klassikləri icə incəsənəti ictimai şüur
formalarından biri və gerçəkliyin estetik dərk olunmasının spesifik
forması kimi öyrənirlər. Gerçəkliyin estetik dərkinin isə üç tərəfi
vardır:
l) Obyektiv gerçəklikdə estetiklik;
2) Subyektiv estetiklik;
3) İncəsənət-subyektiv və obyektiv estetikliyin vəhdəti.
Estetika bu tərəflərin mahiyyətini, qanunauyğunluqlarını və
onların konkret təzahürlərini tədqiq edir.
Cəmiyyətin estetik mədəniyyətinə həm estetik şüurun (estetik
biliklərin, estetik hisslərin, estetik zövqlərin, estetik idealların)
məzmunu və inkişaf səviyyəsi, həm də insanların estetik
yaradıcılığının xarakteri, istiqaməti və yayılma dərə-
177
cəsi daxildir. Eyni zamanda, estetik mədəniyyətdə estetik sərvətlərin
insan tərəfindən mənimsənilmə formalarının rəngarəngliyi, bu
sərvətlərdən insanın inkişafı, onun mənəviyyatının zənginləşməsinə
görə humanist məqsədlərlə istifadə edilməsi də öz əksini tapır.
Göründüyü kimi, estetik mədəniyyətin xüsusiyyəti onun əsasını
təşkil edən estetik fəaliyyətin spesifikası ilə müəyyən olunur. Estetik
fəaliyyət mənəvi xarakterə malikdir. Onun predmeti gerçəkliyin
bilavasitə dərk və ya təsəvvür edilə bilən hər hansı bir obyekti ola
bilər. Məsələn, estetik informasiya daxil edilmiş bədii sərvətlər,
etilitar təyinatı məhsulların estetik dəyəri ilə müşayiət olunan
məqsədyönlü fəaliyyət məhsulları, insan əməyi ilə təbiiliyindən
çıxmış və estetik mədəniyyət sisteminə daxil edilmiş təbiət
nümunələri və s. Estetik baxımdan neytral olan, dəyəri fəaliyyət
prosesində aktuallaşdırılan, yaxud təsbit edilən halların da estetik
fəaliyyət predmeti olması mümkündür.
Estetik fəaliyyətin xüsusi maraq dairəsi həmişə insan aləmi
olmuşdur. Müasir dövrdə də belədir. Ona ictimai-tarixi proses,
insanların ictimai həyatı, sosial davranışı, daxili və mənəvi aləmi
daxildir. İncəsənət sahəsində aparılan müşahidə və təcrübələr göstərir
ki, elə bir təbiət və yaxud sosial gerçəklik halı yoxdur ki, o öz
mahiyyətinə görə estetik fəaliyyət predmeti olmasın. Görkəmli
rəssam Səttar Bəhlulzadənin yaradıcılığına, onun rənglər aləminə
diqqət yetirsək, görərik ki, təbiətin hər bir hadisəsi, hər bir nümunəsi
onun rəsmlərinin əşyası olmuşdur. Onun əsərlərində kiçik və ya
böyük təbiət nümunəsi yoxdur. Rəssam təbiət nümunələrinin hər
birinə eyni həssaslıqla, eyni sevgiylə yanaşır. S.Bəhlulzadənin
rəsmlərində hər çiçəyin, hər yarpağın min çaları var. Lakin bu
əsərlərdə təbiətdən götürülən hər hansı bir nümunə öz təbii
mövcudluğundan da məhrum edilmir. Rəssam götürdüyü hər bir
nümunəni öz şəxsi məntiqi və potensial yaradıcılıq imkanlarına
uyğun şəkildə obrazlı verir,
178
ideala qədər ucaldır, mümkün qədər arzulanan təsəvvür səviyyəsinə
qaldırır. Estetik baxımdan dəyişdirilmiş əşya bəşər mədəniyyəti
xəzinəsinə daxil edilir, orada o, öz oricinallığını qorumaqla, estetik
qiymət alır. Gördüyümüz kimi, burada estetik əşya insanın obyektiv
aləmi ilə subyektiv aləmi arasında vasitəçi olur.
Estetik predmet özünə subyektin müəyyən münasibəti-ni,
baxışını və iştirakını nəzərdə tutur. Bunlar obyektiv keyfiyyətlərlə
yanaşı, onun dəyərini müəyyənləşdirir.
Estetik mədəniyyətin və fəaliyyətin subyekti ictimai varlıqdır.
O, həyata qədəm qoyarkən yalnız hazır sosial münasibətlərlə deyil,
eyni zamanda bir çox maddi və mənəvi dəyərlərlə, əvvəlki dövrlərdə
yaradılmış estetik sərvətlərlə qarşılaşır. Bunlar insanın varlığının
obyektiv şərtləri olur və onun estetik fəaliyyəti üçün əsas verir.
Estetik fəaliyyətin obyektə uyğun şəkildə faydalı xarakteri əşyanın
estetik dəyərinin təsdiqində realizə olunur. Əşyanm estetik dəyəri
subyektin üzə çıxardığı və qiymətləndirdiyi obyektiv daxili və xarici
əlaqələrin zənginliyi ilə müəyyənləşdirilir.
Estetik mədəniyyət özünəməxsus daxili qanunlar əsasında
inkişaf edir.
Estetik mədəniyyətin əsas funksional struktur elementləri
aşağıdakılardır:
l.İctimai idealın nizamlayıcısı kimi özünü göstərən estetik
münasibət.
2.Bədii sərvətlərin ümumi toplusu.
3.Cəmiyyət üzvlərinin xüsusi bir hissəsi (professional
səviyyədə bədii sərvətləri istehsal edən, həmçinin cəmiyyətdə onların
fəaliyyətini təmin edən ziyalılar).
4.Bədii sərvətlərin toplanmasını və ötürülməsini, onların estetik
münasibətlər sisteminə daxil edilməsini təşkil edən tirajlama və
kommunikasiya vasitələri.
179
5.Dövlətin, ümumiyyətlə cəmiyyətin diqqət mərkəzində olan
estetik mədəniyyəti və estetik tərbiyəni bölüşdürən və yenidən
istehsal edən mexanizmlər və təsisatlar.
Ümumiyyətlə, hər hansı bir mədəniyyət nümunəsi heç də
dərhal estetik mədəniyyət sisteminə daxil ola bilmir. Bu, onun
insanların tələbatının ideya-bədii dəyərinə və estetik idrak
səviyyəsinə uyğunluğundan asılıdır.
Bir anlığa təsəvvür edin ki, ucqar dağ kəndlərindən birində
məşhur bir opera tamaşası göstərilir. Aktyorlar nə qədər böyük
sənətkarlıqla çıxış etsələr də, kənd camaatı tərəfdən heç bir reaksiya
nəzərə çarpmır. Deməli, nümayiş etdirilən əsərlə, ona tamaşa edən
insanların arasında böyük bir uçurum vardır. Bu insanlar
qarşılaşdıqları dünyaya daxil ola bilmirlər. Çünki, tamaşada əks
etdirilən hadisələrin ifadə xüsusiyyətləri haqqında onların ən sadə
təsəvvürləri belə yoxdur. Ona görə də, “incəsənətdən zövq almaq
üçün bədii cəhətdən savadlı olmaq lazımdır”. (K.Marks). Bu isə
insanların ümumi mədəni səviyyəsindən, cəmiyyətin maddi
vəziyyətindən, gərəkli vaxt ilə asudə vaxt arasındakı nisbətdən
əhəmiyyətli dərəcədə asılıdır.
Estetik mədəniyyətin müstəqil funksional elementlərindən biri
də bədii özfəaliyyətdir. O, xalq yaradıcılığı növüdür. Buraya teatr,
musiqi, xoreoqrafiya, təsviri və tətbiqi sənət sahəsində geniş xalq
kütlələrinin yaradıcılıq fəaliyyəti daxildir. Bədii özfəaliyyət
kollektivlərinin professional səviyyəsinin yüksəlməsi nəticəsində
həvəskar ifaçıların xalq teatrları, opera və balet studiyaları, xor
kapellası və simfonik orkestrləri yaranır. Daha istedadlı özfəaliyyət
iştirakçıları xüsusi təhsil almaqla professional kollektivlərdə peşəkar
sənətkar zirvəsinə qalxırlar.
Azərbaycanda bədii özfəaliyyətin inkişafında Ü.Hacıbəyovun,
H.Sarabskinin, Bülbülün, A.İsgəndərovun və b. böyük xidmətləri
olmuşdur.
180
Bədii mədəniyyət cəmiyyətin estetik mədəniyyətinin ancaq bir
hissəsidir. Estetik fəaliyyət estetik mədəniyyət sisteminə ictimai
praktikanın müxtəlif sahələrini cəlb edir. Eyni zamanda elmi-texniki
tərəqqinin estetik fəaliyyətlə qarşılıqlı təsir prosesini yaradır. Son
zamanlar estetik fəaliyyətin maddi istehsal sistemində yeni növü-
dizayn meydana çıxmışdır.
Dizayn müasir dövr estetik mədəniyyətinin mühüm
elementidir. Onım məqsədi nəticə baxımından maddi sərvətlər
istehsalıdır. Lakin bu sərvətlər xüsusi özfəaliyyət əsasında estetik
dəyər alır. Dizayn eyni zamanda incəsənətlə istehsal arasında
vasitəçidir.
Estetik mədəniyyətin mühüm bir elementi də estetik tərbiyədir.
Cəmiyyətin estetik mədəniyyəti böyük tərbiyəvi əhəmiyyətə
malikdir. Cəmiyyətin hər bir üzvünün, xüsusilə də gənclərin estetik
mədəniyyətinin formalaşması mütəşəkkil və məqsədyönlü prosesdir.
Buraya aşağıdakı vəzifələr daxildir:
l.Milli, ümumbəşəri ideyalar əsasında estetik zövqün
formalaşdırılması:
2.İctimai praktikanın hər bir sahəsində, yüksək estetik fəaliyyət
və tələbatın formalaşdırılması.
3.Bədii yaradıcılıq üçün vərdişlərin və qabiliyyətlərin
təkmilləşdirilməsi və inkişafı.
Estetik tərbiyə sistemi təhsilsiz tam inkişaf edə bilməz. Çünki,
onun əhəmiyyəti və məqsədi estetik sərvətləri dünya-görüşü
səviyyəsinə qaldıraraq onu şəxsiyyətin həyata ümumi baxış sistemi
ilə birləşdirməkdir.
Estetik təhsil alınan estetik informasiyalara şəxsiyyətin tənqidi
münasibət bəsləməsinə imkan yaradır, hadisələrə, incəsənətə, həyata
onun estetik qiymətinin yüksək ideya səviyyəsini şərtləndirir.
Beləliklə, gənclərimizdə gözəllik hissinin, estetik zövq və
vərdişlərin formalaşması istiqamətində istifadə olunan
181
bütün vasitələr mütləq onlarda vətəndaşhq hissi, milli düşüncə tərzi
tərbiyə edilməsi ilə əlaqələndirilməlidir. Belə ki, gözəllik anlayışı
vətəndaşlıq probleminin bir hissəsi kimi dərk olunmah, yüksək zövqə
malik gənclər yetişdirmək məqsədi ilə məhdudlaşmayıb, ləyaqətli
gənclər tərbiyə etmək üçün vasitə olmalıdır. Sağlam və inkişaf etmiş
zövqü olan yüksək mənəviyyatlı vətəndaşlar yetişdirilməsi estetik
tərbiyənin ana xəttini təşkil etməlidir.
Dostları ilə paylaş: |