Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının "Sosial-siyasi elmlər" bölməsi tərəfindən


§6. MƏDƏNİYYƏTİN  YAYILMA   VASİTƏLƏRİ



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə36/38
tarix02.01.2022
ölçüsü1,3 Mb.
#47953
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   38
D rs v saiti Az rbaycan Respublikas T hsil Nazirliyi Elmi-Metod

§6. MƏDƏNİYYƏTİN  YAYILMA   VASİTƏLƏRİ 
 
Cəmiyyətin mədəni inkişaf səviyyəsi onun yaratmış olduğu 
mənəvi sərvətlərin həcmi isə, yayılma miqyası və mənimsənilməsi ilə 
ölçülür. Mənəvi sərvətlərin yaranması, yayılması  və istifadə 
olunması üsulları isə  cəmiyyətin sosial-mədəni təşkilindən asılıdır. 
Mənəvi istehsalın dəyişməsi və inkişafı özünü ilk növbədə  mədəni 
sərvətlərin yaradılması, mübadilə edilməsi bölgüsü və istifadə 
olunması üsullarının dəyişməsi və inkişafı kimi göstərir. 
Cəmiyyətin mədəni inkişaf tempi, vüsəti və  səmərəliliyi ona 
cəlb olunmuş insanların yaradıcı  fəallığının dərəcəsindən, onların 
əhatə dairəsinin miqyasından asılıdır. Müasir dövrdə  mədəni həyat 
insanların mənəvi sərvətləri fəal mənimsəməsini və ondan 
intellektual səviyyədə istifadə edilməsini, mədəni inkişafda kütlələrin 
geniş iştirakını nəzərdə tutur. 
Mədəni tərəqqi özünü iki şəkildə əks etdirir:  
l)İnsanın mənəvi cəhətdən dolğun həyatını, onun   intellektual 
və emosional qüvvələrinin inkişafını təmin edən real şəraitdə; 
2)Şəxsiyyətin mənəvi aləminin özündə, onun mənəvi 
təlabatının genişliyində və müxtəlifliyində, yaradıcılıq potensialında 
və istedadında. 
 


 
182
Müasir dövrdə  mədəni tərəqqinin mühüm səciyyəvi  əlaməti 
onun kompleksliyidir. Bu kompleksliyə aşağıdakılar daxildir: 
Maddi və mənəvi mədəniyyətin bütün sahələrinin tam qarşılıqlı 
inkişafı, cəmiyyətin mənəvi həyatının bütün sahələrinin daim 
keyfiyyətcə 
təkmilləşməsi, mənəvi mədəniyyətin fəaliyyət 
göstərməsi, onun daha da zənginləşməsi və inkişafı xalqın mədəni 
səviyyəsinin daim yüksəlməsi, onun mənəvi təlabatının, mədəni 
ehtiyaclarının mənəvi sərvətlərin bölgüsündə  bərabərliyinin təmin 
edilməsi. 
Mənəvi sərvətlərin yayılma və təbliği aşağıdakı şəkildə həyata 
keçirilir: 
l)Təhsil sistemi: 
2)Kütləvi-informasiya vasitələri; 
3) Mədəniyyət müəssisələri vasitəsi ilə. 
Təhsil sisteminin üç mərhələsi cəmiyyətin həyatında  əsas rol 
oynayır. 
1 )Məktəbəqədər uşaq müəssisələri. Bu müəssisələrdə kiçik yaş 
qruplarında biliklərin  əsası  həm oyun, həm də  məşq vasitəsilə 
qoyulur. Məsələn, rəsm, musiqi və  s.  Orta  hazırlıq qruplarında isə 
oxumaq, yazmaq, hesab və sairlə. 
Təhsil sisteminin II mərhələsi isə müxtəlif tipli orta 
ümumtəhsil müəssisələrində  həyata keçirilir. (kimya, riyaziyyat, 
təmayüllü məktəblər). Orta təhsildə peşə məktəblərinin də müstəsna 
yeri vardır. Bu tipli tədris müəssisələrində eyni zamanda həm təhsil, 
həm də müəyyən sənət verilir. 
Təhsil sisteminin III mərhələsi isə orta ixtisas və ali 
məktəblərdə elmi biliklərin yüksəldilməsi, informasiyaların 
artırılması şəklində həyata keçrilir. 
Mənəvi sərvətlərin yayılmasında kütləvi informasiya və 
kommunikasiya vasitələrinin də xüsusi rolu vardır. Bu vasitələrdən 
biri radio-informasiyanın müəyyən məsafəyə elektromaqnit dalğaları 
vasitəsilə verilməsi üsuludur. 


 
183
Müstəqil bir dövlət kimi artıq XXI əsrə  qədəm qoyan 
Azərbaycan Respublikası istiqlalını qorumaq, demokratik dövlət 
qurmaq, azad bazar iqtisadiyyatlı bir vətəndaş  cəmiyyəti yaratmaq 
uğrunda irəliləyir. Bu yolda ən çevik informasiya kanalları olan radio 
və televiziyanın da özünəməxsus yeri var. Geniş auditoriya və güclü 
emosional təsirə malik olan radio və televiziya həm əhaliyə operativ 
informasiya çatdırmaq, həm də güclü ictimai rəy formalaşdıraraq 
insanları qlobal vəzifələrin həyata keçirilməsi uğrunda, mübarizəyə 
səfərbər etməkdə cəmiyyətin həyatında mühüm rol oynayır. 
 1895-ci 
ildə A.S.Ponov tərəfindən ixtira edilən, əvvəlcə rabitə  
məqsədilə, sonra  isə    hərbi  işlərdə  istifadə  olunan radionun    
praktiki    əhəmiyyəti          1900-cü        ilin        qışında  Finlandiyada      
Livensaari   gölündə      fəlakətlə      qarşılaşan balıqçıların   xilasında   
bir   daha   dünyaya   aydın   oldu. Getdikcə   radiosiqnalların   əhatə   
dairəsi   genişləndirilərək  əvvəlcə ölkələri, sonra isə qitələri 
yaxınlaşdırdı. Beləliklə, radio  güclü kommunikasiya vasitəsi 
olmaqla cəmiyyətin həyatına daxil oldu.  Efirdə  səslənən rəngarəng 
verilişlər  sübut etdi ki, radio həm kütləvi informasiya vasitəsi, həm 
də        mədəniyyətin        yorulmaz        təbliğatçısıdır.        O,        bəşər 
münasibətlərinə,          mədəniyyət    normalarına,          həyat    və 
fəaliyyətin  hər  bir  sahəsinə  mahiyyət  etibarilə  o  qədər yenilik 
bəxş etdi ki, bu ilk zamanlarda həqiqətən də real möcüzə idi. 
 
İlk dəfə Azərbaycan radiosu 1926-cı il noyabrın 6-da 
Respublika Elmlər Akademiyasının indiki İstiqlal küçəsində yerləşən 
binasından efirə  çıxmışdır. “Danışır Bakı!” sözləri ilə ödkəmizdə 
radio verilişlərinin təməli qoyulmuşdur. 1927-ci ilin fevralında isə 
Bakıda radio verilişlərinə  həsr olunmuş xüsusi müşavirə keçirilmiş, 
1928-ci ilin aprelində respublikanın böyuk şəhər və rayonlarının 
radiolaşdırılması planı  təsdiqlənmişdi. 1929-cu ilin axırlarından 
Bakıda yeni 
 


 
184
RV-8 marşı (M.Maqomayev) radionun musiqi rəmzı olmuşdur. 
Yarandığı ilk dövrdə gün ərzində yalnız yarım saat musiqi və 
xəbərlər verən Azərbaycan radiosu bu gün Azərbaycan, ingilis, 
alman, fransız, rus, ərəb, türk, fars, kürd, ləzgi, talış  və gürcü 
dillərində gün ərzində 50 saata yaxın veriliş hazırlayır. Bu verilişlərin 
18 saatını birinci proqram, 19 saatını “Araz” proqramı, 8 saatını isə 
xarici dillərdə verilişlər studiyası hazırlayır. 
Azərbaycan radiosu ilk dəfə beynəlxalq efirə 1941-ci ilin 
avqustunda çıxmışdır. Almaniyanın SSRİ-yə qarşı başladığı  işğalçı 
müharibə Moskvadan həm ölkə daxilində, həm də həmsərhəd olduğu 
qonşu dövlətlərdə ideoloji təbliğat işini qüvvətləndirməyi tələb 
edirdi. Buna görə  də Avropa ödkələrinin verilişlərinin ümumi 
həcmini artıran ümumittifaq radiosu ölkənin cənub hissəsində bu 
vəzifəni Azərbaycan radiosuna həvalə etdi. 
1941-ci ilin iyulunda Türkiyəyə  və  İrana sınaq verilişləri 
verildi. Avqust ayıdan isə beynədxalq dalğalarda “Bakının səsi” 
eşidildi. Avqustun 25-də iki ölkə arasında bağlanmış müqavilənin 
altıncı  bəndinə  əsasən sovet qoşunları  İran  ərazisinə daxil olmuşdu. 
SSRİ zahirən İrandan arxayın olsa da, Türkiyədən ehtiyat edirdi. Elə 
buna görə  də Türkiyə  və  İrana yayımlanan verilişlərdə faşizmin 
bütün dünya, o cümlədən region üçün bir bəla olduğundan bəhs 
edilirdi. Eyni zamanda, “Bakının səsi”ndə sovet məlumat bürosunun 
xəbərləri, cəbhə  xəbərləri səslənir və sovet xarici siyasəti təbliğ 
edilirdi. Müharibədən sonra isə bu radio uzun müddət dörd dildə 
Azərbaycan, türk, fars və ərəb dillərində verilişlər hazırlayaraq sovet 
həyat tərzini təbliğ etmişdir. 
Azərbaycan müstəqillik qazandığı gündən Beynəlxalq 
Azərbaycan radiosunun da ideoloji məzmunu dəyişdi. 


 
185
Bu, Azərbaycanı dünyaya tanıtmaq, xalqımızın zəngin tarixini, 
qədim mədəniyyətini, müstəqilik dövrünün nailiyyətlərini yaymaq, 
dünyaya bəyan etmək zərurətindən irəli gəlirdi. Bu radio dalğalarında 
xalqımızın istiqlal mübarizəsi tarixindən, dövlət quruculuğumuzun 
uğurlarından, cəmiyyətimizdəki demokratik dəyişikliklərdən, qədim 
tariximzdən və incəsənətimizdən bəhs edən verilişlər üstünlük təşkil 
edir. Eyni zamanda Qarabağ müharibəsi, Ermənistanın Azərbaycana 
təcavüzünü ifşa edən siyasi şərhlər də “Azərbaycanın səsi” 
radiosunun daimi mövzularındandır. Qeyd etdiyimiz bu vəzifələri 
yerinə yetirən radio iki istiqamətdə iş aparır: 
1.  Şərq ölkələrinə yayımlanan verilişlər (ərəb, fars, türk və 
Azərbaycan dillərində). 
2. Qərb ölkələrinə yayımlanan verilişlər (ingilis, alman fransız və rus 
dillərində). 
Təqdirəlayiq haldır ki, “Beynəlxalq Azərbaycan radiosu”nun 
nəzdində Güney Azərbaycan göstərir. Hələ 50-ci illərdən Azərbaycan 
Dövlət Radio Verilişləri Komitəsində  fəaliyyətə başlayan “Cənubi 
Azərbaycana verilişlər” redaksiyası konkret prinsiplər  əsasında 
fəaliyyət göstərib. Rusiya və  İranın strateji maraqları üst-üstə 
düşdüyü üçün Qüzey Azərbaycanı  tərəfindən Cənubi Azərbaycana 
yayımlanan verilişlər həmin maraqları ifadə edirdi. Beiə ki, sovet 
vətəndaşlarının real həyat tərzi  şişirdilmiş bir şəkildə  cənublu 
soydaşlarımıza çatdırıldı. Axı, belə verilişlərin məzmununu 
Moskvadan rus dilində göndərilən təlimatlar təşkil edirdi. Bunun əsas 
səbəblərindən biri Sovet-İran maraqlarını əks etdirən nizamlı siyasət 
yeritmək, tarixin amansız hökmü ilə ayrı düşmüş Qüzey və  Cənub 
Azərbaycanının yaxınlaşması, vahid mədəni məkan yaratmaq 
problemini unutdurmaq idi. Belə ideoloji proqramlar əsasında 
hazırlanan verilişlərdə cənubda yaşayan soydaşlarımızın sosial həyat 
şəraitindən, 
 
  


 
186
vətəndaşlıq hüquqlarının toxunulmaziığından, öz ana dillərində təhsil 
müəssisələrinin olmamasından, qəzet, jurnal və kitabların 
Azərbaycan dilində  nəşr edilməməsindən bir qayda olaraq sükutla 
keçilirdi. Lakin buna baxmayaraq mütərəqqi ruhlu cənublu 
ziyalılarımız bu hərəkətin hansı  vəziyyətdən irəli gəldiyini yaxşı 
anlayır və gələcəyə ümidlə baxırdılar. 
1986-cı ildə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri 
Komitəsi “Güney Azərbaycanına verilişlər” redaksiyasının 
verilişlərinin saat həcmini artırmaq məqsədilə SSRİ Dövlət 
Televiziya və Radio Komitəsinə xüsusi məktubla müraciətdən sonra 
həmin ilin sentyabr ayının 30-da efir vaxtının artırılmasına icazə 
verilir. l987-ci ilin martın 1-dən bu verilişlərin saat həcmi iki saata 
çatdırılır. Buna, İrana farsca ünvanlanan verilişlərin efir vaxtının bir 
saat azaldılması hesabına nail olundu. l993-cü ildən sonra haqqında 
danışdığımız verilişin efir müddəti 2 saat 45 dəqiqəyə çatdırılır. Eyni 
zamanda “Güney Azərbaycanına verilişlər” redaksiyası ayrıca qurum 
kimi fəaliyyət göstərir. Redaksiyada aparılan struktur dəyişiklikləri 
nəticəsində iki şöbə-ictimai-siyasi və  mədəniyyət  şöbələri 
yaradılmışdır.  İctimayi-siyasi  şöbə  hər gün 45 dəqiqə, mədəniyyət 
şöbəsi isə 2 saat həcmində verilişlər hazırlayaraq efirə verir. 
Güney Azərbaycanına verilişlərin geniş dinləyici auditoriyası 
vardır. Belə ki, güneyli soydaşlarımızın müəyyən hissəsi dünyanın 
müxtəlif ölkələrinə yayılmışlar. Belə verilişlər onların həm 
Azərbaycanda gedən proseslərdən, burada baş verən ictimai-siyasi və 
mədəniyyət yeniliklərindən xəbərdar olmalarına, həm də Azərbaycan 
mədəniyyətinin, azərbaycançılıq ruhunun bütün dünyada yayılmasına 
səbəb olur. Ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlıların sayının 
dünya ensklopediyalarında öz əksini tapması da sevindirici haldır. 
Aşağıdakı rəqəmlərə 


 
187
diqqət yetirin: “Avstraliya-8000, Avstriya-19000, Albaniya-12000, 
Əlcəzair-260000, Argentina-12000, Əfqanıstan-424600, Banqladeş-
170440, Belçika-13000, Birma-76000, Bolqarıstan-64400, Braziliya-
74000, Butan-1480, Böyük Britaniya-17000, Macarıstan-26000, 
Yunanıstan-12400. Danimarka-56000, Misir-844790, İsrail-12000, 
Hindistan-301146,  İndoneziya-410940,  İordaniya-44600,  İraq-
844000, İrlandiya-4000, İspaniya-14000, İtaliya-30000, Yəmən Ərəb 
Respublikası-32000, Kanada-174000, Çin Xalq Respublikası-30000, 
Küveyt-18000, Malta-2500, Meksika-26000, Monqolustan-4800, 
Yəmən Xalq Demokratik Respublikası-56000, Birləşmiş  Ərəb 
Əmirliyi-55000, Norveç-50000, Oman-19000, Pakistan-654092, 
Polşa-10098, Portuqaliya-8000, Rumıniya-44000, Suriya-9240, 
Sudan-17050, ABŞ-2409000, Türkiyə-2460000, Finlandiya-11640, 
Fransa-65000, Almaniya-300000, Yuqoslaviya-5900 və Yaponiyada 
-10000 nəfər”
1
 
Dünya azərbaycanlılarının ilk həmrəylik konfransı ilk dəfə 
1947-ci ildə ABŞ-ın Los-Anjeles şəhərində, ikinci dəfə  1998-ci ildə 
Vaşinqtonda, üçüncü dəfə isə 1999-cu ilin oktyabrında AFR-in Köln 
şəhərində keçirilmişdir. Dördüncü konfransın isə Azərbaycanın 
paytaxtı Bakı  şəhərində keçirilmisi planlaşdırılmışdır. Belə 
məclislərin keçirilməsində məqsəd dünya azərbaycanlılarının monolit 
birliyini yaratmaq, diaspora formalaşdırmaq və onların fəaliyyəti ilə 
Azərbaycanın mövcud problemlərinin kəskin  şəkildə dünya 
ictimaiyyətinin nəzərinə çatdırılmasından ibarətdir. 
Hazırda respublikamızda iki dövlət kanalından (birinci kanal 
və “Araz”) əlavə bir neçə özəl radio da fəaliyyət göstərir. Radio 
dalğalarında “Azad Azərbaycan”, ANS-İM-də  səslənir.  İndi hər bir 
vətəndaşımız 
                                                           
1
 
Nizami Xudiyev. Radio, televiziya və  ədəbi dil. Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 
2001, səh.88 
 


 
188
əvvəllər Münhendən, indi isə Praqadan yayımlanan “Azadlıq” (1953-
cü ildən), Londondan “Bi-Bi-Si” (1994) və Vaşinqtondan 
“Amerikanın səsi”nin (1982) Azərbaycanca verilişlərini maneəsiz 
dinləyə bilirlər. Bu isə o deməkdir ki, dünyanın müxtəlif düşüncə 
mədəniyyətinə malik olan radiolar Azərbaycan dilinin intelektual
informativ, emosional ifadə  zənginliyini, çevikliyini, dinamizmini 
təmin edir. 
Mədəniyyətin yayılma vasitələrindən biri də televiziyadır. 
Kütləvi informasiya vasitələri içərisində dilin informasiya, estetik, 
ideoloji funksiyaları daha çox televiziyada nəzərə çarpır. 
Televiziyada sosial, mədəni və  təbliğati vəzifələr bir tərəfdən onun 
cəmiyyətin həyatındakı rolunu, ictimai statusunu,digər tərəfdən isə 
kütləvi informasiya vasitələrinin çox janrlığını müəyyənləşdirir. 
Radionun kəşfi elektron dalğalarının uzaq məsafayə 
ötürülməsi, danışanın təsvirinin verilməsi və alınması sahəsində  də 
eksperimentlər aparılması üçün zəmin yaratdı. Peterburq 
Texnologiya  İnstitutunun professoru Rozinqin 1910-cu ildə icad 
etdiyi elektron - şüa aparatı bu sahədə ilk addım oldu. Oktyabr 
inqilabından sonra bu proses Rusiyada daha da sürətləndi və 
televiziyanın kəşfi ilə nəticələndi. 
Azərbaycanda televiziya ilk dəfə 1956-cı ilin fevralında 
fəaliyyətə başlamış  və ilk vaxtlar efirə  həftədə bir saata yaxın 
verilişlər vermişdir. 1957-çi ildə həftədə beş gün iki saat beş dəqiqə 
həcmində verilişlər verən Azərbaycan televiziyası bu gün iki kanalla 
həftədə 100 saatdan çox veriliş hazırlayır. Gün ərzində ekrana 
çıxarılan orijinal verilişlərin həcmi 15 saatdan çoxdur. Eyni zamanda 
bu verilişlər rəngli təsvirlərlə verilir. 
Televiziya vasitəsilə yayımlanan rəngarəng verilişlər içərisində 
maarifçilik verilişlərini xüsusi qeyd etməyi lazım bilirik. Çünki, belə 
verilişlərin  ən mühüm cəhəti odur ki, onlar tamaşaçıya hər hansı 
konkret sahədə bilik verməklə 
 


 
189
bərabər, onların ümumi dünyagörüşünün artmasına, bu və ya digər 
problemə münasibətində onun tərəddüdlərinin aradan qalxmasına 
kömək edir. Bu istiqamətdə televiziyanm  “Elmi-kütləvi və  tədris 
proqramları” redaksiyası  əhəmiyyətli rol oynayır. Burada səhiyyə 
sistemindən başlamış dil öyrədilməsinə, müxtəlif elm sahələrinin 
problemlərinə aydınlıq gətirilir. Eyni zamanda hər bir məsələ 
maarifləndirici xarakter daşıyır. Xalqın milli-mənəvi dəyəri onun elm 
xəzinəsidir. Bu sərvət mühavizə olunmaqla araşdırılmalı və nəsildən-
nəsilə ötürülməlidir. Bu məsələlər televiziyan “Əxlaq və 
mənəviyyat” şöbəsinin hazırladığı verilişlərdə geniş şəkildə öz əksini 
tapır. 
Cəmiyyətin həyatının elə bir sahəsini göstərmək olmaz ki, 
televiziya oraya nüfuz etməsin. Bu mədəniyyətin yayılma vasitələri 
arasında radio və televiziyanın yerini və əhəmiyyətini bir daha aydın 
göstərir. 
Məlumdur ki, radio 1895-ci ildə A.S.Popov tərəfindən ixtira 
edilmişdir. Radio verlişləri geniş dinləyici kütləsi üçün operativ 
informasiya və kütləvi təbliğat vasitələrindən biridir. Hazırda 
kommunikasiya vasitələri estetik səryətləri yaymaqda daha fəal və 
dinamik olub, cəmiyyətin mədəni həyatında böyük rol oynayır. Bu 
sahədə Azərbaycan radiosunun da xidmətləri böyükdür. Hazırda 
respublika radiosu efirə Azərbaycan dili ilə yanaşı, müxtəlif dillərdə 
hazırlanmış verlişlərlə çıxır. 
Televiziya artıq cəmiyyətimizin mənəvi həyatının ayrılmaz 
hissəsi olmuşdur. Azərbaycan respublikasında televiziya verlişlərinə 
1956-cı ildən başlanmışdır. Ayrı-ayrı tarixi dövrlərə, milli 
məktəblərə  mənsub olan təsviri sənət və heykəltaraşlıq  əsərləri 
televiziya vasitəsilə geniş kütlələrə, eləcə  də ucqar bölgələrdə 
yaşayan adamlara çatdırılır. 
Müxtəlif sənət əsərlərinin teleekranda böyük zövq və məharətlə  
canlandırılması,  şərh  edilməsi,  müxtəlif tarixi 
 


 
190
faktların şəxsiyyətlərin yada salınması və s. müyonlarla tamaşaçının 
estetik mədəniyyətinin inkişafına imkan yaradır. 
Mədəniyyətin yayılmasında mətbuat da təsirli vasitələrdən 
biridir. 
XIX  əsrdə Azərbaycan dilində ilk mətbuat orqanlarının 
meydana gəlməsi xalqın mədəni inkişafında, milli jurnalistikanın və 
milli fikrin inkişaf tarixində mühüm əhəmiyyət kəsb etmişdir. 
Bakı quberniya mətbəəsində general-qubernator Dmitri 
Semyonoviç Staroselskinin razılığı ilə  nəşrə başlayan “Əkinçi” 
(1875-1877) qəzeti ilə Həsən bəy Zərdabi milli mətbuatımızın əsasını 
qoydu. Daha sonra “Ziya” (Ziyayi-Qafqasiyyə) (1879-1884), 
“Kəşkül” (1881-1891), XX əsrdə isə  “Şərqi-Rus” (1903-1905), 
“Həyat” (1905-1906), “İrşad” (1906-1907), “Tərəqqi” (1908-1909), 
“Molla Nəsrəd-din” (1906-1925), “Zənbur” (1909-1910), “Tazə 
həyat” (1907-1908), “İttifaq” (1908-1910), “Açıq söz” (1915-1920) 
və s. qəzet və jurnallar cəmiyyətdə  mədəniyyətin, ictimai-mədəni 
səviyyənin inkişafında və milli mənlik  şüurunun formalaşmasında 
müstəsna rol oynadı. 
Mətbuatın yaranması ilə  bərabər, XIX əsrdə kitab nəşri 
sahəsində meydana çıxan yeniliklər getdikcə  təkmilləşərək inkişaf 
edir. “Ziya” və “Kəşkül” mətbəələrinin kitab nəşri sahəsindəki işini 
XX  əsrdə Tiflisdə “Qeyrət” mətbəəsi, Bakıda Orucov qardaşlarının 
və Haşım bəy Vəzirovun “Səda” mətbəələri davam və inkişaf 
etdirirlər. Qeyd edək ki, kitab mədəni irsin, xalqın mənəvi sərvətinin 
qiymətli bir hissəsi, siyasi-ideoloji mübarizənin qüdrətli vasitəsidir. 
Kitablar bizim müdrik babalarımızın yadigarı, tarixin canlı 
şahidləridir. Kitablar yazı və dilin, ədəbiyyat və incəsənətin, elm və 
texnikanın inkişafında əvəzsiz rol oynayır. Unutmaq olmaz ki, kitab 
çapı  əlyazma, daş, ağac, gil üzərində yazı  və s. olmaqla tarixən 
qədimdir. 
 


 
191
Sonralar respublikamızda dövri mətbuatın nəşri genişlənmiş, 
tiraj vahidi xeyli yüksəlmişdir. Məsələn 1950-ci ildə  cəmi 8 adda 
jurnal 323 min tirajla buraxılırdısa, 1980-ci il-də bu inkişaf 31 adda 
14 milyon 427 min nüsxə olmuşdur. 1950-ci ildə 94 adda, 1980-ci 
ildə, 132 adda, 1990-cı ildə 211 adda qəzet çap olunmuşdur. 
Mədəniyyətin inkişafında mədəniyyət müəssisələrinin də 
özgün yeri vardır. Bədii-tamaşa təşkilatları  və  mədəni - maarif 
ocaqları belə müəssisələrdəndir. 
Bədii tamaşa təşkilatlarının aşağıdakı tipləri vardır: teatrlar, 
konsert qostrol birlikləri, sirk. 
Bu təşkilatların vəzifəsi peşəkar sənət  əsərlərini hazırlayaraq 
yaymaqdan ibarətdir. 
Mədəni-maarif müəssisələrinə isə klublar, muzeylər, 
kitabxanalar daxildir. Bunlar isə aşağıdakı funksiyaları yerinə yetirir: 
1) Mədəni-maarif işi vasitəsilə mənəvi sərvətləri yaymaq; 
2) İnsanları müxtəlif formalarda yaradıcılığa cəlb etmək. 
Mədəniyyətin belə mürəkkəb, çoxplanlı  və müxtəlif səviyyəli 
strukturu ona cəmiyyətdə bir sıra sosial funksiyaları  həyata 
keçirməyə imkan verir, 
l. Dərketmə funksiyası. Mədəniyyət vəhdətdə götürülmüş 
bütün ictimai şüur formalarını əhatə edərək dünyanın dərk olunması 
və  mənimsənilməsinin tam mənzərəsini yaradır. Cəmiyyət, sinif, 
millət özünü bütövlükdə  mədəniyyətdə, onun bütün növlərində 
mədəniyyət vasitəsilə dərk edir. 
2. Tarixi varislik, sosial təcrübənin ötürülməsi funksiyası. Bu, 
çox vaxt informasiya funksiyası da adlanır. Mədəniyyətin sayəsində 
sosial təcrübə həm bir nəsildən digər nəslə, həm də bir nəslin həyatı 
dövründə ölkələr və xalqlar arasında ötürülür. 
  


 
192
3. Mədəniyyətin informasiya funksiyası onun kommunikativ 
funksiyası ilə bağlıdır.  İnsan maddi və  mənəvi mədəniyyət 
abidələrində  həkk olunmuş informasiyanı  dərk etməklə bu abidələri 
yaratmış insanlarla dolayı  və ya vasitəli ünsiyyətə girir. Söz 
insanların ideoloji və  mədəni fəaliyyətinin bütün proseslərini 
müşayət edir. Dil, ilk növbədə  ədəbi dil bu və ya digər milli 
mədəniyyətə yiyələnmək vasitəsidir. 
4. Mədəniyyət həm də  cəmiyyətin müəyyən sinfinin normalar 
sistemi və adamların fəaliyyətinin bütün sahələrinə  tələblər sistemi 
kimi çıxış edərək normativ funksiya yerinə yetirir. 
5. Mədəniyyətin sosial mənasını əks etdirən əsas sistemyaradıcı 
cəhəti onun humanist funksiyasıdır. Bütün yuxarıda qeyd etdiyimiz 
funksiyalar bu funksiyaya tabedir. Mədəniyyətin vəzifəsi bu və ya 
digər sinfın, cəmiyyətin mənafeyinə  və  tələblərinə uyğun  şəxsiyyət 
tipi formalaşdırmaqdır. 
Mədəniyyət tarixi hadisədir və onun tarixi xarakteri tərəqqidə 
inkişafın aşağıdan yuxarıya doğru olmasındadır. Bu, bəşər 
mədəniyyətinin çoxəsrlik inkişaf mərhələlərində  də görünür. 
Mədəniyyətin tarixi xarakteri yeni mədəniyyətin keçmişin 
nailiyyətləri ilə  sıx  əlaqəsində  təzahür edir. Mədəniyyətdə belə 
varislik həmişə mövcud olan maddi istehsalın inkişaf varisliyinə 
əsaslanır. Eyni zamanda, mənəvi mədəniyyətin bütün formalarının 
tərəqqisində bu varisliyin mühüm əhəmiyyəti vardır. 
Mənəvi mədəniyyətin unikal sərvətinin hamının malı olması 
üçün onu qoruyub saxlamaq vacibdir. Bununla arxivlər, muzeylər, 
kitabxanalar kimi mədəniyyət obyektləri məşğul olur. Mədəniyyətin 
inkişafı ilə bu müəssisələrin  əməkdaşlarının yaradıcılıq işi, elmi iş 
elementləri: tarixi mədəniyyət abidələrinin tədqiq olunması, 
müəllifliyin müəyyən edilməsi, bərpaçılıq və s. getdikcə daha da 
çoxalır. Ha- 
 


 
193
zırda mənəvi sərvətlərin qorunub   saxlanılmasında texniki 
vasitələrdən istifadə olunur (çap, üzün çıxarılması). 
Mənəvi sərvətlərin qorunub saxlanması      yalnız onun fiziki  
cəhətdən korlanmasının unudulmasının qarşısını almaq məqsədi 
daşımır. Hər bir xalq, hər bir nəsil öz mədəniyyətini boş bir səhrada, 
heç nədən yaratmır. Hər bir mədəniyyət özündən  əvvəlki 
mədəniyyətin  əsasında yaradılır. Mədəni sərvətlər ilk növbədə xalq 
maarifinin ictimai sistemi vasitəsilə bölüşdürülür və yayılır. Ölkənin, 
cəmiyyətin mənəvi həyatının səviyyəsi tədris müəssisələrinin 
sayından, tədrisin keyfiyyətindən, müəllimlərin ixtisasından, geniş 
xalq kütlələrinin bütün təhsil növlərinə yiyələnmək imkanlarından 
asılıdır. 
Maddi nemətlər kimi, mənəvi istehsal məhsulları, mədəni 
sərvətlər də insanların istifadəsi üçündür. Lakin mənəvi nemətlər 
istehlakı maddi nemətlər istehlakından xeyli fərqlənir. Belə ki, maddi 
nemətlər istehlakı prosesində  məhsul aradan çıxır (Qida yeyilir, 
paltar köhnəlir). Ancaq mənəvi sərvətlərdən daha çox adam 
faydalanır. Çünki o, öz təbiətinə görə fərdi yiyələnmə obyekti deyil. 
Mənəvi sərvətlər istehlakı  şəxsiyyətin, sosial qrupun mənəvi 
təlabatının xarakteri ilə  şərtlənir. Bu təlabat isə istehsalın inkişaf 
səviyyəsindən, ictimai-siyasi qurluşdan,  şəxsiyyətin mənsub olduğu 
sinfin ideologiyasından, mühitdən (sosial-mədəni), həmçinin adamın 
özünün fərdi xüsusiyyətindən, onun zövqündən və  vərdişlərindən 
asılıdır. Mənəvi təlabat adamları mövcud mənəvi sərvətləri 
mənimsəməyə və yenilərini yaratmağa sövq edir. 
Mənəvi sərvətlərin istehsalı, qorunması, yayılması və istehlakı 
üçün cəmiyyətdə sosial təsisatlar müxtəlif mədəniyyət müəssisələri 
və təşkilatları yaradılır ki, onları funksional əlamətinə görə ayırmaq 
mümkündür.  Bir sıra təsisatlar, yəni nəşriyyat, kinostudiya, 
yaradıcılıq birlikləri, dərnəklər və s. mənəvi istehsal üçün yaradılır. 
Digər təsisatlardan,  
  


 
194
yəni kinoteatr, lektoriyalar, konsert birlikləri mədəniyyəti yaymaq 
üçün istifadə edilir. 
Mədəniyyət, həmçinin insanın evristik məqsədlərinin yerinə 
yetməsinə: onun yeniliyi dərk etməyin daha məhsuldar formalarının 
axtarılmasına, yaşadığı  həyatın yeni yonlarının və metodlarının 
tapılmasına, insanın təbiətin kortəbii qüvvələri üzərində 
hökmranlığının güclənməsinə kömək edir. Mədəni tərəqqi obyektiv 
tarixi qanunauyğunluğun mədəniyyət varisliyinin təsiri səbəbindən 
baş verir. O, ictimai-iqtisadi formasiyalar dəyişən zaman keçmiş 
dövrlərin mədəni nailiyyətlərinin qorunub saxlanmasını, yaradıcılıqla 
mənimsənilməsini və bunun da əsasında yeni ictimai tələblərə uyğun 
mədəniyyətin yaranmasını təmin edir. 
Adamlarda keçmişin mədəni sərvətini bütünlüklə  və  hərtərəfli 
mənimsənilməsini tərbiyə etmək vacibdir. Mədəni irsin 
mənimsənilməsinin müasir mərhələsinin mühüm əlaməti ənənəçiliyin 
aradan qaldırılması, keçmişin mədəni sərvətiərinə obyektiv və yeni 
münasibət yaranmasıdır. Belə münasibət göstərilərkən keçmişin 
mədəni sərvətləri cansız, toxunulmaz xəzinə kimi qalmır. Qədim 
mədəniyyət formalarını olduğu kimi qorumaq, təzə formalara qarşı 
qoymaq niyyətində olunmur. 
Ümumiyyətlə, mədəni irsə  həmişə  və  hər yerdə müxtəlif 
şəkildə münasibət göstərilir. Mədəni irsin təhlili ilə məşğul olan hər 
bir şəxs (sənətşünas, rejissor, ifaçı və s.) bir tərəfdən keçmişin bu və 
ya digər mədəni hadisəsinin  əvvəlki görkəmini və konkret tarixi 
koloritini maksimum saxlamağa, digər tərəfdən isə onu nisbətən 
müasirləşdirməyə çalışır. (Yəni müasir tamaşaçıya xoş gəlsin). 
Mədəni irsin mənimsənilməsində tarixi həqiqətdən uzaqlaşmaq 
olmaz. Varislik o demək deyildir ki, keçmişdən bizə qalanları 
kortəbii surətdə götürüb istifadə edək. Varisliyin tənqidi təhlilə, 
keçmiş mədəni irsdən istifadədə yaradıcı dəyişikliyə ehtiyacı vardır. 
 


 
195
Mədəniyyətin inkişafı təhlil olunarkən varisliyin xüsusiyyətləri, 
forma və xarakteri nəzərə alınmalıdır. Məsələn, varislik daimi və 
vaxtaşırı xarakterli, məzmunca yaxud formaca mütərəqqi və mürtəce 
ola bilər. Tarixi varislik mədəniyyətin inkişafında obyektiv 
qanunauyğunluq, onun tərəqqisinin əsas şərtlərindəndir. 
Cəmiyyətimizin mədəni inkişaf vəzifələrinə uyğun gələn 
mədəniyyətin varislik üslubunun özünü həm ümumsosial səviyyədə, 
həm də  şəxsi səviyyədə göstərməsi mədəniyyəti mənimsəmə 
prosesində hamının dünyanı  dərketməsinin, bütün dərinliyi və 
zənginliyi ilə  əks etdirilməsi, onun daha vacib hesab etdiyi mədəni 
sərvətlər cəminin mənimsənilməsinə ardıcıl, məqsədyönlü və tam 
münasibət bəsləmə  dərəcəsinin izahı vacibdir. Keçmişin mədəni 
irsinə varisliyin yetkin üslubunu Azərbaycanın Q.Qarayev, 
F.Əmirov, A.Məlikov kimi bəstəkarlarının yaradıcılığında aydın 
görmək olar. Bu bəstəkarlar keçmişimizin musiqi mədəniyyətinin 
fundamental ideya-bədii  ənənələrini inkişaf etdirərək, müasir 
dinləyiciyə Azərbaycan və dünya klassiklərinin  əsərlərinin dərin 
vətəndaşlıq pafosunu və obrazlı kökünü musiqi vasitəsi ilə 
çatdırmışlar. 
Forma baxımından müasir insanın keçmiş epoxaların 
mədəniyyətinə münasibətində  əlamətdar hadisə  mədəniyyət 
hadisələrinə qiymət verilməsində demokratizm və çeviklikdir. 
Əgər varislik prosesinin inkişaf tempindən danışılırsa, onun 
genlilik əlamətləri göz önündədir. 
Müasir insanın mədəni irsə münasibətinin təkmilləşdirilməsi 
mədəni sərvətlərin həm  şüurlu surətdə, həm də kortəbii 
mənimsənilməsinin mahiyyətini və xüsusiyyətlərini dərk etmək 
tələblərini irəli sürür. 
Mədəniyyətə kortəbii varislik neqativ nəticələr verir. Bu bir 
tərəfdən keçmişlə çoxcəhətli əlaqələrin pozulmasma, bir sıra mədəni 
hadisələr haqqında yaddaşlarda olanların it- 
  


 
196
məsinə gətirib çıxarır, digər tərəfdən keçmişin mədəni potensialı ilə 
kortəbii ünsiyyət adamlarda mədəni irsə münasibətdə fetişizm ruhu 
doğurur. Bu vaxt mədəniyyətin həqiqi dəyərindən asılı olmayaraq, o 
səcdəyə, sitayiş əşyasına çevrilir. 
Mədəni varisliyin idarə olunmasının sərhədlərini 
genişləndirmək, onu kortəbiilik dairəsindən çıxarmaq, maddi 
bazasını möhkəmləndirmək, mütəxəssislər hazırlayan müvafiq 
müəssisələr  şəbəkəsi yaratmaq, mədəni sərvətləri və  ənənələri 
qorumaqda ictimaiyyətin rolunu artırmaq hələ  də kifayət səviyyədə 
deyildir. 
Bəşəriyyətin indiyə  qədər topladığı  mədəni irs o qədər böyük 
və müxtəlifdir ki, onun geniş kütlələr tərəfindən dərk edilməsi üçün 
mədəni sərvətlərin tiraclanması  və yayılmasının yeni forma və 
metodlarını tapmaq lazımdır. 
Mədəni sərvətləri qorumaq, onu bərpa etmək sahəsində 
tərəqqipərvər qüvvələrin birgə  fəaliyyəti, beynəlxalq mədəni 
mübadilə göstərir ki, mədəni varislikdə insanlar tarixi və etnik 
xüsusiyyəti nəzərə almalıdırlar. 


 
197

Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin