ƏSASNAMƏ
l. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan
dövlətinin suverenliyi rəmzidir.
2. Azərbaycan Respublikasının Dövlət bayrağı eni bərabər olan
üç üfqi zolaqdan ibarət düzbucaqlı parça şəklindədir; üst zolaq mavi
rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir.
Bayrağın hər iki üzündə qırmızı zolağın ortasında ağ rəngli aypara və
səkkizguşəli ulduz təsviri vardır. Bayrağın eninin uzununa nisbəti
l:2-dir.
Ayparanın və səkkizguşəli ulduzun təsvirləri tərəflərinin nisbəti
3:4 olan düzbucaqlının içərisində yerləşir; düzbucaqlının diaqonalı
bayrağın eninin 1/2-nə bərabərdir.
Ayparanın təsviri konsentrik (eyni mərkəzli) olmayan iki
dairənin hissələri şəklindədir; böyük dairənin diametri xarici
düzbucaqlının eninə, kiçik dairənin diametri isə bayrağın eninin 1/4-ə
bərabərdir. Kiçik dairənin mərkəzi bayrağın həndəsi mərkəzindən sol
tərəfdə, bayrağın eninin 1/60 bərabər olan məsafədə yerləşir.
Səkkizguşəli ulduzun təsviri ayparadan sağda yerləşir, ulduzun
xarici dairəsinin diametri bayrağın eninin 1/6-ni, daxili dairəsinin
diametri isə 1/12-ni təşkil edir.
93
3. Azərbaycan Respublikasının Dövlət bayrağı aşağıdakı
yerlərdə qaldırılır:
a)Azərbaycan Respublikası Ali Sovetinin,
Azərbaycan Respublikası Milli Məclisinin.
Naxçıvan Muxtar Respublikası Ali Sovetinin,
Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin.
Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin,
Azərbaycan Respublikası rayon, şəhər, şəhərdə rayon, qəsəbə və
kənd xalq deputatları Sovetinin İcra hakimiyyəti və bələdiyyə
orqanlarının.
sessiyalarının keçirildiyi binaların üzərində-bütün sessiya
dövründə;
b) Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan
Respublikası Ali Sovetinin,
Azərbaycan Respublikası Milli Məclisinin.
Azərbaycan Respublikası Nazirlər Sovetinin,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin.
Naxçıvan Muxtar Respublikası Ali Sovetinin və Nazirlər
Sovetinin,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və Nazirlər
Kabinetinin.
Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin və
Azərbaycan Respublikası yerli xalq deputatları Sovetləri icraiyyə
komitələrinin
İcra hakimiyyəti və bələdiyyə orqanlarının.
binaları üzərində-daim asılır;
v) dövlət orqanlarının və ictimai orqanların, müəssisələrin,
idarələrin və təşkilatların binaları, habelə yaşayış evləri üzərində-
martın 8-də, martın 21-də, aprelin 28-də, mayın 1-də və 2-də, mayın
9-da, mayın 28-də, noyabrın 7-də.
Qeyd edək ki, tarixi inkişafımızın sonrakı mərhələsində
oktyabrın 18-i, noyabrı 12-i, noyabrın 17-i və dekabrın 31-nin bayram
elan edilməsi ilə əlaqədar olaraq həmin günlər də Dövlət bayrağının
ucaldılması siyahısına daxil edilmiş və
94
Azərbaycana aidiyyəti olmayan günlərdə-aprelin 28-i, mayın 1-i və
2-i, mayın 9-u, noyabrın 7-i Dövlət bayrağının ucaldılması günləri
siyahısından çıxarılmışdır.
Yuxarıda göstərilən binalar üzərində Azərbaycan
Respublikasının Dövlət bayrağını başqa bayram və xatirə günlərində
də qaldırmağa icazə verilir.
q) rəsmi şəxs sifəti iiə Azərbaycan Respublikası Prezidentinin,
Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası
Baş Nazirinin və ya digər rəsmi (vəkil edilmiş) şəxslərin mindikləri
hava gəmilərində (Dövlət bayrağının gəmidə təsvirləri), dəniz
gəmilərində, daxili su yonlarında üzən gəmilərdə və başqa nəqliyyat
vasitələrində-göstərilən şəxslərin razılığı ilə;
d) Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan
Respublikası Milli Məclisi sədrinin və Azərbaycan Respublikası Baş
Nazirinin təqdimatı ilə Azərbaycan Respublikasının Dövlət bayrağı
dövlət orqanlarının, ictimai və dini orqanların, müəssisələrin,
idarələrin və təşkilatların keçirdikləri mərasimlər zamanı, digər
təntənəli və bayram tədbirlər: zamanı da qaldırıla bilər.
4. Naxçıvan Muxtar Respublikasının Dövlət bayrağı
Azərbaycan Respublikasının Dövlət bayrağı ilə bir vaxtda;
qaldırılarkən Naxçıvan Muxtar Respublikasının Dövlət
bayrağının ölçüsü Azərbaycan Respublikasının Dövlət bayrağının
ölçüsündən iri ola bilməz.
5. Azərbaycan Respublikasının Dövlət bayrağı və onu təsviri
ölçülərindən asılı olmayaraq bu Əsasnaməyə əlavə edilən rəngli və
sxematik təsvirlərə həmişə dəqiq uyğun gəməlidir.
6. Azərbaycan Respublikasının gerbi və himni kimi,
Azərbaycan dövlətinin suverenliyi rəmzi olan Azərbaycan
Respublikasının Dövlət bayrağı da müqəddəs rəmzdir və onun hər
cür təhqir edilməsi qanuna əsasən cəzalandırılır.
7. Bu Əsasnamənin tətbiqi qaydalarını Azərbaycan
Respublikasının Nazirlər Kabineti qəbul edir.
|