82
mənəvi sərvətlərin qorunmasına, artırılmasına və geniş istifadə
olunmasına imkan yaradır.
Azərbaycan
dövləti elmin, təhsilin, incəsənətin inkişa-
fını planlaşdırdığı və təşkil etdiyi zaman onu əsas götürür
ki,
mədəniyyətin bu komponentləri, hər şeydən əvvəl onun
mədəni-tərbiyəvi funksiyasının həyata keçirilməsinə, yeni
insanın formalaşdırılmasına xidmət etsin. Çap məhsullarının daim
artması, mətbuatın, radio-televiziya kanallarının çoxalması və əhatə
dairəsinin
genişlənməsi, geniş mədəni-maarif şəbəkələri-klublar,
mədəniyyət sarayları və s. sayəsində dövlətin milyonlarla insana
tərbiyəvi təsir göstərmək onların intellektual və mənəvi inkişafına,
vətənpərvərliyinin və sosial məsuliyyət hissinin artmasına şərait
yaratmaq imkanı vardır.
Dövlətin bu fəaliyyətinin humanist xarakteri özünü aydın
göstərir, çünki inkişafda olan müstəqil dövlətimizdə birinci dərəcəli
problem sosial tərəqqinin əsasını və məqsədini təşkii
edən insan
şəxsiyyəti məsələsidir. Şəxsiyyətin hərtərəfli tam inkişafı müstəqil
dövlətimizin idealı və məqsədi, bununla birgə mədəniyyətin
tərəqqisinin əsas xarakteristikasıdır. Bu tərəqqi yalnız mədəni
sərvətlər xəzinəsinin
zənginiəşməsində deyil, vətəndaşların mədəni
fəaliyyətinin artmasında, yayılmasında da öz əksini tapır.
Dostları ilə paylaş: