§9. ROMA MƏDƏNİYYƏTİ
Roma Qədim Yunanıstandan sonra antik dünyanın ən böyük
quldar dövləti olmuşdur. E.ə. I əsrdə Balkan yarımadası və Kiçik
Asiya ölkələri Roma imperiyasının tabeliyində olduğuna görə Roma
mədəniyyətində yunan mədəniyyətinin güclü təsiri müşahidə olunur.
E.ə. 88-ci ildə diktator Sulla Apellikonun kitabxanasının
Afinadan Romaya köçürülməsi nəticəsində Aristotelin əsərləri aşkar
olundu və getdikcə onun fəlsəfı baxışları sönməz bir maraq
obyektinə çevrildi. Bir çox elm sahələri tədqiqata cəlb olundu. Göy
cismlərini planlı şəkildə müşahidə edən isgəndəriyyəli Menelay həm
də sferik həndəsə və triqonometriyaya aid əsərlər yazdı. Onun
həmyerlisi Heron isə (e.ə. 1-ci əsr) tətbiqi mexanikaya, həndəsi
optikaya aid əsərlər yaratdı. Heronun elmi-nəzəri fikirləri Ptolemeyin
yaradıcılığında daha da inkişaf etdirildi. Ptolemey özünün məşhur
“Almagest” əsərində dünyanın geosentrik sisteminə dair geniş izahat
verdi.
Eyni zamanda bu dövrdə kənd təsərrüfatına, memarlığa,
hidrotexnikaya, hərbi texnikaya və s. aid əsərlər yazıldı. botanika,
tibb sahəsində mühüm nailiyyətlər qazanıldı. Dövrün məşhur
təbiətşünaslarından Senekanın “Təbii-elmi məsələlər” adlandırdığı 7
kitabında meteorologiya və s. məsələlər, Plininin 37 kitabdan ibarət
“Təbii tarix” adlı əsərində bir çox ölkələrin heyvanat aləmi haqqında
məlumat verilmişdir.
Varronanın qramatika, məntiq, ritorika, həndəsə, hesab,
astronomiya, musiqi nəzəriyyəsi, tibb və memarlığa həsr edilmiş 9
kitabdan ibarət külliyyatı da bu dövrün əhəmiyyətli elm və
mədəniyyət nümunəsidir. Dövr haqqında tam məlumatı isə
Strabonun “Coğrafiya”sından almaq mümkündür.
47
Ptolemeyin “Coğrafiya” əsəri isə bütünlüklə kartoqrafiyaya
həsr olunmuşdur. Belə ki, bu əsərdə Kanar adalarından Çinə qədər
yer kürəsi səthinin bütün hissələrini izah edən iyirmi yeddi xəritə öz
əksini tapmışdır.
Qədim Romada tarix elmi isə öz başlanğıcını salnamələrdən
götürmüşdür.
Əsərlərini latın dilində yazmış ilk Roma tarixçisi Böyük
Katondur. O, əfsanəvi zamanlardan başlamış yeni eradan əvvəl 149-
cu ilə qədər davam edən Roma tarixi haqqında “Mənşə” adlı əsərin
müəllifidir. Katonun eyni zamanda “Kənd təsərrüfatı haqqında” adlı
bir əsəri də vardır.
Roma tarixşünaslığının daha mükəmməl, dolğun dövrünün ilk
nümayəndəsi isə Polibidir. Əslən yunan olan Polibi Yunanıstan və
Romanın ellinizm dövründən bəhs edən “Ümumi tarix” adlı çox
qiymətli bir əsərin müəllifidir. 40 kitabı əhatə edən bu əsərdən yalnız
beşi bizə gəlib çatmışdır.
Roma tarixinin daha bir nümayəndəsi Tit Livi isə bədii-
didaktik cərəyanın nümayəndəsi olmuşdur. Onun 142 kitabdan ibarət
olan “Roma tarixi” adlı əsərinin yalnız 35-i bizə məlumdur.
Yuli Sezarın “Qalliya müharibəsi haqqında qeydlər”,
“Vətəndaş müharibəsı haqqında qeydlər” əsərləri isə tarixi memuar
ədəbiyyatı janrının nümunələridir.
Tit Livinin əsasını qoyduğu bədii-didaktik cərəyanı imperiya
dövründə Korneli Tasit (təqr. 55-120) daha da inkişaf etdirdi. O, öz
əsərlərini tiranlığa və despotizmə nifrət ruhunda yazmışdı. III-II
əsrlərdə yunan ədəbiyyatının təsiri altında Roma ədəbiyyatı meydana
çıxmağa başlayır.
- IV-III əsrlərdə Roma yazılı ədəbiyyatının əsasını Anni Klavdi
qoymuşdur.
Romanın ilk yazarları azad edilmiş qullar olmuşdur. Qul Livi
Andronik “Odisseya” ilə bərabər digər yunan faciə və komediyalarını
da latın dilinə çevirmişdir.
48
Milli eposun banilərindən sayılan Kvint Enni yunan ədiblərinin
əsərlərini latın dilinə çevirir və bu əsərlər əsasında latınca əsərlər
yaradırdı. O, “İlliada” və “Odisseya”nı təqlid edərək “Salnamə” adlı
böyük həcmli bir mənzumə yazmışdı. Bu mənzumədə əfsanəvi
dövrlərdən eradan əvvəl II əsrə qədər olan Roma tarixindən bəhs
olunur.
Onu da qeyd etmək lazımdır ki, Romada böyük şöhrət qazanan
komediya janrında da mövzu və ideya cəhətdən yunan komediyaları
təqlid edilirdi. Romada ilk faciə müəllifləri Pakuvi və Aktsi, ilk
komedislər isə Plavt və Terensi idilər. Plavt yunan komediyalarını
Roma şəraitinə uyğun dəyişdirir, öz zəmanəsinin adət və əxlaqında
müşayiət olunan gerilik və eybəcərlikləri gülüş obyektinə çevirirdi. O,
öz əsərlərini canlı xalq dilində yazmışdı.
Klassik dövr Roma ədəbiyyatının ən görkəmli nümayəndələri
M.P.Vergili, Horatsi və Ovidi olmuşdur. Bu dövrdə Roma
ədəbiyyatının şöhrəti yalnız Roma imperiyasında deyil, bütün
İtaliyada geniş yayılmışdı.
Maron Publi Vergili (e.ə. 70. Mantuya - e.ə. 19) yaradıcılığa
şerlə başlamışdır. Bukolik şerlər məcmuəsinə (yunanca bykolos -
çoban mənasındadır. Bukolik poeziya antik janrdır. Bu janr yeni
Avropa ədəbiyyatında da inkişaf etmişdi. Burada kənd həyatı, təbiət
cizgiləri, çoban həyatı idealizə edilərək, şəhər mədəniyyətinə qarşı
qoyulur. Həmin janrın banisi Feokritdir. E.ə. IV əsrin sonu III əsrin I
yarısında yaşamış bu yunan şairinin 90-a yaxın şeri bizə gəlib
çatmışdır.) daxil edilmiş “Çoban nəğmələri”, “Georgiklər”
(“Əkinçilər haqqında poema” e.ə. 36-29) əsərlərində çoban həyatı,
təbiət gözəllikləri və sadə kəndli əməyi tərənnüm olunur. Vergiliyə
dünya şöhrəti qazandıran Homerin “İliada”sının təsiri ilə yazdığı
“Eneida” poeması olmuşdur. İmperator Avqustun əfsanəvi əcdadı
hesab olunan troyalı Eneyin səyahət və müharibələrindən danışılan bu
əsərdə Romanın aktual siyasi problemləri öz əksini tapmışdır.
49
E.ə. I əsrin II yarısında imperator Avqustun hakimiyyəti
dövründə Roma ədəbiyyatı ən yüksək inkişaf mərhələsinə çatdı. Bu
dövr Roma ədəbiyyatının “qızıl dövrü” adlandırılır. Lakin imperiya
dövrü Roma ədəbiyyatının gələcək inkişafı üçün həm əsas olmadı,
həm də onun tənəzzülünə səbəb oldu. Belə ki, imperator Avqustun
Ovidini sürgün etdirməsi bu prosesi daha da sürətləndirdi.
Klassik dövrdən sonrakı Roma ədəbiyyatı üç mərhələyə ayrılır:
l. Eramızdan əvvəl I əsrin I yarısı və ortaları;
2. Eramızın I əsrinin sonu, II əsrinin əvvəli;
3. Eramızın II əsri və III əsrinin əvvəli.
Eramızın IV-V əsrlərində xristian ədəbiyyatı geniş yayılır. VI
əsrin sonlarında isə Roma ədəbiyyatı zəifləyir və tarixin keçmiş
səhifəsinə çevrilir.
Roma musiqisi ellinizm mədəniyyətinin təsiri altında inkişaf
edərək, məişətə əsaslanan musiqili poetik janrlar (toy, yas, ziyafət və
s.) yaranırdı.
İmperiya dövründə musiqi mədəniyyəti xüsusilə rəngarəng
olmuşdur. Roma musiqi aləmində yunan kifaraçıları, İsgəndəriyyə
müğənniləri, Əndəlis rəqqasələri fəaliyyət göstərmişlər.
Eramızın I əsrinin sonunda imperator Domisian “Kapitoli
yarışları”nın əsasını qoymuşdur. Burada həm şairlər, həm də musiqi
xadimləri təmsil olunmuşlar. Bu dövrdə müğənni Tigelli, aktyor-
müğənni Apelli, kifaraçı Kritli Mesomed və s. şöhrət qazanmışdır.
Roma incəsənəti Antik bədii mədəniyyətin inkişafında sonuncu
mərhələdir. (E.ə. VIII-IV əsrlərdə, yəni qədim Roma bədii
mədəniyyətinin formalaşdığı dövrdə Roma memarlığında etruskların
güclü təsiri olmuşdur. Etrusklar e-ə. I minillikdə Apennin
yarımadasının şimal-qərbində, indiki Toskanada yaşamış tayfadır.
Onlar romalılardan əvvəl zəngin bir mədəniyyət yaratmışlar. E.ə. VII
əsrdə Etruskla-
50
rın yazısının, mədəniyyətlərinin çiçəkləndiyi dövrdə onların dini və
dünyəvi ədəbiyyatları olmuşdur. Təxminən 10 min etrusk yazılı
abidəsi elmə məlumdur.)
E.ə. II əsr, I əsrin I yarısında qədim Roma tikililərinin əsas
tipləri, yəni bazilika, term, tağlı körpülər, su kəmərləri və s.
yaradılmış və getdikcə təkmilləşdirilmişdir. E.ə. III-I əsrlərdə təsviri
sənətdə portret-heykəllər və büstlər əsas yer tutmuşdur.
Memarlığın əsas müvəffəqiyyəti imperiyanın yüksəlişi dövrünə,
yəni e.ə. I əsrin 20-ci illəri və eramızm II əsrinə təsadüf edir.
Memarlıqdan imperatoru şöhrətləndirmək və imperiyanın qüdrətini
təbliğ məqsədilə daha geniş istifadə etmişlər. I əsrin ortalarında
möhtəşəm memarlıq kompozisiyaları yaradılmışdır. Roma şəhərində
“Qızıl ev” adlandırılan Neron sarayı, Flavilər sarayı, Flavilər
dövründə Kolizey, Adrianın zamanında Panteon abidələri gözəl
memarlıq nümunələridir.
Son dövr Roma incəsənətində yaradılmış bədii formalar orta
əsr Avropa bədii mədəniyyətinin təməli sayılır.
Dostları ilə paylaş: |