§8. YUNAN MƏDƏNİYYƏTİ
Məlumdur ki, Yunanıstan mədəniyyətin bütün sahələrində
bəşər mədəniyyəti xəzinəsinə əvəzsiz töhfələr bəxş etmişdir. Yalnız
yunan mədəniyyətinin deyil, həm də dünya mədəniyyətinin sonrakı
inkişaf tarixində VIII-VI əsrlər yunan mədəniyyətinin müstəsna rolu
olmuşdur. Bu dövr yunan mədəniyyətinin səciyyəvi
xüsusiyyətlərindən biri-dindən elmə, mistik baxışlardan materialist
təlimə, incəsənət sahəsində isə şərtilikdən realizmə keçid olmuşdur.
Qeyd etdiyimiz xüsusiyyətlər klassik dövr yunan mədəniyyətində öz
inkişafının ən uca zirvəsinə çatmışdır. Yunan mədəniyyətinin
37
tərəqqisinin ən yüksək inkişaf mərhələsini klassik dövr təşkil edir.
Müxtəlif sahələrdə qədim Şərq mədəniyyəti ilə əlaqədar olan
və Egey mədəniyyətindən yaranan yunan mədəniyyəti e.ə. VIII-VI
əsrlərdə böyük tərəqqi dövrü keçirmişdir. Bu dövr eyni zamanda
yunan əlifbasının yaranması, ilk elmi və ədəbi nümunələrin meydana
çıxması ilə səciyyəvidir. Başında Zevs allahının durduğu Olimp dini
də əsasən bu dövrdə formalaşmış, materializm ilə idealizmin,
dialektika ilə metafizikanın mübarizəsi də e.ə. VIII-VI əsrlərdə
başlanmışdır.
Quldarlıq cəmiyyətinin təkmilləşdiyi və quldarlıq dövlətinin
təşəkkül tapdığı dövrdə yunan fəlsəfəsi yaranmışdır. İlk yunan
alimlərinin vətəni İoniya idi. İoniyanın ardınca digər Hellin
ölkələrində-Siciliya, Cənubi İtaliya, Egey dənizi adalarında olan
şəhər dövlətlərində müxtəlif sahələrdə tədqiqat aparan alimlər
meydana çıxır. İoniya filosoflarının ilk görkəmli nümayəndəsi isə
e.ə. təxminən 624-547-ci illərdə yaşamış Miletli Fales olmuşdur.
İoniya fəlsəfəsinin banisi olan Fales bütün mövcudatın maddi
əsasının sudan təşkil olduğu fikrini əsaslandırırdı. Onun fikrincə, su
daimi hərəkətin, bütün yaşayışın, eyni zamanda insanın həyat
mənbəyinin əsasını təşkil edir.
İoniyada yaradılmış riyaziyyat məktəbinin başında Falesin
dostu və şagirdi Anaksimandr (e.ə. 610-546) dayanırdı. O, “Təbiət
haqqında” əsərində əbədi hərəkətdə olan opeyronu (sonsuz)-
əbədiyaşar materiyanı dünyanın əsası, başlanğıcı hesab edirdi. Onun
təliminə görə, apeyron dörd ibtidai başlanğıcı (torpaq, su, od, hava)
özündə əks etdirir. Anaksimandrın fəlsəfi sisteminin əsasında üzvi
aləmin mənşəyi və inkişafının araşdırılması dayanırdı.
Yunanıstanda idealist təlimin banilərindən biri olan Pifaqor
(e.ə. təxminən 580-500) ədədi bütün olanların başlanğıcı hesab
edirdi. Ona da Anaksimandr və Anaksimenin
38
güclü təsiri olmuşdur. O, kainatı ahəngdar ədədlər və onların tənasüb
sistemi kimi təsəvvür edirdi.
Qədim Yunanıstanın görkəmli filosoflarından olan Pifaqorun
müasiri Efesli Heraklit (e.ə. təxminən 530-470) materialist
dialektikanın banisi sayılır. Onun fikrincə, kainatın daimi və fasiləsiz
hərəkət qanunu həm ictimai həyatı, həm də təbiəti idarə edən bir
qüvvədir. O, kainat və onun qanunlarının nə allahlar, nə də insanlar
tərəfindən yaradıldığı fikrini qəbul edirdi. Heraklit təbiətdən
öyrənməyə səsləyərək vurğulayırdı ki, “Kainat” həmişə qanunauyğun
alovlanan və sönən canlı bir od olmuş, oddur və od olaraq da
qalacaqdır.
F.Engelsin fikrincə, qeyd etdiyimiz dövrün fəlsəfəsi “bir-birinə
əks olan iki keyfiyyətlə-böyük dərinliyi və eyni zamanda
sadəlövhlüyü ilə insanı heyran edir”.
Yunan alimləri təbabətdə də diqqətəlayiq nailiyyətlər
qazanmışdılar. Dünya təbabət elmi tarixində xüsusi yeri olan
Hippokrat da (e.ə. 460-377) məşhur Kos (Kiçik Asiya sahili
yaxınlığında ada) təbabət məktəbinin görkəmli nümayəndəsi
olmuşdur. Onun təbabət sahəsində böyük xidməti ondan ibarətdir ki,
xəstəliyi tədqiq metodunu naturalist filosofların qeyri-elmi
spekulyatif fikirlərinə qarşı qoymuşdur.
V əsr yunan fəlsəfəsinin inkişafı daha çox Emkedokl,
Anaksaqor, Levkipp və Demokritin adı ilə bağlıdır. Onlar
materiyanın quruluşuna dair bir çox nəzəriyyələr təklif etmişlər.
Məsələn, Levkipp ilk dəfə materiyanın bölünməz hissəsi-atom
haqqında təlim hazırlamışdır. Bu təlimi onun tələbəsi Demokrit öz
əsərlərində daha da təkmilləşdirmişdir. Onun (Demokritin) fikrincə,
kainat keyfiyyətcə həmcins, yalmz öz həcm və forması ilə bir-
birindən fərqlənən atomlardan və boşluqdan ibarətdir. Bu boşluqda
mexaniki şəkildə hərəkət edən atomlarm toqquşması, dəf olunması,
birləşməsi və ayrılması nəticəsində şeylər əmələ gəlir. Bir çox
39
Şərq ölkələrini gəzərək qədim Şərq fəlsəfəsinə yaxşı bələd olan
Demokritin fikrincə, kainatı təşkil edən çoxlu sayda dünyaların
yaranması və məhv olması atomların boşluqdakı fasiləsiz hərəkəti ilə
şərtlənir. Eyni zamanda, təbiətdəki bütün cisimlərin və onların
mahiyyətinin müxtəlifliyi atomların müxtəlif birləşmə və ayrılması
ilə izah olunur.
Haqqında danışdığımız dövrün materialist təlimlərini Epikür
(e.ə. 341-270) sona çatdırmışdır. “Epikür bağı” adlı fəlsəfi məktəb
(e.ə. 306) yaradan Epikür ömrünün sonunadək Afinada yaşamışdır.
Yaradıcılığı ərzində yazdığı 300-ə qədər əsərin az bir hissəsi bizə
gəlib çatmışdır. Onun fikrincə, Kainat sonsuz və əbədidir. Atomlar
öz-özünə başlanğıc düzxətli hərəkət vəziyyətindən çıxmaq və
əyrixətli hərəkət etmək iqtidarmda deyillər.
Epikürün ateist təlimi Platonun “İdeyalar aləmi”, Aristotelin isə
“İlk mühərrik” əsərlərindəki ideyanın tam əksidir. Epikür dünyanı
dərk etməyin mümkünlüyünü bildirirdi. Duyğuların, hisslərin və
anlayışların idrakın meyarı olduğunu göstərən Epikür duyğuları eyni
zamanda biliklərin mənbəyi, idrakın başlanğıcı hesab edirdi.
Yunanıstanda idealist fəlsəfənin banilərindən olan Sokratın
(e.ə. 469-399) fəlsəfi təlimi və həyatı haqqında məlumatlar onun
tələbələri və davamçıları olan Platonun, Ksenofontun, Aristotelin
əsərlərində öz əksini tapmışdır. - Bu filosof da yunan sofistləri
(yunanca hikmət müəllimləri deməkdir. Məsələn, Qorgi e.ə. 483-376,
Protaqor e.ə. 481-411 və s. b.) kimi fəlsəfi məsələlərdə əsasən
təbiətşünaslığa deyil, mənəviyyata, insan əxlaqına diqqət yetirir.
Sokratın tələbəsi və həmfikri Platonun (e.ə. 427-347) da fəlsəfi
görüşləri obyektiv idealizmin bariz göstəricisidir. Onun fəlsəfi
təliminə əsasən duyulan, hiss olunan varlıq, maddi aləm həqiqi
aləmin yalnız kölgəsidir, həqiqi varlıq isə əbədi və dəyişməz ümumi
ideyalardır.
40
Cəmiyyətdəki bərabərsizliyi, yuxarı təbəqənin (istismarçıların)
aşağıdakılara qeyri-insani münasibətini görən Platon “ideal dövlət
nəzəriyyəsi” tərtib edir. Bu layihəsinin əsasında Platonun idealist
fəlsəfəsi dayanır. Təəssüf ki, Platonun da əsərlərinin çoxu haqqında
məlumatımız yoxdur.
Qədim dünyanın məşhur filosoflarından biri də Aristotel (e.ə.
384-322) olmuşdur. Dünyanın böyük bir hissəsinin Makedoniya
tərəfindən işğal edilməsi və İsgəndərin möhtəşəm imperiyasının
yarandığı dövrdə yaşamış Aristotel klassik yunan fəlsəfəsini
yekunlaşdırmışdır. O, materializm ilə idealizm arasında-Platon xətti
ilə Demokrit xətti arasın da tərəddüd etməsinə baxmayaraq, maddi
aləmi “deyalar kölgəsi” deyil, öz-özlüyündə mövcud olub,
ideyaların, məvhumların, hisslərin və sairin əsası hesab edirdi. Bu isə
yalnız Platonun mistik fəlsəfəsinə deyil, eyni zamanda bütün
idealizmə böyük zərbə idi.
Aristotelin teoloji (teos-ilahiyyat) və teleloji (teleo-məqsəd)
müddəalarından orta əsrlərdə və sonrakı dövrlərdə yaşamış hətta ona
əks baxışlı filosoflar da bəhrələnmişlər.
Aristotel yalnız fəlsəfə sahəsində deyil, məntiq, ədəbiyyat
nəzəriyyəsi, təbiətşünaslıq, siyasət və tarix sahəsində də maraqlı
əsərlər yazmışdır. Zoologiya və botanika elmlərinin inkişafında da
onun böyük xidmətləri olmuşdur. Yunan elm tarixində xüsusi rol
oynayan Ligey məktəbini (Afina yaxınlığında) də Aristotel yaratmış
və bu məktəb səkkiz əsrə qədər fəaliyyət göstərmişdir.
Bəhs etdiyimiz dövrdə yunan ədəbiyyatının da sürətli inkişafı
müşahidə olunur. Maraqlıdır ki, eyni zamanda epik və dramatik
poeziya ilə yanaşı lirik poeziya da yaranır. Belə ki, lirik şairlərdən
Tirtey, Kallin, Feoqnid, Alkey, Sapfo, Anakreont, Arxllox, Pindar və
başqalarının əsərləri cəmiyyətdə yayılmağa və sevilərək, qəbul
olunmağa başlayır.
41
Yunanıstanda yaranan ədəbiyyat mövzu baxımından tragikliyi
ilə diqqəti cəlb edir. Yunan tragediyasının banisi isə Fespid (e.ə. VI
əsr) hesab olunur.
Tragediya öz yaranışı etibarilə Dionis allahı (üzüm və şərab
allahı) şərəfinə keçirilən bahar bayramı ilə bağlıdır. Dionis ayinindən
yaranmış yunan dramı, sonralar bu ayindən ayrılaraq yunan
qəhrəmanlarını öz süjet dairəsinə salır. İlk yunan dramaturqları olan
Fespid, Pratin, Xeris və Frinixin əsərləri dövrümüzə gəlib çatmasa
da, Frinixin “Miletin alıması” və “Finikiyalı qadınlar” əsərləri
haqqında müəyyən məlumatlar günümüzə qədər gəlib çatmışdır.
Həmin məlumatlar o dövrün yunan dramaturgiyası haqqında fikir
söyləməyə imkan verir.
Dünyanın digər mədəniyyət mərkəzlərində olduğu kimi, teatr
Yunanıstanın ictimai həyatında da mühüm rol oynamış və olduqca
populyarlaşmışdı. Qədim yunan teatrı üç hissədən-orxestra
1
, teatron
2
və skenedən
3
ibarət olmuşdur.
Böyük Attika tragikləri-Esxil, Sofokl və Evripidin
yaradıcılığında Afina demokratiyası tarixindəki üç ardıcıl dövr öz
əksini tapmışdır. F.Engelsin haqlı olaraq “Tragediyanın atası”
adlandırdığı Esxil demokratik dövrün bərqərar olması, Sofokl
quldarlıq demokratiyasının yüksəlişi, Evripid isə bu demokratiyanın
böhranı dövrünün şairləri hesab olunurlar.
Yunanların iranlılara qarşı apardıqları azadlıq mübarizəsi
dövründə yaşamış Esxilin özü də məşhur Marafon döyüşündə iştirak
etmişdir. Mənbələrin verdiyi məlumata görə, Esxil zəngin yaradıcılıq
irsinə malik olmuşdur. Təəssüf ki, bu ədəbi irsin ancaq az bir hissəsi
dövrümüzə çatmışdır.
1
Orxestra-yunanca orxensthay(rəqs etmək) sözündən alınıb. O dövrdə xorun əsas
vəzifələrindən biri rəqs etmək idi.
2
Teatron- yunanca theasshay (tamaşa etmək) sözündən alınıb mənası tamaşa yeri deməkdir.
3
Skene- yunanca çadır mənasındadır. İfaçıların geyim otağı hesab olunur.
42
Onlardan “Farslar”, “Xahiş edən qadınlar”, “Fiv əleyhinə yeddi
adam”, “Zəncirlənmiş Prometey”, “Oresteya” trilogiyasını –
“Aqamemnon”, “Xoeforlar”, “Evmenidlər”- əsərlərini göstərmək
olar.
Yunan teatrının inkişafında Esxilin böyük rolu olmuşdur. Əgər
Hellinizm dövrünə qədər yunan dramının ayrılmaz hissəsi olan
xordan hələ VI əsrin II yarısında xüsusi ifaçı-aktyor ayrılırdısa (o da
müəllifin özü olurdu), Esxil ifaçının sayını ikiyə çatdırır. Onun dünya
ədəbiyyatına, eyni zamanda müasir ədəbiyyata güclü təsiri olmuşdur.
Enni, Aksi, Seneka (Roma şairləri) və başqaları onun
yaradıcılığından bəhrələnmiş, yeni dövr şair və yazıçıları - Kalderon,
Milton, Volter, Göte, Bayron, Şiller və s. Esxilin əsərlərinə nəzirələr
yazmışlar.
Öz siyasi görüşləri baxımından mühafizəkar olan, Peloponnes
müharibəsi dövründə sinfi ziddiyyətlərin kəskinləşdiyi bir şəraitdə
zadəganların tərəfində dayanan Sofoki (e.ə. 496-406) 123 əsərin
müəllifi olmuşdur. Bu əsərlərdən ancaq yeddi tragediya “Ayaks”,
“Elektra”, “Filoktet”, “Çar Edip”, “Edip Kolonada”, “Antiqona” və
“Traxiniyalı qadınlar” bizə məlumdur. Bunlardan “Çar Edip” və
“Antiqona
”
əsərləri dəfələrlə Azərbaycan teatr səhnəsində nümayiş
etdirilmişdir.
Yunan teatrının inkişafında Sofoklun da müstəsna xidmətləri
olmuşdur. Belə ki, o, teatr dekorasiyası yaratmış tragediyada
aktyorların sayını ikidən üçə, xor ifaçılarının sayını isə on ikidən on
beşə qaldırmışdır.
Öz dövrünün böyük romantik şairi olan Evripidin (e.ə. 484-
406) isə doxsandan artıq əsərindən yalnız on səkkizi bizə məlumdur
“Troyalı qadınlar”, “Elektra”, “Orest”, “Hippolit”, “Finikiyalı
qadınlar”, “İon”, “Herakl”, “Medeya” və s. Evripid də öz
sələflərindən fərqli olaraq, qədim yunan mifologiyasından istifadə
etdiyi əfsanəvi rəvayətlərə tənqidi yanaşmış, onları həyat
həqiqətlərinə uyğun hesab
43
etmişdir-Əgər Sofokl insanları “necə olmalı” kimi təsvir edirsə,
Evripid onları olduğu kimi təqdim etmişdir.
Komediya isə bir ədəbi janr kimi tragediyadan xeyli sonra (e.ə.
487-ci il) formalaşsa da, öz tarixi kökləri baxımından o da Dionis
şərəfinə həsr olunmuş oyunları müşayət edən nəğmələrlə əlaqədardır.
İlk komediya ustalarından biri Koslu Epixarın (VI əsrin II yarısı və V
əsrin
əvvəlləri) olmuşdur. Onun komediyaları mifoloci
parodiyalardan ibarət idi. Epixarmın məişət məzmunlu
komediyalarına misal olaraq “Kəndçi”, “Zəvvarlar”, “Ümid” və s.
göstərmək olar.
Qədim Yunanıstan mədəniyyətində komediya janrına bənzəyən
mim,
1
fliak
2
və pantamima
3
kimi kiçik formalı komik tamaşalar da
özgün yer tutur. Həmin janrın nümayəndələri isə siciliyalı Sofron (e.ə.
V əsr) və onun oğlu Ksenarx (e.ə. IV əsr) olmuşdur. Onu da qeyd
edək ki, bu janr son zamanlar Azərbaycan teatrında da inkişaf
etməkdədir. Pantamimo teatrı formalaşaraq uğurla öz fəaliyyətini
davam etdirir.
Qədim Yunanıstanın müxtəlif yerlərində ibtidai şəkildə nəzərə
çarpan komediya e.ə. V əsrdə Attikanın ictimai-siyasi həyatında
meydana çıxan dəyişikliklərdən yaranan ehtiyaclarla bağlı getdikcə
daha da inkişaf edərək dolğunlaşmışdı. O dövrün Afina
komedioqraflarından Xionid, Maqnet, Kratin və b. əsərlərindən bəzi
hissələr zəmanəmizə gəlib çatmışdır.
Klassik dövr Yunan mədəniyyətində incəsənətin digər növləri
ilə yanaşı musiqi də inkişaf etmişdi. Yunanıstanın ictimai həyatında
özünəməxsus yer tutan musiqi xüsusi mənəvi-tərbiyəvi əhəmiyyətə
malik idi. Yunanların uşaq tərbiyə sisteminə musiqi də daxil idi.
Musiqinin insan xarakterinin formalaşmasına göstərdiyi güclü təsir
öz əksini
1
Mim-yunan sözü olub, mənası təqlid deməkdir.
2
Fliak-yunan sözüdür, mənası zarafat deməkdir
3
Pantamimo da yunan sözüdür və panta hamı, hər şey, mimos təqlidçi sözlərindən
alınmışdı.
44
yunan mifalogiyasında da tapmışdır. Belə ki, əfsanəvi obrazlar
içərisində öz bənzərsizliyi ilə seçilən Orfey obrazı da məhz müğənni
və lira ifaçısı olmuşdur. Bildiyimiz kimi yunan musiqisinin əsası xalq
yaradıcılığından ibarət idi. Yunanıstanda üç növ musiqi aləti geniş
yayılmışdı: simli, nəfəsli və zərb. Simli alətlərdən lira, kitara, arfa və
s. nəfəsli alətlərdən avlos, zərb alətlərindən isə kimbal və timkanı
göstərmək olar. Yunanlar simli musiqini insanın hisslərində
ahəngdarlıq yaradan bir qüvvə, nəfəsli musiqini isə “barbar” musiqisi,
hiddətləndirici bir qüvvə hesab edirdilər.
Getdikcə musiqi müstəqü bir sənət sahəsinə çevrilirdi. Yunan
sənətkarları musiqi tonları qammasını işləyib hazırlayırdılar. Filosof
və riyaziyyatçı Pifaqor (e.ə. VI əsr) və görkəmli riyaziyyatçı Evklid
(e.ə. III əsr) musiqiyə dair xüsusi əsərlər yazmışlar.
Yunanlar yalnız ədəbiyyat, teatr və musiqidə deyil,
mədəniyyətin digər sahələrində də uğurlar qazanmışdılar Onların ən
mükəmməl memarlıq əsəri Afina akropolunun başında tikilmiş İlahə
Afinanın məbədi Parfenondur. Afina Propileyası adlı akropola gedən
böyük yol və əfsanəvi Afina padşahı Erextey və Gefestə həsr olunmuş
məbədlər yunan memarlıq sənətinin nadir incilərindəndir.
Yunan memarlığında üç üslub-ən qədim və formaca lap sadə
dori üslubu, qeyri-adi incəliyi ilə məşhur olan ionı üslubu və
mürəkkəb ornamentli Korinf üslubu xüsusilə nəzərə çarpır. Bəzən bu
üç üslub bir abidədə cəmlənirdi. Fikrimizə, dori və ioni üslublarının
birləşməsindən ibarət olan ilahə Afinanın məbədi Parfenonu misal
göstərmək olar.
Bizim e.ə. VI-V əsrlərdə Yunan heykəltəraşlığı da öz
inkişafının ən yüksək zirvəsinə çatmışdı. Yunan incəsənətinin ən
zəngin dövrü Fidinin (e.ə. V əsrin 432-431-ci illəri) adı ilə bağlıdır.
Yalnız yunan mədəniyyəti deyil, o cümlədən bəşər mədəniyyəti
tarixində silinməz iz qoymuş Fidi Afina
45
Akropolunun tikilməsinə rəhbərlik etmiş və burada ucaldılan
əsrarəngiz gözəlliyə malik heykəllərin müəllifi olmuşdur. Hellin
xalqının qırılmaz birliyinin təsdiq edilməsi və yunan quldar
demokratiyası mədəniyyətinin mərkəzi olan Afinanın mədhi
Akropolun əsas ideyasını təşkil edir.
Bu dövrün görkəmli heykəltəraşları arasında Polikletin,
Praksitelin və Lisippin də xüsusi yeri vardır. Onların əsərlərində
sağlam insan bədəninin gözəlliyi sənətkarlıqla əks olunurdu. Onu da
qeyd etmək lazımdır ki, bu sənətkarlar insan bədəninin sağlamlığının
səbəbini qədim Yunanıstanda tez-tez keçirilən idman məşqləri və
yarışları ilə əlaqələndirirdilər.
Yunanıstanda rəssamlıq heykəltəraşlıqla əlaqədə inkişaf edirdi.
Yunan rəssamları içərisində b.e.ə. V əsrin I yarısında yaşamış
Poliqnot və bu əsrin II yarısında yaşamış Apollodor məhşur
olmuşdur. Rəssamlıqda diqqəti cəlb edən cəhətlərdən biri də qablar
üzərində yunan əfsanələrindən götürülmüş mövzuların çəkilməsi idi.
Rəssamlar bu sahədə böyük uğurlar qazanmışdılar.
Ümumiyyətlə, K.Marksın qeyd etdiyi kimi, V-IV əsrlər yunan
mədəniyyətindən danışarkən göstərmək lazımdır ki, bu dövrdə insan
ətraf aləmin dərk olunmasmda, o cümlədən özünün bədiı düşüncə
tərzinin inkişafı baxımmdan xeyli irəliyə getmışdir. Sinfi xarakter
daşımasına baxmayaraq, kökləri xalqla bağlı oian yunan
mədəniyyətinin tamlığı, harmoniyası, nikbinliyi onun bir çoxu
indiyədək əvəzsiz bir sənət nümunəsi kimi qalmaqda olan ən yaxşı
abidələrini əbədiləşdirmişdir.
Yunan mədəniyyəti Roma mədəniyyətinin, daha sonralar isə
bütün Avropa mədəniyyətinin gələcək inkişafı üçün bir əsas təşkil
etmişdir.
|