§6. HİND MƏDƏNİYYƏTİ
Başqa Şərq ölkələri kimi Hindistanda da mədəniyyətin müxtəlif
sahələri inkişaf etmişdi. Burada ədəbiyyat, incəsənət, memarlıq, təbiət
elmləri sahəsində bəzi nailiyyətlər qazanılmaqla yanaşı, müxtəlif dini
ehkamlar və təsəvvürlər də mövcud idi. Hindistanda əhali qədim
dövrlərdə bitkilərə, aya, günəşə və çaya sitayiş edirdi. Hind-İran
birliyi dövründə hindlilərin iranlılarla oxşar dini anlayışları
olmuşdur. Belə ki, həm hind, həm də irandilli etnik birləşmələri oda,
suya, əcdadlara, eyniadlı ilahi qüvvələrə inam bəsləyirdilər.
Hindlilərin ilkin dini təsəvvürləri Riqvedada öz əksini tapmışdı.
Burada qədim hind panteonunun başında hindlilərin yerin və göyün
allahı hesab etdikləri İndra dayanırdı. Eyni zamanda, ilkin dini
təsəvvürlərdə od və ev himayədarı Aqni, günəş allahı Surya da təmsil
olunurdu. E.ə. I minilliyin axırlarında Brahma, Vişna və Şiva
allahlarına ibadət genişlənir. Allahların əksəriyyəti hətta qədim hind
allahı Krişna da Vişnanın özünü onun yeni təcəssümü kimi
göstərmişdi. Bu hind Allahı haqqında yayılan əfsanələrdə Krişnanın
uşaqlıq və gənclik illəri öz əksini tapmışdır. Həmin əfsanələrdə, o
həm də məhəbbət aşiqi, özünə qarşı sevgi hissləri təlqin edən allah
təcəssümü kimi də ifadə olunur. “Mahabharata” dastanında isə
Krişna hərbi bacarıq və qabiliyyətə malik cəsur bir döyüşçü kimi
təsvir olunur.
Qədim Hind panteonunda təmsil olunan yüzlərlə allahlar
insanlar kimi həyat sürürdülər.
Qədim Hindlilər axirət dünyasına da inam bəsləyirdilər.
Hindlilərin dini təsəvvürlərinə görə ölülər allahı hesab olunan Yama
mərhumları qəbul edir, sağlıqlarındakı fəaliyyətlərinə görə onlara
təyinat verirdi. (Cənnət yaxud cəhənnəm). Getdikcə axirət-dünyasına
dair təsəvvürlər dəyişdi və hindlilər insanların həmişəyaşarlığını
qəbul etdilər. Yəni,
28
guya, insan öləndən sonra ruh yaşayır və başqa görkəmdə yenidən
yaranır.
Yuxarıda qeyd etdiyimiz ilkin dini təsəvvürlər Hindistanda
sonralar yaranmış digər dini cərəyanların ehkamlarına da öz təsirini
göstərmişdir. Xüsusən də brahmanizmin formalaşmasında qədim dini
təsəvvürlərin əhəmiyyətli rolu olmuşdur. Bu din öz təlimində
cəmiyyətin müəyyən dərəcələrə (varna) bölünməsini əsas götürürdü.
Qədim Hindistanda silk (varna) brahman, kşatri, vayşya və şudra -
olmuşdur. Cəmiyyətdə sosial bərabərsizliyin inkişafı, ali və zadəgan
təbəqələrinin qüvvətlənməsi, əsarət altına düşən əhalinin sayının
çoxalması varna (silk) ictimai sistemini möhkəmləndirirdi. Bir sözlə,
cəmiyyət üzvlərinin sosial bölgü ilə fərqləndirilməsi brahmanizm
təliminin əsasını təşkil edirdi.
E.ə. I minilliyin ortalarında brahmanizmlə bərabər bəzi dini
təlimlər də meydana çıxmışdı. Lakin bu dinlərin ehkamları yeni
yaranan dövlətlərin təlabat və mənafelərinə uyğun gəlmədiyi üçün,
müxtəlif dini təsəvvürlərlə qarşıdurma şəraitində buddizm yaranmağa
başladı.
Buddizmin banisi, mənşə etibarilə kşatri silkinə mənsub olan
Sidharth Qautama (e.ə. 566-486) öz təliminə Şimali Hindistanda
başlamışdır.
29 yaşmda öz ailəsini tərk edən Quatama, zahid olmus və
bəşəriyyətin əzablardan xilas yolunu axtarmışdır. Yeddi ildən sonra
o, Budda (nurlanmış) adlandırılmışdır. Budda, (Quatama) öz təlimini
40 il müddətində yaymaqla məşğul olmuş və sözsüz ki, bu
fəaliyyətində onun tərəfdarlarının da mühüm rolu olmuşdur. Nəticədə
çoxlu sayda rahib icmaları yaranmışdır. Eramızın I əsrində
buddizmdə 2 qol: hinayana (xilaskarlığın dar yolu) və mahayana
(xilaskarlığın geniş yolu) əmələ gəlmişdir. Onu da qeyd etmək
lazımdır ki, bu qonların meydana çıxmasına Hindistanın ayrı-ayrı
hissələrində mövcud olan sosial-siyasi şəraitin müxtəlifliyi səbəb
olmuşdur.
29
Buddizmdə əsas yeri dörd müqəddəs həqiqət haqqında təlim
tutur:
l. Yaşamaq əzab çəkməkdir.
2. Əzabların səbəbi arzulardır.
3. Əzablardan xilas olmaq üçün arzulardan çəkinmək lazımdır.
4. Arzulardan çəkinməyin çarəsi Buddanın təliminə əməl
etməkdir.
Brahmanizmdən fərqli olaraq, buddizm silkləri qəbul etmirdi.
Buddizimə görə ictimai və silki vəziyyətindən asılı olmayaraq hər bir
kəsin nirvanaya (nicata) çatmaq hüququ vardı.
Eramızın VI-VII əsrlərində Hindistanda şəhərlərin
əhəmiyyətinin azalması və feodal pərakəndəliyinin güclənməsi ilə
əlaqədar buddizmin tənəzzülü başlayır. XII-XIII əsrlərdə isə o,
Asiyanın başqa rayonlarına keçərək, meydana gəldiyi ölkədə
mövqeyini itirdi.
Buddizm onu qəbul edən digər ölkələrin mədəniyyətində də öz
izini qoymuşdur. Belə ki, buddizmin yayılması incəsənətin bir çox
sahələrində-memarlıq, heykəltəraşlıq, rəssamlıq və ədəbiyyatda, elm
və sxolastik təhsildə xüsusi sinkretik mədəni komplekslərin-Budda
mədəniyyətinin yaranmasına səbəb olmuşdur.
Yuxarıda qeyd etdiyimiz kimi, qədim Hindistanın yüksək
inkişaf etmiş mədəniyyəti vardır.
Hindlilər piktoqrafiyaya bələd idilər. Bu ölkədə başlıca əsərlər
sanskrit dilində yazılmışdır. Daha doğrusu, “Veda”, “Manu qanunlar
məcəlləsi” və iki iri həcmli dastan: “Mahabharata” və “Ramayana”
bu dildə yazılmışdır. Həmin dastanlarda qəhrəmanların igidliyi,
onların səfər və istilaları təsvir olunur.
Hindistanda memarlıq da çox inkişaf etmişdir. Qayalarda
yonulmuş məbədlərin, heykəl və digər şəkillərin gü-
30
nümüzə qədər çatmış qalıqları bu fikiri söyləməyə əsas verir.
1526-cı ildə Böyük Moğollar imperiyasının yaradılması ilə
Hindistanda memarlığın sürətli inkişafı başlanır. l569-1584-cü illər
ərzində Aqrada inşa edilmiş qala, Fatihnur-Sikri qala şəhəri və s.
şəhərsalma və fortifikasiya sənətinin gözəl nümunələrindəndir.
Mərkəzi künbəzli məqbərənin klassik tipini isə 1565-ci ildə
azərbaycanlı memar Mirək Mirzə Qiyas yaratmışdır. Bu Böyük
Moğollar sülaləsinin hökmdarı (1530-1539, 1555-1556) Hümayunun
şərəfinə Dehlidə inşa olunmuş Humayun məqbərəsidir.
Hind memarlığının dəyərli nümunələrindən biri də Böyük
Moğollar dövrünə aid olan Tac-Mahal abidəsidir ki, Aqra şəhəri
yaxınlığında Camna çayının sahilində tikilmişdir. Bu türbəni Moğol
hökmdarı Cahan şah arvadı Mümtaz Mahal Banu Bəyimin qəbri
üstündə inşa etdirmiş və sonralar özü də həmin türbədə dəfn
edilmişdir.Türbəni türk memarı Ustad Məhəmməd İsa əfəndi
səmərqəndli Məhəmməd Şərif, istanbullu Xan Rumi ilə birlikdə
tikmiş, kitabə və bəzək işlərinin yaradılmasında isə Şiraz, Lahor,
Təbriz, Dəməşq, Bağdad və Buxara ustaları iştirak etmişlər. Böyük
bağ içərisində salınmış məscid, mehmanxana və s. ibarət olan bu
geniş memarlıq ansamblının əsas hissəsi olan Tac-Mahal türbəsi
hündürlüyü təqribən 74 metrə çatan beşguşəli möhtəşəm binadan və
küncləri hündürlüyü təqribən 45 metrə çatan dörd minarədən
ibarətdir. Türbənin divarları cilalanmış ağ mərmərdən tikilmiş, üzəri
əqiq, mirvari, sədəf, kəhrəba, zümrüd, yaqut və s. kimi əlvan və
qiymətli daşlarla bəzədilmişdir.
İngilis müstəmləkəçiliyi dövründə (XVIII əsr-1947)
Hindistanda Avropa mədəniyyətinin təsiri güclənmiş, milli incəsənət
tənəzzülə uğramışdır. Bu dövr ərzində köhnə şəhərlər-Kəlkətə,
Mədrəs, Bombey genişləndirilmiş, Avropa memarlığı üslublarında
yeni tikililər yaradılmışdır.
Hindistanda elmlər də xeyli inkişaf etmişdi. Riyaziyyat ən ali
elmlərdən biri hesab olunurdu. Təkçə onu deyək ki, ərəblər “ərəb
rəqəmləri” adlandırdıqları rəqəmləri Hindistandan alaraq Avropaya
ötürmüşlər.
Hind musiqi mədəniyyəti də qədim ənənələrə malikdir. Belə
31
klassik musiqi nümunələrindən e.ə. II minilliyə aid olan “Samaveda”
ovsun nəğmələri məcmuəsini, eramızın I əsrinə aid teatr sənətindən,
musiqi və rəqsdən bəhs edən “Natyaşastra” traktatını və s. göstərmək
olar.
Azərbaycanla Hindistan arasında müxtəlif istiqamətli əlaqələr
bütün dövrlərdə mövcud olmuşdur. İki ölkə arasındakı mədəni
əlaqələrin inkişafı bəzən ləngimiş, bəzən bir müddət dayanmış, bəzən
də sürətlə davam elmişdir. Lakin bu əlaqələr hər zaman işgüzar və
dinc xarakterli olmuşdur.
Azərbaycan-Hindistan mədəni əlaqələri ədəbiyyatda da öz
əksini tapmışdır. Tarixi məlumatlara görə Azərbaycan-Hindistan
mədəni əlaqələrinin banilərindən biri məşhur Azərbaycan şairi
Nizami Gəncəvi olmuşdur. Nizami Hind xalqının həyat və məişətini
dərindən öyrənmiş və əsərlərində bu ölkəni “kamil həkimlər ölkəsi”
adlandırmışdır. Nizaminin əsərlərində Hindistanın təbiəti, adət-
ənənəsi, geyim tərzi, fəlsəfəsi və s. də öz əksini tapmışdır. Onun
“Yeddi gözəl” poemasındakı gözəllərdən biri də məhz Hindistandan
seçilmişdir. N.Gəncəvi, Xaqani Şirvani farsdilli Hind poeziyasına,
xüsusən də böyük Hind şairi Əmir Xosrov Dəhləviyə (1262-1325)
güclü təsir göstərmişlər. Dəhləvi Nizaminin təsiri ilə öz “Xəmsəsini
yaratmışdır. Bəzi Orta əsr şairləri, o cümlədən Məsihi, Saib Təbrizi
və s. müəyyən müddət Hindistanda yaşayıb-yaratmışlar. Bundan
əlavə XIII əsrin sonlarında iki min illik tarixə malik Hind ədəbi
abidəsi “Pəncə-tantra” (“Kəlilə və Dimnə”) bütünlüklə Azərbaycan
dilinə
32
tərcümə edilmişdir. Bu dastandan götürülmüş təmsillər, atalar sözləri
əsasında Azərbaycan ədəbiyyatında çoxlu sayda bədii nümunələr
meydana çıxmışdır. Respublika Əlyazmaları İnstitutunda saxlanılan
“Kəlilə və Dimnə” dastanının iki əlyazmasından biri XVIII əsr
rəssam-miniatürçüsü, tərcüməçi muğanlı Əvəz Əli Səfiqulu
tərəfindən yazılmışdır.
Görkəmli Azərbaycan alimi, coğrafiyaşünas səyyahı, tarixçi-
etnoqrafı, filosofu, ədəbiyyatşünası Hacı Zeynalabdin Şirvani (1780-
1837) 36 il ərzində Şərq ölkələrini, o cümlədən Hindistanı səyahət
etmiş və təəssüratlarını farsca “Riyazüs-səyahə” (“Cənnət bağı
səyahətləri”, I hissə 1821-22, II hissə 1826-27-ci illərdə
tamamlanmışdır), “Hədayüqüs-səyahə” (“Səyahət bağları” 1826-27),
“Büstanüs-səyahə” (“Səyahət bağı” 1832) adlı əsərlərdə ifadə
etmişdir.
Hacı Zeynalabdin Şirvani Hindistanı səyahət edərkən
Pəncabda, Dehqanda və Kəşmirdə olmuş, Dehli, Calalabad.
Heydərabad, Allahabad və s. böyük Hind şəhərlərini əsərlərində
təsvir etmişdir. O, Hindistanın Hind, Qanq, Braşaputra, Damodar və
s. böyük və orta çay hövzələrini tədqiq edib öyrənmiş və özünün
təəssüratlarını ümumiləşdirərək qələmə almışdır.
H.Z.Şirvani öz əsərlərində eyni zamanda Hindistanın
tarixindən, məişətindən, adət və dinindən də bəhs edir. O, hindlilərin
səyyahlara və qonaqlara xüsusi qonaqpərvərlik göstərmələrini, bu
əməksevər xalqın musiqi mədəniyyətinin yüksək dərəcədə inkişaf
etdiyini qeyd edir.
XIX əsrin görkəmli Azərbaycan filosofu və maarifpərvəri
M.F.Axundov öz materialist və demokratik dünyagörüşünü “Hind
şahzadəsi Kamalüddövlənin İran şahzadəsi Cəmalüddövləyə üç
məktubu” adlı fəlsəfi əsərində daha dolğun surətdə ifadə etmişdir.
M.F.Axundov Hindistanla əlaqə saxlayırdı və hind fəlsəfəsi
sahəsində tədqiqat aparırdı.
Maraqlı bir tarixi faktı da qeyd etmək lazımdır ki, bu da 1530-
39 və 1555-56-cı illərdə Hindistanın padşahı olmuş
33
Nəsirəddin Hümayunun (1508-1556) ikinci dəfə Dehli taxtına
çıxması ilə bağlıdır. Nəsrəddin Humayun atasından-Böyük Moğollar
sülaləsinin banisi Baburdan irs qalan dövləti genişləndirmək
məqsədilə öz qardaşları və qonşularına qarşı mübarizəyə başlamışdı.
Onun mübarizə apardığı ən güclü rəqiblərdən biri də Bihar və
Benqaliyanın qüdrətli hökmdarı Şerxan olmuşdur. Şerxan sonralar
1545-ci ilə qədər Hindistana şahlıq etmişdir.
Nəsrəddin Humayun 1939-cu ildə məğlubiyyətə uğrayaraq
taxtdan salınır. Öz malikələrini tərk etmək məcburiyyətində qalan
məğlub şah Qərbi Hindistan və Əfqanıstanı gəzdikdən sonra
Azərbaycanın Səfəvilər sülaləsinin ikinci nümayəndəsi I Təhmasib
Şahın (1524-1576) yanında qalmağı qərarlaşdırır. 1555-ci ildə
yaranan əlverişli vəziyyətdən istifadə edən Humayun I Təhmasib
Şahın hərbi köməyi ilə Pəncabda, Dehlidə və Aqrda öz
hökmranlığını bərpa edir. Onun qoşun komandiri-sərkərdəsi də
azərbaycanlı Bayram xan Baharlı olmuşdur.
Hind mədəniyyətinin özünəməxsus inkişafı ölkəni qədim
dünyanın mədəniyyət mərkəzlərindən biri səviyyəsinə yüksəlmişdir.
Bu mədəniyyətin Şərqi Asiya ölkələrinə də böyük təsiri olmuşdur.
Dostları ilə paylaş: |