§2. HÜQUQ MƏDƏNİYYƏTİ
Hüquq qaydalarını daha da möhkəmləndirmək, vətəndaşları
müəyyən olunmuş qayda-qanunlara əməl etmək ruhunda
tərbiyələndirmək, qanunların pozulması
cəhdlərinə qarşı
qəbuledilməzlik hissi aşılamaq işində hüquq mədəniyyətinin rolu
böyükdür. Dövlət və hüquq quruculuğu kimi qanunların hazırlanması
və əməli şəkildə tətbiqi elm və mədəniyyətin nailiyyətlərinə əsaslanır.
Vətəndaşların yüksək mədəniyyəti, şüurluluğu və mütəşəkkliyi
83
eyni zamanda dövlət qanunlarının tələblərinə ciddi münasibət
göstərməyin, demokratiya prinsiplərini həyata keçirməyin əsas
şərtlərindəndir.
Qanunçuluqla demokratiya, o cümlədən mədəniyyət arasında
qarşılıqlı rabitə və asılılıq vardır. Yüksək səviyyəli hüquq
mədəniyyəti yalnız qanunları formalı şəkildə bilməkdən ibarət
olmayıb, həm də onlara hörmət etmək, qanunları tətbiq etməyi, icra
etməyi bacarmaq deməkdir. Cəmiyyətdə hüquqi qaydaların
möhkəmliyi cəmiyyət üzvlərinin qanunlara və qanunçuluğa hörmətlə
yanaşmasına şərait yaradır, hüquq mədəniyyətinə, hüquqi biliklərə
yiyələnmək hüquqa inamın formalaşması prosesini sürətləndirir.
Buradan da cəmiyyətin mənəvi mədəniyyətinin mühüm elementi
olan hüquq mədəniyyəti xüsusi əhəmiyyət daşıyır.
Hüquq mədəniyyəti cəmiyyətin ictimai-siyasi təşkili ilədə
bağlıdır. Yüksək hüquq mədəniyyətinin olduğu mühit siyasi sistemin
normal fəaliyyət göstərməsi üçün şərait yaradır. Bu sistemin hər bir
sahəsi elə fəaliyyət göstərməlidir ki, qanuna tam müvafiq olsun,
demokratiyanın yaratdığı imkanlardan məqsədyönlü istifadə etsin.
İnsanların hüquqa, mövcud hüquq normalarına münasibətinin
toplusu hüquq mədəniyyəti adlanır. Hüquq normalarının tələblərinə
əməl etməyin vacibliyini insanlar şüurlu şəkildə dərk etməlidirlər.
Deməli, hüquq mədəniyyətinin səviyyəsi həm vətəndaşların hüququ
bilmək, başa düşmək dərəcəsindən, həm də bunu yerinə yetirməyin
vacibliyini dərk etmələrindən asılıdır.
- Hüquq mədəniyyəti hüquqi fikrin yüksək inkişaf səviyyəsində
olduğunu təsdiq edir. Cəmiyyət üzvlərinin ümumi mədəniyyəti bu
baxımdan hüquq mədəniyyəti qanunçuluğun vəziyyətinə, hüquq
normalarına hörmətlə yanaşılmasına, vətəndaşların öz
hüquqlarından istifadə
84
etmələrinə və öz vəzifələrini yerinə yetirmələrinə əhəmiyyətli təsir
göstərir.
Qanunçuluğu möhkəmləndirməyin
əsas amili hüquq
mədəniyyətinin yüksəldilməsidir. Hüquq mədəniyyətinin
yüksəldilməsi neqativ halların aradan qaldırılmasının ən mühüm
vasitələrindən biridir. Hüquq mədəniyyətinin bu istiqamətdə inkişafı
cinayət cəza tədbirlərinin getdikcə ictimai təsir tədbirləri ilə
əvəzlənməsinə şərait yaradar.
Qüvvədə olan qanunvericiliyin daha da təkmilləşdirilməsi,
dövlət təşkilatları tərəfindən qanunçuluğa riayət olunmasının
səviyyəsi, vətəndaşların pozulmuş hüquqlarının vaxtında və əsaslı
şəkildə bərpası, hüquq qaydalarının sabitliyi, hüquq təhsilinin və
tərbiyəsinin vəziyyəti, eyni zamanda qanunvericiliyin təbliği
problemləri müasir dövrdə hüquq mədəniyyətinin
əsas
şərtlərindəndır.
Hüquq mədəniyyətinin inkişafı formalizm, süründürməçilik və
s. kimi mənfi halların da aradan qaldırılmasına öz təsirini göstərir.
Bununla bağlı mövcud qanunların təsır gücünün artırılması da aktual
məsələlərdəndir. Qanunvericilikdə öz əksini tapmış məsələlər nə
qədər məntiqli və əsaslı olsa da çox vaxt praktikaya tətbiq olunmur və
hiss olunmadan dondurulur. Hüquq normalarının təsir gücünü
artırmaq üçün, onların yerinə yetirilməməyinin səbəblərini
müəyyənləşdirmək üçün bu vəziyyəti yaradan səbəblər: öyrənmək
lazımdır. Bunun üçün hüququn insanların davranışına təsir
metodlarını bilmək vacibdir. İctimai, iqtisadi, mədəni, psixoloji və
digər amillərlə bağlı olan bu metodların işlənib hazırlanması muasir
dövrün ən aktual problemlərindən biridir.
Qarşıya çıxan problemlərin təxirəsalınmadan yerinə yetirilməsi
dövdət icra orqanlarının işinin yaxşı qurulmasından da asılıdır. Eyni
zamanda vəzifəli şəxslərin hüquq mədəniyyətinin yüksəldilməsinin
də böyük əhəmiyyəti vardır. Bunun üçün hüquq mədəniyyətini
yüksəltmək istiqamətində dövlət aparatı ilə ictimai təşkilatların
əlaqəli
85
fəaliyyəti zəruridir. Müasir dövrdə dövlət idarəetmə
orqanlarının qarşısında çox mühüm və böyük vəzifələr dayanır.
Belə ki, bir milyondan artıq qaçqını və torpağının 20 faizindən
çoxunun işğal altında olan ölkədə hüquq mədəniyyətini
yüksəltmək ölkənin bütün ehtiyat qüvvələrindən düzgün və
yerində istifadə olunmasına şərait yaradar. Bunun üçün idarəetmə
aparatı hüquq mədəniyətinin bütün elementlərindən istifadə
edərək, əlaqədar orqanları, hüquq statusu ilə bərabər, həm də
idarəetmə prosesini nizamlamalı, idarəetmə orqanlarının
fəaliyyəti üçün sabit optimal bir rejim yaratmalıdır.
Əsaslandırılmamış qərarların verilməsinə müxtəlif orqanların
vəzifələrində təkrarlara yol vermək olmaz. İdarəetmə aparatında
hüquq mədəniyyətini daha da inkişaf etdirməyə, bunun tətbiqinin
yeni forma və metodlarını artırıb tapmağa təşəbbüs
göstərilməlidir. Xüsusi olaraq nəzərdə saxlanılmalıdır ki, hüquq
mədəniyyətini yüksəltməyin bütün məsələləri kadrların hüquq
hazırlığı ilə sıx bağlıdır. İdarəetmə aparatının rəhbərləri
iqtisadiyyat, istehsalın təşkili, informatika və s. məsələlərdən
əlavə hüququn əsaslarını da yaxşı bilməlidir. Çünki mövcud
qanunların düzgün tətbiqi bundan, bu biliklərdən asılıdır. Belə
olarsa, düzgün olmayan qərarların qəbul edilməsinə də yol
verilməz.
Son zamanlar iqtisadi göstəricilərin hüquqi baxımdan təhlili
yonlarının təkmilləşdirilməsi getdikcə daha aktuallıq kəsb edir.
İdarəetmə aparatı rəhbərlərinin hüqüq mədəniyyətini artırmaqla
qarşıya çıxan problemlərin hüquqi baxımdan təhlili və iqtisadi
baxımdan məzmunu metodlarını əlaqələndirmək mümkündür. Bunun
üçün iqtisadyönümlü ali məktəblərdə son vaxtlar tədris olunan
“Hüququn əsasları”, “İqtisadiyyatın hüquqi tənzimlənməsi” fənlərinin
mühüm elmi-nəzəri və praktiki əhəmiyyəti vardır. Cəmiyyətin
həyatında mühüm rol oynayacaq savadlı kadrların hazırlanması
dövlətçiliyimizin ali məqsədlərindən biridir.
|