§10. ƏRƏB MƏDƏNİYYƏTİ
VI-VII əsrlərdə Ərəbistan yarımadası ərazisində təqribən dörd
milyon oturaq, üç milyon köçəri ərəb yaşamışdır. Lap qədimdən
onlar iki böyük etnik qrupa bölünmüşlər: erkən orta əsrlərdə
himyərilər adlandırılan cənublular və yarımadanın qalan hissələrində
yaşayan b.e.ə. VII əsrdən ərəb adlandırılan köçərilər.
Hər iki etnik qrup sami-hami dilləri ailəsinə daxil olan
eyniköklü dillərdə danışmalarına baxmayaraq, bir-birini çətinliklə
başa düşür və buna görə də özlərini müxtəlif xalqlar hesab edirdilər.
Onların həyat tərzində öz əksini tapmış fərq isə cənub və şimal
ərəbləri arasındakı təzadı daha da dərinləşdirirdi. Onu da deməliyik
ki, cahilliyyə (nadan-
51
lıq) adlandırılan islama qədərki dövr ərəblərinin həyat və niəişəti
haqqında əsas mənbə kimi qiymətləndirilən qədim ərəb poeziyası
nümunələrində
də
Ərəbistan sakinlərinin özlərini
ərəb
adlandırmasına dair elə bir məlumat yoxdur. Ətraf qonşularının
“ərəb” adlandırdıqlan Ərəbistan sakinləri bir xalq kimi yalnız VII
əsrin I yarısında islam bayrağı altında birləşə bilmişdir.
Onu da qeyd edək ki, “ərəb” sözü əvvəllər etnik mənsubiyyəti
bildirməmiş, yalnız “quraqlıq, xam torpaq” və onun sakinlərinə işarə
kimi işlənmişdir. Sonralar bu sözün məna dairəsi genişlənmiş, “ərəb”,
“Ərəbistan”, “ərəb dili” terminləri meydana çıxmış və nəhayət “ərəb”
sözü böyük bir xalqın adının ifadəçisinə çevrilmişdir.
Dilimizin, dinimizin, mədəniyyətimizin formalaşmasında
müəyyən təsiri olmuş ərəb mədəniyyəti Azərbaycan alimlərini həmişə
maraqlandırmışdır.
Ərəb mədəniyyətinin formalaşması əsasən VII əsrə təsadüf edir.
Bu dövr tarixdə islam dininin meydana çıxdığı və ərəb istilaları
nəticəsində Xilafət kimi böyük dövlətin yaranması ilə xarakterizə
olunur. Xilafətə daxil olan xalqların mədəniyyətində ümumi
formaların bərqərar olmasına həm dövlət, siyasət, həm də din, bəzi
yerlərdə isə dil birliyi geniş imkan yaratdı. Ərəb mədəniyyətinin
inkişafında islamı qəbul etsələr də, milli müstəqilliklərini saxlayaraq,
sonradan dövlət müstəqilliyini də qazanmış xalqların-Orta Asiyanın,
İranın və Qafqaz xalqlarının da mühüm rolu olmuşdur.
Ərəblər ərəb mədəniyyətini islam dini, ərəb dili və bədəvi
poeziyası ənənələri ilə daha da inkişaf etdirdilər.
VII əsrin sonundan VIII əsrin ortalarına qədər Əməvilərin
paytaxtı Dəməşqlə bərabər Ərəbistanda Məkkə, Mədinə, İraq
ərazisində Kufə və Bəsrə şəhərləri ərəb mədəniyyət mərkəzləri
olmuşdur. 750-ci ildə Abbasilər xilafətinin yaranması ilə ərəb
mədəniyyəti mərkəzi Suriyadan İraqa-Bağdad şəhərinə keçmişdir. Bu
şəhərdə üç əsr müsəlman
52
Şərqi mədəniyyətinin görkəmli nümayəndələri bir-birini
əvəzləyərək fəaliyyət göstərmişlər.
Ərəb mədəniyyətinin daha da tərəqqi etdiyi dövr IX-X
əsrlərdir. Belə ki, bu dövrdə bir çox elmlər, o cümlədən, fəlsəfə,
təbabət, fizika, riyaziyyat, astronomiya, coğrafiya, tarix və s. inkişaf
etmişdir. Yaradılan gözəl abidələr maddi mədəniyyət xəzinəsini daha
da zənginləşdirirdi.
X əsrin ortalarında Abbasilər xilafətinin parçalanması və onun
ərazisində müstəqil dövlətlərin yaranması ərəb mədəniyyətinin əhatə
dairəsini, dünya mədəniyyətinin inkişafındakı rolunu getdikcə
azaldır. Belə ki, hələ VIII əsrdə Xilafətdən ayrılmış müsəlman
İspaniyasında ayrıca ərəb-ispan mədəniyyəti, IX əsrin sonlarında
xilafətin şəhər əyalətlərində İran mədəniyyəti və intibahı
formalaşmağa başlayır. Fars dili getdikcə daha çox öz əhatə dairəsini
genişləndirərək, öncə ədəbiyyat və poeziya sahəsində, sonralar isə
digər elm sahələrində də ərəb dilini sıradan çıxarır. Ancaq ərəb dili
Quran dili, dini-hüquq və bəzi təbiətşünaslıq elmlərində, fəisəfədə
hələ də öz əhəmiyyətini saxlayırdı.
VIII-X əsrlər ərəb mədəniyyətinin dünya mədəniyyəti
tarixindəki yerini onu yaradanların dünyanın və insanın elmi-dini və
bədii cəhətdən dərk olunması və yeni metodlar kəşf etməsi ilə
müəyyənləşirdi. Sonralar ərəb mədəniyyəti nümayəndələrinin
təşəbbüsü ilə bu irsin sistemləşdirilməsi və daha ətraflı tədqiqi
başlandı. Ərəb mədəniyyətində elmi və bədii ənənələrin inkişafına
baxmayaraq, XIII əsrin II yarısında epiqonçuluq geniş yayılmağa
başlandı. Bəzi təşəbbüslər göstərilsə də, bu, ümumi mənəvi
durğunluğa və bir sıra müsəlman ölkələrində - XIV-XV əsrlərdə İran
və Orta Asiyada, XVI əsrdə Osmanlı Türkiyəsində və Avropada ərəb
mədəniyyətinin inkişafının mədəni yüksəlişin sürətindən getdikcə
geri qalmasına təsir edə bilmədi.
Ərəb-ispan mədəniyyətinin tərəqqi dövrü X-XV əsrlərdir. Bu
mədəniyyətin mərkəzləri Kordova, Sevilya,
53
Malağa və Qranada şəhərləri idi. Təbiətşünaslıq elmləri
sahəsində böyük nailiyyətlər əldə edilmişdi. İbn Rüşdün əsərlərində
ərəb fəlsəfəsinin mütərəqqi qolu inkişaf etdirilirdi. Bu dövrdə poeziya
və ədəbiyyatda sonralar ərəb mədəniyyətinə daxil edilmiş əvəzsiz
nümunələr yaradıldı. Maddi mədəniyyətdə İspaniya Mavritaniya
memarlığı və tətbiqi sənəti şöhrət qazandı.
İbn Xəldunun ictimai inkişafa dair tarixi-fəlsəfi nəzəriyyəsi
ərəb mədəniyyətinin böyük müvəffəqiyyəti idi.
Tarixdən məlumdur ki, XVI əsrdə ərəb ölkələri Osmanlı
imperiyasının əyalətlərinə çevrilmişdir. Suriya, İraq və Misir qədim
mədəniyyət mərkəzləri kimi müsəlman alimlərinin diqqətini cəlb etsə
də, artıq ərəb mədəniyyəti tənəzzülə başlamışdı.
XIX əsrin I yarısından isə Ərəb mədəniyyətinin yeni inkişaf
dövrü başlayır. Yeni və ən yeni tarixi dövrdə ərəb ölkələrinin həm
iqtisadi və siyasi cəhətdən oyanması, milli azadlıq hərəkatının
genişlənməsi, həm də müstəqil ərəb dövlətlərinin yaranması ilə müasir
ərəb mədəniyyətinin təşəkkülü başlayır.
Abbasilər xilafəti dövründə Bağdad öz kitabxana və təhsil
müəssisələri ilə beyük elm mərkəzinə çevrilmişdi. Sonralar bu sıraya
Dəməşq, Hələb, Qahirə, Marağa, Səmərqənd, Qəznə və s. şəhərlər də
əlavə olundu.
Hindlilərdən alınmış onluq say sistemi geniş yayılmağa başladı.
Ərəb dilində hesaba dair ilk əsərin müəllifi Xarəzmidir. Cəbrin riyazi
fənn kimi formalaşmasında Xarəzminin və Ömər Xəyyamın mühüm
rolu olmuşdur.
Ptolemey və hind alimlərinin astronomiyaya dair əsərləri
tərcümə edilərək öyrənildi və astronomiyanın inkişafı başlandı.
Ərəblər göy cisimlərinin koordinatlarını təyin etməyi, istifadə olunan
üç koordinat sisteminin birindən digərinə keçidi işlədilər.
54
Yerin ölçülərini təyin etmək üçün dərəcə ölçməsi isə Xəlifə
Məmunun dövründə aparıldı. Biruni, Xarəzmi, ər-Razi və s.
mineralogiyaya dair əsərlər yazdılar. Biruninin “Məsudun qanunu”,
“Mineralogiya” və İbn Sinanın “Bilik kitabı”nda atmosfer fizikasına
və geofizikaya aid elmi müddəalar irəli sürülürdü. Heysəmin
“Optika” əsəri isə hətta Qərbi Avropada da şöhrət qazanmışdı.
Tibb sahəsində də nailiyyətlər əldə edilmişdir. İbn Sinanın -
Tibb elminin qanunu” orta əsr Şərq aləmində və Qərbi Avropada
uzun illər tibbi praktikaya aid əsas vəsait olmuşdur.
Bütün xalqların ədəbiyyatı kimi ərəb ədəbiyyatı da öz təməlini
şifahi xalq yaradıcılığından - götürmüşdür. İslama qədər yaradılmış
ərəb ədəbiyyatı nümunələrinin yalnız az bir hissəsi dövrümüzə gəlib
çatmışdır. Bunlar da VIII X əsrlərdə yazıya alınmışdır.
Məlumdur ki, cahiliyyə adlanan həmin dövrdə əsas poeziya
janrı qəsidə olmuşdur. Bu janrın yeddi əsas nümayəndəsinin - İmrəul
- Qeys, Tərəfə ibn əl-Əbd, Naqibə əz-Zubyani, Zuheyr ibn Əbi
Sulma, Əntərə ibn Şəddad, Əşa və Ləbid Rabiənin qəsidələrindən
ibarət külliyyat dövrün qiymətli ədəbi abidəsidir.
Lukman Ad, Əksəm ibn Seyfiyin, Kuss ibn Səidə, Əmr ibn
Gülsüm ət-Təqlibi isə cahiliyyə dövrü nəsrinin baniləri hesab olunur.
İslam dininin meydana gəlməsi və çox geniş ərazidə yayılması
ərəb ədəbiyyatının daha da inkişafına səbəb oldu. Nəsrin inkişafında
Quranın müəyyən rolu olsa da, ədəbiyyatın əsas janrı poeziya idi.
Lakin bu dövrün poeziyasında qruplaşma meyli nəzərə çarpırdı. Belə
ki, yaranan poeziya nümunələrinin çoxu bəzi siyasi və dini qrupların
mənafeyini ifadə edirdi. Dövrün ictimai satirasının dəyərli
nümunələri isə Azərbaycan şairi Musa Şəhəvatin qələminə məxsus
idi.
55
Tədqiqatçılar Abbasilərin hakimiyyət illərini ədəbiyyatın “qızıl
dövrü” adlandırırlar. Çünki bu dövrdə xilafətdə yaranan yeni ictimai-
siyasi şərait ədəbiyyatda daha böyük dəyişikliyə səbəb olur. Dövrün
tələbinə uyğun olaraq, yaranan ədəbiyyat (əsasən poeziya) ərəbdilli
idi. Ancaq bu poeziyanın inkişafında Azərbaycan şairlərindən
İsmayıl ibn Yəssarın, Abbas əl-Əmanın, Musa Şəhəvatın, Əbu Nəsr
Mənsur ibn Mümkan Təbrizinin və b. mühüm xidmətləri olmuşdur.
Yaranan poeziya nümunələri musiqi əsərlərində də öz əksini
tapırdı. Ərəb musiqisi əsasən ərəb incəsənəti ilə bərabər işğal
olunmuş ölkələrin incəsənətinin vəhdəti nəticəsində formalaşmışdır.
İslam dininin qəbul edilməsi, Yaxın və Orta Şərq, Şimali Afrika,
cənub-qərbi Avropa ölkələrinin işğalı və Xilafətin yaranması musiqi
mədəniyyətinin inkişafında mühüm rol oynadı. Belə ki, yunan musiqi
nəzəriyyəsinin əsasları qəbul edildi, fars və Bizans musiqisinin təsiri
altında ərəb musiqisinin səsdüzümü genişləndi, farsların not yazısı,
əsas musiqi alətləri ərəbləşdirildi. 7 pərdəli 12 məqama əsaslanan
ərəb musiqisi üçün spesifık kolorit, rəngarəng melizmlər, məqamdan
yaranan ifa tərzi və zəngin ritm xarakterikdir. Klassik ərəb musiqisi,
əsasən vokal musiqisi ilə təmsil olunur.
Orta əsrlərin görkəmli musiqi nəzəriyyəçilərindən sayılan əl-
Kindi, İsfəhani, Fərabi, o cümlədən Azərbaycan musiqişünasları
Səfiəddin Urməvi və Əbdülqadir Marağayinin əsərlərində Şərq
musiqisinə dair mühüm məlumatlar öz əksini tapmışdır. Bu dövrdə
İspaniya, Portuqaliya musiqisinə, Avropanın bəzi musiqi alətlərinin
formalaşmasına ərəb musiqisinin böyük təsiri olmuşdur.
|