Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi-Metodiki Şurasının "Sosial-siyasi elmlər" bölməsi tərəfindən



Yüklə 1,3 Mb.
Pdf görüntüsü
səhifə14/38
tarix02.01.2022
ölçüsü1,3 Mb.
#47953
növüDərs
1   ...   10   11   12   13   14   15   16   17   ...   38
D rs v saiti Az rbaycan Respublikas T hsil Nazirliyi Elmi-Metod

§11. AZƏRBAYCAN MƏDƏNİYYƏTİ 
 
Tarixdən məlumdur ki, qədim Azərbaycan  ərazisində yerli 
qəbilələrin ilk siyasi təşəkkülü eramızdan əvvəl IX-IV əsrlərə təsadüf 
edir. O dövrdə paytaxtı Urmiya gölünün cənubunda olan ilk Manna 
dövləti yaranmışdır. Qədim yerli qəbilələrin iqtisadi-siyasi və mədəni 
həyatında mühüm rol oynamış bu dövlət eradan əvvəl VIII əsrin 
ortalarına bütün Cənubi Azərbaycanı əhatə etmiş və eramızdan əvvəl 
VI əsrin   axırlarına qədər müstəqil bir dövlət kimi yaşaya bilmişdir. 
E.ə. VIII əsrin axırlarında Manna dövlətinə tabe olan Maday e.ə. VI 
əsrin sonlarında qüvvətlənərək məşhur Midiya dövlətini qurmuşdur. 
Qədim tarixçilərin verdikləri - məlumata görə, bu dövləti ilk 
Hökmdar Dayakku təsis etmiş və o, II Hökmdar Fravartiş dövründə 
daha da möhkəmlənmiş, Kiaksar hakimiyyəti illərində isə (e.ə. 625-
584) özünün ən  əzəmətli dövrünü yaşamışdır. Lakin Astiaqın 
hakimiyyəti illərində (584-550) bu dövlət yıxılaraq,  əvəzində 
həxamənişilər hökmranlığı başlamış  və  Cənubi Azərbaycan da bu 
dövlətin hakimiyyəti altına keçmişdir.  İskəndər istilalarına qədər 
həxamənişilərin satrapı olan Atropaten İskəndərin ölümündən sonra 
(e.ə.323) istiqlaliyyət qazanmış  və e.ə. 150-ci illərə  qədər müstəqil 
dövlət kimi mövcud olmuşdur. Atropaten, əsasən Cənubi Azərbaycan 
ərazisini  əhatə edirdi. Şimali Azərbaycan  ərazisi isə Alban-Ağvan-
Arran adlandırılırdı. 
Qədim Azərbaycanın həm Atropaten, həm də Arran hissəsində 
yüksək inkişaf tapmış  mədəniyyət mövcud olmuşdur. Həmin 
mədəniyyətin izləri özünü bir çox nümunələri hələdə qalmaqda olan 
maddi mədəniyyət abidələrində-dövrü üçün böyük əhəmiyyətə malik 
olmuş istehkamlarda, suvarma şəbəkələrində, şəhərlərin, məbədlərin, 
qalaların orijinal memarlıq nümunələrində göstərməkdədir. 


 
57
Eranın  əvvəllərində Alropatendə  Pəhləvi yazısından istifadə 
edilirdi. Arranda isə sonrakı əsrlərdə 52 hərfdən ibarət xüsusi əlifba 
yaradılmışdı. Bu ərazidə bir sıra elmlər, o cümlədən astronomiya 
xeyli inkişaf etmişdi. 
Ümumiyyətlə, bəşər xalqlarının qədim dövrdən bəri yaratdığı 
zəngin mədəni sərvət onun sonrakı inkişafı üçün əsaslı zəmin yaratdı. 
Həmin sərvət öz inkişafının sonrakı  mərhələlərində  əldə edilən 
uğurlaria daha dolğun məzmun kəsb etdi. 
Bildiyimiz kimi, orta əsrlərdə feodalizm quruluşu  Şərq 
ölkələrinə nisbətən Avropada bir neçə əsr gec formalaşmışdır. V-VI 
əsrlərdə Roma imperiyası süquta uğradıqdan sonra burada yaranan 
xırda feodal dövlətləri Avropada feodalizmin formalaşması üçün XI 
əsrə qədər zəmin rolunu oynadı. 
Orta  əsrlərdə siyasi hakimiyyəti öz əllərində  cəmləşdirməyə 
çalışan kilsə  mədəni-mənəvi və ideoloci-siyasi prosesləri özünün 
güclü təsiri altına almışdı. K.Marksın və F.Engelsin elmin ilahiyyatın 
quluna çevrilməsi haqqında məlum müddəaları da Avropa ölkələri 
üçün bu baxımdan səciyyəvidir. 
İslam Şərqi ölkələrində isə vəziyyət tamamilə başqa şəkildə idi. 
Beiə ki, Avropa ölkələrinin çoxunda elm, din, fəlsəfə, siyasi ideyalar 
və s. əsasən kilsə xadimləri tərəfindən irəli sürülüb əsaslandırılırdısa, 
islam  Şərqi ölkələrində bu problemlərlə  məşğul olanların arasında 
təbiətşünaslar, həkimlər, sənətkarlar, səyahətçilər, tacirlər və s. 
olduğu üçün onların irəli sürdükləri idealar demək olar ki, dinlə bağlı 
olmurdu. Elə buna görə də islam Şərqi ölkələrində elmi-fəlsəfi fikir 
və müddəalar, azadlıq ideyaları  və azadfikirlilik geniş intişar 
tapmışdı. 
Ümumiyyətlə, islam Şərqi ölkələrində, eləcə də Azərbaycanda 
mədəni irsin inkişaf mərhələsini iki dövrə bölmək olar: 


 
58
1.  İslama qədərki dövr, 
2.  İslamın qəbulu və yayılmasından sonrakı dövr. İslama 
qədərki dövrdə xalqımızın dini görüşlərinə dair əlamətləri qəbirüstü 
yazılarda, daş kitabələrdə, arxeoloji qazıntılar nəticəsində tapılmış 
abidələrdə, dəfn mərasimləri ilə  əlaqədar olaraq qəbirlərə qoyulmuş 
cürbəcür məişət  əşyaları  və digər alətlərdəki  şəkillərdə  və folklor 
nümunələrində görə bilərik. Məsələn, Qobustan qayaları üzərində 
həkk olunmuş qurban- kəsmək   mərasimi,   yallıyabənzər   rəqs   və   
digər rəsmlər, Orxon və Yenisey kitabələrində  və  oğuznamələrdə 
qorunub saxlanan dünyaduyumu xalqımızın qədim dövr mədəniyyəti 
və baxışları haqda dolğun məlumat verən  əvəzsiz sərvətdir. Bu 
abidələrdə tanrıçılıq, dövlətçilik, məişət mədəniyyəti,  ailə 
münasibətləri  nəsillərarası    sələf-xələflik  əlaqələri, təbiət 
hadisələrinə  bəslənən münasibət, çoxçeşidli mərasim və ayinlər 
özünün bədii-fəlsəfi  əksini tapmışdır. Qeyd edək ki, ayrı-ayrı  təbiət 
hadisələri (yazın gəlişi, qış, quraqlıq, yağış  və s.) haqda, bitki və 
heyvanların müqəddəsliyinə dair yaradılan  əfsanə,  əsatir və 
rəvayətlər də milli-mədəni sərvətin tərkib hissəsidir. 
Yeni eranın əvvəlindən VII əsrə qədər Azərbaycan mədəniyyəti 
müxtəlif inkişaf dövrləri keçirmişdir. Sasanilər dövründə, Azərbaycan 
xalqının şimal və cənub düşmənlərinə qarşı mübarizə illərində ölkəni 
müdafiə etmək üçün tikilən qalalar, çəkilən sədlər burada memarlıq 
işini sürətləndirmişdi. IV əsrdən başlayaraq xristianlığın 
Azərbaycanda qismən yayılması ilə  əlaqədar tikilən kilsələr və 
xristianlıq təlimi zəminində  təşəkkül tapan dünyagörüş ölkənin 
mədəni həyatına müəyyən dərəcədə  təsir göstərmişdir. Bunu 
xristianlığın qəbul edildiyi yerlərdə Bizans təsirlərinin 
qüvvətlənməsində, yeni Alban əlifbasının yaradılması  və yazılı 
ədəbiyyatın inkişafında da görə bilərik. 


 
59
VII  əsrdə Azərbaycanda müstəqil Alban dövlətinin yaranması 
ilə yüksələn mədəniyyət ərəb istilasına qədər inkişaf etmişdi. 
Cavanşirin ölümünə  məşhur Azərbaycan  şairi Davdağın 
yazdığı  mərsiyə dövrün gözəl  ədəbiyyat nümunəsi olmaqla yanaşı, 
özündə VII əsrdə  ərəb işğalçılarına və Sasani qəsbkarlarına uzun 
müddət müqavimət göstərən xalqımızın istiqlaliyyət mübarizəsini və 
azadlıq duyğusunu da əks etdirir.  Xəyanətin qurbanı olan bu igid 
sərkərdənin tabutu önündə oxunan həmin mərsiyədə xalqımızın 
qəhrəmanın itkisindən doğan dərin kədər hissi  də özünün bədii 
ifadəsini tapmışdır. Ağıdan gətirdiyimiz bir neçə bəndə diqqət edək:  
 
Ey ilahi kəlamları xəlq eyləyən ulu tanrı,  
Özün nəğmə-ağı söylə, yad et bizim hökmdarı.  
Elə nəğmə-ağı qoş ki, bu əvəzsiz itki üçün,  
Gözümüzdən gecə-gündüz axsın odlu göz yaşları.  
Görün kimlər əl qaldırdı o bahadır tacidara!  
Atasından xəbərsiz, bic,...Zatıqırıq, özü gürzə.  
Sürüm-sürüm qoy sürünsün, həsrət qalsın xoş bir üzə,  
Qoy sülənsin bu dünyada Qabil kimi əsə-əsə...  
Qonlarına yığsa belə min pəhləvan qüvvətini,  
Çiçəkləri asta üzər, gülü ehmal dərərdi o.  
Danışarkən göz qalardı o kəlamda, o xoş sözdə,  
Əxlaqı saf, ruhu yüksək, könlü odlu bir həvəsdə.     
 
Cavanşirin məziyyətlərini, ölkəsi və xalqı üçün əvəzsiz bir 
şəxsiyyət, müdrik insan, cəsur sərkərdə, yenilməz pəhləvan, eyni 
zamanda incə ruhlu insan olduğunu diqqətə çatdırdıqdan sonra 
Davdaq dərin bir yanığı ilə yazır: Mənim ağım nə qu quşu, nə də pəri 
nəğməsidir, Qatarından ayrı düşən bir durnanın naləsidir. Göründüyü 
kimi, sərkərdə  və dövlət başçısının ölümü böyük bir ümumxalq   
fəlakəti kimi qarşılanır. Bu da türk (Azərbaycan) dövlətçilik 
ənənəsindən irəli qəlir. VII əsrdən başlayaraq ərəb istilası və xalqın 
bu istilaya qarşı mübarizə- 
 


 
60
si, yeni şəraitdə ölkənin siyasi-iqtisadi həyatında baş verən 
dəyişikliklər mədəniyyətə də öz təsirini göstərdi. 
Azərbaycanı istila etdikdən sonra ərəblər xristian xalqlara və 
yəhudilərə dini vergi (cizyə) vasitəsilə öz dinlərini saxlamaq imkanı 
verdikləri halda, atəşpərəstliyə qadağa qoyaraq burada islam dininin 
yayılması asanlaşdırmaq məqsədilə atəşpərəstliyin bütün 
nişanələrinin məhvinə çalışırdılar. Qədim Azərbaycan mədəniyyəti 
atəşpərəst məbədlərində,. atəşgədələrdə saxlandığı üçün yandırılan 
məbədlərin içərisində  həmin mədəniyyət abidələri də  məhv olurdu. 
Biz bu tarixi hadisələrin bədii əksi ilə dahi Azərbaycan şairi Nizami 
Gəncəvinin “İskəndərnamə”  əsərində də rastlaşırıq... 
İslam dinini təbliğ etmək üçün ərəblər yerlərdə  mədrəsələr 
açdılar.  Ərəb dili rəsmi dövlət dili olduğu üçün elm və  ədəbiyyatla 
yanaşı  mədrəsələrdə  təlim-tərbiyə  işləri də  ərəb dilində aparılırdı. 
Beləliklə, latın dilinin Qərbi Avropada oynadığı rolu, ərəb dili Yaxın 
Şərq xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni həyatında 
oynayırdı. 
IX əsrdə Azərbaycanın həyatında baş verən ən mühüm hadisə 
Babək üsyanı olmuşdur. Xalq qəhrəmanı Babək 20 ildən artıq 
müddət  ərzində xilafətə qarşı mübarizə aparmışdır. Bu xalq 
qəhrəmanının işğalçılarla inadlı vuruşları, mərdanə ölümü onun 
haqqında bir sıra  ədəbi və tarixi əsərlərin yaranmasına səbəb 
olmuşdur... 
Orta əsrlərdə İslam  Şərqində mədəni-siyasi fikir əsasən bir-biri 
ilə bağlı olan iki istiqamətdə öyrənilir: 
l. Ancaq siyasi problemlərin tədqiqi ilə  məşğul olan 
professional alimlər tərəfindən. 
2. Siyasi-ideoloci istiqamətdə, məsələn, islamilik, sufilik-
hürufilik, işraqilik və s. 
Bundan başqa məlum olduğu kimi, orta əsr islam Şərqi 
mütəfəkkirlərinin mövcud bədii yaradıcılığı da dövrün aparıcı ideya-
fəlsəfi fikirlərini özündə əks etdirirdi. Buna  
 
 


 
61
misal olaraq Nizami Gəncəvinin “Xəmsə”sində öz əksini tapan ideal 
dövlət haqqındakı fikirlərini göstərə bilərik. 
Bütün islam Şərqində olduğu kimi, Azərbaycanda da orta 
əsrlərdə mövcud olan əsas mədəni-siyasi cərəyanların yaranıb inkişaf 
etməsində Hind-Çin, Roma, yunan mənbələri  əhəmiyyətü rol 
oynamışdır. 
Orta  əsrlər  şərq xalqlarının, o cümlədən azərbaycanlıların 
mədəniyyətində  Əl Kindi, Əl Fərabi, Biruni, İbn Sina, Bəhmənyar, 
Söhrəverdi, Xaqani, Məhsəti,  Şəbüstəri, Yusif Qarabağlı,  Şah 
İsmayıl Xətai, Həqiqi, Həbibi, Rudəki, Firdovsi və digər 
mütəffəkirlərin elmi və ədəbi-fəlsəfi irsləri xüsusi yer tutur. Bu zəngin 
sərvətdən məlum olur ki, orta əsrlərdə  İslam  Şərqi xalqları öz 
mədəniyyətlərinin intibah dövrünü yaşamışlar. Bu mədəniyyətin 
əsasən  ərəb və fars dillərində yaradılmasına baxmayaraq, onun 
zənginləşməsində  ərəblərdən və farslardan başqa digər xalqların, o 
cümlədən azərbaycanlıların da mühüm rolu olmuşdur. 
İslam mədəniyyəti Avropa mədəniyyətinə  də güclü təsir 
göstərmişdir. U.Montqomerin, H.Bammatın  əsərlərində bu fikir öz 
ifadəsini əhatəli şəkildə tapmışdır. 
İslamdan sonrakı dövrdə Azərbaycan ziyalıları  ərəb və fars 
dilləri vasitəsilə Şərq, eləcə də yunan mədəniyyəti ilə tanış olmuşlar. 
Əbu-Nəvas,  İbn-Hani kimi ərəb  şairləri, Rudəki, Dəqiqi, Firdövsi, 
Xəyyam, Fəxrəddin Gürgani kimi İran və Orta Asiyanm klassik 
şairləri Azərbaycan ziyalılarına yaxşı tanış idilər. Onlar öz müasirləri 
olan  Əsiri  Əxistəki, Rəşidəddin Vətvat kimi Orta Asiya şairləri ilə 
əlaqə saxlayırdılar. 
Azərbaycan ziyalılarının  əsas hissəsi  ərəb və Orta Asiya 
alimlərindən Fərabinin, İbni Sinanın, İbni Bacənin, İbni Rüştün, qədim 
yunan filosoflarından Aristotelin, Platonun, Bəlinasın fəlsəfi  əsərləri 
ilə tanış olur, Bəhmənyar kimi filosofların fəlsafi sistemlərini maraqla 
öyrənirdilər. 


 
62
Bəşər tarixinin inkişafında  ən mühüm dövrlərdən biri intibah 
hesab olunur. Avropada feodalizmin dağılmağa başladığı  və 
kapitalist münasibətlərinin, burjua cəmiyyətlərinin meydana çıxıb 
formalaşması ilə əlaqədar olan intibah “yeni tarixi dövr” adlanır. 
İntibah fransızca “renesans” sözündən olub, mənası dirçəliş 
deməkdir. Onu da qeyd edək ki, almanlar bu dövrü özlərinə üz vermiş 
milli bədbəxtliyə görə “reformasiya”, italyanlar isə “çingviçento” 
adlandırırlar. Lakin bu adlar bir növ şərti xarakter daşıyır. Ona görə 
ki, onların heç biri o dövrün dolğun məzmununu tam əhatə edə 
bilmir. 
Avropada intibah təxminən XIV-XVI əsrlərdə  İtaliyada, XV 
əsrin sonu XVI əsrdən isə digər ölkələrdə başlanmışdır. 
Qədim latın və yunan dillərindən tərcümə olunmuş  əsərlərin 
təsiri ilə yenilərinin yaranması  cəmiyyətdə hökm sürən monarxiya, 
inzibati amirlik recimlərinin, kilsənin, feodal-patriarxal qayda-
qanunlarının amansızcasına tənqidi ilə nəticələndi. 
Məlumdur ki, bu dövrlərdə xristianlıq Qərbi Avropanın feodal 
cəmiyyətlərində ideoloji inteqrator funksiyasını yerinə yetirirdi. 
Roma katolik kilsəsi  əvvəlcədən inteilektual təhsil üzərində 
hökmranlığı öz əlinə almışdı. Ancaq bütün bunlara baxmayaraq 
müxtəlif elm sahələri inkişaf edirdi, XII-XIII əsrlərdə Avropanın bir 
sıra  şəhərlərində universitetlər təşkil olundu. 1200-ci ildə Fransada 
Paris universiteti açıldı,  İtaliyada məşhur Boloniya hüquq məktəbi, 
Salerna tibb məktəbi fəaliyyətə başladı. 
“Roland haqqında nəğmə” adlı fransız eposunun, “Nibulunqlar 
haqqında nəğmə” adlı alman qəhrəmanlıq eposunun geniş yayılması 
XII-X-III  əsrlərdə Avropada xalq ədəbiyyatının inkişafından xəbər 
verir. Bütün bunlar isə intibah mədəniyyətinin yaranmasını 
şərtləndirmişdi. Uzun müddət Qərbin orta əsrlər mədəniyyətinin 
intibah mədəniy- 


 
63
 
yətinə qarşı qoyulmasına baxmayaraq, əslində bu mədəniyyət 
(intibah mədəniyyəti) orta əsrlər mədəniyyəti zəminində yaranmışdı. 
İntibah mədəniyyəti iki böyük mənbəyə-antik klassik irsə  və 
orta əsrlərin mədəni irsinə əsaslanmışdır. Bu dövr belə bir müddəam 
irəli sürürdü ki, təbiət və  mədəniyyət aləmləri genetik cəhətdən 
eynidir. Ümumiyyətlə, intibah dövrü mədəniyyətində insanm 
sərhədsiz qüdrətindən, qeyri-adi imkanlarından bəhs olunur. Qeyd 
etdiyimiz dövrdə kimya, astrologiya və  hər cür magiya intibah 
cəmiyyətini aşağıdan yuxarıya kimi bürümüşdü. Bu vəziyyət elmdə 
induktiv metodun banisi sayılan Frensis Bekonun fəaliyyətində  də 
özünü göstərirdi. 
İntibah mədəniyyətinin  şəhər tipi özünü bir sıra həyat 
hadisələrinə münasibətdə  əks etdirirdi. Cəmiyyətin aşağı 
təbəqəsindən çıxan qəhrəmanlar qarşılaşdıqları maneələri asanlıqla 
dəf edir, qələbələr qazanırdılar. Belə  qəhrəmanlara həsr olunmuş 
novellalarda eyni zamanda, o dövrün ictimai bəlaları  tənqid olunur, 
xüsusilə ruhanilərin əxlaq düşkünlüyü, dindən sui-istifadə etmələrinin 
ifşası öz əksini tapırdı. 
İntibah dövründə uzaq səyahətlərə  çıxmaq, bir neçə dildə 
danışmaq, müxtəlif yaradıcılıq sahələrində  fəaliyyət göstərmək bir 
növ  ənənə  şəklini almışdı. Hamımızın böyük bir rəssam kimi 
tanıdığımız   Leonardo da Vinçi   eyni zamanda riyaziyyatçı, 
mühəndis idi, nabelə fizikanın müxtəlif sahələrində mühüm kəşflər 
etmişdi. Aibrext Dürer nəqqaş, qravyor, heykəltaraş, arxitektor 
olmaqla yanaşı, istehkam sistemini icad etmişdi. Yeni burjua siyasi 
elminin banilərindən biri-14 il Florensiya Respublikasının daxili 
işləri ilə 


 
64
lər dövrü kimi daxil olmuşdur. Tarixin bu maraqlı  mərhələsi 
haqqında  ən məqsədəuyğun, dolğun,  əsaslandırılmış izahatı 
marksizm klassikləri vermişlər. Fikrimizə F.Engelsin “Təbiətin 
dialektikası” əsərinə yazdığı məşhur giriş parlaq misal ola bilər. 
F.Engels Renesansı yalnız bir regionda, yəni Avropada deyil, 
müxtəlif regionlarda baş vermiş çevrilişlər sırasında müqayisəli 
şəkildə  səciyyələndirərək yazır: “Bu, bəşəriyyətin o vaxta qədər 
gördüyü bütün çevrilişlər içərisində ən böyük bir mütərəqqi çevriliş 
idi, dahilərə ehtiyacı olan, öz təfəkkürü, ehtirası  və xasiyyəti, 
kamilliyi və alimliyi cəhətdən dahilər yetirən bir dövr idi”. Yəni bu 
dövrdə  bəşəriyyətin ictimai həyatında, ictimai fikirdə, fəlsəfədə, 
incəsənət və poeziyada hansı  dəyişikliklər baş vermişdisə, hansı 
mühüm yeniliklər meydana çıxmışdısa, bunların hamısı  həmin 
çevrilişin məna və  məzmununa daxildir. Eyni zamanda, onların 
hamısı mütərəqqi səciyyə daşımışdır.  İctimai, siyasi və  mənəvi 
həyatın, demək olar ki, bütün sahələrində baş vermiş bu oyanış 
nəticəsində tarixi inkişafın tələbləri və  həyatın ehtiyacları, dahi 
şəxsiyyətlərə də ehtiyac yaratmışdır. 
Müsəlman ölkələrinin mədəniyyət tarixinə  nəzər salsaq, 
görərik ki, Yaxın və Orta Şərqdə  də baş verən intibahla əlaqədar 
mövcudluğuna böyük ehtiyac duyulan dahilər meydana çıxmışdır. 
Həmin dövrdə  Fərabilər, Birunilər,  İbn Sinalar, Firdovsilər, 
Xəyyamlar, Xaqanilər, Nizamilər... yetişmişlər. Daha doğrusu, 
intibah bu şəxsiyyətlərlə  bərabər adlarını  çəkmədiyimiz digər 
dahilərin zəka işığında özünə yol tapmışdır. 
Müsəlman ölkələrində  də intibah birdən-birə yaranmamışdı. 
Bir tərəfdən Bizans, Suriya və Misir vasitəsilə qədim yunan və Roma 
mədəniyyəti, digər tərəfdən qədim  İran, Hind, Orta Asiya və  Ərəb 
mədəniyyəti də VIII-IX əsrlərdə müsəlman ölkələrində yeni intibah 
mədəniyyətinin yaranmasına təsir göstərmişdir. Xəlifə  Məmunun 
dövründə 
 


 
65
görülən tərcümə işiəri həmin mədəniyyətin təməlini qoymuşdu. Şərq 
intibahı elmdə  və incəsənətdə, xüsusilə  də poeziyaya sahəsində 
misilsiz nailiyyətlər qazanmış, təkrarolunmaz sənət abidələri 
yaratmışdı; bu dövrdə Firdovsinin “Şahnamə”si. Ömər Xəyyamın 
“Rübailəri”, Nizaminin “Xəmsə”si, Hafizin və Füzulinin qəzəlləri, 
Caminin və Nəvainin ölməz poeziyası meydana çıxmışdı. 
Yaxın və Orta Şərqdə VIII əsrin ortalarında  Ərəbistandan 
başlanan bu böyük oyanış  və  tərəqqi XII əsrin axırlarında 
Azərbaycanda sona çatır. Ümumən Azərbaycanda XI əsrdə başlanan 
intibah öz inkişafında bir neçə  mərhələdən keçərək, Nizami 
yaradıcılığında ən yüksək mərhələyə çatmışdır. 
İstər Qərbdə, istərsə  də  Şərqdə intibahı  şərtləndirən  əsas 
əlamətlərdən biri də, F.Engelsin qeyd etdiyi kimi, “küsənin mənəvi 
diktatorluğunun sarsılması” idi. Əgər bu, Qərbdə islanatçılıqla, başqa 
sözlə, bir sıra ölkələrdə protestantlığın qəbulu ilə  nəticələnmişdisə, 
Şərqdə müxtəlif təriqətlərin-sufizmin,  əxiliyin, hürufiliyin meydana 
çıxması, “Ənəlhəq” ideyasının yayılması ilə müşahidə olundu. 
Təsadüfi deyil ki, “Ənəlhəq” deyən Mənsur Həllac və  İmadəddin 
Nəsimi kimi böyük şəxsiyyətləri bədnam din xadimləri fitva verərək 
ağır işgəncələrlə cismən məhv etdirdilər. Ona görə ki, “Ənəlhəq” 
sədası orta əsrə qarşı yeni bir aləmin, intibah dünyasının sədası idi, 
coşğun inkişaf edən elm və ədəbiyyatın təsiri ilə oyanan, dünyanı və 
özünü yenidən kəşf edən insanın dini xurafata və onun ehkamlarına 
qarşı üsyanı idi. 
Yuxarıda qeyd etdiyimiz məsələlər göstərir ki, həm ərbdə, həm 
də  Şərqdə   intibahın özgün tarixi-ictimai zənnini, siyasi, iqtisadi, 
mədəni  əsasları, zamanın tələbi ilə müəyyənləşən xarakterik 
xüsusiyyətləri və mərhələləri olmuşdur. 
"Ən yeni tarixi dövr" anlayışı ilə  əlaqədar filosoflar və 
tarixçilər arasında bəzi fikir ayrılığı vardır. Belə ki, onların 


 
66
bir qismi bu dövrün başlandığını 1789-cu il Böyük Fransa 
inqilabından (burjua dövrü kimi), bir qismi isə 1871-cı  ıl Paris 
Kommunasından (proletar dövrü kimi) hesab edirlər. 
İntibahın xarakterik xüsusiyyətlərindən biri də onun bəşəriyyət 
tarixinə maarifçilik dövrü kimi daxil olmasıdır. Maarifçilik 
kapitalizmə keçid dövründə yaranmaqda olan burjuaziyanın və xalq 
kütlələrinin feodalizmin buxovlarından çıxmaq cəhdləri ilə bağlı olan 
hərəkatdır. Bu termini elmdə ilk dəfə F.Volter və  İ.Q.Herder 
işlətmişdir. 1874-cu ildə isə Alman filosofu İ.Kant “Maarifçilik 
nədir?” adlı  məqaləsində maarifçiliyin mahiyyətini elmin, insan 
təfəkkürünün cəmiyyətin tərəqqisində istifadə olunmasında görürdü. 
Hələ o dövrdən maarifçiliyin mərkəzində insan zəkası, elmin 
tərəqqisində onun rolu və imkanı dayanırdı. 
Tarixi “əxlaq və siyasət məktəbi” hesab edən maarifçilər o 
zamanın texnologiya mövqeyindən izahı əleyhinə çıxır və orta əsrlərı 
nadanlıq, fanatizm, dini xürafat, zülm dovru adlandırırdılar. Onlar 
tərəqqiyə inanır və tarixi inkışafın qanunauyğunluğunu qəbul 
edirdilər. Ancaq ictimai inkişaf məsələlərində tarixilik prinsipini 
nəzərə almadıqlarından idealist mövqedə dururdular. 
Kapitalizmə bütün ölkələrdən  əvvəl qədəm qoyaraq inkişaf 
edən İngiltərə Avropada maarifçiliyin vətəni hesab olunur. Bu ölkədə 
maarifçiliyin ilk nümayəndələri Con Lokk və Con Toland olmuşdur. 
İngiltərədə maarifçilik fəlsəfəsinin  ən görkəmli nümayəndəsi 
olan C.Lokk vətəndaşlıq hüququ prinsiplərini işləyib hazırlamışdır. 
O, “İnsan zəkası haqqında təcrübə”  əsərində göstərir ki, insana üç 
əsas hüquq verilməlidir: yaşamaq, azadlıq və mülkiyyət hüququ. 
C.Lokka görə insanın əməyinin yüksək qiymətləndirilməsi mülkiyyət 
huququ ilə bağlıdır. 
XVIII 
əsrdə Fransada siyasi ideologiyanın 
əsas 
istiqamətlərindən birini maarifçilik təşkil edirdi. Maarifçilik cərə- 


 
67
yanına F.Volter, Ş.Monteskye, C.C.Russo, habelə fransız 
materialistlərindən C.Lametri, D.Didro, K.A.Helvetsi, P.A.Holbax və 
digər mütəfəkkirlər daxil idi. Bu mütəfəkkirlərin siyasi baxışlarında 
əsaslı  fərqlərin olmasına baxmayaraq, onları feodalizmə qarşı 
mübarizə birləşdirirdi. 
XVII  əsrdə Avropanın başqa ölkələrində olduğu kimi 
Almaniyada da maarifçilik dövrü başlanmışdı. Lakin ilk vaxtlarda 
alman maarifçiləri müstəqil fəaliyyət göstərə bilmirdilər və buna görə 
də onlar İngiltərə və Fransa mütəfəkkirlərinin ictimai-siyasi və fəlsəfi 
ideyalarını Almaniyanın ictimai həyatına uyğunlaşdırmağa 
çalışırdılar. Alman maarifçiləri öz fəaliyyətlərini sonralar bu əsasda 
genişləndirdilər. 
Maarifçilik Azərbaycan ictimai-mədəni fikir tarixinin də 
mühüm bir mərhələsini təşkil etmişdir. Belə ki, XVII əsrin 
ortalarında yalnız  Şamaxıda 40 ibtidai, 7 orta tipli məktəb fəaliyyət 
göstərirdi. Təbrizdə isə 600 ibtidai və 47 orta təhsil verən məktəb var 
idi. 
XVII əsrdə Azərbaycan ədəbi dili də getdikcə formalaşaraq və 
inkişaf edirdi. Şah  İsmayıl Xətai tərəfindən  əsası qoyulmuş saray 
kitabxanası bu dövrdə  ən böyük və  zəngin kitabxanalardan birinə 
çevrilmişdi. Suraxanıdakı Atəşgah, Gəncə  məscidi,  Şamaxıda  Şeyx 
İbrahimin məqbərəsi və s. həmin dövrün yadigarlarıdır. 
Tarixdən bəllidir ki, XVIII əsr Azərbaycanda feodal 
pərakəndəliyi - xanlıqlar dövrüdür. Lakin bunlara baxmayaraq 
bütövlükdə ölkə  ərazisində elm, incəsənət,  ədəbiyyat inkişaf edirdi. 
Azərbaycanın görkəmli coğrafiyaşünası Zeynalabdin Şirvani  Şərq 
Ölkələrinə səyahətə çıxır və gördüklərini qələmə alırdı. Nişat Şirvani, 
Şakir Şirvani, Arif Şirvani, Ağa Məsih Şirvani və onlarla Azərbaycan 
şairi bu dövrdə yazıb-yaratmışdılar. 
XVIII  əsrin böyük şairlərindən olan Molla Vəli Vidadi  və 
Molla Pənah Vaqif nəinki Azərbaycanın, bütövlükdə 


 
68
türk dünyasının qüdrətli sənətkarlarından hesab olunurlar. Şair və 
müdrik siyasi xadim olan M.P.Vaqifin dəyərli məsləhətləri XVIII 
əsrdə Qarabağ xanlığının möhkəmlənməsinə xeyli dərəcədə kömək 
etməklə  bərabər, onun poeziyası Azərbaycan  ədəbi dilində  və  bədii 
düşüncəsində 
xəlqilik keyfiyyətlərini 
əhəmiyyətli dərəcədə 
qüvvətləndirmişdir. 
Ümumiyyətlə, xanlıqlar dövründə Azərbaycanda xalq musiqisi, 
memarlıq və incəsənətin digər sahələri inkişaf etmişdir. Şəkidəki Xan 
sarayı, Qarabağdakı  Şuşa,  Əsgəran və Bayat qalaları,  Şuşa məscidi 
və s. XVIII əsrin layiqli tarixi mədəniyyət abidələridir. 
Azərbaycan tarixinin faciəli dövrlərindən biri də XIX əsrdir. 
Ona görə ki, Rus-İran müharibələri və 1813, 1828-ci illərdə bağlanan 
Gülüstan və Türkmənçay müqavilələri nəticəsində Araz çayı  sərhəd 
olmaqla Azərbaycan iki yerə bölürdü. Şimali Azərbaycan Rusiya 
tərəfindən işğal edildikdən sonra burada maarif sahəsində yeni dövr 
başlandı. Zəngin nıədəni irsə malik olan xalqımız dünya mədəniyyəti 
xəzinəsindən bəhrələnərək öz mədəniyyətini daha da inkişaf etdirdi. 
A.Bakıxanov, M.F.Axundov, H.Zərdabi, N.Vəzirov, S.Ə.Şirvani, 
S.Ünsizadə, C.Ünsizadə kimi maarifpərvərlər Azərbaycanda maarifin 
inkişaf etdirilərək xalqın savadlanması, onun səviyyəsinin 
yüksəldilməsi yolunda çalışmağa başladılar. 
XIX  əsrdə  Şamaxı quberniyasında 4700 nəfərin təhsil aldığı 
299 məktəb və mədrəsə var idi. Onlardan 262-si kəndlərdə, 37-si isə 
şəhərdə idi. Bununla kifayətlənməyən Azərbaycan maarifçilərinin səyi 
ilə ölkədə Azərbaycan-rus  məktəbləri də yaradıldı. Bu tipli ilk 
məktəblər XIX əsrin 30-cu illərində  Şuşada,  Şəkidə, Bakıda, 
Gəncədə,  Şamaxıda və Naxçıvanda açılmışdı.  Əsasən varlıların 
uşaqları  təhsil alan həmin tədris müəssisələrində rus və Azərbaycan 
dilləri, coğrafiya və şəriət fənləri tədris olunurdu.  Bu məktəblərin 
 


 
69
məzunlarının çoxu Azərbaycan mədəniyyətinin, maarifinin 
inkişafında mühüm rol oynamışdır. 
Ölkədə digər sahələrlə yanaşı, tarix elmi də inkişaf edirdi. 
Mirzə Adıgözəl bəy, Mirzə Camal, Kərim ağa Fateh və başqalarının 
qələmindən çıxan  əsərlər fikrimizə sübutdur. Həmin müəlliflərin 
gərgin və  məqsədyönlü  əməkləri nəticəsində tariximizin bir sıra 
qaranlıq səhifəsinə müəyyən aydınlıq gətirilmişdir. Məsələn, 
A.Bakıxanovun “Gülüstani-İrəm”  əsərində  Şirvanın tarixi qədim 
dövrdən başlamış XIX əsrin  əvvəllərinə  qədər öz əksini tapmışdır. 
A.Bakıxanov eyni zamanda pedaqogika, fəlsəfə, psixologiya, məntiq, 
coğrafiya, astronomiyaya aid əsərlər də yazmışdır. 
Azərbaycanın bir çox görkəmli alimləri-Mirzə  Cəfər 
Topçubaşov, Mirzə Kazım bəy Azərbaycandan kənarda fəaliyyət 
göstərirdilər. Onların hər ikisi bir neçə xarici ölkə akademiyalarının 
və kral cəmiyyətinin üzvü olmuşlar. 
XIX  əsrin II yarısında Azərbaycanda maarif və  mədəniyyət, 
elm və ədəbiyyat daha da inkişaf etmişdir. Bu dövrdə Bakı iri sənaye 
şəhərinə çevrilməklə yanaşı, eyni zamanda, mədəniyyət mərkəzi 
olmuşdu. Məktəblərdə  həm rus, həm də Azərbaycan dillərində 
dərslər keçirilirdi. 
Azərbaycanda müəllim kadrların hazırlanmasında 1876-cı ildə 
açılmış Qori müəllimlər seminariyasının Azərbaycan (tatar) 
şöbəsinin də böyük rolu olmuşdur. C.Məmmədquluzadə, 
N.Nərimanov, Rəşid bəy  Əfəndiyev, H.Mahmudbəyov, F.Köçərli, 
Ü.Hacıbəyov və başqaları həmin seminariyada təhsil almışlar. 
Dövrün maarif və  mədəniyyət obyektləri sırasında Bakı  və 
Gəncə realnı  məktəblərini, 1896-cı ildə Bakıda H.Z.Tağıyev 
tərəfindən açılan qızlar seminariyasını, 1894-cü ildə N.Nərimanovun 
açdığı ilk kütləvi kitabxana-qiraətxananı göstərə bilərik. 
 


 
70
Məlumdur ki, Azərbaycan mətbuatının banisi maarifpərvər 
xadim Həsən bəy Zərdabi olmuşdur. O, 1875-1877-ci illərdə Bakıda 
ana dilində “Əkinçi” qəzetini nəşr etmişdir. 
Bütün millətlər kimi azəri türkilərinin də milli-mədəni 
intibahında başlıca rol oynayan amillərdən biri də milli mətbuat 
orqanlarıdır. Bu baxışdan milli-mənəvi oyanma və  tərəqqi ideyaları 
ilk mətbuat orqanımız “Əkinçi”də, həm də maarifçilik ideyalarının 
təbliği fonunda hazırlanıb intişar tapmışdı. Bu vəziyyət dövrün 
tələbindən irəli gələrək, istehsal münasibətlərinin sürətli inkişafı, elm 
və texnikanın uğurlarına yiyələnən millətlərin tarix səhnəsində irəli 
çıxıb başqa xalqlar üzərində hökmranlıq etmələri qabaqcıl görülüşlü 
vətənpərvər ziyalılarda vəziyyətdən çıxmaq üçün ilk növbədə xalqı 
savadlandırmaq qənaəti doğurmuşdu. 
“Əkinçi”nin təsisisi və baş redaktoru H.Zərdabi də vətəndaşlıq 
yanğısı ilə öz millətdaşlarını  və millətpərvərlərini ayıqlığa, 
təşəbbüskarlığa, fəaliyyətə çağıraraq deyirdi: “Ey müsəlmanlar, heç 
mürvətdirmi ki, tamam dünya bizim qonşularımız ilə belə elm təhsil 
etməyə səy etsinlər ki, zindəganlıq cəngində düşmənə faiq gəlsinlər, 
amma bizlər Allahdan buyruq, ağzıma quyruq deyib duraq? Ey 
müsəlmanların millət təəssbü çəkən kəsləri, bir açın gözünüzü, 
dünyaya tamaşa edin...” 
Bu çağırış belə bir qənaətdən hasil olurdu ki, “cəhalət bir atəşi-
suzandır ki, şəxs öz cəhalətinin oduna yanar və onu anlamaz...” Ona 
görə də H.Zərdabi və məsləkdaşları öz həmvətənlərini başa salırdılar 
ki, dünya işlərindən, təsərrüfat və dolanışıq məsələlərindən baş 
çıxarmaq üçün oxumaq lazımdır. Çünki, elmsiz heç bir uğur 
qazanmaq, fabrik və zavodların, maşınların “dilini” başa düşmək 
mümkün deyil. Ona görə də “insana vacibdir ki, elm ilə işlərə iqdam 
və ciddi-cəhd etsin ta əməl fayda versin və hər bir tayfada olan yaxşı 
elmləri öyrənsin.” 
 


 
71
Dövrün mütərəqqi ruhlu ziyalıları elm və maarifə  işıqlı sabaha 
çıxmaq, zülmdən qürtülmaq vasitəsi kimi baxırdılar. Ona görə də bu 
hərəkatın simasını maarifçilik müəyyənləşdirirdi. Tərəqqipərvər 
ziyalılar xalqı işıqlı sələcək uğrunda mübarizəyə səfərbər etmək üçün 
maarifə xalqın əql və şüurunun elm nuru ilə ziyalandırılmasında ilkin 
və  əsas hazırlıq mərhələsi kimi baxırdılar. Odur ki, XIX əsr 
Azərbaycan maarifçiliyini səciyyələndirən  əsas cəhət mübarizənin 
despotizmin, özbaşnalığın, fiziki və mənəvi zülmün əleyhinə, eləcədə 
xalqın, millətin iqtisadi və  mədəni  əsarətdən azad olması  səmtinə 
yönəldilməsidir. 
Azərbaycan maarifçiləri xalqa elmin, texnikanın sirlərinə 
yiyələnməyi, maariflənməyi təbliğ  və  təlqin etməklə öz işlərini 
bitirməyib, bu vəzifənin həyata keçirilməsinin yol və üsullarını da 
görüb göstərməyə,  əməli fəaliyyətə çalışırdılar. Onların haqlı 
qənaətinə görə, savadsız, elm və texnikanın nailiyyətlərindən bixəbər 
olan hər kəs və millət ac-yalavac qalıb sərgərdan olmağa, 
başqalarının  əlinə möhtac olmağa məhkumdurlar. Ona görə  də, 
xalqın istehdad və qabiliyyətinə, öyrənmə bacarığına dərin inam 
bəsləyən Azərbaycan maarifçiləri onun savadlanmasına çalışmırdılar. 
Azərbaycan maarifçiləri  ədəbiyyat və incisənətə  də xalqı 
maarifləndirmək, milləti tərəqqi və inkişafa sövq etmək vasitəsi kimi 
baxır və ondan ilk növbədə elə bunu da tələb edərək yazırdılar: 
“Hər tayfanın və millətin keçmişdən olan yaman və yaxşı 
günlərini  şərh edən mahnıları olur ki, bu mahnılar ağızdan-ağıza 
düşüb milləti birləşdirməyə bais olur...” 
Maarifçilər bədii  ədəbiyyatdan da tələb edirdilər ki, zamanın 
tələbinə uyğun olaraq, xalqı oyatmaqla onu tərəqqiyə işıqlı gələcəyə 
çıxmaq uğrunda mübarizəyə  səfərbər etsin. Onlar milli gerilik və 
ətalətdə ədəbiyyatın da böyük məsuliyyət daşıdığını qeyd etməklə heç 
olmasa indi 
 


 
72
xalqı  mənəvi oyaqlığa, fəaliyyətə, öz güc və qüdrətinə inandırmaq 
üçün bədii sənət adamlarını,  şair və yazıçıları bütün güclərini 
səfərbər etməyə çağırırdılar. 
Maarifçilər öhdələrinə düşən tarixi vəzifəni həyata keçirmək 
üçün öz müəllimlərinin - H.Zərdabinin çağrışına qoşularaq mümkün 
olan bütün vasitə və imkanlardan istifadə edərək məktəb, kitabxana-
qiraətxana açır, müsamirələr təşkil edir, “Əkinçi” səhifələrində  dərs 
proqramı  və  dərsliklərin yenidən tərtib məsələsini qaldıraraq, orada 
dünyəvi elmlərin əsas yer tutmasını vacib sayırdılar. 
“Əkinçi”nin uğrunda mübarizə apardığı ideyalar ondan sonra 
meydana çıxan milli mətbuat orqanlarımız - “Ziya (Ziyayi-
Qafqasiyyə)”, “Kəşkül”, “Şərqi-Rus”, “Həyat”, “İrşad”, “Molla 
Nəsrəddin”, “Tərəqqi”, “Açıq söz”, "Dirilik", “Azərbaycan” və s. 
tərəfindən davam və inkişaf etdirildi. Milli mətbuat xalqımızın milli 
özünütəsdiq ideallarının    ifadəçisi    rolunu    bu gün də ləyaqətlə 
oynamaqdadır. 
İncəsənət tarixində  ən böyük hadisələrdən biri də Azərbaycan 
milli teatrının yaranması idi. Belə ki, 1873-cü il martın 22-də Novruz 
bayramı günü Bakı realnı  məktəbində H.Zərdabi və N.Vəzirovun 
səyi ilə M.F.Axundovun “Hacı Qara” komediyası tamaşaya 
qoyulmuş, on il sonra isə xalqımızın maariflənməsində xüsusi rolu 
olan H.Z.Tağıyev teatr binası tikdirmişdi. Bu hadisə Bakıda teatr 
sənətinin inkişafına təkan vermiş, tezliklə böyük dramaturqlar və 
artistlər nəslinin yetişməsinə səbəb olmuşdur. 
Çarizmin Azərbaycanın mədəni inkişafına  əhəmiyyət 
verməməsinə baxmayaraq - XX əsrin  əvvəllərində burada 
məktəblərin sayı artmaqda davam edirdi. “Molla Nəsrəddin” və 
“Füyuzat” jurnalları ilə yanaşı digər mətbuat orqanlarının nəşri isə 
nəinki Azərbaycanda, hətta İranda da böyük tərpənişə səbəb oldu. 


 
73
Bildiyimiz kimi, Azərbaycanın musiqi mədəniyyətinin 
inkişafında Ü.Hacıbəyov və M.Maqomayevin əvəzsiz xidmətləri 
olmuşdur. 1908-ci ildə  Şərqdə ilk dəfə “Leyli və  Məcnun” operası 
tamaşaya qoyularkən Məcnun rolunun ifaçısı dahi sənətkar 
H.Q.Sarabski olmuşdur. Bu operadan sonra Ü.Hacıbəyov 1909-
1916-cı illər  ərzində daha beş opera və üç musiqili komediya 
yaratmışdır. Bütün bunlar Azərbaycanda qeyd etdiyimiz dövrlərdə 
milli mədəniyyətin əldə etdiyi nailiyyətlərin göstəriciləridir. 
XX əsr tarixin yaddaşında həm də Asiya ölkələrində, xüsusən 
də Çində, Hindistanda, Əfqanstanda,  İranda və Türkiyədə, eyni 
zamanda Azərbaycanda baş verən milli azadlıq hərəkatları, rus 
imperiyasının dağıdılması kimi qalacaqdır. Bu ölkələrdə baş verən 
ictimai-siyasi hadisələr elm və mədəniyyətə də öz təsirini göstərdi. 
Rəsmən ikiyə bölünsə  də, qəlbləri bir olan Azərbaycanın XX 
əsr çərçivəsində həm o tayının, həm də bu tayının elm və mədəniyyət 
sahəsindəki uğurları üzərində bir qədər  ətraflı dayanmağı lazım 
bilirik. 
1905/11-ci illərdə  İran inqilabı-Səttarxan hərəkatı dövründə 
Cənubi Azərbaycanda 37 milli məktəb (Təbrizdə 22), 1911/25-ci 
illərdə isə 50-dən çox məktəb (Təbrizdə 29) açılmışdı. Bu 
məktəblərdə Azərbaycan və fars dillərindən əlavə ərəb, fransız və rus 
dilləri də tədris olunurdu. 
Cənubi Azərbaycanın mətbuat tarixi XIX əsrin ikinci 
yarısından başlanır. Burada ilk nəşr edilən mətbu orqan fars dilində 
“Azərbaycan” qəzeti olmuşdur. Bundan sonra 1905/11-ci illər 
inqilabına qədər Cənubi Azərbaycanda 18 adda qəzet və jurnal 
buraxılmışdır. 
1905/11-ci   illər  Məşrutə  inqilabı   dövründə    Cənubi 
Azərbaycanda ilk dəfə ana dilində bir sıra qəzet və jurnal 
Azərbaycan”, “Ana dili” işıq üzü gördü. Azərbaycan  əyalət 
əncüməninin fars və Azərbaycan dillərində  nəşr etdiyi “Naleyi-
millət”, “Molla Nəsrəddin” yayılmağa başlandı. Maraq- 


 
74
lıdır ki, bu dövrdə Azərbaycanda çıxan qəzet və jurnalların  əsas 
hissəsini inqilabi hərəkatın qələbəsinin tərəfdarı olan demokratik 
mətbuat təşkil edirdi. İran tədqiqatçılarının məlumatına görə, 
Məşrutə inqilabı dövründə  Cənubi Azərbaycanda 50-yə yaxın 
müxtəlif adda qəzet və jurnal nəşr edilmişdir. 
Məşrutə inqilabının məğlubiyyətindən sonrakı dövr (1913-
1917)  ərzində  Cənubi Azərbaycanda mədəniyyətin Tehran hakim 
dairələri tərəfindən sıxışdırılması  nəticəsində  nəşr olunan qəzet və 
jurnalların sayı xeyli azaldı. Nəticədə  nəşrini davam etdirən mətbu 
orqanlar arasında nəinki Azərbaycan, hətta bütövlükdə  İranda 
demokratik yönümlü qəzet və jurnal tapmaq mümkün olmadı. 
1917-ci ildən sonra isə yenidən Cənubi Azərbaycanda mətbuat 
tərəqqi etməyə başlayır. Bu da İranın qonşusu olan Rusiyada baş 
vermiş fevral və xüsusilə oktyabr inqilabi hadisələri ilə  əlaqədar 
olmuşdur. Həmin dövrdə Cənubi Azərbaycanda çıxan qabaqcıl ruhlu 
qəzetlərdən biri Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə  nəşrə 
başlayan və qısa fasilələrlə 1921-ci ilə qədər çap olunan “Təcəddüd” 
idi. 
Cənubi Azərbaycanda M.F.Axundov komediyalarının 
bilavasitə  təsiri altında ilk dəfə Mirzağa Təbrizinin yazdığı dram 
əsərləri ədəbiyyat aləmində hadisə idi. M.F.Axundovun davamçıları 
Zeynalabdin Marağayinin “İbrahim bəyin səyahətnaməsi” və 
Ə.Talıbovun “Pak adamın məsləkləri”  əsərləri 1905-1911-ci illər 
inqilabının ideoloji və siyasi cəhətdən hazırlanmasında mühüm rol 
oynamışdır. 
XX  əsrin  əvvəllərində ictimai-siyasi publisistika (“Molla 
Nəsrəddin”çi nəsr)  ədəbiyyatın aparıcı janrlarından biri kimi geniş 
vüsət aldı. Bu tipli əsərlər içərisində  Əbülziya  Şəbüstəri və Seyid 
Hüseyn  Ədalətin “İrane-nou”, “Ana dili”, “Ədalət” qəzetlərindəki 
felyetonlarını, Cəmşid Əfşarın pamflet və ədəbi fəlsəfi esse xarakterli 
yazılarını qeyd edə bilərik. 


 
75
Teatr sahəsində isə ilk əhəmiyyətli addımlar yalnız 1905-1911-
ci illər inqilabı dövründə atıldı. Bu işdə  də  Şimali Azərbaycanın 
mədəniyyət xadimlərinin köməyi və  şəxsi iştirakı mühüm rol 
oynayırdı. 1909-1916-cı illər  ərzində Azərbaycanın görkəmli 
aktyorları Sidqi Ruhulla, Abbas Mirzə Sərifzadənin rəhbərliyi altında 
Bakı teatr truppaları  dəfələrlə  İrana getmiş, Tehranda, Təbrizdə, 
Rəştdə, Qəzvində  və s. şəhərlərdə tamaşalar vermişlər. Onların 
repertuarı əsasən Ə.Haqverdiyevin, N.Vəzirovun və N.Nərimanovun, 
həmçinin Qərb dramaturqlarının əsərlərindən ibarət idi. 
1916-cı ildə  Təbrizdə ilk teatr binası tikilmişdir. Beləliklə, 
Cənubi Azərbaycanda qısa müddətdə milli teatr yaradılmasının təməl 
daşı qoyuldu. Teatr tamaşaları ana dilində verildiyindən xalq 
tərəfindən tez qavranılır və eyni zamanda Azərbaycan  əbəbi dilinin 
formalaşmasında, mədəniyyətin inkişafında mühüm rol oynayırdı. 
XX  əsr Azərbaycan tarixində  və bütün türk dünyasında 
Azərbaycan Demokratik Respublikası kimi respublika tipli ilk 
demokratik bir dövlətin yaranması ilə də səciyyəvidir. 
Azərbaycanda elmin, təhsilin, mədəniyyətin inkişafında ADR 
və onun öndərlərindən olan M.Ə.Rəsulzadənin misilsiz xidmətləri 
olmuşdur. Onun “Əsrimizin Səyavuşu”, “Azərbaycan cümhuriyyəti” 
və s. əsərləri xalqımızın zəngin mənəvi, siyasi və  fəlsəfi dünyasının 
öyrənilməsində mühüm əhəmiyyət kəsb edir. 
Milli siyasətdə dostluq və qardaşlıq münasibətlərinə əsaslanan 
M.Ə.Rəsulzadə Azərbaycan parlamentindəki 1918-ci il 7 dekabr 
tarixli çıxışında deyirdi: “... bu Qafqaz millətləri ruhunda, hər zaman 
hürriyyət və istiqlal fikri olmuşdur. Hürriyyət fikrinin rəmzi olan 
Prometey Qafqaz dağlarında zəncirbənd edilmişdi. O, daima 
zəncirlərini qıraq təşəbbüsündə idi. Prometeyin ruhu Qafqazın bütün 


 
76
 
 
millətlərində vardır. Qafqaz millətlərinin istiqlalı  və  bərabərlikdə 
müstəqil yaşamaları bir xəyal deyildir”. 
Həqiqətən də müstəqillik ideyaları xəyal olaraq qalmadı, neçə-
neçə illər sonra reallaşdı. Bu gün biz də bunun şahidiyik. 
XX əsr Azərbaycan tarixində yurd-yuvalarından didərgin düşən 
minlərlə qaçqın soydaşımızın taleyi də öz əksini tapacaqdır. Düşmən 
əlində əsir qalan yüzlərlə soydaşımız, ərazimizin erməni qəsbkarları 
tərəfindən işğal edilmiş 20 faizdən artıq sahəsi dağıdılmış  və talan 
edilmiş, maddi-mədəniyyət abidələrimiz bu dövrün yaddan çıxmaz 
acılarıdır. 
Biz Azərbaycan mədəniyyətinin müxtəlif tarixi dövrlərə 
bölünən zəngin və çoxsahəli keçmişinə qismən də olsa nəzər salmağa 
çalışdıq. Məqsədimiz bu idi ki, Azərbaycan mədəniyyətinin müxtəlif 
dövrlərində müxtəlif sivilizasiyaların nailiyyətlərindən bəhrələnməsi 
və eyni zamanda onların bəzilərinin beşiyi başında dayanması barədə 
müəyyən təsəvvür yaradaq. Yadda saxlamaq lazımdır ki, uzun illər 
məqsədli  şəkildə aparılan imperiya siyasəti bizim millətdə milli 
unutqanlıq yaratmağa çalışmış, düşmənlərimizi bizə dost kimi 
təqdim etmişdir. Buna görə  də  zəngin adət-ənənəmizin bir sıra 
mühüm məqamları 
və xüsusiyyətləri unudulmuş, milli 
mədəniyyətimiz təhrif olunmuşdur. 
Qədim tarixi köklərə malik olan milli mədəniyyətimizi 
öyrənmək, onu öyrənib daha da inkişaf etdirmək, zənginləşdirmək 
hər birimizin vətəndaşlıq vəzifəmizdir.   
 
 


 
77
 

Yüklə 1,3 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin