Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi Metodik Şurasının



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə77/84
tarix16.04.2023
ölçüsü1,56 Mb.
#98814
növüDərs
1   ...   73   74   75   76   77   78   79   80   ...   84
Loqopediya (Mühazirələr)

Qismən görməxüsusi təlris, tədrisi uyğunlaĢdıran 
ləvazimvatlar, yaxud yardımçı qurğulara ehtiyac doğuran müəyyən 
görmə problemlərini göstərir. müəyyən hallarda uĢaq, sadəcə lövhəyə 
lazım olduğundan çox yaxınlaĢır, yaxud kiiabı gözlərinə çox 
yaxınlaĢdırırlar.
Az görmə – eynəklər, dava-dərman, yaxud cərrahiyyə yolu ilə 
aradan qaldırıla bilməyən görmə qüsurudur. Görmə qabiliyyəti bu 
sahədə dəqiqliyin pozulması, yaxud periferik və ya kənarı görmə 


191 
qabiliyyətinin itməsi nəticəsində aradan qalxır. Az görmə qrupuna daxil 
olan Ģəxslər ümumən 20/60 –dan aĢağı görmə dəqiqliyinə malik olurlar. 
Bir qayda olaraq az görmə qrupuna aid olan Ģəxslərin daha çox mətni 
görmə vərdiĢləri yaranır. onlar bir qayda olaraq ən müxtəlif 
vasitələrdən, məsələn teleskop qurğularından, yaxud elektron maqnitli 
qurğulardan istifadə edirlər. Müəyyən hallarda bu Ģəxslər standart 
Ģəkildə yazılan çap mətnini oxuya bilmirlər.
Korlar qrupuna daxil olan Ģəxslərin görmə dəqiqliyi 20/200, 
yaxud üfüqi görmə sahəsində 20 dərəcədən aĢağıdır. Normal Ģəkildə 
adətən 200 metr məsafədən görünən əĢyanı 20 fytdan dəqiq Ģəkildə 
görən uĢaq bu kateqoriyaya aid edilir.
Tam korluq halında heç bir görmə əlaməti sezilmir.
Xüsusiyyətləri
UĢaqlarda görmə qüsurları bir sıra səbəblərdən yaranır. buraya 
aĢağıdakılar daxildir. A vitamininin çatıĢmaması, infeksiyalar, Ģəkər 
xəstəliyi, doğuĢdan qabaqkı problemlərin ağırlaĢması, doğuĢ qüsurları , 
tümor, sətəlcəm, piqmenitoza və s.
Görmə problemlərinin uĢağın inkiĢafına təsiri bu kimi 
problemlərin 
ciddilik 
dərəcəsindən 
problemin 
hansı 
yaĢda 
yaranmağından və digər baĢqa səbəblərdən asılıdır. Ən müxtəlif 
qüsurlara malik olan uĢaqlarda görmə qüsurları da meydana çıxa bilər.
Kor uĢaq ətrafında olan maraqlı əĢyaları tapmağa az meyilli olur 
və buna görə də onları təcrübədən keçirmək və öyrənmək imkanını itirir. 
Bu 
hal 
öyrənmənin stimullaĢdırılmasına qədər, yaxud onun 
problemlərinə fəal Ģəkildə müdaxilə olunana kimi davam edir.
UĢaq öz valideynlərini, yaxud yaĢıdlarını görə bilmədiyi üçün 
sosial vərdiĢləri təqlid edə bilmir, yaxud qeyri-verbal iĢarələri anlamır. 
Görmə əngəlləri uĢağın müstəqil Ģəkildə böyüməsinin qarĢısını alır.
Tədris çətinlikləri
Görmə çətinliklərinə malik olan uĢaqlar, erkən yaĢda müdaxilə 
proqramlarının həyata keçməsi nəticəsində müəyyənləĢdirirlər. 
Kompüter və optik və videoyardımçı vasitələri bir çox görmə 
probleminə malik olan uĢaqlara sinifdə təĢkil edilən fəaliyyətlərdə 
iĢtirak etmək imkanı yaradır. Böyük hərflərlə yazılan materiallar
kitablar və digər vəsaitlər onların ixtiyarında olmalıdır.
Görmə qüsurları olan tələbələr eĢitmə vərdiĢləri, ünsiyyət, 
istiqamətləndirmə və hərəkət etmə, habelə gündəlik vərdiĢlərin üzərinə 
diqqəti cəmoəyən müntəzəm tədris proqramlarında xüsusi avadanlıq və 


192 
vəsaitlərin olması hesabına müəyyən inkiĢafa malik ola bilərlər. Görmə 
qabiliyyəti az olan və ya kor tələbələr özlərinin hələ itməmiĢ görmə 
qabiliyyətlərindən daha səmərəli Ģəkildə istifadə etmək üsün xüsusi 
yardımçı vəsait və materiallardan istifadə etməlidirlər.
Görmə qüsurları olan uĢaqların ola bilər ki, periferik görmə 
qabiliyyəti yaxĢı olsun. Buna görə də, həmin uĢağın baĢının bir tərəfə 
çevrilməsi hələ onun diqqətsiz olması demək deyildir. UĢağın diqqətini 
sinfə və oradakı materiallara cəlb etmək lazımdır. Ətraf aləmdə 
dəyiĢiklik yarananda haməni uĢaq üçün yeni istiqamət seçmək lazımdır. 
Yadda saxlamaq lazımdır ki, görmə qüsuru olan uĢaqlar digər 
hissiyyat orqanlarına daha çox arxalanırlar. Bu mənada sinifdəki səs-
küyün səviyyəsi nəzərə alınmalıdır. Bu mənada siz öz hərəkətlərinizdə 
sərbəst olmalı və ətraf aləm həmin uĢağın xüsusiyyətlərinə uyğun 
qurulmalıdır.
Digər uĢaqları görmə qüsuru olan uĢağın qarĢısında özlərinin 
adlarını çəkməsinə və hansı iĢlə məĢğul olmalarını dilə gətirməsinə 
Ģərait yarat.

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin