Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi Metodik Şurasının



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə81/84
tarix16.04.2023
ölçüsü1,56 Mb.
#98814
növüDərs
1   ...   76   77   78   79   80   81   82   83   84
Loqopediya (Mühazirələr)

Epilepsiya və qıcolmalar 
Tərifi


196 
Epilepsiya elə bir fiziki Ģəraitdir ki, qəfildən beyin fəaliyyət 
göstərdiyi zaman baĢ verir. Beyin toxumuları müvafiq Ģəkildə fəaliyyət 
göstərməyəndə uĢağın Ģüuru, hərəkəti qısa müddət üçün «qapana bilər». 
Bu fiziki dəyiĢmələr epileptik qıcolma adını almıĢdır. Buna görə də, 
epilepsiyaya bəzən qıcolma problemi də deyirlər. 
Bəzi Ģəxslər qıcolmaya məruz qalsalar da, epilepsiyaya mübtəla 
olmurlar. Məsələn, azyaĢlı uĢaq temperaturun qəfil qalxması nəticəsində 
qıcolma keçirə bilər. Qıcolmanın digər tipləri epilepsiya kimi 
xarakterizə olunmur. Hər hansı bir qıcolma halı epilepsiya demək 
deyildir.
Dölün spirtli içkilərin təsirinə məruz qalması
Tərifi
Hamiləlik dövründə spirtli içkinin qəbul edilməsi bir çox 
müəyyən anormal hallarla, nəticələnir. Spirtli içkinin qəbul edilməsi 
dölü zədələyir. Hamilə qadın spirtli içki qəbul edərkən, öz gələcək 
körpəsinin həyatını təhlükə altına atmıĢ olur.
Xüsusiyyətləri
Dölün spirtli içkinin məruz qalmıĢ uĢaqlar aĢağıda qeyd olunan 
xüsusiyyətlərə malik olurlar: bətndaxili və doğuĢdan sonra çatıĢmazlığın 
artması, inkiĢafın ləngiməsi, inkiĢaf qüsurları, xarici görkəmin böyük 
təsirlərə məruz qalması, əqli ləngimə.
Fiziki anormallıqlara aĢağıdakı hallar daxildir: balaca baĢ, balaca 
gözlər və ağız, göz qapaqlarının bükülməsi, burunla üst dodaq 
arasındakı məsafənin böyüklüyü, zəif eĢitmə, yaxından görmə, 
çəpgözlük və ürək xəstəliyi.
Tədris çətinlikləri
Dölü spirtli içkiyə məruz qalan uĢaqların əksəriyyəti təhsil 
proqramını qavrama və davranıĢ problemlərə məruz qalırlar, onlarda 
qavramanın ləngimə prosesi dərinləĢir və yadda saxlama çətinlikləri 
yaranır.
DavranıĢ xüsusiyyətlərinə hiperfəallıq, əsəbilik, diqqətin zəifliyi
dərsi zəif dinləmə qabiliyyəti kimi xüsusiyyətlər daxildir.
Dölü spirtli içkiyə məruz qalan uĢaqların nitqi və dili müəyyən 
qüsurlara malik olur. bu uĢaqların nitqi axıcı olmur və dilin sintaksis, 
sematik və proqmatik sahələrində çətinlik çəkirlər. Bu uĢaqlar – nitq və 
tələffüz problemlərinə də malik olurlar. Bəzi uĢaqlar qurd ağızlılıq və 


197 
eĢitmə qüsuru ilə çudğaĢan xüsusi problemlərə malik olurlar. Bu Ģərtlər 
birbaĢa dilin öyrənmə xüsusiyyətlərinə mənfi təsir göstərə bilər, bu 
sıraya danıĢılan Ģəxsi eĢitmə və onun dediyi sözü anlama çətinliyi də 
daxildir. UĢaq böyüdükcə, erkən yaĢda nəzərə çarpan bu qüsurlar 
oxuma, yazma qüçurları ilə birləĢə bilər.
Dölü spirtli içkiyə məruz qalan uĢaqlara təhsildə kömək etmək 
üçün aĢağıdakı tədris strategiyaları məsləhət görülür: 
 Məktəb gününün rejimini və cədvəlini tərtib etmək. 
 Nəyin baĢ verdiyini, nə vaxt baĢ verdiyini və hansı nəticənin 
gözlənildiyini əvvəlcə izah edin. Cədvəldə müəyyən dəyiĢiklik 
yarandıqda, sözügedən xəstə uĢaq xəbərdar olunmalıdır.
 Xüsusm dərs vəsaitlərindən istifadə olunmalıdır. Müəyyən 
proqrama əlavə olaraq müəllimlər dölü spirtli içkiyə məruz qalmıĢ 
uĢaqlarla təkrar etmənin əhəmiyyətini təcrübədə süğut etməlidir.
 Dərsi hissə-hissə keçmək. 
 Əyani vəsaitdən istifadə etmək. 
 Yaradıcı qabiliyyəti təkmilləĢdirmək. 
 Yaradıcı üsullardan istifadə etmək. 
 UĢağa yardım üçün necə müraciət etməyin öyrənmək. 
 Emosiyaların meydana çıxmasında birbaĢa təlimatın verilməsi 
və müvafiq sosial vərdiĢlərdən istifadə olunması.
Dilin spirtli içki ilə zədələnmiĢ uĢaqların inkiĢaf istiqaməti son 
dərəcə fərdi səciyyə daĢıyır. Bəzi uĢaqlarla mülayim, digərləri ilə isə 
sərt olmaq lazımdır. çətinliklərin müəyyən qismi mərkəzi sinir 
sisteminin zədələnməsini əks etdirir və uzun müddət davam edir. Digər 
inkiĢaf ləngilmələri sonralar müdaxilə, yaxud müalicə nəticəsində 
azaldılır, yaxud aradan qaldırılır.
UĢaqların müalicə olunmasına aĢağıdakılar daxildir.

Erkən müdaxilə, o cümlədən uĢaq üçün müvafiq terapiya üsulları 
(psixoloji məsləhətlər, nitq və dil terapiyası və məĢğulluq terapiyası). 

Dölü spirtli içki ilə zədələnmiĢ uĢağın valideynləri ilə baqnoz 
barədə möhbətin aparılması. 

UĢağın valideynlərinin bu diaqnoz barədə məlumata malik olan 
Ģəxslərlə söhbət etməsi. 

Hər iki valideynin içki qəbul etməmələri barədə söhbətin 
aparılması. 

AğırlaĢmaları aradan qaldırmaq üçün uĢağın tibbi problemlərinin 
öyrənilməsi.
Nevroloji və davranıĢ ehtiyaclarının öyrənilməsi. 


198 
Onlara yardımçı olan tədris mühitinin yaradılması. 
Ruhdan düĢmə hallarına yol verilməməsi. 

UĢağın potensial inkiĢafına diqqət yetirilməsi.

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin