Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi Metodik Şurasının



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə9/84
tarix16.04.2023
ölçüsü1,56 Mb.
#98814
növüDərs
1   ...   5   6   7   8   9   10   11   12   ...   84
Loqopediya (Mühazirələr)

Dinamik afaziya sözlərin təkrarında, isimləri adlandırmaqda, 
nitqi baĢa düĢməkdə xəstə çətinlik çəkməsə də onda cümlələrlə 
danıĢmaq qabiliyyətinin pozulması ilə əlaqədardır. Dinamik afaziyanın 
iki 
formasını qeyd etmək olar: bunların birində fikirlərin 


30 
proqramlaĢdırılması, digərində isə onun qrammatik-sintaktik təĢkili 
mexanizmi pozulur.
Efferent motor afaziya nitqdə ayrı-ayrı sözlər saxlanılmaqla 
ifadənin qrammatik quruluĢunun pozulması və bundan baĢqa onun 
motor sxeminin pozulması ilə xarakterizə olunur; bu zaman xəstələr 
ayrı-ayrı səsləri tələffüz edə bildikləri halda, onları müəyyən ardıcıllıqla 
birləĢdirə bilmirlər. Beləliklə, burada nitqin yaranma ardıcıllığı pozulur. 
Afferent motor afaziya nitq artikulyasiyasının aydınlıq 
dərəcəsinin pozulmasından ibarətdir. Xəstə ona lazım olan müvafiq səsi 
tapa bilmir və daim yaxın artikulyasıyası olan səsə istinad edir. Burada 
səsləri seçmək hissəsi pozulmuĢ olur.
Semantik afaziya sözləri tapmaqdakı çətinliklərdə və sözlər 
arasındakı semantik (məntiqi-qrammatik) əlaqənin pozulmasında özünü 
göstərir. Məsələn, xəstə, «ata» və «qardaĢ» sözlərini anladığı halda, 
«atanın qardaĢı» ifadəsinin nədən ibarət olduğunu anlaya bilmir. Bu 
kimi hallarda sözlərin semantik sistemliliyinin, sözləri mənalarına görə 
seçmənin pozulması müĢahidə edilir.
Senzor afoziya hər Ģeydən əvvəl, nitqin qavranılması zamanı 
birinci növbədə fonematik eĢitmənin pozulmasında, daha doğrusu, 
sözün səs tərkibi və mənası arasındakı qarĢılıqlı əlaqənin pozulmasında 
özünü göstərir. Bu cür afaziya zamanı sözlərin səs təhlili pozulmuĢ olur. 
Göstərmək lazımdır ki, nitq fəaliyyətinin bir neçə növü vardır. Bunlar 
arasında ən əsas nitq növləri bunlardır: monoloji və dialoji nitq, daxili 
nitq, yazılı nitq.

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin