Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi Metodik Şurasının


UŞAQLARDA NİTQ QÜSURLARININ TİBBİ CƏHƏTDƏN



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə7/84
tarix16.04.2023
ölçüsü1,56 Mb.
#98814
növüDərs
1   2   3   4   5   6   7   8   9   10   ...   84
Loqopediya (Mühazirələr)

UŞAQLARDA NİTQ QÜSURLARININ TİBBİ CƏHƏTDƏN 
ÖYRƏNİLMƏSİ 
Məlumdur ki, loqopediya tibb elminin neyro-fiziologiya, 
neyropsixologiya və kliniki nevrologiya sahələri ilə sıx bağlıdır. Belə ki, 
loqopediyanın tədqiq etdiyi nitq qüsurları təfəkkür, Ģüur və nitqin 
substrat materialı olan sinir sisteminin bu və ya digər pozğunluqları 
yonunda özünü göstərir. Bir tərəfdən sinir sisteminin vəziyyətinin 
nəzərə alınması nitq qüsurlarının öyrənilməsi çətinləĢdirir, digər 
tərəfdən isə müxtəlif nitq qüsurlarını korreksiya etməkdən nevroloji 
pozulmaların mahiyyətini dərk edilməsinə loqopedə kömək edir.
Nitq uĢağın tərbiyəsində sosial vasitədir. UĢaqda düzgün nitq 
inkiĢafı üçün əsas Ģərtlər aĢağıdakılardır. 
a)Ġnformasiyanı almaq üçün əsas olması, yəni onda akustik, 
görmə və ginestetik reseptorların mövcudluğu. 
b)Qəbul edilmiĢ informasiyanı təhlil etmək və onun sağlamlıq 
üçün yaxĢı inkiĢaf etmiĢ substratın olması, yəni kifayət qədər intellekt 
səviyyəsi və yaddaĢın – sinir sisteminin müəyyən morfoloji və 
funksional inkiĢafının olması. 
v) Artikulyasiya üçün vacib olan motor aparatının olması. 
Aydındır ki, yuxarıda göstərilən Ģərtlər yalnız bütün baĢ beyini və 
sinir sisteminin ayrı-ayrı hissələrini normal inkiĢafı zamanı təmin edilə 
bilər. Lakin əldə olan kliniki materiallar və neyrofiziologiyada aparılmıĢ 
eksperimentlər yəqin edir ki, beyinin bəzi hissələrinin zədələnməsi daha 
çox ifadə olunmuĢ nitq qüsurlarına səbəb olursa, digər sahələrinin 
zədələnməsi isə heç bir nitq qüsuru yaratmır. Hamı yaxĢı bilir ki, baĢın 
gicgah, əmgək və alın paylarının zədələnməsi müəyyən nitq qüsurlarını 
yaradır. Bu faktorların olması bəzi alimlərə əsas verdi ki, beyinin ayrı-
ayrı sahələrində nitqin lokallaĢması barədə fikirlər söyləsinlər (Brok, 
Verniko, Ġ.P.Pavlov). 
Müasir dövrdə bu fikirlərlə razılaĢmayan B.M.Qext göstərir ki, 
beyinin göstərilən sahələri yalnız nitq fəaliyyəti ilə əlaqədar olan 
beyinin müxtəlif sahələrinin çoxsaylı əlaqələrinin yerləridir və elə buna 
görə də onların zədələnməsi kobud nitq qüsurlarına gətirib çıxarır.
Beləliklə, nitq pozulması simptomunun lokallaĢmasını substratın 
(nitqin fəallığı və fəaliyyətinin formalaĢması üçün məsul) lokallaĢması 
ilə qarıĢdırmaq olmaz. Deyilənlər elə artikulyasiya əzələsinin 
uzlaĢdırılmıĢ fəalliyyətini yaradan hərəkət fəallığının təĢkilinə də aiddir. 
Əzələlərin daha kobud zədələnməsi sinir sisteminin periferik 


25 
hissələrinin üzün, dilin, xirtdəyin, döĢ qəfəsinin əzələlərini sinir 
toxumları ilə təmin edən tərəflərinin zədələnməsi nəticəsində meydana 
çıxır. Bunun pozulması dizartriya və anartriya kimi ağır nitq qüsurlarını 
törədir.
Nitq qüsurlarının araĢdırılması zamanı fəaliyyəti yerinə yetirən və 
aktivliyi planlaĢdırmağa kömək edən sinir mexanizmlərinin rolunu 
nəzərə almaq lazımdır. ümumiyyətlə, nitq patologiyaları çox zaman 
hərəkət sistemi və yaxud reseptor fəaliyyətinin müxtəlif dərəcədə ifadə 
olunmuĢ pozulmaları ilə bağlıdır. Bundan baĢqa elə nitq qüsurları vardır 
ki, onlar neyrodinamik proseslərin pozulması nəticəsində baĢ verirlər. 
Məhz buna görə də nitq qüsurlarının sinir sistemi pozğunluqları ilə bağlı 
məsələlərin diqqətdən keçirtmək lazımdır.
Əvvəldən göstərdik ki, nitq qüsurları əsasən baĢ beyinin müxtəlif 
sahələrinin zədələnməsi zamanı baĢ verir. Məlumdur ki, insanın baĢ 
beyin qabığında küllü miqdarda sinir hüceyrələri vardır.
BaĢ beyin qabığının zədələnməsi zamanı müxtəlif nitq 
fəaliyyətinin pozğunluqları, afaziya, alaliya, dizartriya eləcə də digər 
qüsurlar, xüsusilə hissiyyət, hərəkət və praksisin, stereoqnozun müxtəlif 
ağır, mürəkkəb funksiyalarının pozulması baĢ verir.
Böyük yarımkürələr alın, gicgah, əmgək və əncə hissələrinə 
bölünür və hər bir hissə müxtəlif qırıĢ və simptomlara malik olur. BaĢ 
beyin yarımkürələrinin qabığının zədələnməsi simptomatikası onun 
hansı hissənin zərər çəkdiyindən asılıdır. Nitq pozğunluqları ən çox 
dominant yarımkürələrin arxa hissələrinin üçüncü alın qırıĢlarının 
(motor afaziya, motor alaliya), yuxarı gicgah payının qırıĢlarının (sensor 
afaziya, sensor alaliya), gicgah-əmgək birləĢməsi və ənsə payının 
zədələnməsi zamanı baĢ verir. Sol yarımkürələrinin kənarüstü 
qırıĢlarının zədələnməsi mürəkkəb hərəkət vərdiĢlərinin dağılmasına 
səbəb olur. Bu hal loqopediyada apraksiya adlanır. Apraksiya zamanı 
avtomatlaĢdırılmıĢ hərəkətlər unudulur. Məsələn: dilin apraksiyası 
zamanı xəstə dilini ağzına sala bilmir, bundan baĢqa dilin yuxarı, aĢağı 
hərəkətləri məhdudlaĢır, nəticədə nitq fəaliyyətinin inkiĢafında mühüm 
rol oynayır. Qabıqaltı düyünlər sinir sisteminin digər üzvü ilə birlikdə 
ekstraknid sistemini təĢkil edir. Bu sistemin əsas vəzifəsi hərəkət aktına 
hazırlıq və yerinə yetirilmə prosesində onun korreksiyasıdır. 
Ekstrapiramid sistem görmə təpəciklərinin həssas törəmələri ilə sıx bağlı 
olub həm də emosional-hərəkət reaksiyaların həyata keçməsində iĢtirak 
edir. (məs: mimiki hərəkətlər) Ekstrapiramid sistem əzələ tonusunu 
dəyiĢdirir. O ağırlıq mərkəzinin yerini dəyiĢdirir, müəyyən əzələ 


26 
qruplarını iĢdən azad edir, antoqonist əzələlərini tonik gərginliyini 
hərəkət prosesində dəyiĢdirir. Bu sistemin pozulması əzələ fəaliyyətinin 
kobud qüsurlarına gətirib çıxarır. Belə qüsurlardan biri qeyri-iradi, 
zorakı hərəkət-giperginezdir.
Qeyd etmək lazımdır ki, ekstrapiramid sisteminin zədələnməsi 
nəticəsində yaranmıĢ nitq fəaliyyətinin qüsurları çox xarakterik və 
müxtəlifdir. Məsələn: atrikulyasiya əzələsində giperginezin olması nitqi 
təhrif edib dərk edilməyən vəziyyətə salır. Atetoz zamanı ağızın qeyri-
iradi açılıb dili tamamilə çölə atması uĢağı danıĢmaqdan məhrum edir.
Xoreya zamanı nitq pozğunluqları baĢqa bir xarakter alır. Belə ki, 
diafraqma və qabırğaarası əzələlərin periodik zorakı hərəkətləri 
nəticəsində mütəmadi nəfəsvermə yaranır, bu isə öz növbəsində nitqin 
rəvanlığını pozur, danıĢıq zamanı qeyri-ixtiyari qıĢqırıq, inilti müĢahidə 
edilir. Anoloji qıc olmalar xirtdək əzələlərində və dildə özünü göstərir 
və səslərin təhrif edilmiĢ tələffüzünə səbəb olur.
Nitqin yaranmasında və inkiĢafında beyinin və beyin kökünün də 
böyük rolu vardır. Belə ki, beyin kökündə çox böyük sayda baĢ beyin 
hissələrini əlaqələndirən və onu onurğa ilə bağlayan nüvə, ötürücülər 
vardır. BaĢ beyin kökündə olan hüceyrə qrupları baĢın müxtəlif 
törəmələri ilə münasibətdə hərəkət və hissi fəaliyyəti həyata keçirən 
kəllə-beyin Ģüurlarının baĢlanğıcını əmələ gətirir. Kəllə-beyin sinirləri 
bunlardır: göz hərəkəti, blokabənzər, üçlü, dolayı, üz, azan, dil-udlaq, 
dilaltı, əlavə və vestibulyar sinirlər. Bu sinirlərin nitq fəaliyyəti 
qüsurlarının yaranmasındakı rolu onların inervasiyasının, xüsusilə, 
artikulyasiya 
əzələlərinin 
hərəkətinin 
əhəmiyyətindən 
asılı 
müəyyənləĢdirilir. Məs: üçlü sinir çeynəmə əzələlərini sinirlərlə və sinir 
toxumaları ilə təmin edir. bu Ģüurun zədələnməsi zamanı alt çənə 
sallanır və bağlamanın qeyri-mümkünlüyü düzgün artikulyasiyanı daha 
da çətinləĢdirir. Üz siniri üzün uyğun tərəfinin mimiki əzələlərini çox 
böyük hissəsini innevasiya edir. Bu funksiyasının pozulması zamanı 
xəstə gözlərini bağlaya, qaĢlarını çata bilmir, yanaqlarını ĢiĢirtməyi və 
dodaqlarını boru Ģəklinə salmağı bacarmır. Dil-dodaq sinirinin hərəkət 
hissəsi yumĢaq damağı və udlağın yuxarı hissəsini innervasiya edir. 
ġüurun zədələnməsi həmin əzələlərin iflicinə səbəb olur. Azan sinir döĢ 
və qarın boĢluğunun bütün üzvlərini, xirtdək, udlaq və damaq 
əzələlərini innervasiya edir. Dilaltı sinir isə dilin əzələlərini innervasiya 
edib, onu yuxarı, irəli və yanlara doğru hərəkətə gətirir. Yuxarıda 
göstərilən bütün sinirlərin zədələnməsi nəticəsində artikulyasiya 
aparatının hərəkəti və səslənmə prosesi pozulur.


27 
Göstərmək lazımdır ki, nitq qüsuru ilə əziyyət çəkən uĢaqların 
müəyyən günü sinir sisteminin bu və ya digər xəstəliklərinə tutulmuĢ 
olurlar.
Sinir sistemi xəstəlikləri üzvü və funksional olmaqla iki yerə 
bölünür. Üzvü xəstəliklər sinir sistemi toxumalarında çox və ya az 
dərəcədə struktur dəyiĢmələri zamanı baĢ verir. Funksional sinir 
xəstəliklərinin əsasını neyrodinamik pozulmalar təĢkil edir.

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin