Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi Metodik Şurasının



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə3/84
tarix16.04.2023
ölçüsü1,56 Mb.
#98814
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   84
Loqopediya (Mühazirələr)

 
 
 


10 
NİTQ APARATININ ANATOMİK-FİZİOLOJİ
QURULUŞU 
 
UĢaqlarda düzgün və rəvan nitqi formalaĢdırmaq, onlarda mövcud 
nitq çatıĢmamazlıqlarını aradan qaldırmaq üçün onun normal anatomik-
fizioloji aparatı haqqında biliklər olmalıdır. Nitq aparatı bir-biri ilə sıx 
qarĢılıqlı əlaqədə olan mərkəzi (tənzimləyici və idarəedici) və periferik 
(icraedici) hissədən ibarətdir.
Mərkəzi nitq aparatı baĢ beyində yerləĢir və o, baĢ beyin qabığından 
(daha çox sol yarımkürə), qabıqaltı düyünlərdən, ötürücü yollardan, 
beyin kökünün (uzunsov beynin) nüvəsindən və tənəffüs, səs və 
artikulyasiya əzələlərinə gedən sinirlərdən ibarətdir.
Nitq ali sinir fəaliyyətinin digər sahələri kimi reflekslər əsasında inkiĢaf 
edir. Nitq refleksləri beyinin müxtəlif sahələrinin fəaliyyəti ilə 
əlaqədardır. Lakin beynin qabığının müəyyən hissələri nitqin 
yaranmasında daha böyük rol oynayırlar. Bu sol yarımkürənin gicgah, 
ənsə və peysər hissələridir. Alın qırıĢlarının alt hissələri nitqin hərəkət 
sahəsi olub insanın özünün nitqinin yaranmasında iĢtirak edir. (Brok 
mərkəzi). Yuxarı gicgah qırıĢları nitq-eĢitmə sahəsi olub səs 
qıcıqlandırıcılarını qəbul etməkdə iĢtirak edir. (Vernike mərkəzi). Beyin 
qabığının ənsə payı isə nitqin baĢa düĢülməsini təmin edir. Peysər 
hissədə görmə mərkəzi yerləĢir və o, yazılı nitqi qavramağa imkan verir. 
Bundan baĢqa görmə eyni zamanda böyüklərin artikulyasiyasını 
qavramağa kömək edir.
Qabıqaltı düyünlər nitqin ritm, temp və ifadəliliyinə təsir göstərir.
Ötürücü yollar. BaĢ beyin qabığı danıĢıq üzvləri ilə iki cür sinir 
yolları ilə əlaqədardır: mərkəzəqaçan və mərkəzdənqaçan sinirlər.
Mərkəzdənqaçan (hərəki) sinir yolları pereferik nitq aparatının 
fəaliyyətini tənzimləyən əzələləri baĢ beyin qabığı ilə əlaqələndirir. 
Mərkəzdənqaçan sinir öz yolunu baĢ beyin qabığının Brok mərkəzindən 
baĢlayır.
Ətrafdan mərkəzə, yəni danıĢıq üzvlərindən baĢ beyin qabığına gedən 
yollara isə mərkəzəqaçan sinirlər daxildir.
Mərkəzəqaçan yol proproreseptorlardan və baroreseptorlardan 
baĢlayır. Proprioreseptorlar əzələlərin, vətərlərin içərisində və hərəkət 
üzvlərinin oynaq sahələrində yerləĢir. Proprioreseptorlar əzələ 
yığılmalarının təsiri altında qıcıqlanırlar.
Baroreseptorlar udlaqda yerləĢir və onlara edilən təsirin dəyiĢməsi ilə 
qıcıqlanır. Ġnsan danıĢarkən proprio və baroreseptorların qıcıqlanması 


11 
baĢ verir. Mərkəzəqaçan yollar nitq üzvlərinin bütün fəaliyyətinin 
ümumi tənzimləyicisi kimi mühüm rol oynayır.
Beyin kökünün nüvəsində kəllə-beyin sinirləri öz baĢlanğıcını 
götürür. Bütün pereferik nitq aparatının üzvləri kəllə-beyin sinirləri ilə 
innervasiya (hər hansı bir üzvün və ya toxumanın sinif hüceyrələri ilə 
təmin olunması) olunur. 
Bunlardan əsasları üçlü, üz, dil-udlaq, azan, əlavə və dilaltı sinirlərdir.
Üçlü sinir alt çənənin hərəkətə gətirən əzələləri, üz siniri mimiki 
əzələləri, o cümlədən, dodaq, yanaq əzələlərini innervasiya edir. Dil-
udlaq və azan sinir, qırtlaq, səs büküĢləri, udlaq və yumĢaq damaq 
əzələlərini, əlavə sinir boyun əzələlərini, dilaltı sinir isə dilin əzələlərini 
innervasiya edir.
Bundan əlavə dil-udlaq sinirləri dilin hissiyyat siniri hesab edilir. 
Azan sinir isə tənəffüs və ürək əzələlərinin innervasiyasını təmin edir.
Pereferik nitq aparatı 3 Ģöbədən ibarətdir «nəfəs», (tənəffüs), səs və 
artikulyasiya. 
1.Nəfəs Ģöbəsinə ağ ciyərlər, bronxlar, traxeya köks qəfəsi daxildir.
Tələffüz nəfəslə sıx əlaqədardır. Nitq, nəfəs vermə aktında baĢ verir. 
Bu zaman hava axını eyni zamanda, həm səs yaradıcı, qaz mübadiləsi
həm də artikulyasiya funksiyası daĢıyır. DanıĢıq zamanı nəfəs alma və 
vermə adi, susqunluq vəziyyətindən kəskin fərqlənir. DanıĢan zaman 
insanın nəfəs alması qısa, nəfəs verməsi isə sürəkli olur. Nitq 
tənəffüsünün daha bir fərqli cəhəti vardır ki, danıĢıq zamanı nəfəs 
vermədə qarınboĢluğunun və qabırğalararası daxili əzələləri də iĢtirak 
edir. Bu nəfəs vermənin dərin və sürəkliliyi, səsli nitqin yaranmasını 
təmin edir.
Səs Ģöbəsi qırtlaq və səs tellərindən ibarətdir. Qırtlaq geniĢ qısa boru 
olub, qığırdaq və yumĢaq toxumadan əmələ gəlmiĢdir. O, boyunun ön 
hissəsində yerləĢir və irəlidən, yanlardan əllənir. Yuxarıdan qırtlaq 
udlağa, aĢağıdan isə nəfəs borusuna (traxeyaya) keçir.
Qırtlaqla udlaq arasında qırtlaqüstü yerləĢir. O, qığırdaq toxumasından 
əmələ gəlib, dilçək və ya ləçək formasında olur. Qırtlaqüstünün ön səthi 
dilə, arxa hissəsi isə udlağa doğru uzanır. Qırtlaqüstü udma 
hərəkətlərində aĢağı düĢüb qırtlağa giriĢi bağlayaraq oraya qida
tüpürcək və yad cisimlərin düĢməsindən qoruyan tıxac rolunu oynayır.
Qırtlağın içərisində onun giriĢindən bir qədər kənarda səs keçidi 
yerləĢir. O, səs tellərindən yaranaraq adi tənəffüsdə geniĢ açılaraq 
bərabəryanlı üçbucaq formasını alır. bu zaman alınan və verilən hava 
axını səssiz həmin geniĢ səs keçidindən keçir.


12 
Səsin yaranması zamanı səs telləri yumulmuĢ vəziyyətdə olur. 
Nəfəsvermə nəticəsində hava axını həmin yumulmuĢ səs tellərinin 
büküĢləri arasından keçərək onları bir qədər kənara itələyir. Səs telləri 
özünün elastikliyi və səs keçidini daraldan vəziyyətinə qayıdır. Beləliklə 
də, yumulma və açılma o vaxta qədər davam edir ki, səs törədən hava 
axınının təzyiqi dayandırılsın. BaĢqa sözlə, fonasiyada (səslənmə) səs 
tellərinin rəqslənməsi, köndələn istiqamətdə, yəni yuxarı və aĢağıya 
deyil, daxilə və xaricə tərəf hərəkət edir. Nəticədə, səs tellərinin 
rəqslənməsi ətraf mühitə ötürülərək danıĢıq səsi kimi qavranılır.
Səs güçə , ucalığa və tembrə malikdir. Səsin gücü səs tellərinin 
rəqslənməsinin amplitudundan, yəni, nəfəsvermənin gücündən asılıdır. 
Səsin gücünə udlaq, ağız və burun boĢluqlarının təsiri böyükdür.
Rezonator boĢluqlarının forma və böyüklüyündən, eləcə də qırtlağın 
quruluĢundan asılı olaraq səs müəyyən fərdi «çalar» qazanır. Buna səsin 
tembri deyilir və insanlar bir-birindən səsin tembri ilə fərqlənirlər. 
Səsin ucalığı səs tellərinin rəqslənmə tezliyindən, o isə gərginliyin 
uzunluğu, qalınlığı və dərəcəsindən asılıdır. Səs telləri nə qədər uzun, 
qalın və az gərginləĢərsə səs bir o qədər alçaq olar.

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin