Dərs vəSAİTİ Azərbaycan Respublikası Təhsil Nazirliyi Elmi Metodik Şurasının



Yüklə 1,56 Mb.
Pdf görüntüsü
səhifə6/84
tarix16.04.2023
ölçüsü1,56 Mb.
#98814
növüDərs
1   2   3   4   5   6   7   8   9   ...   84
Loqopediya (Mühazirələr)

II mərhələ-məktəbəqədər yaĢdan əvvəlki dövrdür. UĢaqda ilk 
sözlərin meydana gəlməsi ilə hazırlıq mərhələsi bitmiĢ olur. Və onda 
fəal nitqin yaranması baĢlayır. Bu zaman uĢaqda onu əhatə edənlərin 
artikulyasiyasına xüsusi diqqət yaranır. O, özü dəfələrlə (danıĢmanı) 
danıĢanı yamsılayır və özü müstəqil sözləri ifadə edir. Bununla yanaĢı, 
o, səsləri qarıĢdırır, yerlərini dəyiĢik salır, buraxır və tələffüzünü təhrif 
edir. 
UĢağın ilk sözləri ümumi məna xarakteri daĢıyır. Belə ki, eyni sözlə 
ya da söz birləĢməsi ilə həm əĢyanı, həm istəyini, həm də hisslərini 
adlandıra bilər. Məs: ata sözü həm atanın kəlməsini, həm atanı 
istəməsini, həm də incəlikliyini bildirə bilər. Buna görə də stiuasiyadan 
asılı olaraq uĢağı baĢa düĢmək olar. Belə nitq stiuasiyası nitq adlanır və 
jest-mimika ilə müĢayiət olunur.


20 
Göstərmək lazımdır ki, 2 yaĢdan 3 yaĢa qədər uĢağın lüğətində artıq 
çoxlu söz olur. Məs: 1 yaĢ 6 ayında 10-15, 2 yaĢın sonuna 300 söz, 3 
yaĢında 1000-ə qədər söz ola bilir. 
3 yaĢın əvvəlində uĢaqda nitqin qrammatik quruluĢu formalaĢmağa 
baĢlayır.
Əvvəl uĢaq arzu və istəyini eyni bir sözlə, sonra primitiv ifadə ilə 
(ata, appa, mə, dəd-ata mənimlə gəzməyə gedək), sonra isə uzlaĢma və 
idarə əlaqələrinin əlamətləri olan cümlələrlə bildirir.
3 yaĢda artıq uĢaqlar isimləri tək və cəmdə, felləri isə Ģəxs, kəmiyyət 
və zamana görə dəyiĢmək vərdiĢlərinə praktik olaraq yiyələnmiĢ olurlar.
III mərhələdə – məktəbəqədər yaĢ dövrüdür.
Qeyd etmək lazımdır ki, bu mərhələdə uĢaqların çox hissəsində düzgün 
olmayan səs tələffüzü müĢahidə edilir. (s, z, Ģ, j, f, v, c, y) 
3 yaĢından 7 yaĢına qədər olan mərhələdə uĢaqlarda öz tələffüzünə 
eĢitmə vasitəsi ilə nəzarət etmək və müəyyən imkan daxilində onu 
düzəltmək vərdliĢləri inkiĢaf edir. baĢqa sözlə lüğət tərkibi çox böyük 
surətlə zənginləĢir. Belə ki, uĢağın 4-6 yaĢında aktiv lüğət ehtiyatı 3000-
4000 sözə çatır. Sözlərin mənası daha da dəqiqləĢir və çox zənginləĢir. 
UĢaqda «nitq duyumu» - nitqlə ünsiyyət təcrübəsi artdıqca söz 
yaradıcılığı, sintaktik əlaqələrdən istifadə bacarığı nitqi hissetmə 
formalaĢır. 4 yaĢında uĢaq sadə və mürəkkəb cümlələrdən istifadə edə 
bilir.
5 yaĢında nisbi olaraq tabesiz və tabeli mürəkkəb cümlələrdən istifadə 
edir. («sonra biz evə getdik, anam bizə qoğal verdi». «Mən anamı çox 
sevirəm, çünki o, mənim üçün oyuncaq alır»). Bu yaĢdan etibarən, 
uĢaqların danıĢığı qısa hekayətlərə oxĢayır. Söhbət zamanı onların 
suallara cavabı daha çox cümlələrdən ibarətdir.
Məhz 5 yaĢında nitqin ən ağır növü monoloji nitq formalaĢmağa 
baĢlayır.
Bu mərhələdə fonetik qavrama daha da yaxĢılaĢır. UĢaq əvvəl sait və 
samit səsləri, sonra yumĢaq və bərk samitləri, ən nəhayət isə sonor, fitli 
və fısıltılı səsləri diferensiallaĢdırmağa baĢlayır.
Məktəbəqədər yaĢ dövründə tədricən kontekstli (ümumiləĢmiĢ, 
yayındırılmıĢ, əyani dayaqdan məhrum) nitq formalaĢır. Kontekstli nitq 
əvvəlcə uĢağın nağılları, hekayələri nəql etdiyi zaman sonra isə öz həyat 
təcrübəsində qarĢılaĢdığı hər hansı bir hadisəni təsvir edəndə meydana 
çıxır.
IV mərhələ – məktəb dövrüdür.
Bu mərhələdə uĢaqların nitq inkiĢafının xüsusiyyətləri digər 


21 
mərhələlərdən fərqlənir. Məktəb dövründə nitq Ģüurlu surətdə ona 
yiyələnmə ilə, səs təhlili qrammatik qanunları mənimsəmə ilə 
xarakterikdir. Məhz, bu dövrdə nitqin yeni bir növü-yazılı nitq aparıcı 
rol oynamağa baĢlayır.
Məktəb dövründə uĢaq nitqinin məqsədyönlü yenidən qurulması baĢ 
verir, yəni səsləri qavramaqdan və fərqləndirmədən ta bütün nitq 
vasitələrindən Ģüurlu istifadə edilməsi meydana çıxır.
Göstərmək lazımdır ki, bütün adları çəkilən mərhələlər arasında ciddi, 
dəqiq sərhədlər yoxdur. Bu mərhələlər rəvan olaraq biri digərinə keçir.
UĢağın nitq inkiĢafı prosesinin vaxtında və səlis olması üçün 
müəyyən Ģərtlər vacibdir, yəni bu prosesin müvəffəqiyyətli keçməsi 
üçün uĢaq: 
-psixi və somatik cəhətdən sağlam olmalıdır. 
-normal əqli imkanlara malik olmalıdır. 
-normal eĢitmə və görməyə malik olmalıdır. 
-kifayət qədər psixi fəallığı olmalıdır. 
-nitq ünsiyyətinə tələbatı olmalıdır. 
-normal nitq mühiti ilə əhatə olmalıdır. 
UĢağın normal nitq inkiĢafı ona imkan verir ki, yeni anlayıĢları 
həmiĢə qavrasın, ətraf aləm haqqında təsəvvür və bilik ehtiyatlarını 
zənginləĢdirsin.
Beləliklə də, nitq, onun inkiĢafı sıx surətdə bilavasitə təfəkkürün 
inkiĢafı ilə bağlıdır.
Kiçik yaĢlı uĢaqların nitqi onun formalaĢması mərhələsində səs 
tələffüzü çatıĢmamazlıqları ilə fərqlənir. Bu, ilk öncə, artikulyasiya 
aparatının üzvlərinin natamam hərəkətləri nəticəsində meydana gəlir, 
yəni dil, dodaq, yumĢaq damaq, aĢağı çənənin hərəkətlərinin tam inkiĢaf 
etməməsi tələffüz qüsurlarını yaradır. Ġkinci səbəb uĢaqlarda fonematik 
qavramanın, eĢitmənin formalaĢmaması, yəni eĢitmə ilə səsləri 
qavramaq 
və 
bütün 
nitq 
səslərinin 
(fonemlərinin) 
dəqiq 
differensiallandırmaq bacarığının tam inkiĢaf etməməsidir.
Buna görə də məktəbəqədər yaĢ dövrünün baĢlanmasında uĢağın 
nitqi kifayət qədər aydın və təmiz səslənmir. Məlumdur ki, uĢaqlar bir-
birlərindən fonematik qavramanın inkiĢaf səviyyəsi, həmçinin nitq 
aparatının motorikasının inkiĢafına görə də fərqlənirlər. Bəzi uĢaqlara 
artikulyasiya hərəkətləri çox asan baĢa gəlir. Onlar bir dəfə görmək və 
izah edilməklə onlar üçün əlçatmaz olan bir səsin tələffüzünə nail ola 
bilirlər. Lakin digərləri əksinə öz nitq orqanlarını idarə edə bilmir və 
onlara uzun müddət məĢq etmək lazım gəlir. Bundan sonra onlar lazımi 


22 
artikulyasiya hərəkətləri edə bilərlər. Məktəbəqədər yaĢlı uĢaqlar sait 
səslərin çoxunu geniĢ yastılanmıĢ dillə hava axını ağızdan dilin 
ortasından keçməsi ilə tələffüz edirlər. Dilin düzgün olmayan vəziyyəti 
hava axınının istiqamətini dəyiĢərək səsin tələffüzündə qüsurların 
olmasına səbəb olur. 3 yaĢında olan uĢağın nitqində təsadüf edilən nitq 
qüsurları aĢağıdakılardır.
1.Saitlər bir qədər yumĢaq tələffüz edilir və ya əksinə. 
2.UĢaqların çoxu Ģ, j, ç səslərini tələffüz etmir və adətən, s, z 
səsləri ilə əvəz edirlər. Məs: «zurnal» (jurnal), «sar» (Ģar), «sirin» 
(Ģirin), «Zalə» (Lalə). 
3.R səsini tələffüz etmirlər: Və ya l, v, j səsləri ilə əvəz edirlər. 
«əndə» (rəndə), «qal» (qar).
Və ya l, v, j səsləri ilə əvəz edirlər. «əndər-rəndə, qal-qal» və s.
4.L səsi çox zaman yumĢaq tələffüz edilir: «Lyalyə» (Lalə). 
Bəzən L səsi y səsi ilə əvəz olunur. «yampa» (lampa), «yimon» (limon).
5.Q, k, x səsləri bəzən buraxılır və ya t, d səsləri ilə əvəz edilir: 
«toyun» (qoyun), «doz» (qoz), «delem» (kələm), «toruz» (xoruz).
Getdikcə bu qüsurlar azalır və 4-5 yaĢ üçün uĢaqların çoxu 
düzgün səs tələffüzünə malik olurlar.
Bütün yuxarıda qeyd etdiklərimizi nəzərə alıb, göstərmək lazımdır 
ki, məktəbəqədər yaĢ dövründə düzgün formalaĢmıĢ nitqin tərbiyə 
edilməsi çox ciddi və lazımlı ictimai əhəmiyyətli vəzifədir. Bu vəzifənin 
məsuliyyətini həm valideynlər, həm müəllimlər, həm də ictimaiyyət 
baĢa düĢməlidir.
Biz göstərdik ki, 4-5 yaĢlarda nitq qüsurlarının çoxu aradan çıxır. 
lakin bu proses öz-özünə deyil, böyüklərin pedaqoji təsiri nəticəsində 
baĢ verir. bu təsir o vaxt yaxĢı nəticə verir ki, uĢaq normal eĢitsin, 
düzgün danıĢmaq üçün böyüklərin göstəriĢini alsın və bu göstəriĢə 
uyğun danıĢmağa həvəsi olsun. Beləliklə, uĢağın nitq mühitinin 
yaxĢılaĢması, valideyn və tərbiyəçilərin aydın və düzgün nitqi çox 
böyük əhəmiyyətə malikdir.
Qeyd etmək lazımdır ki, bəzən ailələrdə uĢağın danıĢığını təqlid 
edərək, onlarla uĢaq dilində danıĢır və bununla düzgün olmayan tələffüz 
vərdiĢləri aĢılayırlar. («qa-qa gəlsin üfə yesin», «Çiçi paltar dəĢəydir», 
«Dü-dütə minib oppa gedəy» və s.) Bəzən isə uĢaqları çox çətin Ģer 
parçalarını əzbərləməyə məcbur edirlər. Nitq mexanizminin fizioloji 
yüksəlməsi nəticəsində yaĢa görə düzgün olmayan tələffüz möhkəmlənir 
və daha da artır.


23 
UĢaq bağçalarında tərbiyəçilər uĢaqlarda nitqin formalaĢmasına 
xüsusi diqqət yetirilməli və bu prosesə rəhbərlik etməlidirlər. MəĢğələ 
saatlarında gəzinti və rejim proseslərində tərbiyəçilər uĢaqların nitqinə 
nəzarət edib onların aydın və səlis danıĢmalarına çalıĢmalıdırlar. Nitq 
inkiĢafı üzrə aparılan iĢlərdə ən mühüm yeri uĢaqlarda düzgün səs 
tələffüzü və diksiyanın formalaĢmasına istiqamətlənmiĢ məĢğələ və 
oyunlara vermək lazımdır.
Qeyd etmək lazımdır ki, dəqiq artikulyasiyalarının inkiĢafı 
uĢaqlarda danıĢıq vaxtı müsahibinin üzünə baxmaq vərdiĢi yaradır və 
beləliklə də, dodaq və dilin hərəkətini izləmək bacarığı formalaĢır.
Sonralar da uĢaqlarda eĢitmə diqqətini və fonematik qavramanı 
inkiĢaf etdirmək çox vacibdir. Səslərin eĢitmə ilə dəqiq qavranılması 
düzgün səs tələffüzünü tənzimləyir, düzgün səs tələffüzü isə öz 
növbəsində fonematik qavramanın daha da yaxĢılaĢmasına kömək edir. 
Məktəbəqədər yaĢlı uĢaqların danıĢıq səsləri ilə tanıĢlığı yaxĢı olardı ki, 
oyun formasında, hər biri səsi hər hansı konkret obrazla bağlayıb həyata 
keçirsinlər. Məs: z səsi-ağcaqanadın mahnısı kimi; g-böcəyin səsi kimi; 
v-maĢının getməsi kimi; f-paravozun yola düĢməsi və s.
Bundan əlavə uĢaqlara yanıltmacların öyrədilməsi də yaxĢı 
nəticələr verir. 
Beləliklə, aparılan sistemli və məqsədyönlü iĢ nəticəsində 
uĢaqlarda düzgün səs tələffüzünə nail olmaq və nitq qüsurlarının 
qarĢısını almaq olar.


24 

Yüklə 1,56 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin