Dərs vəsaiti Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq



Yüklə 1,14 Mb.
Pdf görüntüsü
səhifə13/35
tarix02.01.2022
ölçüsü1,14 Mb.
#37875
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   35
am pftmt

Sədi  Şirazi  (1189-1291) yardıcılığında insan şəxsiyyətinin formalaşmasına 
təsir edən amillər – irsiyyət, tərbiyə  və mühit eyni dərəcədə  dəyərləndirilir, hər 
üçünün də  həlledici olmasının qənaətinə  gəlinir. O, ayrı-ayrı hekayətlərdə  və  şer 
parçalarında hər üçünün fəzilətlərindən bəhs edir. Şərq klassikləri kimi o da hər 
şeydən öncə şəxsiyyətin təşəkkülündə irsiyyəti aparıcı amil kimi tərənnüm edir: 
                          Heç seyqəl götürməz zatı pis dəmir, 
                          Nə qədər çalışsan bədgöhər olar. 
Və yaxud o belə bir maraqlı əhvalatı təsvir edir: Bir dəstə quldur dağ başında 
məskən salıb, gəlib-gedən karvana hücum edir, onların var-yoxlarını alırdı. Ona görə 
yerli adamlar onları tutmağı qərara alırlar. Onlar pusqu təşkil edir və quldurları əsir 
alırlar. Şah quldurların hamısını öldürməyi əmr edir. Onların sırasında gənc bir oğlan 
da vardı. O, çox gözəl idi. Vəzirlərdən birinin ona rəhmi gəldi və onun 
bağışlanmasını xahiş etdi. Vəzirin sözündən xoşlanmayan şah dedi:  
                          Yaxşı ibrət götürməz, zatı bəd, nacins olan 
        Necə ki, günbəz başında qoz dayanmaz heç zaman. 
Belə yaramazların kökünü kəsmək lazımdır. Odu söndürüb, qorunu saxlamaq, 
əfini öldürüb balasına rəhm etmək ağıllı  iş deyildir. Vəzir  şahın dediklərini təsdiq 
edib deyir ki, onun buyuruqları həqiqətdir. Lakin oğlanı yaxşı tərbiyə etsək o düzələr. 
Şah oğlanın günahından keçdi və dedi: - Məsləhət bilmirəm, lakin bağışlayıram. 
Oğlanı bir müəllimə verdilər. Vəzir oğlanı şaha təriflədikcə hökmdar vəzirin 
sözünə gülümsəyib deyirdi:  
                             Insanla qalmağa etsə də adət, 
                             Qurd oğlu qurd olar yenə nəhayət. 


 
60
Bu hadisədən bir neçə il keçdi.  Oğlan bir dəstə dələduzlarla dostlaşıb, onlarla 
yoldaşlıq edir. Bir gün fürsət tapıb,  həmin vəziri,  onun  iki  oğlunu  öldürüb  dağlara 
qaçır. Şah bunu eşidib təəssüflənir və deyir: 
                                  Iti şəmşir olmaz paslı dəmirdən, 
                                  Gözləmə nakəsdən adamlığı sən, 
                                  Yağışla sulansa bağ da, şoran da, 
                                  Bağda lalə bitər, şoranda tikan. 
Göründüyü  kimi  o,  burada  irsiyyəti əsas götürür. Bəzi rübailərində isə əqli 
qabiliyyətlərin inkişafında tərbiyəyə üstünlük verir. Insan şəxsiyyətinin 
formalaşmasında onun özünün fəal iştirakını  zəruri hesab edən Sədi  əqli tərbiyə 
altında biliklərə yiyələnməyi, onları praktikaya tətbiq etməyi və  əqli qabiliyyətləri 
inkişaf etdirməyi nəzərdə tuturdu. O, biliyin həyatı  əhəmiyyətini göstərməyə çalışır 
və qeyd edirdi ki, kim biliklərə yiyələnərsə, ağıllı, xeyirxah, gözəl davranışa malik 
olar. Ona görə də uşaqların tərbiyəsinə kiçik yaşdan başlamaq lazımdır: 
Kiçik ikən hər uşaq edilməzsə tərbiyət, 
     Böyüyəndə görünməz onda ədəb, nəzakət. 
                                Yaş çubuğu, istəsən hər şəklə salarsan, 
 Od qurudub düzəldər o çubuğu nəhayət. 
3.  Şərqdə  qədim və orta əsrlərdə yaşayıb-yaratmış alim, şair və dövlət 
xadimlərinin hərəsinin özünə  məxsus orijinal və  səciyyəvi cəhətləri, sirli tərəfləri, 
ziddiyyətli və mübahisəli məsələləri vardır. Belə görkəmli  şəxsiyyətlərdən biri də 

Yüklə 1,14 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin