73
təqdim edilməsində və aydınlaşdırılmasında olmuşdur.
M.T.Sidqinin açdığı məktəbin adı “Əxtər” idi. O, “Tərbiyə” məktəbində
müdir və müəllim olduğu müddətdə “heykəli-insana bir nəzər”, “Kəblə-Həsir”,
“Mənəviyyati-mədəniyyə”, “Həkimanə sözlər” kimi bir çox əsərlər, əlyazmalar,
dərsliklər yazmışdır. Bu əsərlərin hamısında uşaqları humanistliyə çağıran, humanist
hisslər tərbiyələndirən motivlər daha çox üstünlük təşkil edir. M.T.Sidqinin yaratdığı
“Tərbiyə” məktəbində müdirdən tutmuş ta müəllimlərədək hamı, uşaq şəxsiyyətinə
hörmət
etməklə bərabər, uşaqların mənfi davranışına təsadüf edilərsə, nəsihət yolu ilə
həmin xasiyyətlərin islah olunmasına çalışırmışlar. Sidqi hər bir adama elmli,
tərbiyəli olmağı məsləhət görür və yazırdı ki, insana yemək, içmək və geymək nə
qədər lazım olsa, elm, mərifət və tərbiyət eləcə lazımdır (58, səh.59).
M.T.Sidqi göstərirdi ki, insanın cəmiyyətdə davranışı və özünü aparması,
yoldaşları ilə münasibəti və s. onun əxlaqi keyfiyyətlərə malik olmasından çox
asılıdır. Buna görə də Sidqi bir pedaqoq kimi, uşaqlara
lap kiçikliyindən tərbiyə
verməyi məsləhət görürdü. Çünki, “Təzə əkilən tənəklərə və ağaclara su vermək nə
qədər lazım olsa, uşaqlara da təlim-tərbiyə kiçiklikdə o qədər lazımdır” (52, səh.77).
Insanın xasiyyəti, əxlaqı mürəkkəb və müxtəlif olduğundan Sidqi tərbiyəni
uşaqlara lap kiçiklikdən verməyi lazım bilirdi. O, yazırdı: “Bu cəhətə barmaq boyda
balalar ağ və qaranı, isti və soyuğu anlamağa başladıqları vaxtdan gözəl-gözəl
xasiyyətləri onlara anlatmaq, təlim və tərbiyəsinə diqqət etmək lazım
və bəlkə də
vacibdir. Çünki uşaqlıq yaş ağaca bənzər. Təzə yaş ağacı, hər nə qədər əyri olsa,
düzəltmək asandır” (52, səh.58).
Sidqi uşaqların tərbiyəsini nəzarətsiz qoymamağı təklif edərək, göstərir ki,
uşağın tərbiyəsi gözdən yayınarsa, o böyüyən vaxt əxlaq və ədəbdən uzaqlaşıb bəd
xasiyyətlər vücuduna təbiəti-sənəviyyən olduqca islahı müşgül və düşvardır.
“Tərbiyəsiz uşaqların müsahibatı kömürə bənzər, hərgah insanın libasını yandırmasa
da qaraldar” (52, səh.29). Pedaqoq belə uşaqları təsvir edərək göstərir ki, “biədəb
uşaqlarda əsla ar və namus olmaz, böyük və kiçik tanımaz, ata və anasının ehtiramını
saxlamaz, ustad və müəllimin qədrini bilməz, gələcək günlərini əsla xəyala gətirməz,
avara və sərgərdan adamlar kimi küçələrdə boş və bekar dolaşıb, əziz
ömrünü qəflət
və cəhalət ilə keçirər” (52, səh.29).
74
Insan tərbiyəsinin müxtəlifliyini görən pedaqoq qeyd edirdi ki, bu müxtəliflik
uşaqlara aşılanan tərbiyə formalarının bir-birindən fərqli olmasından əmələ gəlir. Pis
tərbiyə olunan ədəbsizliyə, yaxşı tərbiyə olunan isə lazımi əxlaqi sifətlərə malik olur.
Beləliklə, Sidqi uşaqlarda humanist hisslərin formalaşmasının da əsasını yaxşı
tərbiyədə görürdü. Sidqinin bu fikrinə Azərbaycanın görkəmli maarifpərvəri Firudin
bər Köçərli də şərik olub, “Tərbiyənin amilləri” əsərində Sidqi ilə eyni mövqedə çıxış
etmişdir. O, yazırdı: “Tərbiyə uşağın ruhunda bir iz, bir əsər buraxır və onun qəlbini
bu və ya digər hala salır” (29).
Sidqi əxlaqi sifətlərin hədsiz dərəcədə mürəkkəb olmasını göstərməklə
bərabər, bu hərəkətlərin nizama salınmasının tam mümkün olmasını da şərh etmişdir.
O, tərbiyənin təsiredici qüvvəsinə möhkəm inanır və hər bir
mənfi əxlaqi sifətə malik
olan insanın tərbiyə vasitəsilə islah olunmasını mümkün hesab edir və “islaha gəlməz
insan yoxdur” – deyirdi. Pedaqoq “tərbiyəni insanın parası və ailənin güzgüsü” hesab
edirdi.
Dostları ilə paylaş: