1. Avropa intibahının beşiyi İtaliya idi. Humanizm ideyaları əsasən İtaliyada
138
mərkəzləşmişdi. Şəhərlərdə zehni əməklə məşğul olan xüsusi insanlar qrupu –
ziyalılar qrupu meydana gəldi. Yeni sinfin – burjuaziyanın yaranması mədəni
yüksəlişə stimul verdi.
Insanların həyata baxışlarında çevriliş baş verdi. Elə ona görə də İtaliya
intibahın beşiyi oldu.
Bu hərəkat Dante Aligeri (1265-1321), Françesko Petrarka (1304-1374),
Vitterina de Feltre (1378-1446) və B.Quarinin (1374-1460) adı ilə bağlıdır.
Italiya humanistləri tərbiyənin ən yaxşı yolunu klassik yunan – Roma
mədəniyyətinin mənimsənilməsində görürdülər. Intibah dövründə İtaliya
humanistləri arasında Tomazo Kampanella (1568-1639) seçilirdi. Tomazo
Kampanella ilk təhsilini monastırda almışdır. Gənc yaşlarında fəlsəfə ilə
maraqlanmağa başlamışdır. Bir neçə fəlsəfi əsərlərin müəllifi olmuşdur.
T.Kampanella Cənubi İtaliyanın ispan monarxiyasından azad olunması
uğrunda gedən mübarizələrdə fəal iştirak etmişdir. Azadlıq mübarizəsində iştirakına
görə bir neçə dəfə həbs edilmişdir. Axırıncı dəfə 1602-ci ildə ömürlük həbs cəzasına
məhkum edilmişdir. Lakin 1629-cu ildə o, həbsdən azad edilmişdir. Kampanella
həyatının axırıncı illərini Fransada keçirmişdir. Uzunmüddətli həbsxana həyatı onu
susdura bilməmiş və o, hələ həbsxanada olarkən özünün məşhur utopik əsəri olan
“Günəş şəhəri”ni yazır.
“Günəş şəhəri”ndə hər şey ümumidir, hamı ümumi əməkdə iştirak edir.
Burada əmək yetişən nəslin inkişafında əsas yer tutur. Əsərin iki qəhrəmanı Qostnik
və Morexodun müsahibələrində Kampanella öz fikir və ideyalarını verə bilmişdir.
Onun “Günəş şəhəri”ndə bütün divarlar şəkillərlə bəzədilmişdir ki, bu şəkillər
vasitəsilə elmlər asan qavranılır. Bu divarların bir tərəfində həndəsi fiqurlar, digər
tərəfində çaylar, dənizlər, heyvan və ağac şəkilləri əks edilmişdir.
Tomazo Kampanella belə hesab edirdi ki, uşaqların tərbiyəsi ilə məşğul
olmağa iki yaşdan başlamaq, əlifbanı isə onlara şəhərin hasarlarında, evlərin
divarlarında çəkilmiş şəkillərdən istifadə edərək öyrətməyə üç yaşdan başlamaq
lazımdır. Səkkiz yaşdan isə müxtəlif elmlərin sisteminin öyrədilməsinə
başlamalıdırlar. Elmlərin öyrədilməsində isə müntəzəm olaraq müxtəlif
emalatxanalara gedilməlidir, çünki bu onlara texniki biliklər verməklə, həm də
139
gələcək sənətin şüurlu seçilməsinə kömək edə bilər. On iki yaşdan isə cinsindən asılı
olmayaraq onların hərbi hazırlığına başlanılmalıdır ki, müharibələr zamanı qadınlar
da öz uşaqları və yeniyetmələri ilə birlikdə bu müharibələrdə iştirak edə bilsinlər.
T.Kampanella utopik əsəri olan “Günəş şəhəri”ndə əməkçilərin xoşbəxt,
ümumi dövlətində uşaqların erkən yaşdan ictimai tərbiyəsinin və təliminin verilməsi
haqqında öz demokratik ideyalarını irəli sürmüş və orada o, əyaniliyə, təbiətə istinad
etmişdir.
Bütün humanist pedaqoqları birləşdirən bir mənəvi yaxınlıq vardır ki, o da
onların əşyadan sözə gəlməyi əsas tutmaları, təbiətdə təcrübəni əsas götürmələri idi.
Intibah dövrünün bu pedaqoqlarının pedaqoji ideyaları gələcək pedaqoji
nəzəriyyələrin formalaşmasına öz təsirini göstərə bilmişdir.
Pedaqogika elminin inkişafında böyük xidmətləri olan Y.A.Komenski
(1592-1670) bütün mənalı həyatını insanların tərbiyəsi məsələsinə həsr etmişdir.
Ömrüboyu narahat həyat keçirən otuz illik müharibədən əzab və əziyyət çəkən,
övladlarını, əlyazmalarını belə itirən, insanları bəladan xilas etməyə çalışan
Y.A.Komenski özünə Amos (insanları bəladan xilas edəcək peyğəmbər) təxəllüsünü
seçmişdir.
Bütün həyatını xalqın maariflənməsinə həsr edən Komenski məktəbəqədər
tərbiyə məsələlərinə ciddi fikir vermişdir. Onun fikrincə tərbiyə işinə uşaq hələ
anadan olmamışdan başlamaq lazımdır. O, məktəbəqədər tərbiyə haqqında fikirlərini
“Ana qucağı məktəbi” adlı əsərində şərh etmişdir. əsər həcmcə kiçik, məzmunca çox
böyükdür, o ana qucağı məktəbini gənc nəslin tərbiyəsində mühüm mərhələ hesab
edirdi. Uşaqların tərbiyəsinə bu mərhələdən başlamaq iki cəhətdən: uşaqları pis adət
və vərdişlərdən qorumaq və gələcək tərbiyəni düzgün təşkil etmək üçün faydalıdır.
Doğrudur, məktəbəqədər tərbiyə haqqında hələ yeni eradan əvvəl (427-347) görkəmli
yunan filosofu Platon maraqlı fikirlər söyləmişdir. Komenski Platonun həmin fikirləri
ilə tanış idi. Lakin, Platon uşaqların tərbiyəsində ailənin rolunu inkar edir və deyirdi
ki, ailədə uşaq düzgün tərbiyə oluna bilməz. Platon uşaq doğulan kimi onu alınıb
körpələr evinə verilməsini tələb edirdi. Məlumdur ki, Platon dövründə spartalılar yeni
doğulan uşaq sağlam və gümrah olduqda onu götürüb, zəif və xəstə olduqda isə onu
məhv edirdilər.
140
Y.A.Komenski ailəni uşağın tərbiyəsində ilk yer hesab etmiş, uşağın
tərbiyəsində ailənin böyük rolunu yüksək qiymətləndirmişdir. “Ana qucağı məktəbi”
əsərində Komenski analara, dayələrə, uşağı düzgün tərbiyə etməyin yolları haqqında
qiymətli məsləhətlər vermişdir. O, ailə tərbiyəsinə dövlət əhəmiyyətli bir məsələ kimi
baxmış və tərbiyə sistemində ailəni ilk mərhələ hesab etmişdir. O, uşaqları sevməyi,
onlara humanist baxımdan yanaşmağı tələb edirdi. Bu isə, əlbəttə pedaqogikada yeni
bir məsələ idi. Uşaqlara hörmət, məhəbbət, onlara qayğı ilə yanaşmaq həm ailənin,
həm də ictimaiyyətin birgə işidir. Ailə, ictimaiyyət və dövlətin qayğısı sayəsində uşaq
böyüyüb cəmiyyətin fəal bir üzvünə çevrilir. Y.A.Komenski bu əsərinə Siseronun çox
qiymətli bir kəlamını epiqraf vermişdir: “Dövlətin əsasını gəncliyin düzgün tərbiyəsi
təşkil edir”. Komenskinin həmin əsəri insanlığın tərbiyəsində ən yaxşı vəsaitdir.
Çünki köhnə nəsli əvəz edən yeni nəsil düzgün tərbiyə olunmasa cəmiyyət məhv olub
gedər.
Komenski əsərin girişində göstərir ki, tərbiyə işi ilə kim məşğul olursa onun
qarşısında 3 vəzifə durur:
1. Dünyada qızıldan qiymətli olan bir şey sizə verilib, bu uşaqdır.
2. Onun qarşısında hansı məqsəd durur? Yəni tərbiyə gəmisini hansı
istiqamətə yönəltmək lazımdır?
3. Gəncliyin düzgün tərbiyəyə ehtiyacı var.
Y.A. Komenskiyə görə uşaqlar 6 yaşa qədər aşağıdakı elmlərə dair
məlumatları bilirlər. Fizika ilə bağlı olan təbiət hadisələrini, təbii hadisələrin adlarını:
yanğın, hava, su, torpaq, qar, buz, dəmir və s. bilirlər. Bununla əlaqədar olaraq
uşaqlar bir neçə ağacı, otu, çiçəyi, gül və müxtəlif heyvanları tanıyırlar, bədəninin
xarici üzvləri və onların vəzifələrini bilirlər.
Astronomiyadan – günəşi, ayı, ulduzu bir-birindən fərqləndirə bilirlər.
Coğrafiyadan – doğulduğu, yaşadığı yeri bilir, şəhəri, kəndi fərqləndirir,
xronologiyaya aid saat, gün, ay, il və s. aid bilgilərə yiyələnmək olurlar.
Uşaq dünənki hadisəni xatırlayırsa, bu gün, keçən il, iki-üç il bundan əvvəl
olmuş hadisəni dumanlı bilirsə, deməli, tarixə aid müəyyən anlayışları mənimsəmiş
olur. Komenskiyə görə uşaqlar siyasətə dair biliklərə də yiyələnmiş olurlar. Onlar
dövlət başçısını tanıyır və s.
141
Komenski göstərir ki, uşaqlar zaman anlayışını çox çətin mənimsəyirlər. Bu
yaşda uşaqlar hətta bu günlə sabahı qarışdırırlar.
Komenskiyə görə uşaqlar fəaliyyətlə, ağıl və dillə bağlı olan incəsənət,
dialektika, riyaziyyat, musiqi, bir neçə əl işləri və fiziki təmrinləri bilirlər.
Ilk altı ildə uşaq sual verib, cavab almağı bacarmalıdır. Bu dövrdə
riyaziyyatın əsaslarından çoxu, azı, enli, ensizi və digər ölçü vahidlərini sənətkarlıq
və əməkdən kəsməyi, tikməyi, sökməyi bilməlidir. Dillə əlaqədar uşaqlarda
qramatikaya, ritorikaya, poetikaya aid biliklər inkişaf edir.
Beləliklə, 6 yaşlı uşaqlarda əşyaları tanımaq, fiziki əmək və cəldlik, nitq
mədəniyyəti, əxlaq və xeyirxahlıq, mərhəmətlilik və s. kimi anlayışlar
formalaşdırılmalıdır.
Komenski analara uşaqların qayğısına hələ uşaq dünyaya gəlməzdən əvvəl
qalmağı məsləhət görür, bunun üçün ilk növbədə hamilə qadınlar öz sağlamlıqları
qayğısına qalmalıdırlar, hamilə qadınlara içki içmək, həyacanlanmaq, əsəbiləşmək,
əzab çəkmək olmaz. Ana bu mühüm məsələlərə əhəmiyyət verməsə, onun gələcək
övladı əsəbi, narahat, qəmgin olacaq, bəzən isə ölü doğulacaqdır. Elə ki, bu zəif
məxluq dünyaya gəldi, valideyn birinci növbədə onun qayğısına qalmalıdır. Uşağını
ana özü əmizdirməlidir. Ən dəhşətlisi odur ki, bəzi analar öz uşaqlarını başqa
qadınlara əmizdirmək üçün verir. Bunun bir sıra ziyanı vardır. Ana xəstə deyilsə, heç
vaxt belə etməməlidir. Uşağı başqası əmizdirərsə, ana övlad arasında münasibətlər
itir, uşaq böyüyərkən öz anasına hörmət etmir, ona yad bir qadın kimi baxır.
Komenskiyə görə anaların uşaqlarını özləri əmizdirməsi onların əxlaqi saflığı üçün də
faydalıdır. Komenski görkəmli filosof Favorinin apardığı maraqlı bir eksperimenti
şərh edir. Favorin ana südünün körpə varlığın həyatında nə kimi əhəmiyyət kəsb
etdiyini quzular və çəpişlər üzərində sınaqdan keçirir. Çəpişlər qoyunları, quzular isə
keçiləri əmirlər. Nəticədə keçiləri əmmiş quzuların yunu cod, qoyunları əmmiş
çəpişlərin tükü nisbətən yumşaq olur. Komenski həmin təcrübədən belə nəticə çıxarır
ki, ana südünün uşağın mənəvi təşəkkülündə böyük əhəmiyyəti vardır.
Y.A.Komenski deyirdi ki, uşaq həyatı oda bənzəyir, odun yanması və
alovlanması üçün hava lazım olduğu kimi, uşağın da inkişafı üçün hərəkət lazımdır.
Uşaq çox qaçıb oynayanda yaxşı yatır, mədəsi yaxşı işləyir, tez böyüyür, fiziki və
142
mənəvi cəhətdən möhkəm olur. O, belə bir atalar sözünü də misal gətirir ki, şən
əhval- ruhiyyə sağlamlığın yarısıdır.
Valideynlər təkcə
uşaqlarının sağlamlığının qayğısına qalmaqla
kifayətlənməməli, həm də uşaqların ağıllı böyümələrinə xüsusi diqqət verməlidirlər.
Çünki müdriklik hər cür cəvahiratdan qiymətlidir. Ağıl, zəka sağ əldir, dövlət və
şöhrət isə müvəffəqiyyətdir. Əqlin yolu işıqlı və gözəldir. Uşaqlar əvvəlcə anasını,
atasını, suyu, yeməyi tanıyır. Odun, küləyin, soyuğun nə demək olduğunu bilir. Iti,
pişiyi tanıyır. Dörd, altı yaşda uşaqlar qum, palçıq və s. nə olduğunu başa düşür,
meyvələri tanıyırlar. Y.A.Komenski qeyd edir ki, uşaqlar yeddi yaşda hər hansı işlə
məşğul olmağı çox sevirlər. Onların qan dövranı daim hərəkət tələb edir. o, deyirdi
ki, qoy onlar qarışqa kimi səhərdən axşama kimi işləsinlər, oynasınlar, hərəkət
etsinlər. Bu çox xeyirli və faydalıdır. Onların oyunlarının məzmunlu olması üçün
onlara kömək göstərilməlidir. O, Afina sərkərdəsi Femstoklun balaca oğlu ilə
meydançada qumun üzərində oynadığını misal gətirir. Bir gənc çox təəccüblə
sərkərdəyə baxır. Sərkərdə gəncə deyir ki, özünün övladın olana kimi burada
gördüyünü heç kimə danışma. Bununla Komenski demək istəyirdi ki, valideynlik
hissini, övlad məhəbbətini, övladın tərbiyəsini, nazını çəkmək qayğısını yalnız
valideyn olanlar bilərlər.
Uşaq nə görürsə onunla maraqlanır, onu əllərinə götürür, dartır, sökür,
qopardır. Onlar bıçağı, dəhrəni yerə döyür, bununla da özünə zədə yetirirlər. Ona
görə də uşaqlara müxtəlif oyuncaqlar almaq lazımdır. Çünki uşaqlar bu oyuncaqlarla
oynadıqdaonların bədəni möhkəmlənir, əqli inkişaf edir, bədən üzvləri hərəkət edir.
onlar çox həvəslə tikinti materialları ilə oynayır, ev düzəldirlər. Uşaqların bu işlərinə
kömək etmək lazımdır. Işsizlik həm ağıl, həm mənəviyyat, həm də bədən üçün
zərərlidir. O, həmin işləri tədricən yerinə yetirməyi tövsiyə edirdi.
Y.A.Komenski uşaqların nitq inkişafı məsələlərinə də böyük əhəmiyyət
vermişdir. O, deyirdi ki, insanı heyvandan iki şey fərqləndirir. Bunlardan biri şüur,
digəri isə nitqdir. Şüur insanın özü üçün, nitq isə bağqaları üçün lazımdır. Buna görə
də bunların hər ikisinə eyni cür qayğı göstərmək lazımdır. Insan nitq mədəniyyətinə
yüksəlmək üçün qrammatikanı, ritorikanı və poetikanı öyrənməlidir.
Uşaq qramatikanı ən uzağı altı aylıq olanda örənməyə başlayır. Bir yaşda
143
uşaqlar a, ba-ba, ma və s. səsləri deyirlər. Sonra uşaqlarda ən yaxın olan nə-nə, baba
və s. sözlər yaranır. Bu yaşda çox zaman valideyn uşaqlarla guya danışır, əşyanın əsl
adını qoyub uşağın verdiyi adı çox həvəslə deyirlər. Məsələn, pəpə, qaqqa, çay-ça və
s. Bu uşaq nitqinin inkişafına mənfi təsir edir. Bu yaşda ata, ana, dayə, bacı – hamı
uşağa sözü düzgün tələffüz etməyi öyrətməlidir. Bu yaşda qrammatika ancaq bundan
ibarətdir. Bunu təqribi üç yaşa qədər davam etdirmək olar. Dörd, beş, altı yaşda uşaq
nitqi ətraf mühitin təsiri ilə zənginləşir. Bu yaşda uşağın nə etdiyini, nə iş gördüyünü
düzgün ifadə etmək üçün şərait yaratmaq lazımdır. Ona görə də tez-tez onlara “nə
edirsən?” , “nə iş görürsən?” kimi suallar vermək lazımdır. Uşaqlara çətin sözləri
tələffüz etdirmək, yanıltmaclar öyrətmək lazımdır.
Ritorika da uşaqlarda bir yaşda başlayır. Biz çox zaman öz fikrimizi uşaqlara
danışıqdan çox jestlərlə çatdırırıq. Uşağa əlimizin hərəkəti ilə, təbəssümlə müraciət
edirik. Uşaq iki-üç yaşdan sifətdən qəmginliyi, sevinci duyur, başı tərpətməklə,
barmaq hədələməklə uşaq yaxşı və pis hərəkət etdiyini başa düşür. Təxminən üç
yaşdan uşaq təəccüblənməyi, bəzən əl hərəkəti ilə danışmağı bacarır. 5-6 yaşdan uşaq
öz yaşıdlarından və dayəsindən eşitdiyi sözləri mənimsəyir. Elmlərin əsası bu yaşda
qoyulur. Uşaqla ağıllı davranmaq lazımdır. Təxminən elə bu yaşda poeziyadan da
danışmaq olar. Ona görə ki, uşaq ahəngdarlıqla danışmağa başlayır, ifadəli şer
söyləyir.
Y.A.Komenski əxlaq tərbiyəsinə də böyük əhəmiyyət verirdi. Onun fikrincə
nəcib, xeyirxah adamları kiçik yaşlardan tərbiyə etmək lazımdır. Kiçik ağacı tez
böyütmək olur, eləcə də uşağı kiçik yaşdan xeyrixah tərbiyə etmək asandır. Bunun
üçün daim xeyirxahlıq nümunəsi vaxtında ağıllı nəsihətlər və təmrinlər, mülayim
intizam kimi şərtlər lazımdır. Uşaqlara həmişə yaxşı nümunə göstərmək zəruridir. O,
dünyaya gələndə meymuna oxşayır, lakin qayğının, səyin nəticəsində dəyişib başqa
cür olur. Uşaq gözündən heç bir şey yayınmır. Ona görə də uşağın yaşadığı mühitə
həmişə diqqət yetirmək lazımdır. Burada mülayimlik, xeyirxahlıq, bir-birinə hörmət
əsas yer tutmalıdır. Əxlaq tərbiyəsində Komenski cəzaya da müraciət edir. O,
döyməyi deyil, yeri gələndə bərkdən acıqlanmağı məsləhət görür. Komenski deyirdi
ki, ailədə intizamın böyük əhəmiyyəti vardır. Intizamsız böyüyən uşaq xeyirxah ola
bilməz.
144
Y.A.Komenski 6 yaşa qədər uşağı ana məktəbində saxlamağı məsləhət
görürdü. 6 yaşdan sonra uşağı məktəbə verməyi tələb edir. O yazırdı: “Toxum
cücərəndən sonra onun böyüməsi, yaxşı məhsul verməsi üçün bostana şitil edirlər.
Eləcə də uşağın fiziki və əqli cəhətdən yaxşı inkişaf etməsi üçün onu məktəbə vermək
lazımdır”.
Y.A.Komenski erkən təhsilin əleyhinə çıxırdı. O göstərirdi ki, 6 yaşdan əvvəl
verilən təhsil bir neçə cəhətdən ziyandır. Əvvəla uşaq bu işə tam hazır deyil, ikincisi
uşağın beyni öz inkişafını tam qurtarmamış olur. 6 yaşdan sonra o tam inkişaf etmiş
olur. O, bunu ağacla müqayisə edir. Elə ağac var ki, lap tez çiçək açır, amma o, çiçəyi
tez tökür, gec açılan çiçək isə daha yaxşı meyvə verir. Ona görə də vaxtından tez
verilən təhsil zərərlidir.
Y.A.Komenski uşağın məktəbə qoyulması məsələsi üzərində də xeyli dayanır.
O göstərir ki, bəzi valideynlər uşağı hazırlamadan məktəbə aparırlar. Belə
valideynlərin işi malı naxıra ötürmək kimidir.
Dostları ilə paylaş: |