I fəsil. Məktəbəqədər yaşlı uşaqların inkişafı, tərbiyəsi, təhsilinin
elmi-nəzəri və pedaqoji əsasları
1.1. Məktəbəqədər yaşlı uşaqların inkişafı, tərbiyəsi, təhsilinin
mahiyyəti, məqsədi və məzmunu....................................................7-13
1.2. Məktəbəqədər yaşlı uşaqların inkişafı və tərbiyəsinə müsbət
müsbət əxlaqi keyfiyyətlərin təsiri...............................................13-18
II fəsil. Uşaqların inkişafı, tərbiyəsi və təhsili probleminə tarixi
bir nəzər
2.1. Tərbiyənin meydana gəlməsi, qədim dövr Azərbaycan və Şərq
dastanlarında tərbiyə və təhsil problemləri....................................19-49
2.2. Klassik Şərq mütəfəkkirləri uşaqların inkişafı, tərbiyəsi və
təhsili haqqında..............................................................................49-95
2.3. Azərbaycanda məktəbəqədər tərbiyə, təhsil və müəssisələrin
inkişafı tarixindən........................................................................95-137
2.4. Avropa pedaqoji fikir tarixində uşaqların inkişafı, tərbiyəsi və
təhsili haqqında nəzəriyyələr.....................................................137-173
Nəticə........................................................................................................174
İstifadə olunmuş və tövsiyə edilən ədəbiyyat...................................175-178
5
G İ R İ Ş
ХХ əsrdə Azərbaycanın ikinci dəfə dövlət müstəqilliyi əldə etməsi, onun
qorunması və çiçəklənməsi, inkişaf etdirilməsi üçün bütün xalqın əzmlə mübarizə
aparmasını tələb edir. Müstəqil dövləti qurmaq, yaratmaq və inkişaf etdirmək üçün
yetişməkdə olan nəslin üzərinə mühüm vəzifələr düşür.
Müstəqil respublikamız çətinlikləri arxada qoyaraq addım-addım irəli gedir.
Hər işdə bir yenilik duyulur. Məktəbəqədər təlim-tərbiyə işində, təhsilimizdə,
iqtisadiyyatımızda köklü dəyişikliklər var, müstəqil siyasət yürüdürük. Idarəçilik
metodları da dəyişilir.
Əldə etdiyimiz tarixi uğurlarımızı bir daha inkişaf etdirmək üçün bu gün
erməni cəlladları ilə üzbəüz mübarizə şəraitində olduğumuzu hər an unutmamalıyıq.
Belə ki, məktəbəqədər yaşlı uşaqların və bütün gəncliyin mənəvi-estetik, əmək,
vətənpərvərlik, əxlaq, fiziki, yoldaşlıq, dostluq, qayğıkeşlik, insanpərvərlik, ekoloji,
dünyagörüşü və s. tərbiyəsi işi gündəmdə mötəbər yer tutmalı və günbəgün
canlandırılmalıdır.
Bu gün tarixçilər, pedaqoqlar, bütövlükdə maarif işçiləri qarşısında mühüm
bir vəzifə qoyulmuşdur: Azərbaycanı sevərək, onun keşiyində duraraq, ona xidmət
edərək, intellektual mənəviyyatlı vətəndaş tərbiyə etmək. Buna görə ilk növbədə uzun
illər səylə milli zəmindən uzaqlaşdırılmış, xalq pedaqogikasının məzmunundan ayrı
salınmış tərbiyə sistemimizi formalaşdırıb, meydana çıxarmaq lazımdır. Həm də bu
zaman tərbiyənin kökünü vahid Azərbaycan xalq tərbiyəsinin məzmununda, bu
günədək bizə məlum olan şifahi xalq ədəbiyyatı nümunələrində, Qurani-Kərimin
səhifələrində, zəngin və dünya şöhrətli klassik irsimizdə, Azərbaycan xalqı üçün
yaxın və məqsədyönlü olan Şərq ənənələrində və həm də ümumbəşəri dəyərlərdə
axtarmalıyıq.
Gənc nəslin, o cümlədən məktəbəqədər yaşlı uşaqların tərbiyəsinin qarşısında
duran başlıca məqsədlərə və hərtərəfli biliyə, mütərəqqi dünyagörüşə, milli və
ümumbəşəri əxlaqa, mənəviyyata və mədəni dəyərlərə yiyələnən şəxsiyyət
formaalaşdırmaq və cəmiyyətimiz üçün layiqli vətəndaşlar yetişdirmək olduğundan
hazırda məktəbəqədər müəssisələrdə uşaqların tərbiyəsini müasir tələblər səviyyəsinə
qaldırmaq vacibdir.
6
Bağça yaşlı uşaqlarda tərbiyə-təlimin formalaşdırılması bu gün xüsusi aktuallıq
kəsb edən vəzifələrdən biridir.
Bu mənada məktəbəqədər dövr gələcək şəxsiyyətə bir çox qiymətli
keyfiyyətlərin aşılanmasından ötrü zəruri və çox mühüm mərhələyə çevrilir. Ona görə
də məktəbəqədər müəssisələr ilk növbədə həmin mərhələnin imkanlarından səmərəli
istifadə etmək qayğısına qalmalıdırlar.
Bağçada tərbiyə-təlim işi müxtəlif vasitələrlə, rəngarəng və maraqlı tədbirlərin
köməyi ilə həyata keçirilir. Bu sahədə Azərbaycan musiqisi, təsviri sənəti, bədii
ədəbiyyat, rəsm əsərləri, xalq yaradıcılığı, təbiətə ekskursiyalar və s. xüsusi
əhəmiyyətə malikdir. Bu mənada, istər xalq yaradıcılığının bəhrəsi olan musiqi, istər
bəstəkarlar tərəfindən yaradılmış musiqi əsərləri, rəssamlarımızın bədii təsvirlərə həsr
edilmiş qiymətli yaradıcılıq nümunələri Azərbaycan xalqının mənəvi sərvətinin
təkrarolunmaz, vacib tərkib hissəsidir.
Uşaqların inkişafı və tərbiyəsi-təlimi baxımından Azərbaycanın təbiəti, bədii
incəsənət əsərləri, milli, bəstəkar musiqisi öz milli zəmini üzərində yüksəlmiş,
qabaqcıl dünya mədəniyyətinin ən gözəl ənənələrindən bu və ya digər dərəcədə
bəhrələnmiş, daha da inkişaf edərək müasir şəklini almışdır.
Kiçik yaşlı uşaqlar gerçəkliyin bu və ya digər dərəcədə hadisələrin bədii sənət
və musiqi əsərlərində necə əks olunduğunu gördükdə onların gözəllik haqqında
təsəvvürləri təkmilləşir, onlarda bədii, estetik zövq formalaşır. Bütün bunlar gənc
nəsildə əxlaqi keyfiyyətlərin təşəkkül tapmasına və daha da təkmilləşməsinə nə üçün
belə əhəmiyyət verdiyimizin səbəbini aydın göstərir.
Çiçəklənməkdə olan vətənimizin hazırki durumu, dünyaya yeni göz açan
fidanlarımızın tərbiyəsi və təlimi, milli özünüdərk, özünə qayıdış, islam əxlaqının,
türk dünyasının mənəvi dəyərlərindən bugünkü tərbiyə prosesində istifadənin
zəruriliyi uşaqların mənəvi tərbiyəsini yeni, müasir tələblər əsasında tədqiqini və bu
prosesin daha optimal üsul və vasitələrlə aparılmasını tələb edir.
O cümlədən hesab edirik ki, kiçik yaşlı uşaqların inkişafı, tərbiyəsi və təhsili
haqqında dünya mütəfəkkirlərinin nəzəriyyələrini öyrənmək, tədqiq etmək, eyni
zamanda müasir iş prosesində bundan istifadə etmək faydalı olar.
|