Ədəbiyyat
1. Əliyev H.Ə. Təhsil millətin gələcəyidir, Bakı-2002.
2. Ağayev Ə.A. Pedaqoji fikrimiz: dünənimiz, bugünümüz, Bakı-2000.
13
3. Həsənov A.M. Məktəbəqədər pedaqogika, Bakı-2000.
4. Ağayev M.H. Kiçik yaşlı məktəblilərin tərbiyəsi, Bakı-2006.
5. Qasımova L.N., Mahmudova R.M. Pedaqogika, Bakı-2003.
6. Kazımov N.M. Məktəb pedaqogikası, Bakı-2002.
1.2. Məktəbəqədər yaşlı uşaqların inkişafı və tərbiyəsinə müsbət əxlaqi
keyfiyyətlərin təsiri
Plan:
1. Müsbət əxlaqi keyfiyyətlər haqqında klassik pedaqoq və mütəfəkkirlərin
fikirləri
2. Əxlaq tərbiyəsinin ən zəruri tərkib hissələri
3. Əxlaqi keyfiyyətlərin aşılanmasında valideyn və tərbiyəçilərin rolu
4. Əxlaqi keyfiyyətlərin mənimsənilməsində ailənin və məktəbəqədər
müəssisələrin işi.
1. Əxlaqi və mənəvi tərbiyənin mühüm tərkib hisslərindən biri də
vətənpərvərlikdir. Xalqımızın Vətənə, doğma yurda məhəbbəti və bağlılığı öz
rişələrini onun folklor nümunələrindən, böyük söz ustadlarının əsərlərindən, dövlət
xadimləri və sərkərdələrinin, qəhrəmanlarının nümunələrindən alır. Söz dünyasının
korifeyləri – Xaqani, Nizami, Tusi, M.Əvhədi, Ə.Təbrizi, Xətai, M.Füzuli,
A.Bakıxanov, M.F.Axundov, A.Səhhət, S.Vurğun və b. Vətəni, onun gözəlliyini vəsf
etmiş gəncləri Vətən torpağının qədrini bilməyə, göz bəbəyi kimi qorumağa
çağırmışlar. Ona görə ki, “insan hissləri içərisində ən müqəddəsi, bəlkə də irsi, fitri
mahiyyət daşıyanı, insanı tərəqqiyə, inkişafa, yaradıcılığa təhrik edəni Vətən
sevgisidir, vətənpərvərlikdir. Vətən məhəbbəti, torpağa bağlı olan Azərbaycan oğlu
və qızı döyüş meydanında yorulmur, odlar, alovlar içərisindən keçərək Vətən
torpağının gələcəyi, xalqının şərəf və şöhrəti, namus və qeyrəti naminə mübarizə
aparır. Vətən torpağı naminə mübarizə xalqımızın mənəvi varlığı və birliyi uğrunda
mübarizə, qəhrəmanlıq, mərdlik məktəbidir. Madam ki, insan ömrünün ən böyük
zinəti, onu yaşadan qüvvə vətənpərvərlik hissidir, bu hiss gənclərin təlim-tərbiyəsinin
əsas ruhu, çarpan ürəyi, düşünən beyni olmalıdır” (78, səh.317).
14
Əxlaq tərbiyəsinin müqəddəs, ülvi tərkib hissələri sırasında yaşlı nəslə hörmət,
sadəlik və təvazökarlıq, düzlük və doğruçuluq mühüm yer tutur. Bu əxlaqi
keyfiyyətlər bir-biri ilə sıx bağlıdır. Yaşlı nəslə hörmət etməyən düz ola bilməz.
Doğru danışan, sadə və təvazökar olan cəmiyyət üçün faydalıdır. Harada düzlük var
orada doğruçuluq, sadəlik və təvazökarlıq var, yaşlı nəslə hörmət var.
2. Əxlaq tərbiyəsinin ən zəruri tərkib hissələrindən biri də kollektivçilikdir.
Bu, qarşılıqlı yardıma, yoldaşlığa və dostluğa əsaslanır. Cəmiyyət özlüyündə böyük
bir kollektivdir. Onun üzvləri əmək xariqələri yaradır, çətin anlarda bir-birinə
qanlarını verməyi belə əsirgəmir, bir-birinə kömək edir, bir-birinə qayğı göstərirlər.
Yoldaşlıq, dostluq kimi münasibətlər kollektivdə formalaşaraq böyük tərbiyəvi
qüvvəyə çevrilir.
Kollektivçilik tərbiyənin başlıca prinsiplərindən biri kimi fəaliyyət göstərir,
həyatımızın bütün sahələrinə kömək edir. Mənəvi münasibətlər – yoldaşlıq və
qarşılıqlı yardım, məsuliyyət, borc, prinsipiallıq, etimad, səmimiyyət, hörmət və s.
kollektivdə formalaşır. Məqsəd aydınlığı və ideyalılıq, sözlə işin vəhdəti, müsbət
keyfiyyətlərə istinad etmək kollektivin tərbiyəvi gücünü xeyli artırır.
Respublikamızda şəhidlərin xatirəsinə qanlı 20 yanvar gününün, 31 mart
1918, Xocalı soyqırımının matəm günləri kimi keçirilməsi xalqımızın dözümlü və
təmkinli xalq olduğunu bütün dünyaya nümayiş etdirdi. Şəhidlər Xiyabanına doğru
gedən insan axını bir daha təsdiq etdi ki, xalqımız özünün dərin mənəvi tarixi
köklərini, milli mənliyini, milli ləyaqətini, vətəndaşlıq dözümünü dərindən-dərinə
dərk etmişdir. Belə dərketmə uşaqların mənəvi dünyasına ciddi təsir etmişdir. Çünki
respublikamızda mənəvi əsasların təsir dairəsi genişlənərək yeni məzmun kəsb etmiş,
adamların, xüsusilə kiçik yaşlı uşaqların fəaliyyətinə, gündəlik davranışlarına təsiri
güclənmiş, onların sosial və əxlaqi məsuliyyətinin artmasına şərait yaratmışdır.
Əxlaqi və hüquq normalarına əməl edilməsi, Vətənin xeyrinə işləmək hər bir uşağın
təbii tələbat və sarsılmaz daxili qanununa çevrilmişdir.
Ilkin mənəvi təsəvvür və anlayışlar, əxlaqi-etik kateqoriyalar –milli şüur, milli
ləyaqət, milli psixologiya, mənlik, vətəndaşlıq dəyanəti, dözümlülük, ailədə qayğı,
məhəbbət, şərəf, qeyrət, namus və s. kimi kateqoriyalar məhz məktəbəqədər yaş
dövründə daha sürətlə formalaşmağa başlayır. Uşaqlar ailə səadəti, xeyir, şər
15
haqqında, mütərəqqi və mürtəce qüvvələr haqqında, ədalət, ədalətsizlik, sülh, əmin-
amanlıq, müharibə, dağıntı, ekoloji çətinliklər, hüquq qanunları, iqtisadi biliklər,
qənaət, sadəlik, təvazökarlıq, düzlük və doğruçuluq və s. haqqında təsəvvür və
anlayışlara məhz həmin dövrdə yiyələnirlər. Uşaqların mənəvi əqidəsi, dünyagörüşü,
etiqadları, ailə həyatına baxışları, əxlaq tərbiyəsi, ailə həyatı ilə bağlı olan məsələlər
ilk uşaq çağında təşəkkül tapır.
Müasir dövrdə bu vəzifələrin müvəffəqiyyətlə yerinə yetirilməsi kiçik yaşlı
uşaqları müstəqil həyata hazırlamaq, uşaqların tərbiyəsindən, xüsusilə də vətəndaşlıq,
insanpərvərlik və Vətənə məhəbbət ruhunda tərbiyəsindən həlledici dərəcədə asılıdır.
Uşaqların tərbiyəsinin qarşısında duran başlıca məqsəd – dərin və hərtərəfli biliyə,
mütərəqqi dünyagörüşə, milli və ümumbəşəri əxlaqa, mənəviyyata və mədəni
dəyərlərə yiyələnən şəxsiyyət formalaşdırmaq və cəmiyyətimiz üçün layiqli
vətəndaşlar yetişdirməkdir.
Məktəbəqədər yaşlı uşaqların vətənə məhəbbət ruhunda tərbiyəsi olduqca
mühüm və zəruridir. Bu, vətənə və təbiətə məhəbbət tərbiyəsidir, doğma vətəninə
bağlılıq tərbiyəsidir. Ana dilində, mənsub olduğu xalqa vurğunluq tərbiyəsidir. Dilini,
xalqını, soydaşlarını, həmvətənlərini sevmək tərbiyəsidir. Respublika
konstitusiyasına, onun bayrağına, gerbinə, himninə hüsn – rəğbət tərbiyəsidir. Eyni
zamanda mənsub olduğu xalqla, onun nailiyyətləri ilə, tarixi ilə, mədəniyyəti və
milli-mənəvi dəyərləri ilə fəxr etmək tərbiyəsidir. Vətən torpaqlarının azadlığı,
qorunması naminə mübarizlik tərbiyəsidir. Vətənin çiçəklənməsi naminə fədakarlıq
göstərmək – yaxşı oxumaq, elmlərin əsaslarına dərindən yiyələnmək, üzərinə düşən
vəzifəni məsuliyyətlə yerinə yetirmək tərbiyəsidir. Buna görə də kiçik yaşlı uşaqlarda
insanpərvərlik və təbiətə məhəbbət keyfiyyətlərinin formalaşdırılması müasir dövrdə
həmişəkindən daha çox aktuallıq kəsb edir və onun hərtərəfli tətbiqinə ehtiyac hiss
olunur.
Məktəbəqədər yaşlı uşaqların necə olacaqlarını həlledici dərəcədə onların
uşaqlıq illərini necə keçirməsindən, bu illərdə ətraf aləmdən onların ağıl və ürəyinə
nəyin daxil olmasından xeyli asılıdır. Böyük arzu ilə bağçaya gələn balaca uşaqlar
dərhal təlim və tərbiyənin güclü təsirinə məruz qalır. Onlar yaxşı münasibətlər
görmək istəyirlər, lakin tərbiyə baxımından ilk gündən hər addımın düzgün atılması
16
başlıca şərtdir. Uşaqlar bütün tapşırıqları səylə yerinə yetirməyə çalışır və ilk ictimai
tapşıırıqlar alırlar. Ona görə də verilmiş tapşırıqların səliqəli, təmiz və vaxtında
yerinə yetirilməsinə nəzarət etmək zəruridir.
3. Çünki kiçik yaşlı balacalar diqqətlərinin qeyri-sabitliyi, əhval-
ruhiyyələrinin dəyişgənliyi, tez yorulmaları ilə fərqlənirlər. Tərbiyəçi hər an onların
qayğısına qalmalı, tapşırıqları müəyyən edilmiş normada verməlidir. Yaxşı, gümrah
əhval-ruhiyyə, təbəssüm, şən və sevinc bəxş edən baxış kiçik yaşlı balacaların mənəvi
aləminin formalaşmasında mühüm rol oynayır. Tərbiyəçinin səmimiliyi, uşaq
təfəkkürünün konkretliyi, fərdi xüsusiyyətlərini nəzərə ala bilməsi balacaların
gələcəkdə bir şəxsiyyət kimi formalaşmasına, əxlaqi keyfiyyətlərinin inkişafına
böyük təsir edir. Vətənə məhəbbətin, milli mənlik şüurunun, vətəndaşlıq ləyaqəti və
s. kimi müsbət əxlaqi keyfiyyətlərin ilk rüşeymləri məhz bağçada təşəkkül tapmağa
başlayır. Təlim-tərbiyə prosesində tərbiyəçi-müəllimlə uşaqlar arasında çox
mürəkkəb münasibətlər, qarşılıqlı əlaqələr sistemi formalaşır. Tərbiyəçi-müəllim
kiçik yaşlı balacaların nəzərində müqəddəs, ülvi bir varlıq kimi canlanır. Balaca
fidanlar tərbiyəçi-müəllimdə böyükləri görür, özünü, yoldaşlarını axtarırlar. Hər bir
uşaq bir fərd – təkraredilməzdir, onun öz aləmi var. Ona görə də tərbiyəçi-müəllim
hər bir uşağa sevinc bəxş etməyi, onun kövrək mənəvi aləminin ilk guşə daşlarını
böyük ustalıqla, ehtiyatla qoymağı bacarmaladır. Kiçik yaşlı uşaqlar təbiət və
cəmiyyət hadisələrinə böyük maraqla yanaşır, onların sirlərini öyrənməyə can atırlar.
Yaşlı adamların əməyi, həyatı onları özünə cəlb edir. Onlar çətinlik çəkmədən ata və
analarının harada, nə kimi işdə işlədiklərini bilirlər.
Məktəbəqəbər yaşlı uşaqlar dünyaya tərbiyəçinin gözü ilə baxır, onun kimi
hərəkət edir, onu təqlid edirlər. Onların əxlaqi keyfiyyətləri tərbiyəçi şəxsiyyətinin,
tərbiyəçinin sözü ilə hərəkətinin təsiri altında formalaşır. Onlar tərbiyəçi-müəllimin
təlim materiallarını necə başa salmasına, adamların necə danışmasına, özünü və
yoldaşlarının cavablarının necə qiymətləndirilməsinə, əməkdə necə iştirak etməsinə
xüsusi əhəmiyyət verirlər. Çünki müəllim uşaqların əqlini elm ümmanına, gözlərini
mənəviyyat dünyasına açan ilk tərbiyəçidir. Elmin ilk ünsürləri, elmi, əxlaqi-etik
anlayışlar haqqında ilk elmi və geniş məlumatları müəllim-tərbiyəçi verir. Əlbəttə,
yaxşı, işguzar, ləyaqətli tərbiyəçilər çoxdur. Lakin öz ləyaqətini qiymətləndirməyən,
17
xaraktercə kövrək, mənəviyyatca zərif olan uşaqların mənəvi dünyasına mənfi təsir
edən, onların gəlbini yaralayan tərbiyəçilər də var. Belələri uşaqları uşaq hesab
edərək öz davranış və hərəkətlərinə, danışıq və başqa adamlara münasibətlərinə
əhəmiyyət verməyərək yeri gəldi-gəlmədi danışır, ən incə alət olan qeyri-normal
sözlər, münasibətlərlə uşaq gəlbini yaralayırlar. Belə uşaqlar addım-addım, günbəgün
böyüyür, bir şəxsiyyət kimi formalaşır, yeniyetmə sonra isə gənc olurlar. Lakin
müəllimlərinin onun qəlbinə vurduğu yara sağalmır. Tərbiyəçi-müəllimin
fəaliyyətinin nəticələri birinci növbədə uşaqların sağlamlığının möhkəmliyi, ideya və
əxlaqi keyfiyyətlərinin inkişafı, onların həyata və əməyə hazırlığı ilə müəyyən
edilməlidir. Uşaq yaşa dolduqca tərbiyə işində tərbiyəçi şəxsiyyətinin ləyaqəti və
mədəniyyətinin mühüm rol oynadığını, əqidənin əqidə ilə yaradıldığını dərk edir.
Uşaq anlayır ki, mənəvi ideyası, mənəvi əqidəsi, əxlaqi-etik biliyi olmayan adamın
tərbiyəçi-müəllim işləməsi dözülməzdir. Tərbiyəçilərimizin bir çoxunda uşaqların
təlim-tərbiyəsinə qarşı laqeyidliyi balacalar dərhal sezirlər.
Sosial həyat hadisələrinin müşahidəsi və məktəbəqədər müəssisədəki
məsələlərə dair biliklərin bəzən bir-birinə zidd olması da uşaqların tərbiyəsi işinə
mənfi təsir edir. Uşaq ədalətli olmağı, həqiqəti qorumağı və müdafiə etməyi öyrənir.
Lakin birdən-birə onun gözləri qarşısında ədalət-ədalətsizliyə, həqiqət yalana çevrilir.
Nəticədə uşaq psixoloji sarsıntı keçirir.
Təlim-tərbiyə işində sözlə əməli işin vəhdətinin pozulması tərbiyə işinə ciddi
zərər vurur. Buna görə də bağça yaşlı uşaqlarla aparılan tərbiyə işində verilmiş vədin
yerinə yetirilməsinə xüsusi nəzarət edilməlidir. Lakin çox vaxt tərbiyəçi uşaqlara
verdikləri vədi yerinə yetirmir, bununla da onların doğruçuluq, düzlük kimi əxlaqi
keyfiyyətlərinin inkişafına mənfi təsir etmiş olurlar.
Nəticədə verilmiş vəd vəd olaraq qalır, düz söz tərbiyə vasitəsi olmaq
imkanını itirir.
4. Məktəbəqədər müəssisə rəhbəri tələbkar, obyektiv və real olmalıdır. Lakin
çox vaxt belə olmur. Yaxşı işi ilə diqqəti cəlb etməyən, pedaqoji kollektivdə hörməti
olmayan bir tərbiyəçi nə üçünsə təriflənir. Nəticədə kollektivdə soyuqluq, işə laqeyd
münasibət yaranır və bu da öz növbəsində ümumi işə pis təsir edir. Nə üçün
məktəbəqədər müəssisə rəhbəri yaxşı işi olmayan tərbiyəçini tərifləyir?
18
Məktəbəqədər müəssisə rəhbəri o vaxt tərbiyəçinin pis işini tərifləyir ki, onun
yanında gözü kölgəli olur. Belə gözü kölgəlilik son vaxtlar daha çox yayılmışdır.
Bayramlarda verilən hədiyyələr tələbkarlığı zəiflədir, bağça rəhbərləri tərbiyəçilərə,
tərbiyəçilər uşaqlara tərbiyəvi təsir göstərə bilmirlər.
Bu dövrdə məktəbəqədər yaşlı uşağın mənəvi inkişafına böyük sıcrayış olur
və kiçik yaşlı uşaq yeni əxlaqi münasibətlər aləminə daxil olmağa başlayır.
Bakı şəhəri 290№-li uşaq bağçasının tərbiyəçisi M.Namazova bizimlə
görüşdə dedi ki, kiçik yaşlı uşaqlarda formalaşan müsbət əxlaqi keyfiyyətlər sırasında
dostluq və yoldaşlıq mühüm yer tutur.
Kiçik yaşlı uşaq həmişə ünsiyyətə, kiminləsə ülfət bağlamağa çalışır.
Uşaqlarda ünsiyyət və münüsibətdə olmaq kiçik yaşlıların müstəqil fəaliyyətinin
mühüm tərəfidir. Həmin fəaliyyətdə kiçik yaşlı uşaq bir tərəfdən yoldaşı və dostu ilə
ünsiyyətdə olursa, digər tərəfdən yoldaşının hərəkətləri, ona münasibəti haqqında
düşünür. Belə bir ünsiyyətdə şəxsiyyətlərarası münasibətlər formalaşır. Yaşıdlarından
bir necəsi kiçik yaşlı uşağa daha yaxın olur. Belə halda kiçik yaşlı uşaq üçün dosta
sədaqətli olmaq müsbət keyfiyyət kimi özünü göstərir.
Dostları ilə paylaş: |