HƏZM MÖVZU: AĞIZ HƏZMĠ Ağız boşluğunda həzm prosesi üç mərhələdən ibarətdir:
1.
Yemin qəbulu
2.
Xüsusi ağız həzmi
3.
Udma
Ağız suyunun tərkibində su, üzvi və qeyri-üzvi maddələr var.
Zəif qələvi reaksiyalı mayedir. Ağız suyunun tərkibində olan
amilaza və maltoza fermentləri karbohidratları qlükozaya qədər
parçalayır. Ağız suyu yemi isladır, çeynəməni asanlaşdırır, udma-
nı təmin edir, mədədə HCl-u nisbətən neytrallaşdırır, orqanizmin
temperaturunun nizamlanmasında iştirak edir (itlərdə). Bakte-
riosid təsirə malikdir.
Həzm fizioloji prosesdir. Mürəkkəb quruluşlu qida maddələ-
rinin, sadə birləşmələrə çevrilərək orqanizm tərəfindən mənimsə-
nilməsinə həzm deyilir. Həzm orqanlarının motor (hərəki),
sekretor, sorma, ekskretor, hormonal və s. funkisiyaları vardır.
Məşğələyə hazırlaşmaq üçün suallar:
1. Orqanizm üçün həzmin əhəmiyyəti
2. Həzm prosesini təmin edən faktorlar
3. Həzmin növləri
4. Həzm orqanlarının funksiyalаrı
5. Ağız suyunun əhəmiyyəti və ifrazi mexanizmi
6. Müxtəlif yemlərin qəbulu zamanı ağız suyunun miqdarı və
tərkibi
7. Ağız suyunun fermentləri və onların təsiri üçün optumal
şərait
8. Ağız suyunun ifrazının sinir və humoral tənzimi